Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1735/2022 01.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli qərardadı ilə (hakim C.İ.Səfiyeva) İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə iddiaçı Cavabdeh Abşeron Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(012)-713/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəsinin təmin edilməməsi, ərizənin ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca görə qanunsuz olaraq mənə hesablanmış 302 (üç yüz iki) manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Cavabdehin nümayəndəsi Ç.N.Dibirov verdiyi şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır, ərizə obyektiv araşdırılmamış və orada qeyd olunanlar şablon mövqedir. Cavabdeh ədalətli məhkəmə araşdırması hüququ məhdudlaşdırılaraq şablon əsaslarla prosessual müddətin bərpasından imtina edilmişdir. Əsassız olaraq ədalətli məhkəmə araşdırması hüququnun məhdudlaşdırılması yolverilməzdir. Şikayətin təmin edilərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-713/2022 nömrəli qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca görə qanunsuz olaraq ona hesablanmış 302 (üç yüz iki) manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(012)-713/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanına aid qaz sayğacına (abonent kodu **********00342) dair hesablanmış 302.40 manat cərimə borcunun silinməsi, Cavabdeh İB-dən dövlət rüsumuna görə 30 manat tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı Cavabdeh İB apelyasiya şikayəti vermiş və apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdehnə qarşı «cərimənin silinməsi» tələbinə dair iddia ərizəsi Abşeron Rayon Məhkəməsinin qətnaməsinə əsasən təmin edilmişdir. Qətnaməni rəsmi qaydada almamışlar. Həmin qətnamə ilə, iddiaçı tərəfin X1 BRQSD-yə həmin qətnamənin icra olunması məqsədi ilə yaxınlaşmasından (təxmini 4-5 may 2022-ci il tarixləri) sonra araşdırdıqda məlumatları olmuşdur. İddiaçı da (sözlərinə görə) öz növbəsində artıq qüvvəsini almış məhkəmə aktını Abşeron Rayon Məhkəməsinin inzibati binasından əldə etmişdir. Abşeron Rayon Məhkəməsinin inzibati binasından qətnamənin Azəriqaz İB-nə rəsmi qaydada göndərilib göndərilməməsi ilə bağlı şifahi soruşduqda, həmin qətnamənin elektron kabinetə yerləşdirildiyi və bu barədə nümayəndənin elektron poçt ünvanına məlumat verildiyi, nümayəndənin elektron poçt ünvanına daxil olmuş məlumatla tanış olması barədə Məhkəmənin sistemində məlumatın olması barədə bildirilmişdir. Məhkəmə aktının elektron kabinetə yerləşdirilməsi haqqında elektron poçt ünvanına göndərilən məlumatlandırmanın oxunması, çıxarılmış qətnamə ilə tanış olma anlamına gəlməməlidir və həmin qətnamə prosessual qanunvericiliyə uyğun olaraq rəsmi qaydada təqdim edilməlidir. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 227.3 və 227.4-cü maddəsində qeyd olunmuş tələbləri nəzərə alaraq həmin Məcəllənin 233.1-ci maddəsində qeyd olunmuş halın baş verməsi, yəni çıxarılmış məhkəmə aktını poçt vasitəsi və s. qaydada rəsmi aldıqdan sonra və ya elektron kabinetə yerləşdirilmiş qətnamənin mətni ilə tanış olduqdan sonra həmin 1 (bir) ay müddətin axımı başlamalıdır. Həmçinin prosessual qanunvericilikdə yuxarıda qeyd olunan məsələ ilə bağlı boşluq mövcuddur və belə hallarda Məhkəmələr hər hansı bir tərəfin ziyanına hərəkət etməməlidirlər. Qətnamə elektron kabinet vasitəsi ilə may 2022-ci il tarixinə qədər oxunmamışdır. Odur ki, qətnaməni elektron kabinetdən həqiqətən də oxumadıqlarından və bu səbəbdən də ondan vaxtında şikayət edə bilməmələrini nəzərə alaraq xx.xx.2022-ci il tarixli, 2(012)-713/2022 saylı Abşeron Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasını üzürlü səbəb kimi qəbul edərək prosessual müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, məhkəmənin 14 fevral 2022-ci il tarixli, 2(012)- 713/2022 saylı qətnaməsi Cavabdeh İB-i tərəfindən xx.xx.2022-ci il tarixdə oxunmuşdur. 13 may 2022-ci il tarixdə isə qətnamədən apellyasiya şikayəti verilmişdir. Məhkəmə aktının elektron kabinetə yerləşdirilməsi haqqında elektron poçt ünvanına göndərilən məlumatlandırmanın oxunmasını çıxarılmış qətnamə ilə tanış olma anlamına gəlməməsi və həmin qətnamə prosessual qanunvericiliyə uyğun olaraq rəsmi qaydada təqdim edilməsi müddətin bərpası üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 227.4-cü maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdehin nümayəndəsi X3 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 01 iyun 2022-ci il tarixli 2(012)-713/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1735/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1735/2022
01.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver