Məhkəmə qərarları › İş №2(105)-1715/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1715/2022

15.07.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1715/2022 15.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, İddiaçı Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər İƏD üzrə Nümayəndəsinin Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə cavabdehin Şabran Rayon Məhkəməsinə verdiyi etiraza baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər İƏD üzrə Nümayəndəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən evinin qarşısında inşa edilmiş tikilinin sonuncunun hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbu edilməsini xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılarkən Cavabdeh yazılı etiraz verərək Şabran Rayon İcra Hakimiyyəti başçısının hakimə təzyiq göstərməsini əsas göstərib, hazırki mülki işin başqa rayon məhkəməsində baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 19.1.3, 19.2.2 və 19.2.3-cü maddələrinə əsasən hakim əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə, hakim tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşsa, hakim şəxsən, bilavasitə və dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da obyektivliyinə və qərəzliyinə şübhə doğuran kifayət qədər əsas varsa hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən məhkəməyə etiraz edən tərəf etirazının əsaslarını sübut etməlidir. MPM-nin 23.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin bütün tərkibinə və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Şabran Rayon Məhkəməsinin təktərkibli məhkəmənin hakiminə etiraz etmək üçün göstərdiyi dəlil əsassızdır və həmin təktərkibli məhkəmənin hakiminin işin nəticəsi ilə maraqlı olmasına və ya obyektivliyinə, qərəzsizliyinə şübhə doğuran əsaslar yoxdur. Ona görə də cavabdeh tərəfin verdiyi etiraz təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 19, 21-22, 263-264 və 365-ci maddələrini rəhbər tutaraq QƏRARAALİR: Cavabdeh Şabran Rayon Məhkəməsinin təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz təmin edilməsin. İddiaçı Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər İƏD üzrə Nümayəndəsinin Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Şabran Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar