Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1762/2023 02.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqaviləinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(060)-2796/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "müqavilənin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh2 iddiaçının həyat yoldaşıdır. Belə ki, onların birgə nikahlarından bir övladları vardır. İddiaçının cavabdeh olan həyat yoldaşı 29 mart 2023-cü ildə ona bildirmişdir ki, onun dostu sahibkarlıq fəaliyyəti ilə bağlı tanışından pul götürmək istəyir. Buna görə də bir neçə əmlak girov qoyulmalıdır. Bu səbəbdən də tərəflərin birgə nikah dövründə aldıqları və Xaçmaz şəhərində yerləşən daşınmaz əmlakı da 2 ay müddətinə ipoteka ilə yüklü edib pul götürəcək və 2 aydan sonra borcu bağlamaqla əmlakın sənədini geri qaytaracaqdır, lakin həmin əmlak tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak olduğu üçün iddiaçı da həmin əmlakla bağlı notariusda ərizə verməlidir. İddiaçı yoldaşının sözlərinə inanaraq 29 mart 2023-cü ildə onunla birlikdə notariat kontoruna getmiş və adından hazırlanmış ərizəyə imza etmişdir. Lakin sonradan iddiaçı cavabdehlə ofisdə görüşərkən təsadüfən bildirdi ki, notariat kontorunda formal alqı-satqı müqaviləsi bağlanılmışdır. İddiaçı alqı-satqı müqaviləsinin formal olmadığını və həmin şəxsin bu müqavilə əsasında istədiyi vaxt gəlib əmlaka sahib ola biləcəyini bildirməklə cavabdehdən həmin müqaviləni ləğv etdirməsini tələb etdi, lakin cavabdeh iddiaçını dinləmək belə istəmədi, hətta Sumqayıt şəhəri, 8-ci mikrorayonda olan obyektin də açarlarını götürərək çıxıb getdi. İddiaçı xx.xx.2023-cü ildə notariat ofisinə gedərək orada alqı-satqı müqaviləsinin surətini tələb etdi, dəfələrlə israrlı tələbindən sonra iddiaçının yanında həmin müqavilələri imzalamaqla bir surətini notarius verdi və müqaviləni aldıqda iddiaçıya məlum oldu ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri bu daşınmaz əmlakla bağlı ipoteka müqaviləsi deyil, alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilədə qeyd olunmuşdur ki, guya iddiaçının həyat yoldaşı Xaçmaz şəhərində yerləşən 5 sot torpaq sahəsini 5000 manata satmışdır. Halbuki, iddiaçıya yalnız ipoteka müqaviləsinin bağlanılacağını və 2 aydan sonra isə həmin daşınmaz əmlakın ipotekadan çıxarılaraq sənədlərinin qaytarılacağı bildirilmişdir. İddiaçı bundan sonra cavabdeh həyat yoldaşına onu aldatdığını və hazırda dəyəri 100000 manat olan bir daşınmaz əmlaka görə 5000 manat dəyəri ilə alqı-satqı müqaviləsinin bağlanılmasının qanunsuz olduğunu bildirmiş və ondan həmin müqavilənin ləğv etdirməsini tələb etmiş, lakin o iddiaçını dinləməmiş, hətta iddiaçıya digər Cavabdeh1 sözlərindən məlum olmuşdur ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən (tərəflərə məxsus olsa da) başqa bir dostunun adına sənədləşdirdiyi obyekti də ona satmışdır. İddiaçı aldadıldığını başa düşərək xx.xx.2023-cü ildə notariat kontorunda vermiş olduğu ərizəni ləğv etdirmiş və bu barədə ona sənəd də verilmişdir. Bundan başqa, iddiaçı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə ünvan 2 ərizə vermiş, ona oradan şifahi olaraq bildirilmişdir ki, bununla bağlı müqaviləni bağlamış hər iki tərəf gəlməlidir, əks təqdirdə məhkəməyə müraciət olunmalıdır. İddiaçı heç vaxt tərəflərin birgə nikah dövründə aldıqları və üzərində tikilinin də inşa edildiyi əmlakı satmaq fikrində və niyyətində olmamış, onun adından rəsmiləşdirilmiş ərizədə də əmlakın ipotekaya qoyulması sözü yazılmış və iddiaçı da aldanaraq yalnız ipotekaya qoyulmanın baş verəcəyini düşünərək bu ərizəni vermişdir. xx.xx.2023-cü ildə iddiaçı da notariat ofisində olmuş, lakin cavabdeh olan həyat yoldaşı ofisin kassasından pul götürməmiş və müqavilədə 5000 manat məbləğində pulun verilməsi qeyd olunsa da, əslində pul verilməmişdir, pul verilmiş olsa idi, iddiaçı tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıldığını görüb qəti surətdə etirazını bildirərdi. Sumqayıt Şəhər Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(060)-2796/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "müqavilənin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi rədd edilmişdir (hakim Şəbnəm Həxiyeva). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(060)-2796/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbini rədd edən məhkəmə bir sıra maddi normalara istinad etmiş və belə bir nəticəyə gəlmişdir ki, hazırki müqavilə bağlanan zaman iddiaçı aldadıldığını sübuta yetirə bilməmişdir və bağlanan müqavilənin etibarız hesab olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə eyni zamanda iddia tələbini rədd edərkən bir sıra maddi normalara istinad etmişdir ki, onun istinad etdiyi həmin normalar bu əqdin etibarsız hesab olunmasına əsas verir, eyni zamanda məhkəmə araşdırması zamanı tədqiq edilən hallar da əqdin yalan əqd olduğunu bir daha sübuta yetirir və buna başqa sübut yox, elə qarşı tərəfin məhkəmə prosensində verdiyi izahatı kifayət edir. Belə ki, məhkəmə prosesində iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, «alqı-satqı müqaviləsində satılan daşınmaz əmlakın dəyəri 5000 manat göstərilsə də, o həmin pulu satıcıya verməmişdir, ümumiyyətlə bu məbləğin kim tərəfindən verildiyini bilmir, əlbəttə ki, bu daşınmaz əmlakın bazar dəyəri 5000 manat yox, təxminən 30-40 min manatdır və onun 5000 manata satılması da mümkünsüzdür, bu simvolik məbləğdir, məqsəd həmin əmlakı almaq yox, iddiaçının həyat yoldaşının ona olan 110 min manat borcunun qaytarılmasının təminatı kimi adına keçirmək olmuşdur, çünki Cavabdeh2 ondan aldığı pulu özünə və ailəsinə xərcləmişdir, ona görə də həm iddiaçı, həm də Cavabdeh2 borclu şəxslər hesab olunurlar, əslində onun həmin daşınmaz əmlakda gözü yoxdur, əmlak onlarındır, artıq İlqar məhkəmə gedən ərəfədə ona olan borcundan da qaytarmışdır, İlqar ona borcu tam qaytarandan sonra əmlakını da yenidən özünə qaytaracaqdır. Cavabdehin bu ifadəsi bağlanmış alqı-satqı müqaviləsinin yalan olmasını, hüquqi nəticələr yaratmaq üçün deyil, görünüş üçün bağlandığını və bu müqaviləni bağlamaqda məqsəd tərəflər arasında olan borc münasibətlərini pərdələmək olduğu tam şəkildə təsdiq olunduğu halda, məhkəmə qətnamədə cavabdehin ifadəsini məhkəmədə olduğu kimi tam olaraq qeyd etməmiş və həmin müqavilənin etibarsız bir müqavilə olmasına dəlalət edən bu sübuta-cavabdehin məhkəmədəki etirafına göz yummuşdur. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2023-cü ildə notariusla təsdiq olunan ərizəsində aldadıldığını qeyd etməmiş, fikrindən daşındığı üçün ərizəni ləğv etdirdiyini bildirmişdir. Məhkəmənin bu yanaşması da tam əsassızdır, çünki həmin ərizədə qeyd edilən daşınmaz əmlakla bağlı bir neçə əməliyyatdan söhbət gedir ki, iddiaçı da məhz əmlakın ipoteka ilə yüklü edilərək pul götürüləcəyini güman etməklə bu addımı atmışdır. Digər tərəfdən ondan həmin gün notarius şikayət ərizəsini qəbul etməmiş və bildirmişdir ki, get məhkəməyə müraciət elə, bu halda iddiaçı poçt vasitəsi ilə notariat ofisinə məktub göndərmiş və həmin məktubu da notariat ofisində almışlar. İddiaçı ərizəsini ləğv etdirmək istədikdə ona blank şəklində hazırlanmış ərizəyə imza atılmışdır, lakin onun öz xətti ilə həmin tarixdə yazdığı və notariusa göndərdiyi ərizəsində aldadıldığı tam şəkildə ifadə olunmuş, məhkəmə nədənsə həmin ərizəyə qətnaməsində münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4cü maddəsi). Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqazidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması ilə nəticələnmir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, ümumi sahəsi 0,05 ha olan Xaçmaz şəhərində yerləşən torpaq sahəsi tərəflərin birgə nikahları dövründə əldə edilməklə, Cavabdeh2 xüsusi mülkiyyətində olmuşdur. Sözügedən əmlak xx.xx.2023-cü il tarixdə İddiaçı razılıq ərizəsi əsasında özgəninkiləşdirilsə də, həmin torpaq sahəsini «alan» qismində çıxış edən Cavabdeh1 torpağa görə pul vermədiyini, həmin torpaq sahəsinin dəyərinin 5000 manat olmadığını, onun məqsədi bu torpaq sahəsini almaq yox, sadəcə borc içində batan Cavabdeh2 ona başqa evlərə görə olan 110000 manat borcunun qaytarılması təminatı kimi adına keçirmək olmuşdur, gələcəkdə Cavabdeh2 ona olan borcunu tam ödədikdən sonra o da bu torpaq sahəsini Cavabdeh2 adına geri qaytaracaqdır. Bir növ Cavabdeh1 da iddiaçının aldadıldığını, yəni əslində bu müqavilə alqı-satqı müqaviləsi olsa da, həmin müqavilə şərtlərinə əməl olunmadan bağlanıldığını, burada məqsəd həmin torpaq sahəsinin alqısatqısı olmadığını və hətta müqavilədə göstərilən 5000 manat pulu müqavilədə «alıcı» olsa da, vermədiyini və həmin torpaq sahəsinin üzərində olan əmlakla birlikdə dəyərinin qat-qat artıq olduğunu etiraf etmişdir. Lakin məhkəmə qeyri-obyektiv və birtərəfli mövqe nümayiş etdirməklə, hətta cavabdehin bu etirafını da nəzərə almamış və formal mülahizələrə istinad etməklə bu qanunsuz bağlanmış əqdi etibarlı əqd kimi qiymətləndirmişdir. Məhkəmə qətnamədə eyni zamanda qeyd etmişdir ki, tərəflər (Cavabdeh1 və Cavabdeh2) arasında borc münasibətlərinin olması və əmlakın alqı-satqı müqaviləsinin borcun əvəzində bağlanmasına dair iddiaçının bildirdikləri təsdiq olunsa belə, iddia etdiyi borc məbləğini qaytarmadan özünün və ailə üzvlərinin razılığı ilə notarial qaydada təsdiqlədiyi alqı-satqı müqaviləsinin etibarsızlığı tələbini irəli sürməsi dürüstlük qaydasına uyğun gəlmir. Məhkəmənin bu yanaşması da tam əsassızdır, çünki iddiaçı məhkəmədə cavabdehə borclu olduğunu bildirməmiş və belə bir ifadə də verməmişdir. Eyni zamanda da Cavabdeh1 iddiaçıya pul verməsini və iddiaçının da ona borclu olmasını məhkəmədə sübuta yetirə bilməmişdir. Bundan başqa əgər bir əqd digər əqdi pərdələmək üçün bağlanırsa və bu əqd qanuni və etibarlı sayılırsa, onda AR MM-nin 340-cı maddəsi nəyə lazımdır? Konkret halda əmlakı alan şəxs pul vermədiyini bildirir, əmlak onun tərəfindən faktiki qəbul edilməmiş və 5 ay keçməsinə baxmayaraq satıcının istifadəsindədir, alıcı özü bu əmlakı Cavabdeh2la borc məsələsini pərdələmək məqsədi ilə adına keçirdiyini bildirir, bu halda məhkəmənin iddia tələbinə bu cür yanaşma sərgiləməsi və yalan əqdi qanuni əqd sayması və hətta əmlakı alarkən pul verməyən alıcını vicdanlı alıcı sayması anlaşılmazdır və hətta məhkəmə bu münasibətlə əlaqəsi belə olmayan Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarına da istinad etmişdir. Məhkəmə iddiaçının cavabdehlər tərəfindən aldadılması halının sübut olunmadığını qeyd edir, halbuki Cavabdeh1 özü bu torpaq sahəsinə görə pul vermədiyini bildirir, artıq bu fakt iddiaçının aldadılması demək deyilmidir? torpaq sahəsinin alqı-satqı müqaviləsində 5000 manat göstərilir (halbuki dəyəri 100 min manat civarındadır),Cavabdeh1 alıcı kimi cixiş etsə də, pul vermir, lakin müqavilə bağlanılır, artıq bununla da iddiaçı-həmin satılan əmlakın mülkiyyətçisi aldadılır, yəni birgə əmlak dəyəri ödənilmədən başqa bir şəxsin mülkiyyətinə keçir. Bu xüsusatı hər iki tərəf təsdiq edir, lakin məhkəmə bu halın üstündən kecərək mübahisəyə obyektiv qiymət verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq digər Cavabdeh2 heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə prosesində iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı iddia qaldırdığı mübahisəli obyektin alqı-satqı müqaviləsi bağlanacağı deyil, ipotekaya qoyulacağı bildirilmiş, sonradan bu fakt ona məlum olmuş (alqı-satqı) o da məhkəməyə hazırki iddia ilə müraciət etmişdir. Alqı-satqı müqaviləsi bağlanan obyekti alan Cavabdeh1 obyekt təhvil-təslim edilməyib və bu gün də həmin obyekt onun istifadəsindədir. Eləcə də müstəqil tələb irəli sürməyən 3-cü şəxs ünvan 1 ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh2 və 3-cü şəxs Sumqayıt şəhər 4 saylı Notariat Kontorunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddiaçının iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri Nikah evi tərəfindən 19 oktyabr 1995-ci il tarixdə verilmiş Vİİ-ЖГ № 262902 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X2 19 oktyabr 1995-ci il tarixində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 768 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Camalova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ümumi sahəsi 0,05 ha olan Xaçmaz şəhərində olan torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan İddiaçı ünvan 2 ünvanladığı **********187 saylı, xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, birgə nikah dövründə əldə edilmiş, əri Cavabdeh2 məxsus olan, Xaçmaz şəhəri ünvanında yerləşən, ümumi sahəsi 0,05 ha olan torpaq sahəsinin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipoteka ilə yüklü edilməsinə, istənilən qaydada özgəninkiləşdirilməsinə etiraz etmir, eyni zamanda bəyan edir ki, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanılmamışdır. İş materiallarında olan notariat qaydasında təsdiq edilmiş AN-İ № ******* saylı, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, ümumi sahəsi 0,05 ha olan Xaçmaz şəhəri ünvanında yerləşən torpaq sahəsi Cavabdeh2 tərəfindən Cavabdeh1 5000 (beş min) manat məbləğinə satılmışdır. İş materiallarında olan İddiaçı ünvan 2 ünvanladığı **********236 saylı, xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər 4 saylı notariat ofisində 8i-4187 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizə vermişdir. Xaçmaz şəhəri ünvanında yerləşən 0.05 ha ola torpaq sahəsinin satılması ilə bağlı fikrini dəyişdiyi səbəbindən yuxarıda qeyd edilən ərizədən imtina edir. Yuxarıda göstərilən ərizədən imtina etməyi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və başqa notariat ofisində təsdiq edilibsə bu ərizənin dərhal sistem vasitəsilə ərizəni təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, ümumi sahəsi 0,05 ha olan Xaçmaz şəhərində yerləşən torpaq sahəsi tərəflərin birgə nikahları dövründə əldə edilmişdir. Həmin əmlak xx.xx.2023-cü il tarixdə iddiaçının razılıq ərizəsi alınmaqla, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Sonradan, yəni xx.xx.2023-cü il tarixdə iddiaçı sözügedən razılıq ərizəsindən imtina etmişdir. Hazırda iddiaçı tərəfindən həmin əmlaka dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələb edilir. İddiaçı tərəf əqdin etibarsızlığının əsası kimi sözügedən əqdin yalan əqd olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə qərarında onu da qeyd etmişdir ki, işin araşdırılması zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, ümumi sahəsi 0,05 ha olan Xaçmaz şəhərində yerləşən torpaq sahəsi tərəflərin birgə nikahları dövründə əldə edilməklə, Cavabdeh2 xüsusi mülkiyyətində olmuşdur. Sözügedən əmlak xx.xx.2023-cü il tarixdə İddiaçı razılıq ərizəsi əsasında özgəninkiləşdirilmişdir. Göründüyü kimi hazırda iddiaçı sözügedən əmlakın özgəninkiləşdirilməsi ilə bağlı olan alqı-satqı müqaviləsinin etibarsızlığının əsası kimi aldadıldığını bildirmiş və bununla əlaqədar notariat ofisinə xx.xx.2023-cü il tarixdə vermiş olduğu razılıq ərizəsindən xx.xx.2023-cü il tarixdə imtina etmişdir. Bununla əlaqədar məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.2023-cü il tarixli imtina ərizəsində onun Xaçmaz şəhəri ünvanında yerləşən 0,05 ha olan torpaq sahəsinin satılması ilə bağlı fikrini dəyişməsi səbəbindən xx.xx.2023-cü il tarixli ərizəsindən imtina etdiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçı aldadıldığının sübutu kimi məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsində aldadıldığını deyil, məhz torpaq sahəsinin satılması ilə bağlı fikrinin dəyişməsi səbəbini qeyd etmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, tərəflər (Cavabdeh1 və Cavabdeh2) arasında borc münasibətlərinin olması və əmlakın alqı-satqı müqaviləsinin borcun əvəzində bağlanmasına dair iddiaçının bildirdikləri təsdiq olunsa belə, iddia etdiyi borc məbləğini qaytarmadan özünün və ailə üzvlərinin razılığı ilə notarial qaydada təsdiqlədiyi alqı-satqı müqaviləsinin etibarsızlığı tələbini irəli sürməsi dürüstlük qaydasına uyğun gəlmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə prosesində iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək etiraf etmişdir ki, alqı-satqı müqaviləsində satılan daşınmaz əmlakın dəyəri 5000 manat göstərilsə də, o həmin pulu satıcıya verməmişdir, əlbəttə ki, bu daşınmaz əmlakın bazar dəyəri 5000 manat yox, daha çoxdur və onun 5000 manata satılması da mümkünsüzdür. Onun məqsədi həmin əmlakı almaq yox, iddiaçının həyat yoldaşının ona olan 110 min manat borcunun qaytarılmasının təminatı kimi adına keçirmək olmuşdur. Cavabdehin bu ifadəsi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin görünüş üçün bağlandığını və bu müqaviləni bağlamaqda məqsədi tərəflər arasında olan borc münasibətlərini pərdələmək olduğu tam şəkildə görünür. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı iş materialları həmçinin müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixli ərizəsində birgə nikah dövründə əldə edilmiş əri Cavabdeh2 məxsus olan Xaçmaz şəhərində yerləşən 0,05 ha olan torpaq sahəsinin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipoteka ilə yüklü edilməsinə etiraz etmədiyini bildirsə də, 1 gün sonra yəni xx.xx.2023-cü ildə notariusa gedərək aldadıqlarını hiss edərək müqavilənin ləğv edilməsini xahiş etmiş, bundan daha bir gün sonra, yəni dərhal xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə hazırkı iddia ərtizəsi ilə məhkəməyə müraciət etmişdir. Buradan da aydın görünür ki, iddiaçı heç vaxt tərəflərin birgə nikah dövründə aldıqları və üzərində tikilinin də inşa edildiyi əmlakı satmaq fikrində və niyyətində olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Bununla əlaqədar məhkəmə kollegiyasının iclasında cavabdeh X3 bildirmişdir ki, torpağın alıcı kimi onun tərəfindən alınmasına görə ümumiyyətlə 5000 manat pul verilməmiş, alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün 5000 manat pulun verilməsi və sonradan geri götürülməsi faktiki olaraq Cavabdeh2 tərəfindən edilmişdir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında 29 mart 2023-cü ildə Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində Xaçmaz şəhərində yerləşən 0,05 ha torpaq sahəsinə dair bağlanmış AN- İ№1142227 saylı, 4ə-604 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və iddia təmin edilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü mаddəsinə əsаsən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddiаnı təmin etməməklə düzgün nəticəyə gəlmədiyindən, işin yuxаrıdа şərh olunаn hаllаrını və qаnunvericilik аktı normаlаrını səhv təfsir etdiyindən, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan və məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun gəlmədiyindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin 11 iyul 2023cü il tarixli, 2(060)-2796/2023 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin olunmalı, Cavabdeh2 ilə Cavabdeh1 arasında 29 mart 2023-cü ildə Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində Xaçmaz şəhərində yerləşən 0,05 ha torpaq sahəsinə dair bağlanmış AN-İ№1142227 saylı, 4ə-604 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Sumqayıt Şəhər Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(060)-2796/2023 nömrəli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin olunsun. Cavabdeh2 ilə Cavabdeh1 arasında 29 mart 2023-cü ildə Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində Xaçmaz şəhərində yerləşən 0,05 ha torpaq sahəsinə dair bağlanmış AN- İ№1142227 saylı, 4ə-604 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1762/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1762/2023
02.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver