Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1768/2021 17.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndələri: X3 və X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Bank Olmayan Kredit X6 Cəmiyyətinə, Cavabdeh3nə və Cavabdeh1 şöbəsinə qarşı hərracın yekunları barədə protokolun, müqavilənin etibarsız hesab edilməsi, əmlakın mülkiyyətə, sahibliyə qaytarılması, əmlakın yenidən qiymətləndirilməsi və icra hərəkətlərinin yenidən həyata keçirilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qərardadı ilə (hakim E.T.Məmmədov) İddiaçı cavabdehlər «xxxx» MMC, Abşeron rayon İcra şöbəsi və «Cavabdeh2 BOKT» ASC-nə qarşı «hərracın yekunları barədə protokolun və müqavilənin etibarsız hesab edilməsi, əmlakın mülkiyyətə və sahibliyə qaytarılması, əmlakın yenidən qiymətləndirilməsi və icra hərəkətlərinin yenidən həyata keçirilməsi» tələbinə dair mülki iş üzrə İddiaçı iş üzrə qanuni qüvvəsini almış yekun məhkəmə aktı çıxarılanadək Abşeron rayonu, Masazır kəndi, H.Aslanov küçəsi, 27 C saylı fərdi yaşayış evinin özgəninkilədirilməsinin cavabdeh “Cavabdeh2 BOKT” ASC-yə və digər şəxslərə qadağan edilməsi və Abşeron Rayon Məhkəməsinin 2(012)-1296/2019 saylı, 29.04.2019-cu il tarixli icra vərəqəsi ilə bağlı icra hərəkətlərinin həyata keçirilməsinin Abşeron rayon İcra şöbəsinə və digər şəxslərə qadağan edilməsinə dair iddianın təmini tədbiri barədə vəsatətinin rədd edilməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi, H.Aslanov küçəsi, 27 C saylı mənzil ilə bağlı sifarişçi Abşeron rayon İcra şöbəsi, protokolu tərtib edən Cavabdeh3 MMC, tələbkar “Cavabdeh2 BOKT” ASC-nin iştirakı ilə tərtib edilmiş 106 nömrəli, 08 dekabr 2017-ci il tarixli “hərracın yekunları barədə protokol” un və hərrac təşkilatçısı Cavabdeh3 MMC ilə tələbkar “Cavabdeh2 BOKT” ASC arasında 08 dekabr 2017-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi, H.Aslanov küçəsi, 27 C saylı mənzillə bağlı bağlanmış “hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə müqavilənin etibarsız sayılması, əmlakın mülkiyyətinə və sahibliyinə qaytarılması, onun yenidən qiymətləndirilməsi və icra hərəkətlərinin yenidən həyata keçirilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı həmçinin iddianı təmin etmək haqqında vəsatət ilə məhkəməyə müraciət edərək, iş üzrə qanuni qüvvəsini almış yekun məhkəmə aktı çıxarılanadək Abşeron rayonu, Masazır kəndi, H.Aslanov küçəsi, 27 C saylı fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin cavabdeh “Cavabdeh2 BOKT” ASC-yə və digər şəxslərə qadağan edilməsi və Abşeron Rayon Məhkəməsinin 2(012)-1296/2019 saylı, 29.04.2019-cu il tarixli icra vərəqəsi ilə bağlı icra hərəkətlərinin həyata keçirilməsinin Abşeron rayon İcra şöbəsinə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı təmin tədbirinə dair ərizəsini onunla əsaslandırmışdır ki, əgər hazırkı iş üzrə onun iddia tələbi təmin edilərsə, Abşeron rayonu, Masazır kəndi, H.Aslanov küçəsi, 27C saylı mənzil ilə bağlı sifarişçi Abşeron rayon İcra şöbəsi, protokolu tərtib edən "Cavabdeh3" MMC, tələbkar "Cavabdeh2 BOKT" ASC-in iştirakı ilə tərtib edilmiş 106 nömrəli, 08 dekabr 2017-ci il tarixli "hərracın yekunları barədə protokol"un və hərrac təşkilatçısı "Cavabdeh3" MMC iiə tələbkar "Cavabdeh2 BOKT" ASC arasında 08 dekabr 2017-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi, H.Aslanov küçəsi, 27C saylı mənzillə bağlı bağlanmış «hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə» müqavilənin etibarsız sayılması, əmlakın mülkiyyətinə və sahibliyinə qaytarılması, onun yenidən qiymətləndirilməsi və icra hərəkətlərinin yenidən həyata keçirilməsi zərurəti yaranacaqdır. Hazırda mübahisəli əmlak "Cavabdeh2 BOKT" ASC-nin balansındadır. Mübahisəyə baxılan müddətdə BOKT əmlak barəsində sərəncam verə, onu özgəninkiləşdirə bilər. Bu isə gələcəkdə qətnamənin icrasını çətinləşdirəcəkdir. Əmlakın mövcudluğu gələcəkdə qətnamənin icrasını təmin edə bilər. Həmçinin, icra şöbəsi tərəfindən onun ailə üzvlərinin mənzildən çıxarılması iddianın təmin ediləcəyi təqdirdə sahiblik hüququnun pozulmasına səbəb olacaqdır. Ona görə də hal-hazırda icraatda olan mülki mübahisə öz həllini tapanadək gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədilə cavabdehin “Cavabdeh2 BOKT” ASC-nin balansında olan əmlakın özgəninkiləşdiriləsi Cavabdeh2 BOKT ASC-yə və digər şəxslərə qadağan olunmalı, Abşeron rayon Məhkəməsinin 2(012)- 5884/2016 saylı 14.11,2016-cı il tarixli icra vərəqəsəi ilə bağlı icra hərəkətlərinin həyata keçirilməsi dayandırılmalıdır. Qeyd olunanlara əsasən, o, iddianın təmin tədbirinə dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qəbul edilmiş qərardad qanuni, əsaslı deyildir və ləğv edilməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 157-ci maddələrinin tələbləri pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(012)-2663/2021 saylı mülki iş üzrə qərardadının ləğv edilməsi və iddianın təmin tədbiri barədə vəsatətin təmin edilməsi barədə yeni qərardad çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndələri X.B.Muxtarov və T.H.Rzayeva şikayətin dəlillərini müdafiə etdilər, ona oxşar izahat verdilər və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə cavabdehlərin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndələrinin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qərardadı dəyişdirilməməlidir, şikayət isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Belə ki, məhkəmə hesab edir ki, iddianı təmin tədbirinə dair ərizə verilərkən ərizədə göstərilən hallar formal olaraq sadalanmamalı, ərizənin əsaslandırıldığı hallara dair sənədlərə istinad olunmalı, yəni, iddianın təmini tədbiri barədə ərizə kifayət qədər əsaslandırılmalıdır. Lakin, məhkəmənin qeyd etdiyi bu xüsusatları ərizədən və iş materiallarından müəyyən etmək mümkün deyildir. Bundan başqa məhkəmə hesab edir ki, bu növ ərizələrə baxılarkən qarşı tərəfin də mənafeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair 14 mart 2018-ci il qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi göstərmişdir ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadın apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 17 mart 2021-ci il tarixli 2(012)-2663/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1768/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1768/2021
17.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver