Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1710/2022 26.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iİddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürmə, istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(074)-911/2021 nömrəli qərardadından Cavabdeh1 nümayəndə və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına köçürülməsi, Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən hər birinə 3000 manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(074)-911/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh2 şikayət verərək qətnamənin ləğv edilməsi və qarşılıqlı iddia ərizənin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 Şamaxı Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(074)-911/2021 nömrəli qətnaməsindən verdiyi şikayət qeyri-mümkün hesab edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(074)-911/2021 nömrəli qərardadı ilə Cavabdeh2 Şamaxı Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(074)-911/2021 nömrəli qətnaməsindən verdiyi şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 “müddətin bərpa edilməsi barədə” vəsatətlə Şamaxı Rayon Məhkəməsinə müraciət etmişdir. Şamaxı Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(074)-911/2021 nömrəli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 14 oktyabr 2021-cı il tarixli 2(074)-911/2021 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş “müddətin bərpa edilməsi barədə” vəsatət təmin olunmamışdır (hakim Natiq İsmayılov). Həmin qərardaddan Cavabdeh2 nümayəndəsi Vəkil2 şikayət verərək qərardadın ləğv edilməsi və verilmiş şikayətinə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(074)-911/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlərin Şamaxi Rayon Məhkəməsinin 2(074)-911/2021 nömrəli, xx.xx.2021-ci l tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qəradadı ilə qeyri-mümkün hesab edilmiş və belə əsaslandırılmışdır ki, şikayət elektron məhkəmə sistemi vasitəsilə verilməmiş və texniki səhvə yol verilərək qətnamənin tarixi xx.xx.2021-ci il kimi deyil, xx.xx.2021-ci il kimi qeyd olunmuşdur, ona görə də şikayət geri qaytarılmalıdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması nəzərdə tutulsa da, həmin qərardad və verilmiş apellyasiya şikayəti bugünədək cavabdehlərə təqdim edilməmiş və onların həmin qərardaddan şikayət verilməsi hüququ kobud şəkildə pozulmuşdur. Dəfələrlə məhkəmə ilə əlaqə saxlayaraq apellyasiya şikayətinin geri qaytarılması xahiş edilsə də, cavabdehlərə bildirilmişdir ki, sözügedən mülki iş apellyasiya instansiya məhkəməsindən geri qaytarılmadığından tələbi icra etmək mümkün deyildir. Məhkəmə qətnaməsinin icra edilməsinə dair icra sənədi Şamaxı rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Bundan sonra məlum olmuşdur ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı çıxarılmış, həmin qərardaddan şikayət vermə müddəti başa çatdığından icra sənədi icra şöbəsinə göndərilmişdir. Ona görə də apellyasiya şikayəti tərəfindən yenidən tərtib edilmiş və ötürülmüş prossesual müddətin bərpası barədə ərizə ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Ərizədə qeyd olunan dəlillərlə bağlı bir daha qeyd edir ki, xx.xx.2022-ci il tarixli qərardad cavabdehlərə rəsmi qaydada təqdim edilməmiş və cavabdehlər əvvəlki apellyasiya şikayəti geri qaytarılmadığından, həmin qərardaddan məlumatlı olmamışdır. Həmçinin bildirir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, həmin məhkəmə işi üzrə onun vəkil kimi elektron kabinetə əlavə edilməyi, heç də məhkəməni xx.xx.2022-ci il tarixli qərardadının cavabdehlərə rəsmi qaydada təqdim edilməməsi vəzifəsindən azad etmir, çünki həmin qərardaddan şikayət vermək hüququ nəzərdə tutulmuşdur. Ona görə də hesab edir ki, məhkəmə obyektiv və qərəzsiz yanaşaraq ərizədə qeyd olunan halların üzrlü səbəb hesab olunmasını qət etməli olduğu halda, cavabdehlər tərəfindən apellyasiya şikayətinin verilməməsini və özünün qanunsuz qətnaməsinin qanuni qüvvədə saxlanılmasını formal olaraq təmin etmişdir. Başqa mövqedən baxılsa onda maraqlı bir sual yaranır, əgər Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından məlumatlı olmağı məsələni həll edirdisə, o zaman qanunvericilikdə apellyasiya şikayətinin geri qaytarılmasına dair qərardadın çıxaılmasına nə ehtiyac vardır? Cavabdeh tərəfin bilavasitə apellyasiya şikayətinin ona geri qaytarılmasını gözləməsi və bundan sonra ötürülmüş müddətin bərpasına dair ərizə ilə yenidən apellyasiya şikayətinin verilməsi normal hesab edilməlidir. Bildirir ki, cavabdehlər Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə apellyasiya şikayəti vermiş, elektron qaydada şikayət verilməsi barədə məlumatsız olmuş, məhkəmə isə cavabdehləri bu barədə məlumatlandırmadan şikayəti baxılması üçün apellyasiya instansiyasına göndərmişdir. Belə qənaətə gəlmək mümkündür ki, məhkəmə bilə-bilə cavabdehlərin apellyasiya şikayətinin qeyri-mümkünlüyünü yoxlamadan, sonradan özünün qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadını onlara rəsmi qaydada təqdim etmədən həmin qətnamədən apellyasiya şikayətinin verilməməsi görüntüsü yaradaraq qətnaməni qərəzli olaraq icraya yönəltmişdir. Məhkəmə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının cavabdehlərə rəsmi qaydada təqdim edilməsini təsdiq edən hər hansı sübuta istinad etməmişdir. Odur ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi və verilmiş apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(074)-911/2021 nömrəli qərarddadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək onun hazırki mülki iş üzrə “Elektron məhkəmə” informasiya sisteminə girişinin təmin edilməsini xahiş etmiş və həmin ərizə icra edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(074)- 911/2021 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti geri qaytarılmış və həmin qərardad “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarır. Məhkəmə kollegiyası qeyd olunan qanunvericilik normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, Şamaxı Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(074)-911/2021 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmiş, bundan sonra Şamaxı Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(074)-911/2021 nömrəli qərardadı ilə qətnamədən verilmiş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Həmin qərardad iş üzrə şikayət verən şəxs Cavabdeh1 ünvanına rəsmi qaydada göndərilmiş, məktub ”qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır. Bundan sonra Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 müddətin bərpa edilməsi barədə vəsatətlə Şamaxı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunvericiliyin tələbinə görə müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa oluna bilər. Cavabdehin nümayəndəsi və vəkili qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin üzürlü səbəbdən ötürülməsini, yəni apellyasiya şikayətinin geri qaytarılması barədə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadının cavabdeh tərəfindən alınmaması, bu səbəbdən müddətin ötürülməsini bildirmişdir ki, məhkəmə kollegiyası qeyd edilən halın müddətin üzürlü səbbədən ötürülməsi kimi hesab etmir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək onun hazırki mülki iş üzrə “Elektron məhkəmə” informasiya sisteminə girişinin təmin edilməsini xahiş etmiş və həmin ərizə icra edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli 2(074)-911/2021 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti geri qaytarılmış və həmin qərardad “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Göründüyü kimi, cavabdehin nümayəndəsi və vəkili elektron “Elektron məhkəmə” informasiya sisteminə cavabdehin nümayəndə və vəkili kimi əlavə edildiyindən mülki iş barəsində aparılan bütün hərəkətlər barəsində məlumat almaq imkanına sahib olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası onu da qeyd edir ki, bir halda ki, apellyasiya şikayətinin geri qaytarılması barədə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı cavabdehə təqdim edilməmişdirsə və həmin qərardaddan cavabdeh və onun nümayəndə və vəkilinin məlumatı olmamışdırsa, belə olan halda həmin qərardadın təqdim edilməsi ilə əlaqədar cavabdeh tərəf məhkəməyə müraciət edə bilər, bundan sonra qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmçinin apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadın cavabdehlər tərəfindən alınmaması nəzərə alınarsa, o zaman qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair ərizə ilə müraciət edilməsinə zərurət yoxdur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin nümayəndəsi və vəkilinin ərizədə göstərdiyi dəlillər onun qətnamədən apellyasiya şikayəti verməsi müddətini üzrlü səbəbdən buraxmasını təsdiq etmir və şikayətin təmin edilməsi üçün əsas deyil. Məhkəmə kollegiyası şikayəti təmin etməyərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da istinad edir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. «Kudrina Rusiyaya qarşı» iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalınz iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(074)-911/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şamaxı Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(074)-911/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 nümayəndə və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1710/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1710/2022
26.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver