Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1714/2021 26.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili Vəkil2, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, onun nümayəndəsi X1 və vəkili Vəkil1, ilk iddia üzrə Cavabdeh1, qarşılıqlı iddia üzrə cavabdeh X9 iştirakları ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli, 2(067)-31/2021 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətlərinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli, 2(067)-31/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar Sadıqov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma barədə ilk, Cavabdeh2 İddiaçı qarşı alqı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınmasına dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə ilk və qarşılıqlı iddiaların təmin edilməməsi qət edilmiş, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində yerləşən yaşayış evindən istifadə hüququna 3000 manat kompensasiya ödənilməklə xitam verilməsi və onların evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, cavabdehlər onun oğlu və gəlinidir. Onların yaşadıqları Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində yerləşən fərdi yaşayış evi RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətindədir. Cavabdeh1 ilə Cavabdeh2 07 avqust 2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin tarixdən Cavabdeh2 ona məxsus olan evə köçmüş və bu evdə yaşamışdır. Cavabdehlərin birgə nikahlarından 19 may 2013-cü il tarixdə X12 və 16 iyun 2016-cı il tarixdə X10 anadan olmuşlar. Hazırda Cavabdeh2 onun oğlu Cavabdeh1 xəyanət etməsinə görə ailədaxili münaqişələr yaranmışdır və bununla əlaqədar gəlini ilə oğlu arasında münasibətlər pozulmuşdur. Onun evində xeyli müddətdir gərginlik yaşanır. Artıq evindəki vəziyyət son həddə çatmışdır. Cavabdehlərin onun mülkiyyətində olan evdə yaşamaları qeyri-mümkündür. Cavabdehlər bir mülkiyyətçi kimi onun öz hüquqlarını istədiyi kimi həyata keçirməsinə mane olurlar. Cavabdehlərin onun evində yaşamaları mülkiyyət hüquqlarını və bütün rahatlığını pozmuşdur. Qarşılıqlı razılaşma yolu ilə cavabdehlərin evdən çıxmaları barədə razılığa heç cür nail ola bilmir. Ona görə də cavabdehlərə kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması qərarına gəlmişdir. Bu məqsədlə cavabdehlərə 3000 manat məbləğində kompensasiya təklif edir. Belə məbləğdə kompensasiyanın ödənilməsi cavabdehlərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə onun evinə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Onların yaşadıqları ərazidə, o cümlədən Xaçmaz rayonunun Qımıl-Qışlaq kəndində evlərin bir aylıq kirayə haqqı orta hesabla 40-50 manat civarındadır. Bu da kirayə haqqı ayda 50 manat olmaqla 5 ilə görə ümumilikdə 3000 manat təşkil edir. Yaşadıqları ərazidə evlərin kirayə haqqının 40-50 manat civarında olması Xaçmaz şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin və Xaçmaz rayon Qımılqışlaq bələdiyyəsinin təqdim etdikləri arayışlarla da öz təsdiqini tapmışdır. Cavabdeh2 qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı ilə maraqlı tərəf X15 arasında 0,09 ha torpaq sahəsinə dair 24.11.2018-ci il tarixdə Xaçmaz rayon 1 saylı notariat kontorunda bağlanmış və 4Ə-2664 nömrə ilə reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında cavabdehin adına verilmiş RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi, reyestrdən bu məlumatların çıxarılması və Xaçmaz rayonu Qımıl-Qışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsinə və onun üzərində yerləşən 1 mərtəbəli, yaşayış sahəsi 54.3 kv.m, köməkçi sahəsi 48.00 kv.m, ümumi sahəsi 102.3 kv.m olan yaşayış evinə onunla Cavabdeh1 birgə mülkiyyətinin tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı Xaçmaz Rayon Məhkəməsində ona qarşı kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia qaldırmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hazırda onun iki azyaşlı uşaqları ilə birlikdə yaşadığı Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində yerləşən yaşayış evi RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən onun mülkiyyətindədir. Həmin iddia ərizəsinin surətini aldıqdan sonra tərəfindən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə sorğu edilib alınmış sənədlərdən görünür ki, cavabdehin mülkiyyəti hesab etdiyi yaşayış evinə və evin yerləşdiyi 0,09 ha torpaq sahəsinə DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsindən 25.01.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışın verilməsinə əsas cavabdeh İddiaçı ilə maraqlı tərəf X15 arasında Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsinə dair 27.11.2018-ci il tarixdə bağlanmış və Xaçmaz rayon 1 saylı notariat kontorunda 4Ə-2664 nömrə ilə reyestrdə qeydə alınmış AN-1 ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi olmuşdur. Həmin alqı-satqı müqaviləsinə əsasən 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 0,09 ha torpaq sahəsinə dair cavabdehin adına 18.12.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bu yolla da cavabdeh həmin 0,09 ha torpaq sahəsinə və üzərində yerləşən yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etmişdir. Əslində həmin 0,09 ha torpaq sahəsi onun cavabdehin oğlu Cavabdeh1 ilə nikahda olduğu müddətdə Cavabdeh1 adına satın alınmışdır. Belə ki, Gülağa X2 arasında bağlanmış 27.11.2018-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olmuş 0,09 ha torpaq sahəsi Xaçmaz rayon 1 saylı notariat kontorunda 15.04.2014-cü il tarixdə bağlanmış və reyestrdə 4Ə-512 nömrə ilə qeydə alınmış AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin dövrdə rəsmi nikahda olduğu Cavabdeh1 tərəfindən X8 3000 manata satın alınmışdır. Hər iki müqavilədə satıcı İslam Kərimovun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 10.04.2014-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışla təsdiq olunduğu qeyd edilmişdir. Qaydalara əsasən daşınmaz əmlak barəsində notariat kontorunda alqı-satqı müqaviləsi bağlanarkən əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin əsli notariat kontorunda qalır, onun təsdiq olunmuş surəti isə hüquqların dövlət qeydiyyatına alınması üçün alıcıya təhvil verilir. 2018-ci ilin son aylarında onun Cavabdeh1lə münasibətləri pozulmuş, bu zəmində Cavabdeh1 məhkəmədə ona qarşı nikahın pozulmasına dair iddia qaldırmış və hazırda məhkəmənin qərarı ilə nikahları pozulmuşdur. Göründüyü kimi, oğlu Cavabdeh1lə onun münasibətlərinin pisləşdiyini görən cavabdeh nikah dövründə əldə etdikləri torpaq sahəsində ümumi vəsait hesabına tikdikləri evdən ona pay düşməsin deyə sənədləri saxtalaşdıraraq bu evi və yerləşdiyi torpaq sahəsini öz adına keçirmişdir. Həmin torpaq sahəsinə dair 2014-cü ildə alqı-satqı müqaviləsi təsdiq olunaraq, reyestrdə qeydiyyata alındığı halda, həmin notariat kontorunda 2018-ci ildə təkrarən eyni predmet üzrə alqı-satqı müqaviləsi təsdiq olunaraq yenidən reyestrdə qeydiyyata alınmışdır. Bütün bunlara baxmayaraq 2014-cü ildə bağlanmış alqı-satqı müqaviləsi ilə təsdiq olunur ki, 0,09 ha həyətyanı torpaq sahəsi həmin vaxt rəsmi nikahda olduğu Cavabdeh1 tərəfindən 3000 manat pula satın alınmışdır. Mübahisəli yaşayış evi həm onun, həm də Cavabdeh1 birgə vəsaiti hesabına inşa edilmişdir. Bu ev məhz onunla Fərhad Mehdyev üçün tikilmişdir. 2008-ci ildə cavabdehin evinə gəlin köçmüş, 2014-cü ildə həmin torpaq sahəsini əldə etdikdən sonra orada yaşayış evi tikməyə başlamış və 2017-ci ildə evin tikintisini başa çatdırdıqdan sonra ailəsi ilə cavabdehin evindən yeni tikdirdikləri evə köçüb yaşamağa başlamışlar. Hazırda da iki azyaşlı uşaqları ilə həmin evdə yaşayır. Evin bütün vergilərini və kommunal xərclərini onlar ödəmiş və ödəməkdə də davam edirlər. Beləliklə, 2018-ci ildə 0,09 ha ha torpaq sahəsinə cavabdehlə X15 arasında bağlanmış alqı-satqı müqaviləsi və onun əsasında cavabdehin adına verilmiş çıxarış tamamilə əsassızdır və etibarsız hesab edilməlidir. Cavabdeh2 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı adına 5 saylı Ərazi İdarəsi tərəfindən 18.12.2018-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********, RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, İddiaçı adına 5 saylı Ərazi İdarəsi tərəfindən 25.01.2019-cu il tarixdə verilmiş, inventar nömrəsi 1224, reyestr nömrəsi **********58-10301 olan fərdi yaşayış evinin texniki pasportunun etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, qarşılıqlı iddia ərizəsinin “xahiş edirəm” hissəsində cavabdeh İddiaçı ilə maraqlı tərəf X15 arasında 0,09 ha torpaq sahəsinə dair bağlanmış və 4Ə-2664 nömrəli reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinin bağlandığı tarixi səhvən 24.11.2018-ci il tarix göstərilmişdir. Müqavıilənin bağlanması tarixi 27.11.2018-ci ildir. Ona görə də alqı-satqı müqaviləsinin bağlanması tarixinin 27.11.2018-ci il kimi qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək X15 və Cavabdeh1 arasında mübahisəli 0,09 ha torpaq sahəsinin alqısatqısına dair 15 aprel 2014-cü il tarixli, AN-1 nömrəli, ******* saylı müqavilənin ləğvi barədə Xaçmaz rayon 1 saylı notariat kontorunda aparılmış 26 noyabr 2018-ci il tarixli notariat qeydinində ləğv edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə qismən, ilk iddianın təmin edilməməsi hissəsində razılaşmır, qarşılıqlı iddianın təmin edilməməsi hissəsində isə razıdır. Qətnamə qəbul edilərkən məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuş, iş üçün əhəmiyyəti olan hallar düzgün araşdırılmamışdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Göründüyü kimi, qanunverici hər hansı şəxs və şəxslər tərəfindən tanınmış, xüsusi mülkiyyət hüququ əsasında mənsub olan yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi qaydasını müəyyənləşdirərkən mülkiyyətçinin iradəsini əsas götürmüşdür. Azərbaycan Respublikası MM-nin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsaiti ehtiva edir. Onların yaşadığı Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində evlərin aylıq kirayə haqqı 40-50 manat təşkil edir ki, bu məbləğdə kirayə haqqı olan evdə yaşamaqla cavabdeh 5 il müddətində davamlı yaşayışını təmin edə bilər. Kompensasiyanın da verilməsində məqsəd cavabdehlərin özünə yaşayış sahəsi qurmaqdan ötrü iddiaçının hesabına müəyyən müddətə başqa ərazidə yaşayışının təmin edilməsidir. Belə olan halda, tərəfindən təklif edilən kompensasiya cavabdehlərin hazırda ona xas olan şəraitlə müqayisədə 5 il müddətinə oxşar yaşayış imkanı verdiyindən iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma barədə ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin iş üzrə çıxardığı qətnamə qarşılıqlı iddianın təmin edilməməsi hissəsində qanunsuz və əsassızdır, qətnamə həmin hissədə ləğv edilməlidir. İşə baxmış məhkəmə qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticəni qətnaməsində belə əsaslandırmışdır ki, iş materiallarında olan AN-İ seriyalı, ******* nömrəli, 4Ə-512 reyestr nömrəli, 15 aprel 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X5 rayonu, Qımıl-Qışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsini Cavabdeh1 satmışdır. İş materiallarında olan Xaçmaz rayonu 1 saylı notariat kontorunun 13 yanvar 2019-cu il tarixli məktubundan və 00923 nömrəli notariat hərəkətlərinin qeyd edilməsi üçün nəzərdə tutulmuş 4Ə reyestr qovluğunun 512 nömrəli notariat hərəkətindən müəyyən olunur ki, 15 aprel 2014-cü il tarixdə X15 ilə Cavabdeh1 arasında bağlanmış Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilə tərəflərin razılıq ərizələrinə əsasən 26.11.2018-ci il tarixdə notarius tərəfindən ləğv edilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, 15 aprel 2014-cü il tarixdə X15 ilə Cavabdeh1 arasında bağlanmış Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilə tərəflərin razılıq ərizələrinə əsasən 16.11.2018-ci il tarixdə notarius tərəfindən ləğv edilmişdir. Onun hazırki iddia tələbi uzrə mübahisə predmeti olan əmlaka dair əmlak hüquqlarının yaranmasına səbəb olacaq müqavilə 26.11.2018-ci il tarixdə notarius tərəfindən ləğv edilmişdir. O, qarşılıqlı iddia ərizəsində cavabdeh qismində İddiaçı, maraqlı tərəf kimi Xaçmaz rayon 1 saylı notariat kontoru və DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsini göstərmişdir. İş üzrə bir neçə məhkəmə iclasları keçirilmiş, hər dəfə maraqlı şəxslərin məhkəmə iclasında iştiraklarının təmin edilməsini məhkəmədən xahiş etsə də, maraqlı tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Həmçinin məhkəmədə rəsmi vəsatət qaldıraraq, mübahisəli torpaq sahəsi ilə bağlı Xaçmaz rayon 1 saylı notariat ofisindən notariat icraatının tələb edilməsini xahiş etmişdir. Məhkəmə bu vəsatətini də təmin etməmişdir. Bundan sonra vəkil sorğusuna əsasən Xaçmaz rayon 1 saylı notariat kontorundan X15 və Cavabdeh1 arasında 15 aprel 2014-cü il tarixdə bağlanmış AN-1 ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin ləğv edilməsinə dair sənədin təsdiq olunmuş surətini tələb edilmiş, vəkilin sorğusuna əsasən Xaçmaz rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu notariat hərəkətlərinin qeyd edilməsi üçün 4Ə reyestrindən kserosurət vermişdir ki, həmin “sənəd”də X15 ilə Cavabdeh1 arasında bağlanmış AN-1 ******* saylı torpaq sahəsinin alqısatqı müqaviləsinin üzərindən xətt çəkilmiş, yəni həmin müqavilənin ləğvi barədə hər hansı sənəd təqdim edilməmişdir. Belə olan halda, məhkəmənin 15 aprel 2014-cü il tarixdə X15 ilə Cavabdeh1 arasında bağlanmış Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilə notarius tərəfindən ləğv edildiyindən və həmin notariat hərəkətindən xususi icraat qaydasında məhkəməyə müraciət edilərək həmin müraciətin təmin olunmasına dair məhkəmə qərarı hazırki mərhələdə mövcud olmadığından qarşılıqlı iddia tələbi təmin edilə bilməz” kimi əsasla qarşılıqlı iddianın təmin edilməməsi qanunsuz və əsassızdır. İş materiallarından göründüyü kimi, mübahisəli torpaq sahəsinə dair 15 aprel 2014-cü il tarixdə X18 Mehdiyev arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğvinə dair notarius tərəfindən təlimata uyğun olaraq yeni müqavilə bağlanmamış, sadəcə olaraq müqavilənin üstündən notarius tərəfindən xətt çəkilmişdir. Belə olan halda, notariusun hər hansı hərəkətindən xüsusi icraat qaydasında şikayət edilməsinə ehtiyac olmamışdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilib qarşılıqlı iddia tələbinin təmin edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında özünun apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti ilə razılaşmadı. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 özünun apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayəti ilə razılaşmadı. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi X3 məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh1 apellyasiya şikayətlərinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdı. Qarşılıqlı iddia üzrə cavabdeh X15 məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Qarşılıqlı iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Xaçmaz rayon 1 saylı notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qubul edilməli, ilk iddia təmin edilməməli, qarşılıqli iddia qismən təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti üzrə məhkəmə qətnaməsinin ilk iddiaya aid hissədə, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin qarşılıqlı iddiaya aid hissədə ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə Mehdiyeva (Murtazəliyeva) Sevil Həmzağa qızı arasında olan nikah 07 avqust 2008-ci il tarixdə Xaçmaz rayon İHB-nın Qımılqışlaq İƏD nümayəndəliyində bağlanılaraq 39 sayla qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 nikahından 16.06.2009-cu il tarixdə X10 və 19.05.2013-cü il tarixdə X12 anadan olmuşlar. İş materiallarında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X9 adına daşınmaz əmlakın dövlət reyestrində 108 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində 10.04.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Xaçmaz rayonu 1 saylı notariat kontorunda 15.04.2014-cü il tarixdə bağlanılaraq 4Ə-512 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X5 rayonu, Qımılqışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsini 3000 manata Cavabdeh1 satmışdır. İş materiallarında olan Xaçmaz rayonu 1 saylı notariat ofisinin Cavabdeh1 ünvanladığı 13 yanvar 2019-cu il tarixli məktubdan görünür ki, notariat ofisində 15.04.2014-cü il tarixdə 4Ə-512 reyestrdə bağlanmış X15 ilə Cavabdeh1 arasında bağlanmış Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi 26.11.2018-ci il tarixdə tərəflərin razılıq ərizələrinə əsasən ləğv edilmişdir. İş materiallarında olan Xaçmaz rayonu 1 saylı notariat kontorunda 27 noyabr 2018ci il tarixdə bağlanılaraq 4Ə-2664 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, X5 rayonu, Qımılqışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsini 3000 manata İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 108 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində 18.12.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,09 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 76 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində 25.01.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 25 yanvar 2019-cu il tarixdə inventar nömrəsi 1224 olan torpaq sahəsinin texniki pasportu tərtib edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 16 sentyabr 2019-cu il tarixli, 114 saylı arayışından görünür ki, Xaçmaz rayonunun Qımıl-Qışlaq kəndində evlərin bir aylıq kirayə haqqı hazırda 40-50 manat civarında təşkil edir. İş materiallarında olan Xaçmaz rayon Qımılqışlaq bələdiyyəsinin 16 sentyabr 2019cu il tarixli arayışından görünür ki, Xaçmaz rayonunun Qımıl-Qışlaq kəndində evlərin bir aylıq kirayə haqqı hazırda 45-50 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 05 avqust 2020-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa və 25.01.2019-cu il tarixli texniki pasporta əsasən İddiaçı Xaçmaz rayonu Qımılqışlaq kəndində istifadəsində olan 0,09 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 102,3 kv.metr ümumi sahəsindən ibarət olan fərdi yaşayış evinin 01.01.2019-cu il tarixdən 17.06.2020-ci il tarixədək aylıq kirayə haqqı 120-150 manat təşkil etmişdir. İş materiallarında olan Xaçmaz rayon Qımılqışlaq bələdiyyəsinin 04 noyabr 2020-ci il tarixli, 78 nömrəli arayışından görünür ki, Qımılqışlaq bələdiyyəsinin Qımılqışlaq kəndi ərazisində 2014-2020-ci illər ərzində vətəndaşlar tərəfindən satılmış həyətyanı torpaq sahəsi (daxilində yaşayış evi və yardımçı tikililər olmayan) 0,01 ha üçün satış qiyməti ***- **** manat təşkil etmişdir. İş materiallarına əlavə olunmuş Xaçmaz Rayon Məhkəməsinin 31.10.2019-cu il tarixli, 2(067)-1264/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, iddiaçı Cavabdeh1 ilə Cavabdeh2 arasında 07 avqust 2008-ci il tarixdə Xaçmaz rayon İHB-nın Qımılqışlaq İƏD üzrə nümayəndəliyində 39 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan uşaqları-16 iyun 2009-cu ildə anadan olmuş X10 və 19 may 2013-cü ildə anadan olmuş X6 anaları-Cavabdeh2 himayəsində saxlanılması, iddiaçı Cavabdeh1 16 iyun 2009-cu ildə anadan olmuş X10 və 19 may 2013-cü ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 03 sentyabr 2019-cu il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat və həm də qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 verilməsi qət edilmişdir. İşin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 07.08.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 19.05.2013-cü il tarixdə X12 və X10 anadan olmuş, onların aralarında olan nikah Xaçmaz Rayon Məhkəməsinin 31.10.2019-cu il tarixli, 2(067)-1264/2019 saylı qətnaməsi ilə pozulmuşdur. İşdən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 birgə nikahları dövründə, 15.04.2014cü il tarixdə Xaçmaz rayonu 1 saylı notariat kontorunda bağlanılaraq 4Ə-512 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsi Cavabdeh1 adına alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinəonların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası MM-nin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası MM-nin 146.1-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 58.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Məhkəmə kolllegiyası hesab edir ki, Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsi Cavabdeh1 ilə Cavabdeh2 birgə nikahları dövründə qazandıqları vəsait hesabına əldə edildiyindən onların həmin torpaq sahəsi üzərində birgə sahiblik və istifadə hüququ yaranmışdır. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 ilə Cavabdeh2 münasibətləri pozulduqdan sonra Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından istifadə edən Cavabdeh1 X15 ilə razılığa gələrək 26.11.2018-ci il tarixdə Xaçmaz rayonu 1 saylı notariat kontorunda 15.04.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsini ləğv etdirmiş, bundan bir gün sonra, yəni 27.11.2018-ci il tarixdə həmin torpaq sahəsinə dair X15 ilə İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış, torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18.12.2018-ci il tarixdə, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə 25.01.2019cu il tarixdə qeydiyyata alınmışdır. İşin mübahisə edilməyən hallarından görünür ki, 15.04.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi 26.11.2018-ci il tarixdə Xaçmaz rayonu 1 saylı notariat kontorunda ləğv edilərkən birgə sahiblik və istifadə hüququ olan Cavabdeh2 razılığı alınmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33-cü madəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 15.04.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsini ləğv edilməsini İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etdikdən sonra bilmişdir. Digər tərəfdən, Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsində Cavabdeh1 ilə Cavabdeh2 birgə nikahları müddətində qazandıqları vəsait hesabına fərdi yaşayış evi inşa edilmiş və həmin ev üzrə təbii qazdan və elektrik enerjisindən istifadəyə görə abonent kimi Cavabdeh1 qeydə alınmışdır. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Hazırki işdə alqı-satqı müqaviləsinin etibarsız hesab olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilmişdir. Şərh olunanlara qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma barədə ilk iddiası təmin edilməməli, Cavabdeh2 İddiaçı qarşı notariat qeydinin ləğv edilməsi, alqısatqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi, mülkiyyət hüququnun tanınmasına dair qarşılıqlı iddiası qismən təmin edilməli, Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsinin alqı-satqısına dair X15 ilə Cavabdeh1 arasında bağlanmış 15 aprel 2014-cü il tarixli müqavilənin ləğvi barədə Xaçmaz rayon 1 saylı notariat kontorunda aparılmış 26 noyabr 2018-ci il tarixli notariat qeydi ləğv edilməli, İddiaçı ilə X15 arasında 0,09 ha torpaq sahəsinə dair 27.11.2018-ci il tarixdə Xaçmaz rayon 1 saylı notariat kontorunda bağlanmış və 4Ə-2664 nömrə ilə reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsi, İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 18.12.2018-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 25.01.2019-cu il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və İddiaçı adına 5 saylı Ərazi İdarəsi tərəfindən 25.01.2019-cu il tarixdə verilmiş, inventar nömrəsi 1224, reyestr nömrəsi **********58-10301 olan fərdi yaşayış evinin texniki pasportu etibarsız hesab edilməli, daşınmaz əmlakın dövlət reyestrindən bu məlumatlar çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından qarşılıqlı iddianın qalan hissəsi təmin edilməməlidir. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçı, qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlilləri və ilk iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cu maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia isə təmin edilməməli, qarşılıqli iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətləri qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli, 2(067)-31/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma barədə ilk iddiası təmin edilməsin. Cavabdeh2 İddiaçı qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi, mülkiyyət hüququnun tanınmasına dair qarşılıqlı iddiası qismən təmin edilsin. Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsinin alqısatqısına dair X15 ilə Cavabdeh1 arasında bağlanmış 15 aprel 2014-cü il tarixli müqavilənin ləğvi barədə Xaçmaz rayon 1 saylı notariat kontorunda aparılmış 26 noyabr 2018-ci il tarixli notariat qeydi ləğv edilsin, İddiaçı ilə X15 arasında 0,09 ha torpaq sahəsinə dair 27.11.2018-ci il tarixdə Xaçmaz rayon 1 saylı notariat kontorunda bağlanmış və 4Ə- 2664 nömrə ilə reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən 18.12.2018-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 25.01.2019-cu il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və İddiaçı adına 5 saylı Ərazi İdarəsi tərəfindən 25.01.2019-cu il tarixdə verilmiş, inventar nömrəsi 1224, reyestr nömrəsi **********58-10301 olan fərdi yaşayış evinin texniki pasportu etibarsız hesab edilsin və daşınmaz əmlakın dövlət reyestrindən bu məlumatlar çıxarılsın. Qalan hissədə qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1714/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1714/2021
26.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver