Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1727/2023 04.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər X7 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı bağışlama müqaviləsinin və hüquqların dövlət reyestri haqqında çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-876/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Səmədzadə) iddianın təmin edilməsi, Cavabdeh2 tərəfindən Cavabdeh1 adına verilmiş ünvan 1i ünvanında yerləşən evə dair Qusar rayonu Notariat Ofisi tərəfindən aparılmış 18 mart 2022-ci il tarixli, 4Ə- 575 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********13-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 tərəfindən Cavabdeh1 adına verilmiş ünvan 3i ünvanında yerləşən evə dair Qusar rayonu Notariat Ofisi tərəfindən aparılmış 18 mart 2022-ci il tarixli, 4Ə- 575 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”-nin və onun əsasında verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Balasoltan atası, Sevil isə bacısıdır. ünvan 1ində yerləşən onun, cavabdeh Balasoltanın, digər ailə üzvü olan anası Mariyanın ümumi birgə mülkiyyətində 0.10 ha həyətyanı torpaq sahəsi vardır. Bu torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə ümumi birgə mülkiyyətlərinə verilmişdir. Torpaq sahəsi üzərində cavabdeh atası Balasoltanın adına qeydə alınmış ev mövcud olmuşdur. Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan 3i ünvanında yerləşən evə dair Qusar rayonu Notariat Ofisi tərəfindən 18 mart 2022-ci il tarixli, 4Ə-575 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” bağlanmışdır. DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışına əsasən ünvan 1ində yerləşən ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evinə Cavabdeh1 hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Tərəfindən Qusar rayon Notariat Ofisinə sorğu verilərək Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan 3i ünvanında yerləşən evə dair Qusar rayonu Notariat Ofisi tərəfindən 18 mart 2022-ci il tarixli, 4Ə-575 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi alınmışdır. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Çaykənarı kənd İƏD-nin 09 yanvar 2023-cü il tarixli arayışından məlum olur ki, o Xaçmaz rayonu Gödəkli kəndində yaşayır. X2, X3, X4 ailə üzvləridir. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Çaykənarı kənd İƏDnin 09 yanvar 2023-cü il tarixli arayışından məlum olur ki, o Xaçmaz rayonu Gödəkli kəndində yerləşən atası Cavabdeh2 məxsus 0.10 ha torpaq sahəsi üzərində tikilmiş xx.xx.1989-cu il tarixdə 27 sayla qeydə alınmış ümumi sahəsi 139.8 kv.metr olan fərdi yaşayış evində qeydiyyatdadır. Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan 3i ünvanında yerləşən evə dair Qusar rayonu Notariat Ofisi tərəfindən bağlanmış 18 mart 2022-ci il tarixli,4Ə-575 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqavlləsi”-ində evin yerləşdiyi yer kimi ünvan 3i göstərilmiş və ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 bağışlanmışdır. Halbuki, Cavabdeh2 məxsus ev ünvan 1ində yerləşir və Cavabdeh2 ünvan 3ində evi mövcud deyildir. Cavabdeh2 məxsus evin yalnız qeydiyyat vəsiqəsi olmuş, daşmmaz əmlak bağışlanılarkən həmin ev Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və mülkiyyət hüququ tanıdılmadan bağışlanma müqaviləsi bağlanmışdır. Bununla da MM-nin 146-cı maddəsinin tələbləri pozulmuşdur. Bağışlanma müqaviləsi bağlanarkən evdə qeydiyyatda olan şəxslərin, ilk növbədə onun və ailə üzvlərinin razılığı alınmamışdır. Bağışlama müqaviləsi bağlanıldıqdan sonra Cavabdeh1 tərəfindən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış alınmış, həmin çıxarışda da evin yerləşdiyi yer kimi Xaçmaz rayonu,Gödəkli kəndi göstərilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Xaçmaz Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə öz qətnaməsində MPMin 77, 78-ci və qanunvericiliyin maddələrinə istinad etsə də hec bir əsaslandırma aparmamışdır. Məhkəmə öz qərarını əsaslandırmaq üçün Mülki Məcəllənin maddələrinə istinad etsə də, həmin normaları düzgün təfsir etməmiş bu da onun Konstitutsiya ilə verilən hüquqlarını kobud şəkildə pozan qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Lakin məhkəmə qanunvericiliyin maddələrini sadalamış, iddia tələbinin rədd edilməsi üçün hec bir dəlil göstərməmiş və hec bir əsaslandırma aparmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə Kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni iddia tələbinin əsaslı olması ilə əsaslandırmışdır. Cavabdeh2 bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirmişdir. Hazırkı iş üzrə iddia tələbi bağışlama müqaviləsinin və hüquqların dövlət reyestri haqqında çıxarışın etibarsız hesab edilməsi barədədir. Müqavilənin etibarsızlığının əsası kimi bağışlama müqaviləsi bağlanarkən mübahisəli evin dövlət reyestrində qeydə alınmamasına, mülkiyyət hüququ tanıdılmadan bağışlama müqaviləsinin bağlanmasına, bununla da Mülki Məcəllənin 146-cı maddəsinin tələblərinin pozulmasına, həmçinin mövcud müqavilənin bağlanması zamanı həmin evdə qeydiyyatda olan onun və ailə üzvlərinin razılığının alınmamasını istinad edir. İşdən görünür ki, mübahisəli fərdi ev Cavabdeh2la həyat yoldaşı Mariya Daşdəmirovanın ümumi birgə nikahda əldə etdikləri əmlak olmuş və onların razılığı ilə həmin fərdi yaşayış evi qızı Cavabdeh1 notariat qaydada bağışlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 22 mart 2006-cı il tarixli qərarında göstərmişdir ki, Qanunverici sahiblik, istifadə və sərəncam hüququnun mahiyyətini açıqlayaraq, MM-in 152.4-cü maddəsində qeyd etmişdir ki, sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. Qeyd olunmalıdır ki, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun (Ə.Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Göründüyü kimi əmlakın müqəddəratını müəyyən etmək səlahiyyəti mülkiyyətçiyə məxsus olmaqla, mülkiyyətçi tərəfindən həmin əmlakın üzərində sərəncam vermək səlahiyyəti həyata keçirilərək əmlak özgəninkiləşdirilə bilər. Bu hüququ mülkiyyətçi şəxsən və ya nümayəndə vasitəsi ilə həyata keçirə bilər. Mövcud müqavilə bağlanarkən mübahisəli mənzilin mülkiyyətçisi kimi Cavabdeh2 müstəsna səlahiyyətləri olan mənzilə dair sərəncam vermək səlahiyyətindən istifadə edərək, mənzilin bağışlanmasına dair müqaviləni bağladığından, iddiaçının və onun ailə üzvlərinin hər hansı bir hüququ pozulmamışdır. Mübahisəli evin bağışlanması zamanı dövlət reyestrindən qeydiyyatdan keçməməsi, mülkiyyət hüququ tanıdılmadan müqavilənin bağlanması barədə iddiaçının dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ev hələ 27 saylı qeydə alma nömrəsi olan xx.xx.1989-cu il tarixdə Cavabdeh2 adına tam mülkiyyət hüququ üzrə qeydə alınmışdır. Mülki Məcəllənin 146.2. maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Göründüyü kimi əqdin bağlanması zamanı mübahisəli ev məhz Cavabdeh2 mülkiyyətində olmuş və o da bu səlahiyyətindən istifadə edərək mənzili qızı Cavabdeh1 bağışlamışdır. Bu mənada məhkəmə kollegiyası iddiaçının bu dəlillərini əsaslı hesab etmir. Mübahisəli yaşayış evinin Gödəkli kəndində yerləşdiyi halda, bağışlama müqaviləsində evin Çaykənarı kəndi kimi göstərilməsi barədə iddiaçının dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu qanunvericiliyin tələblərinə uyğun bağlanmış əqdin etibarsızlığı üçün əsas ola bilməz. Bu məsələ notariat hərəkətlərinin həyata keçirərkən notarius tərəfindən sənədləşmə və kargüzarlıq işlərinin aparılması qaydalarının pozulmasının nəticəsidir ki, kənar şəxslər, o cümlədən müqavilənin iştirakçıları buna görə məsuliyyət daşımır. O da nəzərə alınmalıdır ki, məhz bununla bağlı Cavabdeh2 xx.xx.2023-cü il tarixdə notariat ofisinə yazılı ərizə ilə müraciət edərək müqavilənin birinci bəndində Xaçmaz rayon Çaykənarı kəndi sözünə düzəliş edilməklə Xaçmaz rayon Gödəkli kəndi yazılmasını xahiş etmiş və notariat orqanı tərəfindən müqavilənin 1-ci bəndində yol verilmiş yanlışlığa xx.xx.2023-cü il tarixdə düzəliş edilməklə notariat ofisinin dairəvi möhrü ilə təsdiq edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı bağışlama müqaviləsinin və hüquqların dövlət reyestri haqqında çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1727/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1727/2023
04.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver