Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1745/2021 09.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, ilkin İddiaçı, qarşılıqlı iddiaçının nümayəndəsi X5 iştirakı ilə, İlkin İddiaçı ilk iddia üzrə Cavabdeh İB-nə qarşı hesablanmış cərimənin silinməsinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə çıxarılmış Şamaxı rayon məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(074)- 128/2021 nömrəli qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı rayon məhkəməsinin 02 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) ilkin iddia tələbinin təmin edilməsi, 30 aprel 2018-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi 740 manat borc İddiaçı abunə hesabından silinməsi, ilkin iddia üzrə Cavabdeh İB-dən ilkin iddia üzrə dövlət rüsumu hesabına 30 manat tutularaq dövlət gəlirlərinə alınması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İlkin İddiaçı ilkin iddia üzrə Cavabdeh İB-yə qarşı hesablanmış cərimənin silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin hazırda yaşadıqları Şamaxı şəhəri Sarı Torpaq küçəsi 28 A saylı evlərində quraşdırılmış qaz sayğacına görə qanunsuz hesablanmış 740 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda altı nəfər ailə üzvləri ilə birlikdə Şamaxı şəhəri Sarı Torpaq küçəsi 28 A saylı evdə yaşayır. Ailə üzvlərindən ikisi, yəni ondan yaşca kiçik qardaş və bacısı xəstə olmaqla lal-kardırlar onlara da özü baxır. Dəqiq tarixi yadında olmasa da qeyd etdiyi ünvanda evin həyətində qaz idarəsinin işçiləri gətirib qaz sayğacı quraşdırmışlar. Əvvəllər qaz olub ödənişləri də vaxtlı vaxtında etmişlər. Lakin sonradan sayğacda problem olduğuna görə dayanıb işləməyib. Qaz idarəsinə bu barədə məlumat verdikdən sonra 21 fevral 2018-ci il tarixdə qaz idarəsinin əməkdaşları gəlib təzə sayğacı çıxarmışlar və gətirib həyətdə yeni sayğac quraşdırmışlar, lakin zəmanət vermədilər. Həmin sayğacın da problemi var idi. Sonra sayğac qaz sızdırmışdır. Həmin ilin fevral ayında Şamaxıda baş vermiş ağır zəlzələ nəticəsində evləri uçub yararsız hala düşmüşdür. 30 aprel 2018-ci il tarixdə qaz idarəsnin işçiləri gəlib sayğaca baxış keçirmiş, guya sayğacın platforma borusu deşildiyinə görə onlara 91 manat 20 qəpik sayğac cəriməsi hesablanmışdır. 22 noyabr 2019-cu il tarixdə qaz idarəsnin əməkdaşları yaşadığları evə gəlib təzə qaz sayğaclarını çıxarıb əvəzində köhnə sayğac quraşdırmışlar. Bundan sonra 17 iyul 2020-ci il tarixdə bildiriş gəlmiş və bildirişdə Cavabdeh İB-nə 885.20 manat cərimə borcunun olduğu göstərilmişdir. Ümumi borc ikinci sayğacda yaranmışdır və həmin borc qanunsuz hesablanmışdır. Havaların soyuq keçməsinə görə, evdə xəstə bacı qardaşı olduğuna görə qaz xəttlərini kəsməsinlər deyə qanunsuz hesablanmış ümumi borcdan qismən ödəmişdir. Hazırda 740 manat borcu var. Qaz idarəsinə müraciət edəndən sonra tərtib etdikləri aktın və digər sənədlərin surətini ona vermişlər. Qarşılıqlı iddiaçı Cavabdeh İB qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yaşayan İddiaçı qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanaraq abonent koduna vurulmuş 764.40 manat və iddia ərizəsi üçün ödənilmiş 30.40 manat dövlət rüsumunun, ümumilikdə isə 794.80 manat pulun tutularaq Cavabdeh hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 21.02.2018-ci il tarixində Cavabdeh Ağsu RQİİ-nin ünvan 2 ünvanda yaşayan X2 yaşadığı fərdi yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək üçün açaraq götürmüşlər. Bununla bağlı 21.02.2018-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Mənzildən açılmış Elster-G4 markalı, ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş 27.04.2019-cu il tarixli, MSK-29/1710- 00169-2 nömrəli akta əsasən sayğacın plasmast borusunun deşilməsi sayğac istismara yararsız hesab edilmişdir. Həmin akta əsasən X2 mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair 30.04.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİnin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 30 aprel 2018-ci il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək X2 Şamaxı XS-nin abonent bazasındakı **********00281 nömrəli abonent koduna 3822 m3 - 764.40 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. X1 abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bundan başqa cavabdeh X2 Cavabdeh Ağsu X8 İdarəsinin Şamaxı Xidmət Sahəsininə ona hesablanmış itirilmiş təbii qazın dəyəri olan 764.40 manat borcu vardır. Cavabdehə hər ay mütamadi olaraq Şamaxı XS-nin əməkdaşları tərəfindən mənzilində istifadə etdiyi təbii qazın dəyəri barədə bildiriş təqdim edilməsinə baxmayaraq, cavabdeh borclu olduğu məbləği tam ödəməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qarşılıqlı iddiaçı Cavabdeh İB Şamaxı rayon məhkəməsinin 02 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İlkin iddia tələbini təmin, qarşılıqlı iddia tələbini rədd edən birinci instansiya məhkəməsi ilkin iddiaçının sayğaca müdaxilə etməsi faktının sübuta yetirilməməsi, ondan tələb olunan borcun hansı əsaslarla yaranması barədə məhkəməyə heç bir sübut təqdim etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan qarşılıqlı iddiaçı Cavabdeh İB vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. (Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin İ hissələri). Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). İşdən görünür ki, ilkin iddiaçı Cavabdeh İB tərəfindən əsassız hesablanmış borcun silinməsinə dair ilkin tələbi ilə, qarşılıqlı iddiaçı Cavabdeh İB isə cavabdeh ünvan 1 ünvanda yaşayan İddiaçı qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanaraq abonent koduna vurulmuş 764.40 manat pulun tutularaq Cavabdeh İB-nin bank hesabına ödənilməsinə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh təşkilatın əməkdaşlarının təqdim etdiyi aktdan da göründüyü kimi xətalar normadan artıqdır, deformasiya aradan qaldırıldı. Sayğac minimal sərfiyyatda -100% nisbi xətayla işləyir, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildi, plastmas boruda deşik aşkar olunmuşdur. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğacın giriş yivli birləşməsi deformasiyaya uğramışdır. Göründüyü kimi ilkin iddiaçı tərəfindən istifadə olunan sayğaca hər hansı müdaxilə, kənar qoşulma halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.2.1, 3.2.2-ci bəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunverciliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndlərində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi akın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli, qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 4.2. bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7. bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qeyd etmək lazımdır ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti ilkin iddiaçı deyil, qaz paylayıcısı olan qarşılıqlı iddiaçı daşıdığından, həmin sayğaca ilkin iddiaçı tərəfindən müdaxilə edilməsi qarşılıqlı iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyinə görə ilkin iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə qərar qəbul edilməsi əsaslı hesab edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı rayon məhkəməsinin 02 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb 2000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 385.2., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şamaxı rayon məhkəməsinin 02 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1745/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1745/2021
09.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver