Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1739/2022 18.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı Abşeron Regional Elektrik X1 Cəmiyyətinin nümayəndəsi XXX Orxan Kamal oğlunun, Cavabdeh, üçüncü şəxs Hökməli Bələdiyyəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Abşeron Regional Elektrik X1 Cəmiyyətinin Cavabdeh qarşı Abşeron rayonu, Hökməli qəsəbəsi, Qobu yolu, Koroğlu küçəsi ərazisindən keçən 220 kvluq yüksək gərginlikli “Müşviq” hava xəttinin 6 və 7-ci dayaqlarının mühafizə zonasında cavabdeh tərəfindən inşa edilmiş qeyriqanuni obyektlərin sökülməsi, sökülmə işlərinə çəkilən xərclərin cavabdehdən tutulması və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(012)-1706/2022 nömrəli qətnaməsindən iddiaçı Abşeron Regional Elektrik X1 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(012)-1706/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Habil Əhmədov). Qətnamədən iddiaçı Abşeron Regional Elektrik X1 Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(012)-1706/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçı Abşeron Regional Elektrik X1 Cəmiyyəti Cavabdeh qarşı Abşeron rayonu, Hökməli qəsəbəsi, Qobu yolu, Koroğlu küçəsi ərazisindən keçən 220 kv-luq yüksək gərginlikli “Müşviq” hava xəttinin 6-cı və 7-ci dayaqlarının mühafizə zonasında cavabdeh tərəfindən inşa edilmiş qeyriqanuni obyektlərin sökülməsi, sökülmə işlərinə çəkilən xərclərin cavabdehdən tutulması və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, həmin iddia ərizəsi üzrə tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iddiaçı Abşeron Regional Elektrik X1 Cəmiyyətinin nümayəndəsi Orxan Kamal oğlu apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, həmin ərazidə Nazirlər Kabinetinin 103 saylı, 2005-ci il tarixli qərarına əsasən yüksək gərginlikli hava xətlərinin mühafizə zonaları təyin olunmuşdur. 110 kilovoltluq elektrik xəttinin mühafizə zonası son naqildən sağ və sol istiqamətdə 20 metr, 220 kilovoltluq elektrik xəttinin mühafizə zonası 25 metr, 300-500 kilovoltluq elektrik xəttinin mühafizə zonası 30 metr təyin olunmuşdur. Bu mühafizə zonalarında heç bir tikintiyə yaxud digər fəaliyyətə icazə verilmir. Bu qadağanın başlıca məqsədi vətəndaşın sağlamlığının mühafizəsi və bədbəxt hadisələrin qarşısını almaqdır. Cavabdeh isə həmin ərazidə, 220 kilovoltluq elektrik xəttinin mühafizə zonasında 3 ədəd qeyri-yaşayış obyekti tikmişdir. Bu barədə cavabdehə və aidiyyəti qurumlara dəfələrlə müraciət edilib. Amma hər hansı tədbir görülməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilib. Həmin obyektlər sökülməli, ərazi tamamilə boşaldılmalıdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(012)- 1706/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs “AzərenerjiASC-nin nümayəndəsi və vəkili Vəkil izhatında göstərdi ki, apellyasiya şikayətini müdafiə edir. Birinci instansiya məhkəməsində cavabdeh məhkəmə iclasında sökülməsi tələb olunan obyektlərin ona məxsus olmasına etiraz etdi. Həmin ərazidə 3 obyekt mövcuddur. Onlardan birində "xxxx" MMC fəaliyyət göstərir. Digər ikisi isə kənd təsərrüfatı təyinatlı obyektlərdir. "xxxx" MMCdən sorğuya cavab alınıb. Həmin sorğu ilə də təsdiq olunur ki, Al MarketMMC müqaviləni hazırki iş üzrə cavabdehlə bağlayıb. Amma cavabdehin həmin obyektlərə mülkiyyət hüququnu təsdiq edən çıxarışı yoxdur. Birinci instansiya məhkəməsində akt və bildiriş təqdim olunmuşdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(012)-1706/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, tikililər ailəsinə atasından qalıb, mübahisəli əmlaklar təkcə onun əmlakları deyil, qardaşları və anası da var. "xxxx" lə müqaviləni özü bağlayıb. O obyekt onundur. Digər obyektlər əvvəllər atasının olub. Amma sonrakı aqibəti barədə məlumatı yoxdur. Onları hazırda o, işlətmir. Kimin işlətdiyi barədə də məlumatı yoxdur. İşığa dair sayğac onun adınadır, bütün obyektlərin bir sayğacı var. Obyektlərə dair sənədləri var. Sayğac 2010-da qoyulub, 2002-ci ildə obyektlər tikilib. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(012)-1706/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Hökməli Bələdiyyəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, bələdiyyənin ərazisində mübahisə predmeti ilə eyni statuslu tikililər çoxdur. Tikililərin tikilmə tarixi hazırki bələdiyyə sədrinin fəaliyyət dövrünə aid deyil. Bələdiyyəyə mühafizə zolaqları barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş üzrə Mərkəzindən 2019-cu ildə məktub daxil olmuşdur. Həmin dövrdə tikintiyə nəzarət bələdiyyələrin səlahiyyəti olmayıb. Mübahisəli ərazi magistral xəttin birinci hissəsinə düşür. Həmin hissədə fəaliyyət göstərən obyektlər bələdiyyədə vergi ödəyicisi deyillər. Başqa elektrik dirəkləri də mövcuddur ki, vətəndaşların yaşayış sahəsinə, həyətlərinin ərazisinə düşür. Hazırda bu problem bütün respublika ərazisində aktualdır. Konkret həll yolu da təklif olunmayıb. Qeyd edilənlərə əsasən mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. PROSESSUALMƏSƏLƏLƏR: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsi barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(012)- 1706/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Mülki iş materiallarına əlavə olunmuş üç ədəd fotoşəkildən görünür ki, sözügedən fotolarda Cavabdeh məxsus olduğu iddia edilən "xxxx", “Bərbərxana” “kənd təsərrüfatı məhsulları (“toyuq, süd, qatıq məhsulları” kimi fəaliyyət göstərən qeyri-yaşayış sahələriobyektlər əks olunmuşdur. Birinci instansiya məhkəməsi tələbində sözügedən obyektin Cavabdeh məxsus olduğunu, bu səbəbdən də həmin qanunsuz tikililərin məhz həmin şəxs tərəfindən sökülməsi tələb edilsə də, həmin obyektlərin həqiqətən də cavabdehə məxsus olmasını sübuta yetirəcək mötəbər sübutlarını məhkəməyə təqdim etməməsi əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsiin gəldiyi nəticəni əsaslı hesab etməyərək qeyd edir ki, məhkəmə işin hallarını tam araşdırmamış, yekunda səhv nəticəyə gəlmişdir. Belə ki, təqdim edilmiş "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2012-ci il tarixli texniki şərtindən görünür ki, X2 müraciət edərək Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən mebel mağazasının elektrik şəbəkəsinə qoşulmasını xahiş etmişdir. Təqdim edilmiş “Bakı Torpaq” L.S.B-nun Memarlıq və Planlaşdırma Layihəsinin verilməsi haqqında 1026 nömrəli, xx.xx.2015-ci il tarixli sərəncamından görünür ki, Cavabdeh ərizəsi əsasında ona məxsus Abşeron rayonu, Qobu yolu, Hökməli qəsəbəsi ünvanında tikilmiş qeyri-yaşayış binasının Memarlıq və Planlaşdırma Bölməsi verilmişdir. Təqdim edilmiş **********5 nömrəli abunə haqqı barədə saldodan görünür ki, Hökməli kəndində yerləşən mebel mağazasına Cavabdeh abonent kimi qeydiyyata alınmışdır. İşə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 1448 nömrəli məktubundan görünür ki, sözügedən ünvanda yerləşən daşınmaz əmlakla bağlı istifadə hüququnun yaranmasına əsas hüquqmüəyyənedici sənədlər üzərindən Cavabdeh ilə mülki hüquq müqviləsi bağlanması əsasında əmələ gəlmişdir. İşə əlavə edilmiş **********90337 nömrəli abune haqqı barədə saldodan görünür ki, X3 abonent kimi qeydiyyata alınmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh izahatında bildirmişdir ki, tikililər ailəsinə atasından qalıb. Mübahisəli əmlaklar təkcə onun əmlakları deyil, qardaşları və anası da var. "xxxx" lə müqaviləni özü bağlayıb. O obyekt onundur. Digər obyektlər əvvəllər atasının olub. Amma sonrakı aqibəti barədə məlumatı yoxdur. Onları hazırda o, işlətmir. Kimin işlətdiyi barədə də məlumatı yoxdur. İşığa dair sayğac onun adınadır. Bütün obyektlərin bir sayğacı var. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli tikililərin Cavabdeh məxsus olması onun izahatı ilə yanaşı təqdim edilmiş sənədlər və abonent saldoları ilə də təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddia tələbinə qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 103 nömrəli Qərarına, o cümlədən “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə Qaydaları”nın 5-ci bəndinə əsasən mühafizə zonası elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələrdir. Bu Qaydaların məqsədi gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan ibarətdir və elektrik ötürücü xətlərinin, birləşdirici və paylaşdırıcı qurğuların layihələşdirilməsində, quraşdırılmasında, istismarında tətbiqi məcburidir. Həmin Qaydaların 5-ci bəndinin yarımbəndinə göstərilmişdir ki, hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində, aşağıdakı cədvəldə göstərilən məsafələrdə: anker dayaqlarındakı naqillər bağlanan traveslərinin 7,5-8 metr (ortadan hər tərəfə) uzunluğu ilə birlikdə xəttin koridoru- trassası minimal 8+25+8+25=66 metr təşkil edir. İşə əlavə edilmiş fotoşəkillərdən görünür ki, Cavabdeh məxsus mübahisəli tikililər 22 kv-luq Müşfiq hava xəttinin altında, mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Həmin Məcəllənin 46-cı və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddələrinə əsasən dövlət mülkiyyətində olan torpaqlara daxildir: dövlət obyektlərinin-dağ mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, maqistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm zolaqlarının, mühüm meliorasiya və su təsərüffatı obyektlərinin yerləşdiyi torpaqları və sair. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki mübahisəli tikililər 22 kv-luq Müşfiq hava xəttinin mühafizə sonasında yerləşir, fəaliyyəti ilə ərazidə yaşayn insanların gediş-gəlişini istensivləşdirməklə həyat və sağlamlıqlarına təhlükəni artırır, eləcə də elektrik xəttinə lazımı texniki zidmətin göstərilməsini çətinləşdirir. Bununla da müəyyən edilir ki, cavabdehə məxsus tikililər elektrik xəttinin mühafizə zonasına düşür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan qətnamə ləğv edilərək iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə,məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(012)-1706/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Abşeron rayonu, Hökməli qəsəbəsi, Qobu yolu, Koroğlu küçəsi ərazisindən keçən 220 kv-luq yüksək gərginlikli “Müşviq” hava xəttinin 6-cı və 7-ci dayaqlarının mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş tikililər ("xxxx", “Bərbərxana” “kənd təsərrüfatı məhsulları) cavadehin hesabına sökülsün. Mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsi boşaldılaraq əvvəlki vəziyyətinə gətirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1739/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1739/2022
18.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver