Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1771/2022 01.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi ilə İddiaçı Cəlal oğlunun Cavabdeh və maraqlı şəxs Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərardadı ilə (hakim R.N.Qoşqarlı) Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3443/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 65a saylı evin, 1a saylı (Yeni qaydalarla: Bakı şəhəri, Bül-bül prospekti 93, M1, m2) mənzilinin üzərindən həbs götürülməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3443 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 65a saylı evin, 1a saylı (Yeni qaydalarla: Bakı şəhəri, Bül-bül prospekti 93, M1, m2) mənzilinin üzərinə həbs qoyulması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3443 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh və maraqlı şəxs qismində səlb etdiyi Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı «alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə» dair iddiası baxılmamış saxlanılması barədə qərara alınmışdır. Hazırda savabdeh Cavabdeh hüquqi varisi X2 etibarnamə üzrə nümayəndəsi X5 ərizə ilə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3443 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsi və həbsin götürülməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçının vəkili Vəkil verdiyi şikayəti onunla əsaslandırmışdır ki, cavabdehin nümayəndəsi P.Qasımov ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3443 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 65a saylı evin, 1a saylı (Yeni qaydalarla: Bakı şəhəri, Bül-bül prospekti 93, M1, m2) mənzilinin üzərinə həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə həmin şəxsin hüquqi varisin qohumu olmadıgı halda, ərizəni qanunsuz olaraq təmin etmişdir. Bununla da məhkəmə Azərbaycan Respublikası MM-nin 69-cu maddəsinin tələblərini pozmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərardadının ləğv edərək, ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaysan Respublikası Mülki Prosessual Məsəlləsinin 162.1-si maddəsinə əsasən müvəqqəti təminatın tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məsəlləsinin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məsəlləsinin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə israata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Belə ki, işdə olan sənədlərdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)3443 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh və maraqlı şəxs qismində səlb etdiyi Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə» dair iddiası baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası cavabdehin məhkəmə tərəfindən maddi hüquq normasının pozulması ilə qərardadın qəbul edilməsi barədə dəlili qəbul etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadıgından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçının nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 13 iyun 2022-ci il tarixli 2(060)-3443/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır.
Məhkəmə qərarları › İş №2(105)-1771/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1771/2022
01.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver