Məhkəmə qərarları › İş №2(105)-1764/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1764/2023

11.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1764/2023 11.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: sudan istifadəyə görə yaranmış borcun mübahisələndirilməsi, sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə1 Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2222/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 16 saylı Mənzil-Kommunal sahəsinin 302 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı 10-cu mikrorayon, ev 2, mənzil 68 ünvanında qeydiyyatdadır.

2. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası, Sabirabad rayonu, Naxalıq kəndində xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır.

3. Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli abonent kartından görünür ki, İddiaçı Sumqayıt, Asvalt zavod, ev-929 ünvanında sudan istifadəyə görə 4 nəfər ailə tərkibi nəzərə alınmaqla, 707.20 manat məbləğində borc hesablanmışdır.

4. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki ünvan 3 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.

5. İş materiallarına əlavə edilmiş Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, ünvan 4 ünvanında (Cavabdeh ASC-nin elektron abonent bazasında ünvan ünvan 5hizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatının aparıldığı **********000 saylı abonent koduna xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə etməklə 709.00 manat dövrü borc hesablanmış, abonentin hesabında -01.80 manat vəsait olduğundan yekun ödəniləcək məbləğ (709.00- 01.80=707.20) 707.20 manat olmuşdur. Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonentin hesabında 713.20 manat borc vardır. Qeyd edilən borc sayğac göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ASC tərəfindən ona məxsus Ceyranbatan qəsəbəsi yaxınlığı, 13-cü küçə, ev 1B fərdi yaşayış evinə əsassız olaraq hesablanmış 707.20 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh “Sumqayıt Sukanal” İdarəsinin nümayəndələri tərəfindən ona məxsus olan fərdi yaşayış evinə xidmətlərdən istifadəyə görə 707.20 manat borcunun olması bildirilmişdir. Ona məxsus olan ünvanda 01 iyun 2014-cü il tarixdə kod açılmış (**********000) və 22 sentyabr 2014-cü il tarixdə sayğac quraşdırılmışdır. Qeyd edir ki, qeyd olunan fərdi yaşayış ünvanında mütəmadi olaraq yaşamırlar. Onlar tərəfindən sayğac göstəricisinə uyğun olaraq ödənişlər vaxtı-vaxtında aparılmışdır. Lakin ona məlum olmayan səbəbdən 707.20 manat borcun olduğu bildirilmişdir. Hesablanmış borc məbləği ilə razı deyildir. Ona görə də hesab edir ki, borc silinməlidir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

8. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2222/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi təmin edilmiş, Cavabdeh ASC tərəfindən ünvan 3 (Cavabdeh ASC-nin elektron abonent bazasında ünvan ünvan 6nmış 707.20 manat məbləğində borcun abonentin hesabından (abonent kodu **********000) silinməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi bu cür əsaslandırılmışdır ki, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvan 3 (Cavabdeh ASC-nin elektron abonent bazasında ünvan ünvan 722-ci illər üzrə ailə tərkibi nəzərə alınmaqla, 707.20 manat məbləğində borc hesablanmışdır. Lakin həmin ünvanda yaşayış olması işin araşdırılan hallarına əsasən sübut olunmur. Cavabdeh ASC iddia tələbinə etiraz etmiş, lakin etirazın əsasını təşkil edən hallar məhkəmə araşdırması gedişatında təsdiq edilməmişdir. Məhkəmə hesab etmişdir ki, sayğacın işlək vəziyyətdə saxlanılması və istifadə edilmiş sayğac göstəricisinə əsasən abonentdən tələb etmək öhdəliyinin olmasına baxmayaraq bu edilməmiş, bütün qeyd olunanlara əsasən məsuliyyəti cavabdeh təşkilat daşıdığından, həmçinin sayğac iddiaçının mənzilindən kənarda yerləşdiyindən iddiaçının qanuna zidd əməli nəticəsində sayğacda su sərfiyyatının aparılması təsdiq olunmadığı üçün iddia tələbi təmin olunmalıdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1, 59.1, 59.3, 61, 62-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.3-cü bəndlərinə, Mülki Məcəllənin 425, 448.2, 385, 560.3.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14, 77, 216, 220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh Azərsu” ASC qətnamədən apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2222/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə məhkəmənin gəlmiş olduğu nəticə əsassız və qanunsuzdur. Məhkəmə iş üzrə düzgün qətnamə qəbul etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində Xidmətin və STKMin plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. Zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş suölçən cihazın təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına STKM tərəfindən həyata keçirilir. Suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərfedilmiş suyun həcmini müəyyənləşdirir və hesablaşma aparır. Yaranmış borcun hesablanma qaydası haqqında məlumatı özündə əks etdirən abonent məlumat vərəqələri, sayğacın dəyişdirilməsinə dair akt və labarator yoxlamaya dair Rəy sübut qismində məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə təqdim edilən sübutları düzgün qiymətləndirməmiş və nəticədə prosessual hüquq normalarının pozulması ilə nəticələnən əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə iş üzrə lazımi qədər araşdırma aparmamış, nəticədə əsassız qətnamə qəbul etmişdir. Hazırkı iş üzrə iddiaçının ünvanına 01 iyul 2014-cü il tarixdə kod açılmışdır. 22 sentyabr 2014-cü il tarixdə su sayğacı quraşdırılmışdır. Lakin sonradan 30 iyul 2022-ci il tarixdə sayğac dəyişdirilmişdir. Mübahisələndirilən 709 manat borc məbləği isə 2022-ci il tarixdə həmin müddət ərzində yaranmışdır. Sayğac mənfiyə doğru getdiyi üçün 908 kub hesabat aparılmışdır. Lakin işə baxan məhkəmə bu halları nəzərə almamışdır. Göstərilən xüsusatlar əsasında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə1 şikayətin dəlillərinə etiraz edərək əlavə etdi ki, məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya şikayəti əsassızdır. İddia tələbində qeyd olunan borc məbləği əsassız şəkildə hesablanmışdır. Mübahisəli ünvanda onlar əsasən yay aylarında yaşayırlar. Sayğac üzrə sərfiyyat uyğun ödənişləri isə müntəzəm olaraq icra etmişdir. Su sayğacında yaranmış hər hansı texniki nasazlığa görə abonent qismində iddiaçı məsuliyyət daşıya bilməz. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

16. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 1.6-cı bəndinə əsasən əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 7.4-cü bəndinə görə əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7(yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.

18. AR Su Məcəlləsinin 97-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir.

19. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini su ölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirilir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir.) 59.1-ci maddəsinə əsasən müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir. 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. 61-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. 62-ci maddəsinə əsasən, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifələri yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2222/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qətnaməsinin tamamilə ləğvini xahiş etmişdir.

23. Ona görə də kollegiya, birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamağı vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Apellyasiya kollegiyası işin tədqiq olunan faktiki hallarından çıxış edərək qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək yaşadığı ünvanda ona məxsus abonent koduna hesablanmış 707,20 manat məbləğində borcun silinməsini xahiş etmişdir.

26. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı qeyd olunan borc məbləğinin məhz ona məxsus ünvanda su sayğacının texniki cəhətdən nasazlığı səbəbindən yenisi ilə əvəz edilməsindən sonra nasaz sayğacın göstəricisi əsasında cavabdeh tərəfindən hesablandığını bildirmişdir. Cavabdehin bu hərəkətini qanunsuz hesab edən iddiaçı həmin məbləğin silinməsini məhkəmədən xahiş etmişdir. İşə baxan məhkəmə iddanı təmin etmiş, narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.

27. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının əsassız hesab etdiyi borc məbləğinin yaranma əsasının müəyyən edilməsi məqsədi ilə cavabdeh quruma məhkəmə sorğusu göndərilmiş və sonuncunun həmin müraciətə dair xx.xx.2023-cü il tarixli ətraflı arayışında qeyd olunmuşdur ki, ünvan 4 ünvanında (Cavabdeh ASC-nin elektron abonent bazasında ünvan ünvan 5hizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatının aparıldığı **********000 saylı abonent koduna xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə etməklə 709.00 manat dövrü borc hesablanmış, abonentin hesabında -01.80 manat vəsait olduğundan yekun ödəniləcək məbləğ (709.00-01.80=707.20) 707.20 manat olmuşdur. Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonentin hesabında 713.20 manat borc vardır. Qeyd edilən borc sayğac göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir.

28. Beləliklə yuxarıda qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə dair müqavilə imzalanmış və həmin müqavilənin tərəfləri kimi iddiaçı və cavabdeh qarşılıqlı hüquq və vəzifələrin daşıyıcısı olmuşlar. Müqavilə şərtlərinə əsasən iddiaçı abonent qismində su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən yararlanmaq hüququnu əldə etmiş, eyni zamanda həmin xidmətlərə uyğun ödənişin icra edilməsi vəzifəsini daşımalı olmuşdur.

29. İşin tədqiq olunan faktiki hallarından çıxış edərək kollegiya bildirir ki, iddiaçının iddia tələbində mübahisələndirdiyi borc məbləğinin yaranması əsasına dair iddiaçının dəlilləri (borc məbləğinin əvvəlki sayğacın texniki cəhətdən yararsız olması səbəbindən yenisi ilə əvəz edildikdən sonra, həmin sayğacın göstəricisi əsasında hesablanması) məhkəmə araşdırması zamanı öz təstiqini tapmış, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla, heç bir əsaslı sübutla təstiq olunmamışdır.

30. Kollegiya qeyd edir ki, cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ətraflı arayışda ünvan 3 (Cavabdeh ASC-nin elektron abonent bazasında ünvan ünvan 722-ci illər üzrə ailə tərkibi nəzərə alınmaqla, 707.20 manat məbləğində borcun hesablandığı qeyd edilmişdir. Lakin həmin ünvanda yaşayış olması işin araşdırılan hallarına əsasən sübut olunmadığı kimi, mövcud borcun məhz sudan istifadə üzrə aylıq ödənişlərin məcmusundan ibarət olması da cavabdeh müəssisə tərəfindən əsaslı dəlillərlə sübuta yetirilmir.

31. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı məxsus, ünvan 4 ünvanına quraşdırılmış **********000 abonent koduna cavabdeh tərəfindən hesablanmış 707,20 manat borcun müxtəlif dövrlərdə( 2020-2022-ci illərdə) abonent tərəfindən istifadə edilmiş su sərfiyyatının dəyəri olması iş materiallarında olan abonent saldosundan öz təstiqini tapmadığından, işə baxan məhkəmənin həmin borcun silinməsi barədə mövqeyi əsaslı və işin faktiki hallarına uyğundur.

32. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı Həlimə Hüseynalıyeva iddia tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir.

33. Hazırkı halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

34. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti vermək hüququ istisna edilir.

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2222/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kasssiya şikayəti verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar