Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1729/2020 11.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X6, İddiaçı iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-317/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-317/2020 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mirasın faktiki qəbul edilməsi və miras payının müəyyən edilməsi tələbinə dair iddia qismən təmin edilib, ünvan 1 ünvanı üzərində mülkiyyət hüququna dair 9251 reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə mərhum Mirqələm Miri oğlunun adına olan Abşeron rayonu, Saray qəsəbəsi, Nəsimi küçəsi, 46 saylı miras əmlakın İddiaçı tərəfindən faktiki qəbul edilməsi tanınmış və həmin əmlaka onun 1/6 payı müəyyən edilib, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-317/2020 saylı qətnaməsinin qismən ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, atası X8 ilə birlikdə 1985-ci ildə Lesxozda işləmişdir. Lezxozda işləyən zaman atası X7 torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin üzərində balaca bir dam tikib və ailəlikcə arada bir orda qalmağa getmişlər. 1986-cı ildə onun tərəfindən həmin torpaq sahəsi üzərində bütün xərclərini çəkməklə fərdi yaşayış evi inşa edilib. Evi tam hazır etdikdən sonra digər ailə üzvləri də, onun tikdirdiyi evə köçmüşlər. Ev onun tərəfindən tikildiyi üçün atası X8 xx.xx.2005-ci ildə vəsiyyətnamə tərtib edərək özünün bütün daşınar və daşınmaz əmlakını ona vəsiyyət etmişdir. X2 xx.xx.1996-cı ildə və atası X8 xx.xx.2007-ci ildə vəfat etmişlər. Abşeron rayon MTTM-dən verilmiş xx.xx.2019-cu il tarixli 83 saylı arayışla atasının öldüyü günə qədər onunla birlikdə yaşadığı təsdiq olunur. Bütün əşyaları həmin evdədir. Atası ona vəsiyyətnamə verməsinə baxmayaraq, atası rəhmətə getdiyi gündən o mirası faktiki olaraq qəbul etmişdir. Bundan sonra vərəsəlik işinin açılması üçün Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoruna müraciət etmiş, lakin onun ərizəsinə cavab olaraq bildirilmişdir ki, vərəsəlik işinin açılması üçün qoyulmuş müddət keçdiyindən və digər vərəsələrlə mübahisə olduğundan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin açılması mümkün deyil. Ona görə də, mərhum X3 miras qalmış ünvan 2 ünvanında yerləşən 0.878 ha torpaq sahəsi və üzərindəki 46 saylı fərdi yaşayış evinin - miras əmlakın onun İddiaçı tərəfindən faktiki qəbul edilməsi, miras payının tam formada müəyyən edilməsi, əmlakın tam şəkildə ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onun tərəfindən iş materiallarına vəsiyyətnamənin əlsi əlavə edilsə də və miras faktiki olaraq qəbul etməyinə baxmayaraq birinci instansiya məhkəməsi sadalanan halları nəzərə almamışdır. Ona məxsus əşyalar atasına məxsus evdədir. Atası vəsiyyətnamə qoymasına baxmayraq vərəsəlik işinin açılması üçün Abşüron rayonu 2 saylı notariat kontoruna müraciət etmiş, müraciətinə cavab olarq bildirilmişdir ki, miras əmlakın açılması üçün müəyyən edilmiş müddəti ötürmüş, vərəsəlik haqqında şəhadətnamənin açılması mümkün deyildir. Ona görə də birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-317/2020 saylı qətnaməsinin qismən ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apelyasiya şikayətinə etiraz edib təmin olunmamasını xahiş etdilər. Cavabdeh1 lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha-ki-min məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materaiallarında olan Qeydiyyat Vəsiqəsindən görünür ki, Abşeron rayon Saray qəsəbəsi Nəsimi küçəsində yerləşən 3 yaşayış otağı, yaşayış sahəsi 86.2 m2, köməkçi sahəsi 25.9 m2-dən ibarət olan 46 №-li yaşayış evi Abşeron rayon XDS İcraiyyə Komitəsinin 08/08 №-li, xx xxxxxx 1988-ci il tarixli qərarı əsasında vətəndaş X5 adına reyestr kitabı 9251, inventar işi 788 nömrəsi ilə qeydə alınmışdır. Abşeron rayon Saray qəsəbə İN tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ №027296 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1996-cı ildə “insult” səbəbindən vəfat etmişdir. Abşeron rayon Saray qəsəbə İN tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ № 009165 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2007-ci ildə “ürəyin dekompensasiyası” səbəbindən vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Abşeron rayon 2 saylı Dövlət Notariat Ofisinin İddiaçı ünvanladığı xx xxxxxxxx 2019-cu il tarixli, 187 saylı məktubundan görünür ki, vərəsəlik işinin açılması üçün qoyulmuş müddət keçdiyindən və digər vərəsələrlə mübahisə olduğundan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin açılması mümkün deyildir. Bu səbəblə bağlı müvafiq rayon məhkəməsinə müraciət etməyi tövsiyə olunmuşdur. xx.xx.2019-cu il tarixdə tərtib edilmiş akta əsasən, Abşeron RMTTM tərəfindən Abşeron rayon 2 saylı Notariat kontoruna təqdim etmək üçün verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, 83 saylı arayışdan görünür ki, həqiqətən mərhum X8 xx.xx.2007-ci ildə vəfat edən günə kimi Abşeron rayon, Saray qəsəbəsi, Nəsimi küçəsi ev 46-da aşağıdakı şəxslərlə birlikdə yaşamışlar: İddiaçı, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-3622/2019 saylı qətnaməsi ilə xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət olunmuşdur. DƏDRX-nın 4 saylı Abşeron Ərazi X1 adına hər hansı bir əmlakın qeydiyyatdan keçib keçməməsi ilə bağlı sorğu ünvanlanmış və AR ƏMDK yanında DƏDRX-nın 4 saylı X14 tərəfindən sorğuya verilmiş cavabda Abşeron rayonu Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən X5 adına yalnız ünvan 1 ünvanı üzərində mülkiyyət hüququna dair 9251 reyestr nömrəli qeydiyyat vəsiqəsi olduğu göstərilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçının atası X8 xx.xx.2007ci ildə vəfat etmişlər. Atası vəfat getdiyi gündən o mirası faktiki olaraq qəbul etmişdir. Abşeron rayon MTTM-dən verilmiş xx.xx.2019-cu il tarixli, 83 saylı arayışla atasının öldüyü günə qədər iddiaçı ilə birlikdə yaşadığı təsdiq olunur. Bundan sonra X8 vərəsəlik işinin açılması üçün Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoruna müraciət etmiş, lakin onun ərizəsinə cavab olaraq bildirilmişdir ki, vərəsəlik işinin açılması üçün qoyulmuş müddət keçdiyindən və digər vərəsələrlə mübahisə olduğundan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin açılması mümkün deyildir. İddiaçı mərhum atası X3 miras qalmış ünvan 5 ünvanında yerləşən 0.878 ha torpaq sahəsi və üzərindəki 46 saylı fərdi yaşayış evinin - miras əmlakın onun -İddiaçı- tərəfindən faktiki qəbul edilməsini, miras payının tam formada müəyyən edilməsini, əmlakın tam şəkildə ona verilməsini xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, məhkəmə iclasında cavabdehlərdən Cavabdeh2, X4, Cavabdeh3 və Cavabdeh4 iddia tələbini qəbul edərək etiraf ərizələrini məhkəməyə təqdim edərək iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Digər Cavabdeh1 məhkəmənin qətnaməsinə əsasən fəaliyyət qabiliyyətsiz hesab edildiyindən və hazırkı vaxtadək ona qəyyum təyin edilmədiyindən məhkəmə onun iddia tələbinə münasibət bildirmək iqtidarında olmamasını müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1244-ci maddəsinə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Həmin Məcəllənin 1299.1.-ci maddəsinə əsasən miras payının bərabərləşdirilməsi göstərilmiş xidmətlərə və mirasın həcminə uyğun olaraq ədalətlə aparılmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktı və vərəsəliyin açılma yeri hüquqi əhəmiyyəti olan fakt kimi məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2. maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3. maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4. maddəsinin tələbinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gəldikdə hesab etmişdir ki, mərhum X3 miras qalmış ünvan 2 saylı fərdi yaşayış evi ilə yanaşı həmin ünvanda yerləşən 0.878 ha torpaq sahəsinin İddiaçı tərəfindən faktiki qəbul edilməsi və miras payının tam formada müəyyən edilməsi göstərilmişdir. İddia tələbində 46 saylı fərdi yaşayış evinin mərhum X5 adına qeydiyyat vəsiqəsi olsa da, digər torpaq sahəsinin hüquq müəyyənedici sənədi məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəmə sorğusu zamanı DƏDRX-nın 4 saylı X14 tərəfindən sorğuya verilmiş cavabda Abşeron rayonu Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən X5 adına yalnız ünvan 1 ünvanı üzərində mülkiyyət hüququna dair 9251 reyestr nömrəli qeydiyyat vəsiqəsi olduğu göstərilmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsinin hüquq müəyyənedici sənədi olmadığından, onun iddiaçı və cavabdehlər arasında paylara uyğun bölünməsi mümkün deyildir. Belə ki, torpaq sahəsinin mülkiyyət hüququ ilə mərhum X5 adına məxsus olması barəsində heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən iddia tələbinin torpağa miras payının müəyyən edilməsi hissəsi təmin edilməməlidir. Cavabdehlərin iddia tələbini qəbul etməsini nəzərə alaraq hesab edir ki, ünvan 1 ünvanı üzərində mülkiyyət hüququna dair 9251 reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə mərhum Mirqələm Miri oğlunun adına olan Abşeron rayonu, Saray qəsəbəsi, Nəsimi küçəsi, 46 saylı miras əmlakın iddiaçı tərəfindən faktiki qəbul edilməsi tanınmalı və həmin əmlaka onun 1/6 payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası sadalanan halları və apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsi apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-317/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-1729/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1729/2020
11.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver