Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1750/2022 19.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(012)- 1093/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia ərizəsinin qismən təmin edilməsi, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinə dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı, 4Ə-534 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi etibarsız hesab edilməsi, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli, daşınmaz əmlakın dövlət reyestrində **********24 reyestr nömrəsi ilə və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, Cavabdeh xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilmiş 15000 (on beş min) manat, alqı-satqı üçün çəkilmiş xərcə görə 315.24 (üç yüz on beş manat iyirmi dörd qəpik) manat, mütəxəssis rəyinə görə ödənilmiş 311 (üç yüz on bir) manat, dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla cəmi 15656.24 (on beş min altı yüz əlli altı manat iyirmi dörd qəpik) manat pul vəsaiti İddiaçı xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatına görə 25 (iyirmi beş) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə 25 (iyirmi beş) manat İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ona məxsus torpaq sahəsinə dair bağlanmış ******* saylı 16 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh alqı-satqı və digər çəkilmiş xərclərə görə 15315.24 manat pul vəsaitinin, 30 manat dövlət rüsumunun və mənəvi zərər olaraq 1000 manat olmaqla, cəmi 16345.24 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə bağladığı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ona məxsus torpaq sahəsinə dair 1 saylı Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş ******* saylı 16 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə o, Cavabdeh 15000 manat pul ödəmişdir. Cavabdeh ona ilkin olaraq göstərdiyi torpaq sahəsi alqı-satqı predmeti olan torpaq sahəsindən fərqlidir. Belə ki, o, torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etdiyi zaman onun müraciətindən imtina edilmişdir. Belə ki, həmin qurumun 21 avqust 2020-ci il tarixli məktubuna əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən Cavabdeh mülkiyyətində olan xx.xx.2013-cü il tarixli **********24 saylı reyestr nömrəli 0.05 ha torpaq sahəsinə baxış keçirildiyi, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcud olduğu müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı predmeti olan torpaq sahəsi barədə ona yanlış məlumat vermiş və nəticədə, göstərdiyi torpaq sahəsini deyil, başqa yerdə olan və əlverişsiz mövqeyi olan torpaq sahəsini satmışdır. Bununla da, cavabdeh mülki qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Ona görə də məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli 10/5781 saylı rəyi ilə o, razıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Həsənov X4 Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində qismən ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddət mülkiyyətində olan torpaq sahəsini ehtiyacı olduğu üçün satmışdır. Əldə etdiyi pulları ehtiyacına xərcləmişdir. Cavabdeh torpaq sahəsində olan çatışmazlığa görə əlavə ödəniş etməyə hazır olduğunu bildirir. Alıcı tərəfindən müqavilənin ləğvi və torpaq sahəsinin qaytarılması Cavabdeh əlverişsiz vəziyyətə salmışdır. Qeyd olunan səbəblərdən hesab edir ki, Abşeron Rayon Məhkəməsinin №2(012)- 1093/2021, xx.xx.2021-ci il tarixli qətnaməsi təmin edilən hissədə qismən ləğv edilməlidir. Birinci instansiya məhkəməsi hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almayaraq, mübahisə predmetinə sübutlara MPM-nin 88-ci maddəsinin müddəaları baxımından hüquqi qiymət verməmiş və bunun nəticəsində iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə sübutları, faktları, tərəflərin təqdim etdiyi dəlilləri, onların izahatlarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb qiymətləndirməmişdir. Həsənov X4 rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha mübahisəli torpaq sahəsini Abşeron rayonu notariusu R.K.Hümmətov tərəfindən təsdiq edilmiş 089 saylı, xx.xx.2013cü il tarixli 4Ə/2856 nömrəli alqı-satqı müqaviləsi ilə əldə etmişdir. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixli çıxarış verilmişdir. Məhkəmə tərəfindən Cavabdeh 2013-cü ildə torpaq sahəsini əldə edərkən hansı ölçüdə və hansı ərazidə almasını, habelə 2013-cü il sənədləri ilə hazırkı sənədlər arasında fərq olub-olmamasını müəyyənləşdirilməmişdir. Hakim tərəfindən bu hallar araşdırılmamış və nəzərə alınmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil X3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi ərazi aidiyyət qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni cavabdeh mübahisələndirmiş və bu nəticənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aidiyyət qaydalarını pozmaqla baxdığından, qanuni və əsaslı hesab etmir. İş materiallarından görünür ki, Cavabdeh qeydiyyat ünvanı Cəlilabad rayonudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 35.1. maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bu mənada məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan maddələrin tələblərini pozaraq iddiaçının iddia ərizəsini icraata qəbul etməklə tələb üzrə yekun məhkəmə aktı qəbul etmişdir. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı). Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir (Mülki Prosessual Məcəllənin 39.1. maddəsi). Prosessual normanın məzmuna görə hər bir kəs qanunla qorunan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı şəxs digər şəxs tərəfindən onun hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət edirsə, onda iddia tələbi tələbin yönəldiyi şəxsin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət edilməlidir. Lakin bəzi kateqoriya işlər üzrə müstəsna aidiyyat qaydalarında riayət edilməklə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialara baxılması üçün müstəsna aidiyyət müəyyən edilmişdir. Belə kateqoriya mübahisələrə daşınmaz əşyanın yerləşdiyi yerin məhkəməsində baxılır. Hazırkı işin predmeti alqı-satqı müqaviləsinin ləğvi, onun əsasında verilmiş çıxarışın ləğvi, mənəvi zərərin əvəzinin ödənilməsi tələbi təşkil edir. Göründüyü kimi hazırkı tələb MPM-nin 39-cu maddəsində qeyd edilən bəzi kateqoriyalı işlər üzrə müstəsna aidiyyat qaydaları ilə baxılmalı olan işlərin siyahısına daxil deyildir. Azərbaycan Respublikası MPM-nin 44.2.2. maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi cavabdehin qeydiyyat yeri üzrə Cəlilabad Rayon Məhkəməsində baxılmalı olduğu halda, Abşeron Rayon Məhkəməsi ərazi aidiyyət qaydalarını pozmaqla işi icraata götürərək qətnamə qəbul etməklə, MPM-nin 35.1. maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 384.0.4. maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti prosessual hüquq normalarının pozulması hissəsində əsaslı olduğundan qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi ərazi aidiyyəti üzrə baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilməlidir. Bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadlardan kassasiya şikayəti verilə bilər (Mülki Prosessual Məcəllənin 402.2.5 maddəsi) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 24.2., 26.1., 44.2.2., 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1750/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1750/2022
19.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver