Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1761/2022 04.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(060)-2159/2022 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz» İstehsalat Birliyi tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(060)-2159/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası rədd edilmişdir.(hakim R.Qoşqarlı) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(060)-2159/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Sumqayıt şəhəri, 1-ci mikrorayon, Nəriman Nərimanov küçəsi, 45B saylı evin 19 saylı mənzilinə (abonent kodu **********20190) hesablanmış 425,88 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Sumqayıt şəhəri, 1-ci mikrorayon, Nəriman Nərimanov küçəsi, 45B saylı evin 19 saylı mənzilinə (abonent kodu **********20190) hesablanmış 663,25 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, «X4» tərəfindən "xxxx" MTK-nın inşa etdiyi və hazırda iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvana 425.88 manat borc hesablanmışdır. İddia ərizəsinə əlavə edilən xx.xx.2022-ci il tarixli, 79 nömrəli "xxxx" MTK-nın arayışından da görünür ki, 2021-ci ilin dekabr ayının sonunadək həmin mənzildə yaşayış olmayıb. Hazırda həmin mənzildə təmir işləri getdiyindən mənzildə qaz sərfıyyatından istifadə olunmasının qeyri-mümkün olduğu iddia ərizəsinə əlavə olunmuş şəkillərdən də açıq aydın görünür. Bu halda cavabdeh tərəfindən ona borcun hesablanması qeyri-qanunidir. Belə ki, həmin mənzildə təmir işləri getdiyindən qazdan istifadə qeyri mümkündür. Bundan əlavə sayğac yaşadığı mənzilin daxilində deyil, binanın blokunda yerləşir. Həmçinin sayğac çıxarılan zaman Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan “Azəriqaz” İB-nin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da dəymiş ziyan hesablanmışdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh İddiaçı iddia ərizəsi ilə analoji məzmun daşıyan apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə iş üzrə lazımi qaydada araşdırma aparmamış, işin faktiki hallarına uyğun gəlməyən qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları” 4.8.-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası ƏmlakMəsələləri Dövlət KomitəsiYanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45B, mənzil 19 (Yeni qaydalarla: ünvan 3 xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeyd edilmişdir. Yəni adıçəkilən mənzil iddiaçının mülkiyyətinə xx.xx.2022-ci il tarixdən verilmişdir. "xxxx" MTK-nın xx.xx.2022-ci il tarixli 79 nömrəli arayışında qeyd olunur ki, 2021-ci ilin dekabr ayının sonunadək Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45B, 19 saylı mənzildə yaşayış olmayıb. M4555363 nömrəli aktdan da göründüyü kimi mübahisəli mənzilə G-2,5 markalı 032688 nömrəli qaz sayğacı xx.xx.2022-ci il tarixdə quraşdırılmışdır. Cavabdehin əməkdaşları tərəfindən mübahisəli mənzilə baxış keçirilən zaman sayğacın göstəricisi 3549 m3 olmuşdur. Sayğac cari ilin fevral ayında qeydiyyata alınmış, xx.xx.2022-ciil tarixindən isə mexaniki sayğac smart tipli sayğacla əvəz olunmuşdur. Sayğac fevral ayından qeydiyyata alındığından, göstərici cari ilə düşdüyündən və abonent kodu cari ildə açıldığından abonentin keçən ilin dekabr ayının sonuna bazada borcu olmamışdır. Lakin qeyd olunan mənzil MTK olduğu üçün sayğac hüquqi şəxs tərəfindən quraşdırılmış, təbii qazdan istifadə olunmuş və MTK tərəfindən Sumqayıt QİS-ə vaxtında məlumat verilmədiyi üçün sayğac gec qeydiyyata alınmışdır. Mənzilin iddiaçının mülkiyyətinə xx.xx.2022-ci il tarixdə verilməsi, sayğacın isə xx.xx.2022-ci il tarixdə quraşdırılması faktı nəzərə alındıqda, sayğacın göstəricisi kimi 3549 m3 qazın istifadəsinin iddiaçıya aid olmaması aydın olur. Bundan başqa məhkəmə mübahisəsi birinci instansiya məhkəməsinin icraatında olan zaman mənzillə bağlı elektrik istifadəsinin cari istifadəsinə dair çıxarış verilmişdir. Həmin çıxarışından görünür ki, mübahisəli mənzillə bağlı həmin dövrdə elektrik istifadəsi olmamışdır və borc məbləği müəyyən olunmamışdır. Ən əsası isə “Qazdan istifadə qaydaları” 4.8.-ci bəndinin tələblərinə görə fiziki şəxslərə münasibətdə qaz sayğacını quraşdırmaq qaz paylayıcısının yəni cavabdehin vəzifəsidir. Hüquqi şəxslərə münasibətdə isə MTK özü bununla bağlı məlumat verməli idi. Yəni bütün hallarda iddiaçının mənzilinə hesablanmış borc məbləğini ödəmək onun vəzifəsi deyildir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edərək, iddia tələbi təmin edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, mübahisəli mənzil onun tərəfindən alınan zaman, mənzilə digər kommunal xidmətlərdən istifadəyə görə hər hansı borc hesablanmamışdır. Təbii qazdan istifadəyə görə hesablanmış borcun ondan tələb edilməsin isə heç bir hüquqi əsası yoxdur. Məhkəmə kollegiyasının iclasında iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 apellyasiya şikayətilə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 30 dekabr 2021-ci il tarixli, DA/01295/21 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45B, mənzil 19 (Yeni qaydalarla: ünvan 3 satıcı X5 tərəfindən alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə verilmişdir. Yenə iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45B, mənzil 19 (Yeni qaydalarla: ünvan 3 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Yenə də iş materiallarında olan Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil Kooperativ Təsərrüfat İdarəsi "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, N.Nərimanov küçəsi, 45B nömrəli evin 19 nömrəli mənzilində 2021-ci ilin dekabr ayının sonuna qədər yaşayış olmayıb. Mülki iş materiallarında olan abonent saldosundan müəyyən olunur ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, N.Nərimanov küçəsi, 45B nömrəli evin 19 nömrəli mənzilə 2022-ci il sərfiyyat əsasında 663,25 manat borc hesablanmışdır. İşə əlavə edilmiş “Azəriqaz” Sumqayıt Qaz İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, İddiaçı mülkiyyətində olan, ünvan 2 ünvanına baxış keçirilən zaman mənzilin eyvanında G25 markalı 032688 nömrəli qaz sayğacının quraşdırılmış, lakin Sumqayıt QİS-də qeydiyyata alınmamışdır. Baxış keçirilən zaman sayğacın göstəricisi 3549 m3 olmuşdur. Sayğac cari ilin fevral ayında qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixindən isə mexaniki sayğac smart tipli sayğacla əvəz olunmuşdur. Sayğac fevral ayından qeydiyyata alındığından, göstərici cari ilə düşdüyündən və abonent kodu cari ildə açıldığından abonentin keçən ilin dekabr ayının sonuna bazada borcu yoxdur. Lakin qeyd olunan mənzil MTK olduğdu üçün sayğac hüquqi şəxs tərəfindən quraşdırılmış, təbii qazdan istifadə olunmuş və MTK tərəfindən Sumqayıt QİS-ə vaxtında məlumat verilmədiyi üçün gec qeydiyyata alınmışdır. MTK tipli binalarda qaz sayğacı mənzilin daxilində (eyvanda) yerləşdiyindən mənzil sahibi qapını açmadığı üçün əməkdaşları tərəfindən qeyd olunan çətinliklər yaranır və sayğac göstəricisi vaxtında qeydiyyata alınmır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(060)-2159/2022 nömrəli qətnaməsi ləğv edilməli, iddia təmin edilərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Sumqayıt şəhəri, 1-ci mikrorayon, Nəriman Nərimanov küçəsi, 45B saylı evin 19 saylı mənzilinə (abonent kodu **********20190) hesablanmış 663,25 manat borc silinməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, «X4» tərəfindən "xxxx" MTKnın inşa etdiyi və hazırda iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanına 663,25 manat borc hesablanmışdır. İddiaçı iddianın əsası kimi, "xxxx" MTK-nın xx.xx.2022-ci il tarixli, 79 nömrəli arayışına istinad edərək göstərir ki, mübahisəli mənzildə 2021-ci ilin dekabr ayının sonunadək yaşayış olmadığından, həmin mənzildə təmir işləri getdiyindən, mənzildə qaz sərfıyyatından istifadə olunması qeyri mümkündür. Habelə iş materiallarına əlavə edilən alqı-satqı müqaviləsindən və daşınmaz əmlakın dövlət reystrindən çıxarışdan göründüyü kimi mübahisəli mənzil üzərində onun mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydə alınmış, həmin mənzilə qaz sayğacı isə xx.xx.2022-ci il tarixdə quraşdırılmışdır. Bu halda cavabdeh tərəfindən ona borcun hesablanması qeyri-qanunidir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı sözügedən mənzilə aid sayğacın mənzilindən kənarda olduğunu qeyd etsə də, həmin sayğacın mənzilin eyvanında yerləşməsi faktı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, məhz bu hal iddiaçı tərəfindən həmin sayğaca müdaxilə olunması sübut edir. Beləliklə, İddiaçı tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması ilə istifadə etməsi öz təsdiqini tapdığından o, həmin məbləğin silinməsini tələb etməkdə haqlı ola bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla, qanuni və əsaslı da deyildir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakı maddi hüquq normalarına istinad edilməsini zəruri hesab edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələblərinə görə qaz paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Apellyasiya kollegiyası işin faktiki hallarına hüquqi qiymət verərək qeyd edir ki, göründüyü kimi mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ 17 yanvar 2022-ci il tarixdə qeydə alınmış və yenə işdə olan arayışa əsasən həmin mənzildə 2021-ci ilin sonunadək yaşayış olmamışdır. Sözügedən mənzilə qaz sayğacı 31 yanvar 2022-ci il tarixdə quraşdırılmış, xx.xx.2022-ci il tarixindən isə mexaniki sayğac smart tipli sayğacla əvəz olunmuşdur. Belə olan halda qeyd olunan müddət ərzində təbii qazdan istifadəyə görə iddiaçıya 633,25 manat məbləğində borcun hesablanması qanuni hesab edilə bilməz. Habelə, cavabdeh qeyd olunan borcun yaranma əsasını məhkəmə iclasında sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbinin, habelə apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(060)- 2159/2022 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia təmin edilərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Sumqayıt şəhəri, 1-ci mikrorayon, Nəriman Nərimanov küçəsi, 45B saylı evin 19 saylı mənzilinə (abonent kodu **********20190) hesablanmış 663,25 manat borc silinməlidir. AR MPM-in 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(060)- 2159/2022 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45B, mənzil 19 (Yeni qaydalarla: ünvan 3 ünvanına cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 633,25 manat məbləğində borc silinsin. Qətnamə dərhal icra edilsin. Qətnamə qətidir, dərhal qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1761/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1761/2022
04.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver