Məhkəmə qərarları › İş №2(105)-1724/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1724/2021

02.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1724/2021 02.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Elnarə Nəriman qızının, İddiaçı nümayəndəsi X5 oğlunun iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(012)-4208/2019 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(012)-4208/2019 saylı qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 694 manat məbləğində dəymiş ziyan və 10 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 704 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2020-ci il tarixli, 2(105)-1108/2020 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(012)-4208/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2021-ci il tarixli, 2(102)-951/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1108/2020 nömrəli iş üzrə 26 avqust 2020-ci il tarixli qətnaməsi iddianın rədd edilən hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2683 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə 2713 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 21.06.2018-ci il tarixli, T/17840 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********02710 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1202AQ**********0 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2ci bəndinin (bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 16.02.2018-ci il tarixli, ******* saylı akt əsasında 694 manat, 30.04.2018-ci il tarixli, ******* saylı akt əsasında 878,40 manat, 25.07.2018-ci il tarixli, ******* saylı akt əsasında 97,20 manat, 30.08.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, 21.09.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, 31.10.2018-ci il tarixli, ******* saylı akt əsasında 21,60 manat, 30.11.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat, 28.12.2018-ci il tarixli, ******* saylı akt əsasında 64,80 manat, 31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat və 30.08.019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, cəmi 2683 manat İddiaçınə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2683 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 2683 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 2.3.4-cü bəndinə əsasən cavabdeh təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”na əsasən müəyyən edilmişdir. Həmin qaydalara əsasən istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməlidir. Belə ki, Cavabdeh məxsus fərdi yaşayış evində istifadə edilmiş 2683 manat əvvəlki borcu 3E proqramına keçirilmişdir. 3E proqramı üzrə istehlakçının mənzilində smartkart tipli qaz sayğacı quraşdırıldıqdan sonra xüsusi kart vasitəsi ilə istehlakçı öncədən ödənişlər aparır və təbii qazdan fasiləsiz istifadə edir. Əgər smartkart sayğacdan əvvələ quraşdırılmış mexaniki qaz sayğacından istifadə nəticəsində debitor borc qalırsa, həmin borc məbləği xüsusi karta keçirilir və hər dəfə karta pul məbləği yüklənərkən 30% debitor borca (borc qurtaranadək) silinərək 70% təbii qazdan istifadə üçün yüklənir. Lakin Cavabdeh təbii qazdan qanunsuz istifadə edərək qaz xəttinə qanunsuz qoşulma yolu ilə özünün qaz təminatını həyata keçirmişdir. Cavabdeh 16.02.2018-ci il tarixli, ******* saylı akt əsasında 694 manat, 30.04.2018-ci il tarixli, ******* saylı akt əsasında 878,40 manat, 25.07.2018-ci il tarixli, ******* saylı akt əsasında 97,20 manat, 30.08.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, 21.09.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, 31.10.2018-ci il tarixli, ******* saylı akt əsasında 21,60 manat, 30.11.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat, 28.12.2018-ci il tarixli, ******* saylı akt əsasında 64,80 manat, 31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat və 30.08.019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, cəmi 2683 manat İddiaçı İB-nə ziyan vurmuşdur. Cavabdeh “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə görürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Hazırda Cavabdeh təbii qazdan istifadə qaydalarını pozduğuna görə 2683 manat debitor borcu qalmışdır. Cavabdeh məhkəmə iclaslarında qaz xəttinə qeyri-qanuni qoşulmasını etiraf etmişdir. Lakin məhkəmə cavabdehin təbii qazdan qanunsuz istifadə etməsi nəticəsində iddiaçıya 694 manat dəyərində ziyanın dəyməsi barədə əsassız nəticəyə gəlmiş, bununla da prosessual qaydalar pozulmuşdur Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin iddianın rədd edilən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilib, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi bu hissədə təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 21.06.2018-ci il tarixli, T/17840 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, Cavabdeh (abonent kodu **********02710) akt üzrə borcu 2683 manat təşkil edir. İş materiallarında olan İddiaçı 19.02.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacı sökərək təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 21.02.2018-ci il tarixli hesabatından görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 3470 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı 30.04.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman təbii qazdan qeyri qanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30.04.2018-ci il tarixli hesabatından görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 4392 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı 25.07.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30.07.2018-ci il tarixli hesabatından görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 486 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı 30.08.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30.08.2018-ci il tarixli hesabatından görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 576 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı 21.09.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 21.09.2018-ci il tarixli hesabatından görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 576 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı 31.10.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 31.10.2018-ci il tarixli hesabatından görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 216 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı 30.11.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30.11.2018-ci il tarixli hesabatından görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 576 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı 28.12.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 28.12.2018-ci il tarixli hesabatından görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 648 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı 31.01.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 31.01.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1098 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı 28.02.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 28.02.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1332 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı 29.03.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 29.03.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1332 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı 30.04.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30.04.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1332 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı 30.05.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30.05.2019-cuil tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 324 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı 28.06.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 28.06.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 324 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı 31.07.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 31.07.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 324 m3 müəyyən edilmişdir. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi apellyasiya qaydasında yenidən baxılmağa qaytararkən, apellyasiya məhkəməsinin iş üzrə maddi və prosessual normalarını düzgün tətbiq etməməsinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təstiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqısı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21.06.2018-ci il tarixli, T/17840 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə müqavilənin 2.3.4-cü bəndinə görə istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Qeyd edilən normalardan da görünür ki, şəbəkəyə qanunsuz qoşulma halı qadağan edilməklə hüquqi məsuliyyət yaradır. İstehlakçı da “Qazdan istifadə Qaydaları”nın və müqavilə şərtlərinin pozulmasına görə qazpaylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. İstehlakçının təbii qaz xəttinə kənar (qanunsuz) qoşulması təsbit edildiyi halda, qazın verilməsini dayandırmaq tədbiri ona tətbiq edilən təsir vasitələrindən biri olub, qazdan qanunsuz istifadənin davam etdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Qazpaylayıcının əməkdaşları tərəfindən bu tədbirin görülməsinə baxmayaraq istehlakçı tərəfindən yenidən qaz xəttinə qanunsuz qoşulması imkanı istisna deyildir. Odur ki, qazpaylayıcının qazın verilməsini dayandırmaq tədbirini görməməsi, yaxud gördüyü halda, istehlakçının qaz xəttinə bir daha qanunsuz qoşulması və bu faktın yenidən aşkarlanması abonentin əvvəlki kənar qoşulmalara görə məsuliyyətini aradan qaldırmır. Başqa sözlə, yalnız dayandırma tədbirinin tətbiq edilməməsinə və cavabdehin izahatına əsaslanmaqla iş üzrə nəticəyə gəlinməsi qanuni və əsaslı sayıla bilməz. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir, yəni qanunsuz qoşulma nəticəsində məişət abonenti pozuntu aşkar edilən günədək istehlak etdiyi təbii qaza görə ödəməli olduğu məbləğdən daha az məbləğ ödəmişdir. Qeyd edilən pozuntunun, yəni qanunsuz xətlə təbii qazdan istifadə edilməsinin məişət abonentinin iradəsindən kənar edilməsi istisna edildiyindən, məişət abonenti istehlak etdiyi təbii qazın tam dəyərini ödəmək vəzifəsi daşıyır. Azərbaycan Respublikasının MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə görə alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İddiaçı tərəfindən məhz cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın dəyəri hesablanaraq müvafiq aktlarda qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmamış hissəsində gəldiyi nəticə işin hallarına uyğun gəlməmiş, bu isə iş üzrə iddianın təmin olunmamış hissəsində düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh izahatında 2018-ci ilin yanvarında təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etdiyini etiraf etmişdir. Cavabdeh sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi iş materiallarında olan fotoşəkillərlə də təsdiq olunur. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, qanunsuz qoşulma iddia olunan dövrdə, 2018-2019-cu illər ərzində Cavabdeh tərəfindən qaz sərfiyyatına görə pul ödənilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə ilə bağlı dəymiş zərərə görə cavabdeh Cavabdeh İddiaçı xeyrinə 30.04.2018-ci il tarixli, ******* saylı akt əsasında 878,40 manat, 25.07.2018-ci il tarixli, ******* saylı akt əsasında 97,20 manat, 30.08.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, 21.09.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, 31.10.2018-ci il tarixli, ******* saylı akt əsasında 21,60 manat, 30.11.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat, 28.12.2018-ci il tarixli, ******* saylı akt əsasında 64,80 manat, 31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat və 30.08.019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, cəmi 1989 manat tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cu maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia bu hissədə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(012)- 4208/2019 saylı qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia bu hissədə təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə dəymiş zərərin əvəzi olaraq 1989 manat (bir min doqquz yüz səksən doqquz) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar