Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1760/2022 01.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 11 may 2022-сi il tarixli, 2(060)-1649/2022 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinin mümkünlüyünə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 07 sentyabr 2020-ci il tarixli MAS-2745 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsinin, Cavabdeh 07 sentyabr 2020-ci il tarixli MAS- 2745 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 iyun 2021-ci il tarixə 1395.25 manat gecikdirilmiş əsas borc, 397.94 manat gecikdirilmiş mükafat, 316.97 manat dəbbə pulu, 8885 manat dəymiş zərər, ümumilikdə 10995.16 manat məbləğində borc və ödənilmiş 123.39 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarmağı xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 may 2022-сi il tarixli, 2(060)-1649/2022 nömrəli qətnaməsi ilə сavabdeh Cavabdeh və İddiaçı MMC ilə bağlanmış 07 sentyabr 2020-ci il tarixli MAS-2745 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 07 sentyabr 2020-ci il tarixli MAS2745 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 iyun 2021-ci il tarixə 1395 (bir min üç yüz doxsan beş) manat 25 qəpik gecikdirilmiş əsas borc, 397 (üç yüz doxsan yeddi) manat 94 (doxsan dörd) qəpik gecikdirilmiş mükafat və hesablanmış 10 (on) manat dəbbə pulu, 8885 (səkkiz min səkkiz yüz səksən beş) manat dəymiş zərər, cəmi 10688 (on min altı yüz səksən səkkiz) manat 19 (on doqquz) qəpik borc və ödənilmiş 123 (bir yüz iyirmi üç) manat 39 (otuz doqquz) qəpik dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikası MPM-nin 361.1.3-cü maddəsinə əsasən barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı şikayətin məzmununda göstərilməlidir. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 11 may 2022-сi il tarixli, 2(060)-1649/2022 nömrəli qətnamənin ləğv edilməsinə yönəlmiş apellyasiya şikayətinin əsaslandırıcı və nəticə hissəsində Sumqayıt Şəhər Məhkəməsinin 18 may 2022-сi il tarixli, 2(060)-1649/2022 nömrəli qətnaməsinin ləğv edilməsi xahiş edilir. Göründüyü kimi cavabdehin vermiş olduğu apellyasiya şikayətində barəsində şikayət verilən qətnamənin çıxarılma tarixi səhv göstərilmişdir. Belə olan halda, həmin şikayətin icraata qəbul edilməsi mümkün deyildir. MPM-nin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin birinci instansiya məhkəməsi tərəfindən şikayətin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılmamış və həmin tələblərə cavab verməyən şikayət işlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilmişdir ki, bununla da prosessual hüquq normasının tələbi pozulmuşdur. MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. MPM-nin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 may 2022-сi il tarixli, 2(060)-1649/2022 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1760/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1760/2022
01.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver