Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-175/2023 10.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1, Musayeva (Ağaməliyeva) Afət Hüseyn qızı, İddiaçı3, İddiaçı4 və X6 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba regional “ASAN Xidmət" Mərkəzində notariat ofisinə və X7 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(027)-1093/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Quba Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(027)-1093/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Quba rayon notariat kontorunda bağlanmış xx.xx.2003-cü il tarixli, 4-ə-124 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********694 reyestr nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir.(hakim İ.Məmmədov) Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(027)-1093/2022 nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçılar İddiaçı1, Musayeva (Ağaməliyeva) Afət Hüseyn qızı, İddiaçı3, İddiaçı4 və X15 iddia ərizəsiylə məhkəməyə müraciət edərək, Quba rayon Dövlət notariat kontorunda bağlanmış 18 mart 2003-cü il tarixli, 4-Ə-124 e f-sr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Torpağa Mülkiyyət Hüququna Dair JN-628 KOD 30301004 saylı Dövlət aktı ilə onlara və vəfat etmiş digər ailə üzvləri olan X19 və X10 məxsus olan 1.40 ha torpaq sahəsi ilə bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini və onların mülkiyyətində olan torpaq sahəsinin cavabeh Cavabdeh2 adına özgəninkiləşdirilməsində “əməyi” keçən şəxslər barəsində xüsusi qərardad çıxarmaqla prokurora məlumat verilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılara və vəfat etmiş digər ailə üzvləri olan X19 və X10 Quba rayon Aqrar İslahatı Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN-628 KOD 30301004 nömrəli Dövlət Aktına əsasən kənd təsərüfatı məhsullarının istehsalı məqsədi ilə 1,40 ha torpaq sahəsi verilmişdir. Mülkiyyətçilərdən X16 və X19 iddiaçılardan İddiaçı1 valideynləridir. X16 25 noyabr 2001-ci il tarixdə, X19 isə 09 iyul 2007-ci il tarixdə vəfat etmişlər. Dövlət Aktında mülkiyyətçilərdən X11 adı yanlışlıqla X5, İddiaçı1 adı isə İddiaçı1 İmam oğlu kimi qeyd edilmişdir və onlar Quba rayon İHB-nin Quba şəhər İƏD üzrə nümayəndəliyindən ad səhvləri ilə bağlı arayışı iddia ərizəsinə əlavə ediblər. İddiaçılardan X17 isə 07 mart 2009cu il tarixdə X21 ilə ailə quraraq Musayeva soyadını qəbul etmişdir. İddiaçılar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə Torpağa Mülkiyyət Hüququna dair JN-628 KOD 30301004 saylı Dövlət Aktı əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı müraciət ediblər. Lakin həmin qurumdan onlara torpaq sahəsinə dair dövlət aktına əsasən çıxarış verə bilməyəcəyi bildirmiş, daha sonra onlara vəkil sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 5 saylı Xaçmaz Ərazi İdarəsindən cavab verilərək göstərilmişdir ki, İddiaçı1 və ailə üzvlərinin adına olan 1,4 ha torpaq sahəsinə verilmiş JN-628 KOD 303010 nömrəli “Torpağa mülkiyyət hüququna dair” X47 rayon Notariat Kontorunun 18 mart 2003-cü il tarixli, 4- Ə- 124 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmiş və Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2020-ci tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Daha sonra onlar qeyd edilən 18 mart 2003-cü il tarixli, 4-Ə-124 reyestr nömrəli alqı-satqı müqaviləsinin surətinin əldə edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə müraciət etmiş və həmin qurumdan onlara Quba dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 4Ə-124 reyestr nömrəli müqavilənin 15 aprel 2003-cü il tarixdə təsdiq edildiyi və həmin müqavilənin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Yuxarıda qeyd etdiklərindən göründüyü kimi cavabdehlər Reyhan Ağakişiyeva və həmin vaxt Quba rayonunda dövlət notariat ofisinin notariusu işləmiş Cavabdeh4 onların xəbəri və məlumatı olmadan onlara məxsus olan torpaq sahəsinin Reyhan Ağakişiyevaya satılmasını hansısa yollarla rəsmiləşdirmiş, həmin müqavilə notariat arxivində başqa şəxslərin adına tərtib olunmasına baxmayaraq digər cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi də Cavabdeh2 eyni reyestr nömrəsi ilə başqa şəxslərin adına alqı-satqı müqaviləsi olmasına, qeyd edilən alqı-satqı müqaviləsinin onunla Cavabdeh2 arasında bağlanması ilə bağlı arxivdə heç bir məlumat olmamasına baxmayaraq həmin şəxsə çıxarış vermişdir. Onlar mülkiyyətlərində olan torpaq sahəsini heç kimə satmamış, torpaq sahəsi hal-hazırda da onların istifadəsindədir. Torpağa Mülkiyyət Hüququna dair JN-628 KOD 30301004 nömrəli Dövlət Aktının əsli onlardadı. Hal-hazırda cavabdehlərin qanunsuz əməlləri nəticəsində mülkiyyət hüquqları kobudcasına pozulduğu üçün pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olublar. Hesab edirlər ki, onlarla guya Cavabdeh2 arasında bağlandığı iddia edilən və sonucuya hüquqmüəyyənedici sənəd kimi çıxarışın verilməsinə əsas olan 18 mart 2003-cü il tarixli, 4-Ə-124 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilə əsasında cavabdehə verilmiş çıxarışın ləğv edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını tam araşdırmadan yalnız iddiaçıların tələbləri və izahatları əsasında qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi bu kimi mübahisəi məhkəmə işində əsas tərəf kimi onun iştirakını təmin etməmiş, bununla da çəkişmə prinsipini pozmuşdur. Onun belə bir məhkəmə icraatından xəbəri olmamışdır. Məhkəmədə iştirakı təmin olunmadığından, izahat verə bilməmiş, sübutlarını təqdim edə bilməmişdir. Onun tərəf olduğu 18 mart 2003-cü il tarixli, 4-Ə-124 reyestr nömrəli alqı-satqı müqaviləsi tam qanuni əsaslarla bağlanmışdır və mübahisəli torpaq sahəsinə dair onun adına olan çıxarış bugün də qüvvədədir. Lakin birinci instansiya məhkəməsi heç bir qanuni əsas olmadan, həmin müqaviləni etibarsız hesab etmiş, bununla da onun qanuni hüquqlarını pozmuşdur. Məhkəmə qətnaməsi demək olar ki, əsaslandırılmamış, yalnız maddi hüquq normalarının formal sadalanması ilə tərtib olunmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə, iddia tələbinin rədd edilməsi barədə yeni qanuni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, mübahisələndirilən 18 mart 2003-cü il tarixli, 4-Ə-124 reyestr nömrəli alqı-satqı müqaviləsi tam qanuni əsaslarla bağlanmışdır. Elə həmin vaxtdan qeyd olunan torpaq sahəsi məhz cavabdehin mülkiyyətində və faktiki istifadəsindədir. Cavabdeh tərəfindən orada taxıl əkilir, məhsul əldə edilir. Hazırda da həmin torpaq sahəsində cavabdeh tərəfindən taxıl əkilmişdir. Cavabdehlər tam qanuni əsaslarla bağlanmış müqavilədən məlum olmayan səbəblərdən imtina edərək, guya umimiyyətlə bu müqavilədən xəbərsiz olmalarını bildirirlər. İddia tələbi tamamilə əsassızdır. Lakin məhkəmə heç bir hüquqi və qanuni əsası olmayan uydurma iddianı təmin etmişdir. Göstərilənlərə əsasən şikayətin əmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında şikayətə etiraz edərək onun rədd olunmasını xahiş etdilər. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 əlavə etdi ki, iddiaçılar mübahisəli torpaq sahəsini heç kimə satmamışlar. Onlar mübahisələndirilən alqısatqı müqaviləsindən onlara məxsus torpaq sahəsinə dair çıxarış əldə edilməsi üçün müvafiq quruma müraciət etdikdən sonra məlumatlı olmuş və dərhal hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Torpaq sahəsi əzəldən onların mülkiyyət və istifadəsində olmuşdur. Hazırdada iddiaçıların istifadəsindədir. Torpaq sahəsinə dair dövlət mülkiyyət aktının əsli də iddiaçı tərəfdədir. Habelə torpaq sahəsinə dair subsidiyalar məhz iddiaçılara verilmişdir. Mübahisələndirilən müqavilə isə özlüyündə əhəmiyyətsiz əqddir. Belə ki, müqavilə mövcud qanunvericiliyin tələblərinə tam ziddir. Müqavilədə onun bağlandığı an iddiaçının artıq vəfat etmiş valideyni Dilbər Ağaməliyeva, habelə yetkinlik yaşına çatmayan uşaqları da tərəf kimi qeyd olunmuş və müqavilə imzalanmışdır. Bütün bu hallar belə bir əqdin realda mövcud olmamasından xəbər verir. Birinci instansiya məhkəməsi bu halları tam araşdırmış və iş üzrə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-628 KOD 30301004 nömrəli Dövlət Aktından görünür ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı ilə Quba şəhəri ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.40 ha torpaq sahəsi Quba şəhər sakinləri X19, X16, İddiaçı1, Musayeva (Ağaməliyeva) Afət Hüseyn qızı, İddiaçı3, İddiaçı4 və X6 mülkiyyətinə verilmişdir. Yenə işdə olan AZ 132953 seriya və nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2001-ci idə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2001-ci il tarixdə 429 nömrə ilə qeydiyyata alınmışdır. Yenə də işdə olan AZ 255626 seriya və nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.2007-ci idə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 143 nömrə ilə qeydiyyata alınmışdır. Mülki işdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDK və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Quba Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(027)-1093/2022 saylı sorğusuna əsasən Torpağa Mülkiyyət Hüququna dair JN- 628 KOD 30301004 nömrəli Dövlət Aktı ilə X19 və digərlərinə məxsus olmuş kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.40 ha torpaq sahəsi Quba rayon Notariat Kontorunun 18 mart 2003-cü il tarixli, 4-Ə-124 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmiş və xx.xx.2020-ci tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışla X3 adına mülkiyyət hüququ tanınmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2020-ci tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quba şəhəri ərazisindən 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh2 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Quba rayon İHB-nin Quba şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 475 nömrəli arayışından məlum olur ki, X19 xx.xx.2007-ci idə, X16 xx.xx.2001-ci idə vəfat etmişlər və onların İddiaçı1, X28, X29, X32 adlı vərəsələri vardır. Yenə də işdə olan Quba rayon İHB-nin Quba şəhər İƏD üzrə nümayəndəliyindən ad səhvləri ilə bağlı xx.xx.2022-ci il tarixli, 472 nömrəli arayışında qeyd olunur ki, Torpağa Mülkiyyət Hüququna dair JN-628 KOD 30301004 nömrəli Dövlət X2 yox, X19, İddiaçı1 İmam oğlu yox, İddiaçı1 kimi tanınmalıdır. İşə əlavə edilmiş AR Ədliyyə Nazirliyi Quba rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan məlum olur ki, doğum haqqında akt qeydlərinə baxış keçirərkən X18 ilə X4 bacı olduğu müəyyən olunmuşdur və bu fakt işə əlavə olunan X12 aid doğum və nikah arayışı, həmçinin X7 aid doğum arayışı ilə də təsdiqlənir. Yenə işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubundan məlum olur ki, 18 mart 2003-cü il tarixli, 4-Ə-124 reyestr nömrəli alqısatqı müqaviləsinin surətinin əldə edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə müraciət olunmuş və həmin qurumdan onlara Quba dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 4Ə-124 reyestr nömrəli müqavilənin 15 aprel 2003-cü il tarixdə təsdiq edildiyi və həmin müqavilənin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Mülki işin materiallarında olan Quba Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X13 məxsus JN-628 KOD 30301004 nömrəli Dövlət Aktında qeyd olunmuş torpaq sahəsi üçün 2022-ci il daxil olmaqla torpaq vergisi İddiaçı1 tərəfindən ödənilmişdir. Yenə də iş materiallarında olan Quba Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X13 məxsus JN-628 KOD 30301004 nömrəli Dövlət Aktında qeyd olunmuş kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı1 əkin əkmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, aktı tərtib edib imzalayanlar (X23- xx.xx.1991-ci ildə doğulmuş, X25-xx.xx.1953-cü ildə doğulmuş, X30xx.xx.1955-ci ildə doğulmuş) qeyd edirlər ki, JN-628 KOD 30301004 nömrəli Dövlət Aktında qeyd olunmuş kənd təsərrüfatı təyinatlı torpaq sahəsində bu günə kimi əkin biçin işləri X8 ailə üzvləri tərəfindən həyata keçirilir. Torpaq sahəsi onların razılığı ilə icarəyə verilir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(027)-1093/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı ilə Quba şəhəri ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.40 ha torpaq sahəsi Quba şəhər sakinləri X19, X16, İddiaçı1, Musayeva (Ağaməliyeva) Afət Hüseyn qızı, İddiaçı3, İddiaçı4 və X6 mülkiyyətinə verilmiş və bu barədə torpağa Mülkiyyət Hüququna dair JN-628 KOD 30301004 nömrəli Dövlət Aktı mövcuddur. Həmin torpaq sahəsi hazırda xx.xx.2020-ci tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 xüsusi mülkiyyətindədir. Həmin çıxarışın verilməsinə əsas isə Quba rayon Notariat Kontorunun 18 mart 2003-cü il tarixli, 4-Ə-124 reyestr nömrəli alqı-satqı müqaviləsi olmuşdur. Hazırda iddiaçılar belə bir alqı-satqı müqaviləsinin bağlanmamasını, ümumiyyətlə həmin əqdin hansı formada bağlanmasından xəbərsiz olduqlarını bildirərək, qeyd olunan tələblə məhkəməyə müraciət etmişlər. Məhkəmə iddia tələbini təmin etmiş, bundan narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir. İlk növbədə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərildiyi kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2021-ci il tarixli məktubundan məlum olur ki, Quba dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 4Ə- 124 reyestr nömrəli müqavilə 15 aprel 2003-cü il tarixdə təsdiq edilmişdir və həmin müqavilə digər şəxslər barəsində rəsmiləşdirilmişdir. Başqa sözlə, Quba rayon Notariat Kontorunda reyestrdə 4-Ə-124 nömrəsi qeyd edilən müqavilə, mübahisə tərəfləri arasında 1,40 ha torpaq sahəsinə dair bağlandığı bildirilən 18 mart 2003-cü il tarixli alqı-satqı müqaviləsi deyildir. İkincisi, mübahisələndirilən müqavilə bağlanan zaman X1 qismində müqavilə tərəfi kimi qeyd olunmuş və həmin müqavilədə onun adının qarşısında imza edilmişdir. Halbuki, işdə olan ölüm haqqında şəhadətnamədən göründüyü kimi X16 xx.xx.2001-ci idə vəfat etmişdir. Üçüncüsü, mübahisələndirilən müqavilədə eyni qaydada satıcı tərəf kimi 1993-cü ildə doğulmuş İddiaçı3, 1995-ci ildə doğulmuş X6 və 1991-ci ildə doğulmuş X9 adları qeyd olunmuş və müqavilə guya onlar tərəfindən imzalanmışdır. Halbuki, adları çəkilən şəxslər həmin vaxt azyaşlı olmuşlar. Kollegiya müqavilədəki imzalarla bağlı onu da qeyd edir ki, hər hansı imza nümunəsinin kim tərəfindən icra edilməsinin aydınlaşdırılması xüsusi bilik tələb edən məsələ kimi xəttşünaslıq sahəsinin mütəxəssislərinin fəaliyyət sahəsidir, lakin konkret iş üzrə mübahisəli müqavilədə satıcılar tərəfindən icra edilən imza nümunələrin hədsiz bir-birinə bənzəməsi, həmin imzaların bir nəfər tərəfindən icra edildiyinə dair kifayət qədər şübhələrin yaranmasına əsas verir. Nəhayət ən vacib məsələlərdən biri də odur ki, mübahisəli alqı-satqı müqaviləsi Quba rayon Notariat Kontorunun dövlət notariusu X14 tərəfindən təstiq edilmişdir ki, həmin şəxs müqavilə üzrə alıcı, iş üzrə Cavabdeh2 bacısıdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən Notarius və ya notariat hərəkətləri aparan digər vəzifəli şəxs tərəfindən öz adına və öz adından, ərinin (arvadının), onun və özünün qohumlarının (valideynlərinin, uşaqlarının, nəvələrinin, babalarının, nənələrinin, həmçinin qardaşlarının, bacılarının, əmilərinin (dayılarının), bibilərinin (xalalarının), onların uşaqlarının) adına və bu şəxslərin adından, həmin notarius və ya notariat hərəkətləri aparan digər vəzifəli şəxs ilə bir yerdə işləyənin adına və onun adından notariat hərəkətlərinin aparılması qadağandır. Müvafiq icra hakimiyyəti orqanlarının, həmçinin bu orqanın adına və onun adından notariat hərəkətləri aparmaq hüququ yoxdur. Bu maddənin tələblərini pozmaqla aparılmış notariat hərəkətləri və onlara bərabər tutulan hərəkətlər etibarsız sayılır və məhkəmənin qərarı ilə ləğv edilməsi üçün əsasdır. Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki qanunvericiliyin tələblərinə əsasən əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; əqd hüquqauyğun hərəkətdir; əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə xitamına yönələn hərəkətdir; əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Qanunvericinin tələblərinə əsasən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsı müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqısatqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazım subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Kollegiya işin araşdırılmış halları baxımından hesab edir ki, iddia tərəfinin irəli sürdüyü faktiki hallar onların iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Yəni sadalanan hallardan aydın olur ki, iddiaçılar mübahisələndirilən alqısatqı müqaviləsini bağlamamışlar, onların belə bir iradə ifadəsi olmamışdır. Qeyd olunan müqavilənin qanuni əsaslarla bağlanmasına dair cavabdeh tərəfin etirazı isə yalnız formal mülahizələrdən ibarətdir. Mövcud müqavilənin qanunvericiliyin tələblərinə zidd bağlanmasına dair iddiaçı tərəfin dəlilləri yetərli və ağlabatan olmaqla, həmin dəlillər, tərəflərin izahatları iş materiallarına əlavə edilmiş sənədlərlə əlaqəlidir. Tərəflər arasında bu formada razılaşmaya dair cavabdeh tərəf hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına düzgün istinad edərək alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın(reyestrdə aparılmış qeydiyyatın) ləğv edilməsi barədə iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı halda iddiaçılar iddia tələbinin əsaslarını sübut edə bilmişlər. Cavabdeh isə apellyasiya şikayətinin dəlillərinə dair məhkəməyə əsaslı şübhələrdən kənar, mötəbər, legitim sübut təqdim edə bilməmişdir. İddia müddətinin ötürülməsi ilə bağlı Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 ərizəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 354.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İşin tədqiq olunan faktiki hallarından görünür ki, iddia tərəfi mübahisələndirilən əqdin mövcudluğundan xəbərsiz olmuşdur. Belə ki, bir tərəfdən həmin əqdin qanunauyğun bağlanması və notariat kontorunda qeydiyyatı öz təsdiqini tapmadığı kimi, digər tərəfdən mübahisəli torpaq sahəsinin, həmin torpağa dair hüquqmüəyyənedici sənədin əslinin iddiçılarda olması bu faktın doğruluğuna, iddiaçıların bu dəlilinin daha ağlabatan olmasına dəlalət edir. Bu fakt həm də onunla öz təsdiqini tapır ki, mübahisəli torpaq sahəsinə dair Cavabdeh2 mülkiyyət hüququ yalnız xx.xx.2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə kollegiyası iddiaçıların Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə Torpağa Mülkiyyət Hüququna dair JN-628 KOD 30301004 saylı Dövlət Aktı əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı müraciət edən vaxtı mübahisəli əqddən xəbər tutmaları barədə dəlillərini ağlabatan hesab edərək qəbul edir və hesab edir ki, onlar iddia müddətini ötürməmişlər. Çünki, məhz bundan sonra onlar tərəfindən vəkilə müraciət edilmiş və müvafiq sənədlər əldə edilərək məhkəməyə müraciət edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Bu baxımdan məhkəmə kollegiyası onun apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası yekun hüquqi dəyərləndirmə aparmaqla apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi əsasən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(027)-1093/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-175/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-175/2023
10.01.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver