Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1741/2022 11.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" X16 Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhər üzrə İcra İdarəsinə, "xxxx" KB ASC-yə və "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2456/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2456/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. (hakim A.İsmayılov) Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2456/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı cavabdehlər Sumqayıt şəhər üzrə İcra İdarəsinə, "xxxx" KB ASC-yə və "xxxx" MMC-yə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin ünvan 1 ünvanda yerləşən, 22 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 04 iyun 2019-cu il tarixli, Y-151 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 04 iyun 2019-cu il tarixli müqavilənin və "xxxx" MMC-nin ünvan 2 ünvanda yerləşən, 31 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 04 iyun 2019-cu il tarixli, Y-152 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 04 iyun 2019-cu il tarixli müqavilənin etibarsız və əsassız hesab edilərək ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən 22 saylı mənzil iddiaçının mülkiyyətində olmuşdur. Lakin həmin mənzil qanunvericiliyin tələbləri pozulmaqla onun mülkiyyətindən çıxarılmışdır. Belə ki, iddiaçı 13 sentyabr 2012-ci il tarixində cavabdeh "Unibank” KB ASC ilə 86BK/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış: xx.xx.2014-cü il tarixli, 58BKƏ/14 saylı əlavə kredit müqaviləsinə əsasən 36 ay müddətinə, xx.xx.2017-ci il tarixədək illik 20% ödəmək şərtilə 135000 ABŞ dolları; xx.xx.2015-ci il tarixli, 5mspBKS/15 saylı əlavə kredit xətti müqaviləsinə əsasən 12 ay müddətinə xx.xx.2016-cı il tarixədək illik 28% ödəmək şərtilə 3000 AZN məbləğində kredit götürmüşdür. Həmin kreditin əsas təminatı kimi ona məxsus olan ünvan 3 ünvanda yerləşən, 22 saylı mənzil; X12 məxsus ünvan 4 ünvanında yerləşən 12 saylı mənzil; X6 məxsus ünvan 5 ünvanında yerləşən 31 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-186/2017 saylı, 22 may 2017-ci il tarixli qətnaməsi ilə "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 58BKƏ/14 saylı və xx.xx.2015-ci il tarixli, 6mspBKS/15 saylı əlavə kredit müqaviləsi ləğv edilmiş, xx.xx.2014cü il tarixli, 58BKƏ/14 saylı əlavə kredit müqaviləsindən irəli gələn ödənilməmiş 89507,65 ABŞ dolları əsas borc, 9872,75 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları məbləğində dəbbə borcu, ümumilikdə 99480,40 ABŞ dolları; xx.xx.2015-ci il tarixli, 6mspBKS/15 saylı əlavə kredit xətti müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 2978,81 manat, faiz borcu üzrə 396,17 manat, cərimə (dəbbə) üzrə 50 manat, ümumilikdə 3424,98 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə yönəldilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, 60 manat xidmət haqqı cəmi 120 manat pul iddiaçıdan tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tələbin mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən, 22 saylı mənzilə; X6 məxsus ünvan 2 ünvanında yerləşən 31 saylı mənzilə yönəldilməsi qət edilmiş, həmçinin ünvan 7 ünvanda yerləşən, 22 saylı mənzilin ilkin satış qiyməti ipoteka müqaviləsinə müvafiq olaraq 74 000 (yetmiş dörd min) manat, ünvan 9 ünvanında yerləşən 31 saylı mənzilin ilkin satış qiyməti 70000 (yetmiş min) manat müəyyən edilmişdir. Ona məxsus ünvan 10 ünvanda yerləşən, 22 saylı mənzil, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi üzrə açıq hərraca çıxarılmış və "xxxx" MMC-nin Y-151 nömrəli, 04 iyun 2019-cu il tarixli yekun protokoluna görə mənzilin ilkin satış qiyməti 74000 manat məbləğində müəyyən edilmiş, lakin ilkin satış qiymətinin enmiş faizləri: “İpoteka haqqında” AR qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda - 15% və 43.7-ci maddəsinə əsasən 25 %, əmlakın son satış qiyməti isə 47175 manat müəyyən edilmiş və həmin mənzil 04 iyun 2019-cu il tarixdə hərracın yekunları üzrə alqı-satqı müqaviləsi bağlanaraq cavabdeh "xxxx" ASC tərəfindən alınmışdır. X6 məxsus ünvan 12 ünvanda yerləşən, 31 saylı mənzil, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi üzrə açıq hərraca çıxarılmış və "xxxx" MMC-nin Y-152 nömrəli, 04 iyun 2019-cu il tarixli yekun protokoluna görə mənzilin ilkin satış qiyməti 70000 manat məbləğində müəyyən edilmiş, lakin ilkin satış qiymətinin enmiş faizləri: “İpoteka haqqında” AR qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda - 15% və 43.7-ci maddəsinə əsasən 25 %, əmlakın son satış qiyməti isə 44625 manat müəyyən edilmiş və həmin mənzil 04 iyun 2019-cu il tarixdə hərracın yekunları üzrə alqı- satqı müqaviləsi bağlanaraq cavabdeh "xxxx" ASC tərəfindən alınmışdır. Qeyd edir ki, hərracın keçirilməsi ilə əlaqədar bildirişlər onun ünvanına gəlməmiş, hərracın keçirilməsindən xəbəri olmamışdır. Eyni zamanda Sumqayıt şəhər İcra idarəsinin icra məmuru tərəfindən hərracın keçirilməsi ilə əlaqədar məlumatlandırılmamışdır. Azərbaycan Respublikası “İpoteka haqqında” qanununun 36.1 -ci maddəsinə əsasən, İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin qanunun 36.4.2-ci maddəsinə görə, tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Hesab edir ki, "xxxx" MMC-nin ünvan 14 ünvanında yerləşən, 64 saylı ona məxsus mənzilin hərracdan satılmasının nəticələri haqqında 04 iyun 2019-cu il tarixli, Y- 151 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 04 iyun 2019-cu il tarixli müqavilə mülki qanunvericiliyin tələblərinə zidd olduğundan etibarsız və əsassızdır. Eyni zamanda "xxxx" MMC-nin ünvan 15 ünvanında yerləşən, 31 saylı X6 məxsus mənzilin hərracdan satılmasının nəticələri haqqında 04 iyun 2019-cu il tarixli, Y- 151 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 04 iyun 2019-cu il tarixli müqavilə mülki qanunvericiliyin tələblərinə zidd olduğundan etibarsız və əsassızdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı iddia ərizəsi ilə analoji məzmun daşıyan apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə iddia ərizəsindəki halları nəzərə almadan onu rədd etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunlu olub, şikayətdə “İpoteka haqqında” Qanunun 36.1, 36.4.2 və Mülki Məcəllənin 416.1 və 416.2-ci maddələrinə istinad edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı hərracın keçirilməsindən xəbəri olmamışdır. Eyni zamanda İcra İdarəsi hərracın keçirilməsi ilə bağlı İddiaçı məlumatlandırmamışdır. Məhz bu səbəblərdən "xxxx" MMC-nin ona məxsus mənzilin hərracdan satılmasının nəticələri haqqında yekun protokol və alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə ziddir. Apellyasiya baxışı zamanı cavabdeh "xxxx" X16 Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 şikayətin əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, qeyd edilən hərrac qanuni əsaslarla keçirilmişdir və onun nəticələrinin etibarsızlığı üçün heç bir əsas mövcud deyildir. İş üzrə digər cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi və "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işə digər cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-186/2017 nömrəli, 22 may 2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il tarixli, 58BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə ümumilikdə 99480,40 ABŞ dolları; xx.xx.2015-ci il tarixli, 6mspBKS/15 saylı əlavə kredit xətti müqaviləsi üzrə ümumilikdə 3424,98 manat pulun və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə yönəldilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 60 manat xidmət haqqının - cəmi 120 manat pulun İddiaçı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tələbin ünvan 7 ünvanda yerləşən, 22 saylı mənzilə, X6 məxsus ünvan 16 ünvanında yerləşən 31 saylı mənzilə yönəldilməsi qət edilmiş, həmçinin ünvan 7 ünvanda yerləşən, 22 saylı mənzilin ilkin satış qiyməti ipoteka müqaviləsinə müvafiq olaraq 74 000 manat, ünvan 2 ünvanında yerləşən 31 saylı mənzilin ilkin satış qiyməti 70000 manat müəyyən edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuş, həmçinin müqavilənin etibarslz hesab olunması barədə qarşılıqlı iddia təmin olunmamışdır. Yenə iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(105)-2694/2017 nömrəli qətnaməsi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 186/2017 nömrəli, 22 may 2017-ci il tarixli qətnaməsi, iddia tələbinin ünvan 7 ünvanda yerləşən, 22 saylı mənzilinə yönəldikdən və o satıldıqda ən geci bir ay müddətində İddiaçı və X8 və ünvan 2 ünvanında yerləşən 31 saylı mənzilə yönəldikdən və satıldıqda ən geci bir ay müddətində X3, X2, X4 və X7 çıxarılmasının rədd edilməsi hissəsində ləğv edilməsi və iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək, ünvan 7 ünvanda yerləşən, 22 saylı mənzilinə yönəldikdən və o satıldıqda ən geci bir ay müddətində İddiaçı və X8 çıxarılması, ünvan 2 ünvanında yerləşən 31 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan ən geci bir ay müddətində X3, X2, X4 və X7 çıxarılmaları, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdən görünür ki, İcra məmuru xx.xx.2018-ci il tarixdə ipotekanın satılması üçün hərrac mərkəzinə sifariş vermiş, birinci hərracın keçirilməsi xx.xx.2018-ci il tarixə təyin olunmuşdur. Həmin tarixdə əmlak satılmamış, ikinci hərracın keçirilməsi xx.xx.2018-ci il tarixə təyin olunmuşdur. Yenə də iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli qərardadının kserosurətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(105)-2694/2017-ci il tarixli qətnaməsinin icrasına 1(bir) il möhlət verilməsi barədə icra sənədi üzrə borclu İddiaçı ərizəsi qismən təmin edilmiş, qərardad çıxarıldığı gündən qətnamənin icrasına 6(altı) ay möhlət verilmişdir. İcra məmuru xx.xx.2018-ci il tarixli məktub göndərərək, hərracın dayandırılmasını xahiş etmişdir. Yenə işdən bəlli olur ki, möhlət müddəti başa çatandan sonra icra məmuru xx.xx.2019-cu il tarixli məktubla hərrac təşkilatçısına müraciət edərək, hərracın keçirilməsini xahiş etmişdir. Hərrac təşkilatçısı hərracın keçirilməsini xx.xx.2019-cu il tarixə təyin etmişdir. Həmin tarixdə əmlaklar satılmamış, tələbkara əmlakları qəbul etmək təklif edilmişdir. İşə əlavə edilmiş Y-151 saylı, xx.xx.2019-cu il tarixli "xxxx" MMC-nin tərtib etdiyi hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən, 22 saylı mənzilinə ilkin satış qiyməti 74000 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25% enmiş, əmlakın satılmış son qiyməti isə 47175 manat müəyyən edilmiş və həmin mənzil "xxxx" KB ASC tərəfindən alınmışdır. Yenə mülki işə əlavə edilmiş Y-152 saylı, xx.xx.2019-cu il tarixli "xxxx"-nin tərtib etdiyi hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, X6 məxsus ünvan 2 ünvanda yerləşən, 31 saylı mənzilin ilkin satış qiyməti 70000 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25% enmiş, əmlakın satılmış son qiyməti isə 44625 manat müəyyən edilmiş və həmin mənzil “"xxxx" KB ASC tərəfindən alınmışdır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. AR MPM-in 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, aşağıda istinad olunan hüquq normalarına əsasən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2456/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin ünvan 1 ünvanda yerləşən, 22 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 04 iyun 2019-cu il tarixli, Y-151 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 04 iyun 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, qalan hissədə, yəni ünvan 2 ünvanında yerləşən, X6 məxsus 31 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 04 iyun 2019-cu il tarixli, Y-151 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 04 iyun 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Mübahisə ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmayan məhkəmə kollegiyasının hüquqi mövqeyi aşağıdakı normalara əsaslanır. Hər şeydən əvvəl, məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı hərracın nəticələrinin etibarsız sayılmasını tələb edir və dəlili ondan ibarətdir ki, hərracın keçirilməsi barədə ona məlumat verilməmişdir. İddiaçının istinad etdiyi bu qayda “İpoteka haqqında” qanunun 42.1-ci maddəsində, tələb etdiyi hüquqi nəticə isə 42.2-ci maddəsində nəzərdə tutulmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə görə istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Qeyd edilən Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 1) hərraca iki nəfərdən az alıcı gəldikdə; 2) hərracın iştirakçısı olmadıqda; 3) hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokolu imzalamaqdan imtina etdikdə; 4) hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Yenə həmin Qanunun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Yenə həmin Qanunun 43.3-cü maddəsinin tələblərinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İstinad olunan Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Yenə həmin Qanunun 43.7-1-ci maddəsinin tələblərinə görə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, həqiqətən də iddiaçıya xx.xx.2018-ci ildə (qətnamənin icrasına möhlət verilməsindən əvvəl) keçirilmiş hərrac barədə məlumat verilmişdir. (səh. 101-102). Lakin qətnamənin icrasına möhlət verildikdən sonra – xx.xx.2019-cu ildə keçirilmiş hərrac barədə iddiaçıya məlumat verilməsi barədə iş materiallarında hər hansı sübut yoxdur. İş materiallarına hərracın 22 may 2019-cu il tarixə təyin olunması barədə 10 may 2019-cu il tarixli bildiriş əlavə olunmasına baxmayaraq (səh. 100, 139), həmin bildirişlərin göndərilməsinə dair sübutlar işə əlavə olunmamışdır. İşə əlavə olunmuş poçt göndərişlərinin çatdırılması haqqında sübutlar (səh. 102, 140-148) 2018-ci ildə göndərilən sənədlərə aiddir (148-ci səhifədə olan sonuncu göndərişə aid poçt sənədində olan tarix ümumiyyətlə oxunmur). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə ilə razılaşmaq olmaz. Belə ki, sadalanan hallardan aydın olur ki, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi qaydaları pozulmuşdur. İşin faktiki hallarından da aydın görünür ki, iddiaçıya məxsus mənzilə dair hərrac keçirilərkən “İpoteka haqqında” qanunun 42-43-cü maddələrinin tələblərinə riayət edilməmişdir. Bununla yanaşı hazırkı işdən aydın olduğu kimi İddiaçı iddia tələbində özünə məxsus ünvan 1 ünvanda yerləşən, 22 saylı mənzillə yanaşı, X6 məxsus ünvan 2 ünvanda yerləşən, 31 saylı mənzilin də hərracdan satılmasının nəticələri haqqında 04 iyun 2019-cu il tarixli, Y-152 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakı alqısatqısı barədə 04 iyun 2019-cu il tarixli müqavilənin etibarsız və əsassız hesab edilərək ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir ki, apellyasiya kollegiyası qeyd edir ki, iddiaçının məhkəmədə sözügedən iddia tələbini qaldırmağa hüquqi əsası yoxdur. AR MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçı başqa şəxsə (X9) məxsus ünvan 2 ünvanda yerləşən, 31 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 04 iyun 2019-cu il tarixli, Y-152 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakı alqı-satqısı barədə 04 iyun 2019-cu il tarixli müqavilənin etibarsız və əsassız hesab edilməsini tələb etməkdə subyektiv hüquqa malik olmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayətinin əsaslarına dair dəlillərini qismən sübut edə bilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası yuxarıda sadalanan hallara yekun qiymət verərək qeyd edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2456/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin ünvan 1 ünvanda yerləşən, 22 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 04 iyun 2019-cu il tarixli, Y-151 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 04 iyun 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsinin rədd edilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilərək ünvan 1 ünvanda yerləşən, 22 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 04 iyun 2019-cu il tarixli, Y-151 nömrəli yekun protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 04 iyun 2019-cu il tarixli müqavilə etibarsız hesab edilməli, X1 məxsus ünvan 2 ünvanda yerləşən, 31 saylı mənzilə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20,40 manat dövlət rüsumunun 10.20 manat hissəsi cavabdeh "xxxx" KB ASC-dən tutularaq İddiaçı verilməli, qalan 10.20 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2456/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin ünvan 1 ünvanda yerləşən, 22 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 04 iyun 2019-cu il tarixli, Y-151 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 04 iyun 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsinin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən, 22 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 04 iyun 2019-cu il tarixli, Y-151 nömrəli yekun protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 04 iyun 2019-cu il tarixli müqavilə etibarsız hesab edilsin. X1 məxsus ünvan 2 ünvanda yerləşən, 31 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 04 iyun 2019-cu il tarixli, Y-152 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakı alqı-satqısı barədə 04 iyun 2019-cu il tarixli müqavilənin etibarsız və əsassız hesab edilməsinə dair iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 20,40 manat məbləğində dövlət rüsumunun 10.20 manat məbləği cavabdeh "xxxx" KB ASC-dən tutularaq İddiaçı verilsin, qalan 10.20 manat hissəsi iddiaçının özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1741/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1741/2022
11.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver