Məhkəmə qərarları › İş №2(105)-1759/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1759/2025

05.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1759/2025 05.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə və üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi X1rşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) X11 Süleymanovanın sədrliyi və məruzəsi, X8 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, Cavabdehin nümayəndəsi X9, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X3 Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə və üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi X1rşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2(029)-605/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdehnə və üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi X1rşı “əsasız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti X4 əməkdaşları tərəfindən tərtib olunmuş 18 dekabr 2024-cü il tarixli ******* saylı təbii X10nın pozulması haqqında akta əsasən ona əsassız hesablanmış 1088 manat 64 qəpik borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailəsilə birlikdə ünvan 1 evdə yaşayır. Fərdi istehlakçı kimi o, cavabdeh X7 ilə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlamayaraq yaşadığı evində təbii qazdan istifadə edir. Evdə istehlak etdiyi təbii qazın haqqını vaxtlı-vaxtında ödəyir, onun heç bir borcu yoxdur. X13 əməkdaşları ünvan 1 ünvanında yaşadığı evə gəlib evdən aralı, küçədə yerləşən qaz sayğacına baxış keçirmiş, sayğacın üzərinə maqnit qoyulmaqla abonent tərəfindən təbii qazdan qeyri qanuni istifadə etdiyi qeyd edilmişdir. O da cavabında X13 əməkdaşlarına sayğaca əl vurmadığını, sayğac küçədə olduğunu, sayğacın üstü örtülmədiyini, qutuda yerləşdirilmədiyini, sayğacın üzərinə maqnitin kim tərəfindən qoyulduğundan xəbəri olmadığını bildirmişdir. Qaz stismarı Sahəsinin əməkdaşları 18 dekabr 2024-cü il tarixli ******* saylı təbii X10nın pozulması haqqında akt tərtib edərək onun mənzilindən açılmış G4 markalı **********7 saylı sayğaca baxış keçirildiyini, baxış zamanı sayğacın üzərinə maqnit qoyulmaqla abonent tərəfindən təbii qazdan qeyri qanuni istifadə etdiyinə görə dəymiş ziyan hesablanıb. Həmin dəymiş ziyan 1088.64 AZN manat təşkil edir. O, sayğaca əl vurmamışdır. Sayğaca hər ay qaz nəzarətçisi tərəfindən baxılır, sayğacın bütövlüyünü, plomblarını yoxlayır, qaz sərfiyatını hesablayıb ona sayğacın göstərdiyi qaz sərfiyyatı barədə bildiriş verir. X13 əməkdaşları tərəfindən ötən aylar ərzində ona sayğacın hesablanma mexanizminin qapağın yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izlərin olması barədə heç bir irad bildirməmişdir, o da, qaz nəzarətçisinin qaz sərfiyatı barədə verdiyi bildirişləri əsasında aybaay qaz pullarını ödəmişdir. Lakin X13 əməkdaşları bunlara məhəl qoymayaraq barəsində təbii X10nın pozulması haqqında akt tərtib etmiş və ona guya 9072 kub.metr qazdan qanunsuz istifadə etməyinə görə 1088 manat 64 qəpik AZN borc hesablamışlar. İndi də X13 əməkdaşları ondan həmin borcu tələb edirlər, əks təqdirdə onun evinə verilən qaz təchizatını kəsəcəkləri ilə hədələyirlər. X4 əməkdaşları tərəfindən tərtib edilmiş 18 dekabr 2024-cü il tarixli ******* saylı təbii X10nın pozulması haqqında akta əsasən ona əsassız hesablanmış 1088 manat 64 qəpik borc silinməlidir. Onun evinə quraşdırılmış qaz sayğacı evindən aralı, küçədə örtüksüz quraşdırılmışdır. O, həmin sayğaca kim tərəfindən müdaxilə edildiyini, sayğacın hesablaşma sayğacın hesablaşma mexanizminin şüşəsinin üzərinə vurulan plastmas plomblardan birinin üzərində kim tərəfindən əzik-cızıq etdiyini bilmir. Belə ki, həmin sayğac X13 əməkdaşları tərəfindən qoyulmuşdur. Həm də ki, sayğacın üzəri X13 əməkdaşları tərəfindən müvafiq örtük ilə örtülmədiyi üçün Qaydaların 4.7-ci bəndinə əsasən həmin müdaxilələrə görə o- istehlakçı deyil, Qaz istismarı Sahəsi cavabdehlik daşıyır.

3. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilir ki, Xaçmaz RQİİ-nin Qusar xidmət sahəsinin işçiləri tərəfindən iddiaçının barəsində tərtib edilmiş “Təbii X10”nın pozulmasına dair akta əsasən hesablanmış 1088,64 manat məbləğində borc onun abonent kodundan silinməlidir. Aşağıda göstərilən sübut və dəlillərdən aydın olur ki, İddiaçı Felyəddin qızının iddia tələbi əsassızdır və təmin edilməməlidir. “Azəriqaz“ X5 RQİİ-nin Qusar xidmət Sahəsində əhali abonenti kimi qeydiyyatda olan Əmirbəyova X6 şəhəri, Rəsulbəyov küçəsi ev 196-da yerləşən fərdi yaşayış evində yaşayır və müqavilə əsasında evində təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə “Azəriqaz“ İstehsalat Birliyinin işçiləri tərəfindən həmin evdə təbii qazın uçotu və TQİQ-na riayət olunmasına baxış keçirilən zaman cavabdehin istifadəsində olan qaz sayğacının üzərinə maqnit qoyaraq təbii qazdan qanunsuz istifadə etdiyi müəyyən edilmişdir. Bu barədə xx.xx.2024cü il tarixli ******* nömrəli “təbii X10nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 9072 m3 və ya 1088,64 manat hesablanmışdır. İddiaçı Felyəddin qızı heç bir irad bildirmədən aktı imzalayaraq qanunsuz hərəkətini etiraf etmişdir. İddiaçı Felyəddin qızının qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin qaz sayğacının üzərinə maqnit qoymaq vasitəsi ilə təbii qazdan istifadə etməsi halının görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır. Buna görə də İddiaçı Felyəddin qızı evində qanunsuz istifadə olunan təbii qazın bərpası üçün ziyan onun koduna hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X10”nın 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, təbii qazdan qanunsuz qoşulma ilə istifadə halları nəticəsində dəymiş zərərin hesablanması həmin Qaydaların 6.5-3-cü bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılğının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla yenidən hesablanmalıdır. İddiaçı Felyəddin qızının evində qaz xəttində quraşdırılmış qaz işlədici cihazların saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. 80 saylı Qərarın 1.3 bəndinə uyğun olaraq abonentlə qazpaylayıcı arasında bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzini istehlakçıdan tələb etmək hüququna malikdir. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirdir. Yuxarıda göstərilənlərə görə İddiaçı Felyəddin qızının iddia tələbi məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir.

4. Cavabdeh Xaçmaz X15 İdarəsi tərəfindən tərtib edilmiş «təbii X10nın pozulması haqqında» 18 dekabr 2024-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı Qusar şəhəri Rəsulbəyov küçəsində yerləşən 196 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacın üstünə maqnit qoymaqla hesablama mexanizmi dayandırılmış və təbii qazdan qeydi qanuni istifadə edildiyi aşkar edilmişdir.

5. Cavabdeh Xaçmaz X15 İdarəsi tərəfindən tərtib edilmiş 20 dekabr 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 18 dekabr 2024cü il tarixli ******* saylı akt əsasında itirilmiş qazın bərpası üzrə cəmi 9072 kub.metr qaz sərfiyyatı hesablanmışdır.

6. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X3 Filialının nümayəndəsi Nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli rəydə göstərilmişdir ki, abonent saldosunda qeydiyyatda olan və müayinə zamanı aktda qeyd edilən qaz cihazlarının hesabatının aşağıdakı kimi aparılması məqsədəuyğun hesab olunur: - Məişət tipli PQ-3 qaz plitəsinin saatlıq qaz sərfiyyatı 0,8 m3 x 12 saat x 90 gün = 864 m3 x 0,12 qəpik = 103,68 manat, 1 ədəd 28 kW gücündə Kombi tipli su qızdırıcının saatlıq qaz sərfiyyatı 3,0 m3 x 12 saat x 90gün = 3240 m3 x 0,12 qəpik = 388,8 manat, cəmi 492,48 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

7. Qusar Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2(029)-605/2025 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti X4 əməkdaşları tərəfindən tərtib olunmuş 18 dekabr 2024-cü il tarixli ******* saylı təbii X10nın pozulması haqqında akta əsasən İddiaçı əsassız hesablanmış 1088.64 (min səksən səkkiz manat altmış dörd qəpik) borcun silinməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13, 8-1, 6-2-ci maddələri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq olunmuş“X10”nın 1.3, 3.1.10, 3.1.11, 4.5, 4.7, 4.8, 4.9, 5.2, 6.5, 6.5-1, 6.5-1.1, 6.5-1.2, 6.5- 1.3, 6.5-2, 6.5-3 6.5-4 və 6.7-ci bəndləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 386.1, 560.1 və 560.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2(029)-605/2025 nömrəli qətnaməsinin ləğv olunması, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilərək iş üzrə Cavabdeh apellyasiya şikayətinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları iddiaçının iddia ərizəsində şərh etdiyi kimi deyildir. Belə ki, abonentin qaz xəttlərinə, qaz sayğacına və qaz işlədici cihazlarına 18 dekabr 2024-cü il tarixdə Xaçmaz RQİİ-nin işçiləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacın üzərinə yad cisim olan maqnit qoyulduğu və təbii qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. Abonent İddiaçı barəsində xx.xx.2024-cü il tarixli ******* saylı “Təbii X10”nın pozulması haqqında akt tərtib edilərək 9072 m3 və ya 1088,64 manat itirilmiş qazın ziyanı onun abonent koduna işlənilmişdir. İddiaçı həmin akta heç bir irad bildirmədən imza etmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin sayğacın üzərinə maqnit qoyması və sayğacdan keçən qazın qeydiyyata alınmaması görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır. Cavabdeh İB hesab edir ki, məhkəmənin iddia tələbinin təmin edildiyi hissədə gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Buna görə də cavabdeh tərəf kimi Cavabdeh İB Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-605/2025 saylı qətnaməsindən birinci instansiya məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət edir. Göründüyü kimi Cavabdeh İB-nin Xaçmaz RQİİ- işçiləri abonent İddiaçı sayğacın üzərinə maqnit qoyaraq təbii qazdan qanunsuz istifadə halını aşkar etdikdə qanunvericiliyə uyğun hərəkət etmişlər. Belə ki, qanunsuz təbii qazdan istifadə halı video çəkilişlə müşayət olunmuşdur. Abonentin təbii qazdan qanunsuz istifadə halının sübut edilməsi üçün cavabdeh tərəfindən məhkəməyə videodisk və s. sənədlər təqdim edilmişdir. Abonent İddiaçı barəsində xx.xx.2024-cü il tarixli ******* saylı “Təbii X10”nın pozulması haqqında akt tərtib edilmiş, İddiaçı həmin akta heç bir irad bildirmədən imza etmişdir. Lakin birinci instansiya məhkəməsi iddianı, qeyd olunan maqnitin İddiaçı tərəfindən sayğacın üzərinə qoyulduğu sübuta yetmədiyi kimi əsas gətirərək, təmin etmişdir. Halbuki, qeyd olunan fakt aşkar olunanda tərtib olunmuş “Təbii X10”nın pozulması haqqında akta İddiaçı tərəfindən heç bir irad bildirilmədən imza edilmişdir. Eləcə də işə əlavə olunmuş abonent saldosundan görünür ki, İddiaçı 2024-cü il ərzində ümumilikdə 345,84 manat dəyərində qazdan istifadə etmiş, lakin 2023-cü il ərzində ümumilikdə 986,44 manat, 2025-ci ilin 6 ayı ərzində isə 975,36 manat dəyərində qazdan istifadə etmişdir. Bu da abonentin 2024-cü il ərzində maqnitdən istifadə edərək qazın talanması anlamına gəlir. Bundan əlavə qətnamədə, məhkəmə iclasında üçüncü şəxs kimi iştirak edən Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndəsi verdiyi izahata və rəyə tam şəkildə qiymət verilməmişdir. “X10”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5 bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Bundan başqa ”Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin hesablanması üzrə təlimat”ın 3.6-cı bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılğının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanmalıdır. İddiaçı evində quraşdırılmış qaz avadanlığlarının nominal qaz sərfi, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Göründüyü kimi İddiaçı üçün sayğacdan kənar xəttlə təbii qazdan istifadəyə görə ziyan Qaydalara tam uyğun hesablanmışdır. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) bir başa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyn normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki-hüquq məsuliyyəti daşıyır. Delikt törətmiş şəxs tərəfindən vurulmuş zərər tam həcmdə zərər vurulan şəxsə ödənilməlidir. Delikt törətməsi məhkəməyə təqdim edilmiş sübutlarla, video çəkilişlə tam sübuta yetirilmiş, lakin Qusar Rayon Məhkəməsi bu fakta heç bir münasibət bildirməmiş, iddiaçının artıq sübut olıunmuş əməlini delikt kimi qiymətləndirməmişdir. 1-ci instansiya məhkəməsi abonentin maqnitdən istifadə edərək, sayğacın düzgün işləməsinə əngəl yaratması və işlətdiyi qazın qeydə ala bilməməsi nəticəsində Cavabdeh İB-nə dəymiş ziyanın heç bir hüquqi normativ akta əsaslanmayan, öz subyektiv mülahizəsinə uyğun silməsi heç bir məntiqə uyğun gəlmir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi hal onun ümumiyyətlə maqnitdən istifadə etmədiyi barədə fikridir. Lakin iddiaçı bu halı sübut etmək üçün heç bir sənəd təqdim etməmişdir. Məhkəmə iddiaçının söylədiyi mülahizəyə görə qərar qəbul etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi 1-ci instansiya məhkəməsi iş üzrə mövcud sübutlara, öz təsdiqini tapmış faktlara və reallıqlara yox, iddiaçının şəxsi fikrinə, ehtimallara istinadən verdiyi izahata uyğun qətnamə qəbul etmişdir. Məhkəmənin qərar qəbul edərkən iddiaçının qanunsuz qoşulma nəticəsində cavabdehə dəymiş ziyanın silinməsi qənaətinə gəlməsi, işin faktiki hallarına qətiyyən uyğun gəlmir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

13. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X3 Filialının nümayəndəsi Nümayəndə 22 yanvar 2026-cı il tarixində keçirilmiş məhkəmə iclasında şikayətin dəlillərini qismən qəbul edərək, nəzərə alınmasını məhkəmə kollegiyasından xahiş etdi və əlavə olaraq məhkəməyə rəy təqdim edərək bildirdi ki, 492,48 manat hesablanma aparılması məqsədəmüvafiqdir.

14. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunu: Maddə 13.8-1. (2022-ci ilin may ayından qüvvədə 8-1-ci bənd) qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X10 ilə tənzimlənir. Maddə 20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Maddə 21. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “X10”: 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdehnə və üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi X1rşı “əsasız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1088 manat 64 qəpik borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

21. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia təmin edilmişdir.

22. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilməsi, quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

23. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə qərar qəbul edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının üzərinə maqnit qoyulması nəticəsində hər hansı borc məbləği kimi pul abonentdən tələb edilə bilməz.

24. Həmçinin məhkəmə hesab etmişdir ki, iş materiallarına əlavə edilmiş CD-disk sübut kimi qəbul edilə bilməz, çünki sözügedən maqnitin həmin qaz sayğacının üzərində iddiaçı tərəfindən yerləşdirilməsi sübut olunmur.

25. Göründüyü kimi Cavabdeh Xaçmaz X15 İdarəsi Qusar Qaz Xidməti Sahəsi tərəfindən istehlakçı İddiaçı Qusar şəhəri Rəsulbəyov küçəsində yerləşən 196 ünvanında yerləşən ev üçün quraşdırılmış qaz sayğacı üstünə maqnit qoymaqla hesablama mexanizmi dayandırılması qeyd edilmiş, lakin həmin vaxt həmin sayğaca məhz istehlakçı İddiaçı tərəfindən müdaxilə olunması müəyyən edilməmişdir. Belə olan halda, həmin sayğacı məhz abonent İddiaçı hər hansı şəkildə sayğaca müdaxilə olunması şübhə doğurur. Bundan başqa, qaz sayğacın üstünə maqnit qoymaqla hesablama mexanizmi dayandırılması ilə abonentin təbii qazdan istifadə etdiyi aşkar olunması istehlakçı İddiaçı təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır.

26. Ona görə də, məhkəmə hesab etmişdir ki, İddiaçı evi üçün quraşdırılmış qaz sayğacın üstünə maqnit qoymaqla hesablama mexanizmi dayandırılması məhz onun tərəfindən həmin sayğaca müdaxilə edilməsi və qaz paylayıcısı olan Cavabdehnə ziyan vurulması kimi qiymətləndirilə bilməz.

27. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermişdir.

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

30. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, apellyator istinad olunan hallara dair qanunla nəzərdə tutulmuş qaydada, istehlakçının sayğaca müdaxilə ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanı və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutlar təqdim etməmiş, abonentin baş vermiş mülki hüquq pozuntusunda təsiri sübuta yetirilməmişdir.

32. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq bu nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2(029)-605/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2(029)-605/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar