Məhkəmə qərarları › İş №2(105)-1774/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1774/2025

08.07.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-1774/2025 08.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh3, cavabdeh4, cavabdeh2, cavabdeh5, cavabdeh1, X6 (qanuni nümayəndəsi cavabdeh5) və X2 (qanuni nümayəndəsi cavabdeh5) qarşı payları müəyyən edilmiş əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılaraq satış pulunun paylara uyğun şəkildə bölünməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: paylı mülkiyyətdə olan əşyanın hərracda satılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı iddiaçı1, iddiaçı iddiaçı2 nümayəndəsi Nümayəndə, cavabdeh cavabdeh4, cavabdeh cavabdeh2 iştirakı ilə İddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh3, cavabdeh4, cavabdeh2, cavabdeh5, cavabdeh1, X6 (qanuni nümayəndəsi cavabdeh5) və X2 (qanuni nümayəndəsi cavabdeh5) qarşı payları müəyyən edilmiş əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılaraq satış pulunun paylara uyğun şəkildə bölünməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: 1.İşin halları 2.İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən ##.##.2015-ci il tarixdə verilmiş AZ-II № ****** saylı nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə cavabdeh5 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında ##.##.2015-ci il tarixdə 05 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Mirzəyeva soyadı verilmişdir. 3.İş materiallarında olan Sumqayıt şəhər VVAQ şöbəsi tərəfindən ## ######## 1996-cı il tarixində verilmiş XX-JQ № ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nəcizadə Nərmin Vidadi qızı ## ######## 1996-cı il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası X8, anası X3r. 4.İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən ## ##### 2022-ci il tarixində verilmiş АZ-T № ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı2 ## ###### 1998-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası X8, anası X3r. 5.İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2022ci il tarixli, AZ-II № ****** saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ##.##.2021-ci il tarixdə bronxoektaziya xəstəliyindən vəfat etmişdir. 6.İş materiallarında olan Sumqayıt regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş ## #### 2022ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»dən görünür ki, ##.##.2021-ci il tarixdə vəfat etmiş- X9 vərəsələri: iddiaçı2, iddiaçı1 və onların hər biri miras əmlakdan 1/5 irs almaldır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında Sumqayıt Ərazi İdarəsi tərəfindən paylı mülkiyyə üzrə ##.##.2022-ci il tarixdə X8 verilmiş 309011000966-05101-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 72,8 kv/m olan mənzildən miras qoyana məxsus hissəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlak dövlət reyestrindən əldə edilmiş ##.##.2022-ci il tarixli, qeydiyyat nömrəsi 2224061226VU32001 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhdətnamə verilənədək ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Miras əmlakda 3/5 hissədə açıq pay saxlanılır. 7.İş materiallarında olan * saylı Sumqayıt regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X11 tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»dən görünür ki, ##.##.2015-ci il tarixdə vəfat etmiş- X12 vərəsəsi X9r, lakin onun ##.##.2021-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələri: qızı iddiaçı1, oğlu iddiaçı2dur və onların hər biri miras əmlakdan 1/5 irs almaldır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən ##.##.2011-ci il tarixdə X12 verilmiş 309011000966-05101-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 72,8 kv/m olan mənzilə dair vərəsəliyi qəbul etmiş, lakin həmin mənzilə öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X8 düşən 5/30 hissənin 1/5 hissəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş ##.##.2024-cü il tarixli qeydiyyat nömrəsi 2404111716PK73902 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Qeyd: Miras əmlakın qarşı cavabdeh3 düşən 5/30 hissənin 1/5 hissəsi, bacısı cavabdeh1 düşən 5/30 hissənin 1/5 hissəsi, qardaşı cavabdeh2 düşən 5/30 hissənin 1/5 hissəsi, bacısı cavabdeh4 düşən 5/30 hissənin 1/5 hissəsi, qardaşı arvadı cavabdeh5 düşən 5/30 hissənin 1/5 hissəsinin 1/5 hissəsi, qardaşı qızı X7 düşən 5/30 hissənin 1/5 hissəsinin 1/5 hissəsi, qardaşı qızı X5 düşən 5/30 hissənin 1/5 hissəsinin 1/5 hissəsi açıq saxlanılır. 8.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 29V/25, ** saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçı1 adına ##.##.2024-cü il tarixdə ********** saylı nömrə ilə 30/750 hissədə payı, cavabdeh3 adına ##.##.2011-ci il tarixdə ********** saylı nömrə ilə 125/750 hissədə payı, cavabdeh1 adına 125/750 hissədə payı, cavabdeh2 adına 125/750 hissədə payı, cavabdeh4 adına 125/750 hissədə payı, cavabdeh5 adına ##.##.2024-cü il tarixdə ********** saylı nömrə ilə 25/750 hissədə payı, X7 adına 25/750 hissədə payı, iddiaçı2 adına 30/750 hissədə payı və 115/750 hissədə açıq payı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 9.İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, *-**-**/*-**/**** saylı ekspert rəyinə əsasən, tədqiqat Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən **V/** saylı evin ** saylı mənzili üzrə aparılır. Tədqiq olunan mənzilə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və müvafiq ölçü işləri aparılmışdır. Tədqiqat baxış zamanı əldə olunmuş məlumatlara və mülki iş materiallarında olan məlumatlara əsasən aparılmışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın məlumatlardan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən, **V/** saylı evin ** saylı mənzilinin ümumi sahəsi 72,80 m2 olmaqla, 5/30 hissəsi cavabdeh3, 5/30 hissəsi cavabdeh1, 5/30 hissəsi cavabdeh2, 5/30 hissəsi cavabdeh4, ##.##.2022-ci il tarixində, 1422014468 qeydiyyat nömrəsi ilə isə sözügedən mənzilin 1/30 hissəsi iddiaçı2, 1/30 iddiaçı1 mülkiyyətinə verilmişdir. Həmçinin həmin Çıxarışa dair tərtib edilmiş Texniki pasport sənədinin məlumatlarından görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən, **V/** saylı evin ** saylı mənzili 1970-ci ildə inşa edilmiş 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşməklə, 1 (bir) dəhliz, 3 (üç) yaşayış otağı, 1 (bir) mətbəx, 2 (iki) balkon, 1 (bir) sanitar qovşağı və 1 (bir) hamam tikililərindən ibrarət olmaqla ümumi sahəsinin 72,4 m2, yaşayış sahəsinin 47,3 m2, daxili hündürlüyü isə 2,75 m təşkil edir. Ekspert tərəfindən qeyd olunur ki, “İnşaat Norma və Qaydaları” 2.08.01.89un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərində və metodik tövsiyyədə göstərilir:1.1. bəndi - Yäşayış otaqlarının hündürlüyü, döşəmədən tavana qədər məsafə 2,5 metrdən, yardımçı otaqların hündürlüyü 2,1 metrdən az olmamalıdır.2.2. bəndi - Mənzillərdə aşağıdakı otaqlar nəzərdə tutulur: Yaşayış - Yataq və ümumi otaqlar.Yardımçı - mətbəx, hamam, tualet, dəhliz, şüşəbənd, təsərrüfat anbarı və s.. 10.2.4. bəndi - Yaşayış otaqlarının sahəsi 8,0 kv.metrdən az olmamalıdır.1.2.9. bəndi - Yaşayış otaqlarının eni 2,2 metrdən az olmamalıdır.Mənzil - küçəyə, həyətə, dəhlizə, pilləkən meydançasına çıxış yolu olan, digər tikililərdən sırf arakəsmə və ya boşluğu olmayan divarla təcrid olunmuş tikililərdir.Tədqiq olunan mənzilin planlı yerləşməsini, o cümlədən həmin mənzilin yalnız 1 giriş-çıxış qapısının olduğunu, ayrı-ayrı otaqların sahəsinin tərəflərin payına düşən sahəyə uyğun olmadığını nəzərə alaraq, tədqiq olunan mənzilin paylara uyğun bölünməsi texniki cəhətdən mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 29V/25-də yerləşən ** saylı mənzilin tərəflərin paylarına münasib real bölgüsü “İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Qeyd olunur ki, mənzillərin (yaşayış evlərinin) tərəflər arasında bölünməsi təcrid şəkildə aparılır. Yəni bölgü zamanı tərəflərdən hər birinin sərəncamında ayrı-ayrılıqda yaşayış və yardımçı tikililəri, eləcə də həmin tikililərə və torpaq sahəsinə ayrı-ayrılıqda giriş-çıxış qapıları olmalıdır. Həmçinin mənzillərin (yaşayış evlərinin) tərəflər arasında bölünməsi təcrid şəkildə aparılır. Yəni bölgü zamanı tərəflərdən hər birinin sərəncamında ayrı-ayrılıqda yaşayış və yardımçı tikililəri, eləcə də həmin tikililərə ayrı-ayrılıqda giriş-çıxış qapıları olmalıdır. Tədqiq olunan mənzilin planlı yerləşməsini, o cümlədən həmin mənzilin yalnız 1 giriş-çıxış qapısının olduğunu, ayrı-ayrı otaqların sahəsinin tərəflərin payına düşən sahəyə uyğun olmadığını nəzərə alaraq, tədqiq olunan mənzilin paylara uyğun bölünməsi texniki cəhətdən mümkün deyildir. Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 29V/25-də yerləşən ** saylı mənzilin tərəflərin paylarına münasib bölgüsü “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. 11.İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** saylı ekspert rəyinə əsasən, tədqiq oluanan fərdi yaşayış evinin təmirlilik səviyyəsinə və yerləşmə ərazisinə uyğun olaraq Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 29V/25-də ya həmin ərazidə yerləşən analoji mənzillərə dair məlumat olmadığından, həmin mənzil üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. 12.İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, AE **- ***/** saylı ekspert rəyinə əsasən, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 29V/25-də yerləşən ** saylı mənzilin ədadlətli bazar dəyəri ## #### 2025-ci il tarixinə 101300 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 225 manat təşkil edir. 13.İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ACOC***/** saylı ekspert rəyinə əsasən, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 29V/25də yerləşən ** saylı mənzilin təmirli mənzilin bazar dəyəri 127100 manat, zəif təmirli mənzilin bazar dəyəri 120800 manat təşkil edir. 14.Birinci instansiya məhkəməsində icraat 15.İddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh3, cavabdeh4, cavabdeh2 və cavabdeh1 qarşı "payları müəyyən edilmiş əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılaraq satış pulunun paylara uyğun şəkildə bölünməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. 16.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların ataları X9 ##.##.2021-ci ildə dünyasını dəyişmiş və ondan miras qalan əmlak Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 29/25vdə yerləşən ** saylı mənzildəki 1/5 payı olmuşdur ki, bu paya da tərəflərin hər birinin 5/30-də payları tanınmış və bu barədə DƏDRX * saylı ərazi idarəsi tərəfindən hər birinin adına çıxarış da verilmişdir. Bu əmlakın 8 payçısı olmuş, onlardan biri X13 dünyasını dəyişmişdir. Tərəflər öz payının naturada bölünərək ayrılmasını istəyir, hətta cavabdehlərə ərizə ilə müraciət edərək paylarına düşən hissəyə uyğun kompensasiya verilməsini xahiş etmiş, lakin iddiaçıların müraciətinə də cavab verilməmişdir. İddiaçılar da bir mülkiyyətçi kimi bu əmlak üzərində hüquqları vardır, lakin tərəflər bu hüquqdan yararlana bilmirlər, buna görə də bu problemə son qoyulması üçün, həmin əmlakın aralarında naturada bölünməsini məqsədəuyğun bilirlər. Bu mümkün olmadıqda isə evin açıq hərracdan satılması və satış pulunun tərəflər arasında paylara uyğun bölünməsi məqsədəuyğundur. Göstərilənlərə əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 29/25v-də yerləşən ** saylı mənzilin naturada bölünərək tərəflərin hər birinə düşən 1/5 payın naturada ayrılması, bu mümkün olmadıqda evin açıq hərracdan satılması, satış pulunun paylara uyğun şəkildə aralarında bölgüsü barədə barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 17.Daha sonra iddiaçı iddiaçı1 tərəfindən məhkəməyə ərizə təqdim edilərək, X6 və X2 qanuni nümayəndəsi cavabdeh5 əlavə cavabdehlər qismində işə cəlb edilməsi xahiş edilmişdir. 18.Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 1-un ilkin satış qiyməti (real bazar dəyəri) 101.300 (bir yüz bir min üç yüz) manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə edilən vəsait payçılar iddiaçı1 30/750 hissədə, iddiaçı2 30/750 hissədə, X2 25/750 hissədə, X6 25/750 hissədə, cavabdeh5 25/750 hissədə, cavabdeh4 125/750 hissədə, cavabdeh2 125/750 hissədə, cavabdeh1 125/750 hissədə, cavabdeh3 125/750 hissədə paylarına uyğun bölünməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilməsi, «xxxx» MMC tərəfindən aparılmış ekspertiza rəyinin haqqı olan 225 (iki yüz iyirmi beş) manat məbləğində pul iddiaçı1, iddiaçı2, cavabdeh3, cavabdeh4, cavabdeh2, cavabdeh5 və cavabdeh1 müştərək qaydada tutularaq «xxxx» MMC-nin “xxxx” ASC “Mərkəz” filialı, Kod 200026, Müxbir hesab AZ37NABZ01350100000000001944, VÖEN N, H/Hesab AZ74AIIB400600F9443401807112, S.W.İ.F.T. AIIBAZ2XXXX hesabına köçürülməsi qət edilmişdir. (hakim Şəbnəm Həxiyeva) 19.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 153.4, 213, 215.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ##.##.2024-cü il tarixli Qərardadına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4 və 231-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 20.Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları 21.Apellyasiya şikayətinin dəlilləri 22.İddiaçı iddiaçı1 apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025ci il tarixli qətnaməsini ləğv etməklə, Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 29V/25, mənzil 29un ilkin satış qiymətinin 127100 manat müəyyən edilməklə hərraca satılması, satışdan əldə edilən vəsait payçılar iddiaçı1 30/750 hissədə, iddiaçı2 30/750 hissədə, X2 25/750 hissədə, X6 25/750 hissədə, cavabdeh5 25/750 hissədə, cavabdeh4 125/750 hissədə, cavabdeh2 125/750 hissədə, cavabdeh1 125/750 hissədə, cavabdeh3 125/750 hissədə paylarına uyğun bölünməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. 23.İddiaçı iddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, bu qətnamədən narazıdır. Belə ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzil paylı mülkiyyətdədir və onun naturada bölünməsi texniki cəhətdən mümkün deyil. Buna görə də mənzilin açıq hərracda satılması və satışdan əldə edilən məbləğin paylara uyğun bölünməsi barədə qərar qəbul olunmuşdur. Məhkəmə, mənzilin bazar dəyərini müəyyən etmək üçün “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, AE**-***/** saylı ekspert rəyinə əsaslanaraq mənzilin ədalətli bazar dəyərini 101.300 manat kimi qəbul etmiş, həmin məbləği hərracın başlanğıc qiyməti kimi təsbit etmişdir. 24.Halbuki iş materiallarında başqa bir qiymətləndirmə sənədi – “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, ACOC***/** saylı ekspert rəyi də vardır. Həmin rəyə əsasən, eyni ünvanda yerləşən mənzilin təmirli vəziyyətdə bazar dəyəri 127.100 manat, zəif təmirli vəziyyətdə isə 120.800 manat təşkil edir. Mənzilin faktiki vəziyyəti təmirli olduğundan bu dəyər real bazar qiymətinə daha uyğun sayılmalıdır. Lakin məhkəmə bu rəyə istinad etməmiş, əsaslandırma vermədən yalnız aşağı qiymətli ekspert rəyini əsas götürmüşdür. Bunun nəticəsində mənzilin hərracda satış dəyəri olduğundan xeyli aşağı göstərilmiş, onun və digər payçıların mülkiyyət hüquqlarına maddi zərər dəymişdir. Mənzilin real bazar qiyməti və təmir səviyyəsi düzgün qiymətləndirilmədiyindən, məhkəmənin qətnaməsi ədalət prinsiplərinə və qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. 25.Məhkəmə tərəfindən Mülki Məcəllənin 220-ci maddəsi və Ali Məhkəmənin ##.##.2024cü il tarixli “Paylı mülkiyyətlə bağlı bəzi müddəaların tətbiqi məsələləri” haqqında Qərardadı formal şəkildə tətbiq edilmiş, lakin bu müddəaların mahiyyətinə – yəni ədalətli bazar dəyərinin müəyyən edilməsinin əsas məqsədinə əməl olunmamışdır. Paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılmasına yalnız o halda yol verilir ki, əmlakın ədalətli bazar dəyəri düzgün müəyyən edilmiş olsun. Ədalətli bazar dəyərinin müəyyən edilməsi isə obyektiv və tam ekspert tədqiqatı nəticəsində mümkündür. Məhkəmə işi üzrə iki müstəqil ekspert rəyi təqdim olunduğu halda, yalnız “xxxx” MMC-nin rəyi nəzərə alınıb, “xxxx” MMC-nin daha sonrakı və geniş əsaslandırılmış rəyinə hüquqi qiymət verilməyib. Qətnamədə sadəcə “ağlabatan deyil” ifadəsi işlədilsə də, bu, maddi hüquq normalarının tələbinə cavab vermir və heç bir elmi və ya faktiki arqumentlə əsaslandırılmayıb. Əgər ekspert rəyləri arasında fərq yaranırsa, məhkəmə ya kompleks təkrar ekspertiza təyin etməli, ya da hər iki rəyi müqayisə edərək niyə birini əsas götürdüyünü dəqiq əsaslandırmalıdır. Məhkəmənin buna əməl etməməsi nəticəsində, mənzilin real bazar dəyəri az göstərilmiş, onun maddi maraqlarına birbaşa təsir edən qərar çıxarılmışdır. Həmçinin, mənzilin təmirli vəziyyətdə olması faktı iş materiallarında göstərildiyi halda, məhkəmə bunu qiymətə daxil etməyib. Bu isə əmlakın ədalətli bazar dəyərinin yanlış müəyyən olunmasına və Mülki Məcəllənin 152, 153, 213 və 220-ci maddələrinin mahiyyətinə zidd qərar qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1-ci maddəsinin tələblərini pozmaqla qətnamə çıxarmışdır. Məhkəmə sübutları düzgün təhlil etməmiş və bununla da AR MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmamışdır. 26.AR MPM-nin 99.4-cü maddəsinə əsasən ekspertizanın keçirilməsi iki və daha artıq ekspertə tapşırılarsa, onlar öz aralarında məsləhətləşə bilərlər. Ekspertlər ümumi nəticəyə gəldikdə, onlar bir ümumi rəy verirlər. Başqa ekspertlərlə razılaşmayan ekspert ayrıca rəy verir. Ekspert rəyləri arasında uyğunsuzluq və ya ziddiyyət aşkar edildikdə, məhkəmə təkrar və ya kompleks ekspertiza təyin etməyə borcludur. Məhkəmə belə bir qərar çıxarmayıb, ziddiyyətli rəyləri barışdırmadan nəticəyə gəlib. Bu isə prosessual hüquq normalarının ciddi pozulmasıdır və nəticədə işin tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilməmişdir. 27.Həmçinin məhkəmə “xxxx” MMC-nin rəyini “ağlabatan deyil” adlandırsa da, həmin qiymətləndirmə rəyində konkret metodologiya, istifadə olunan qiymət bazası, ərazidəki analoji mənzillərin qiymətləri və təmir səviyyəsinin təsiri kimi ətraflı əsaslandırmalar göstərilmişdir. Bu səbəbdən həmin rəyin kənara qoyulması əsassız və subyektiv olmuşdur. Məhkəmə mənzilin təmir səviyyəsini, faktiki vəziyyətini və yerləşdiyi ərazinin daşınmaz əmlak bazarındakı qiymətlərini tam aydınlaşdırmamışdır. Mənzilin təmirli olduğu fotoşəkillər, texniki sənədlər və şahid ifadələri ilə təsdiqlənməsinə baxmayaraq, məhkəmə qərarında bu hallardan bəhs edilməmişdir. Eyni zamanda, məhkəmə mənzilin təmir vəziyyətinə uyğun dəyər müəyyən etmək üçün müqayisəli bazar analizi aparmamış, “təmirli” və “zəif təmirli” qiymətlərin fərqini nəzərə almadan daha aşağı dəyəri əsas götürmüşdür. Bu isə qətnamənin faktiki əsaslarını zəiflədir və qərarın ədalətliliyinə kölgə salır. 28.Məhkəmə qərarında “xxxx” MMC-nin rəyinin ağlabatan hesab edilməməsinin səbəblərini göstərməmiş, sübutların qiymətləndirilməsi qaydasını izah etməmişdir. Bu, MPMin 217.3 və 217.4-cü maddələrinin tələblərinə ziddir, çünki qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır və həmin sübutların niyə qəbul və ya rədd edilməsinə dair motivlər açıq şəkildə göstərilməlidir. Belə olan halda, məhkəmənin gəldiyi nəticə əsassız olmuş, faktiki halların sübut edilməməsi nəticəsində əmlakın dəyəri real vəziyyətinə uyğun müəyyən edilməmişdir. Mənzilin təmirli olması və ərazidəki bazar dəyərlərinin yüksək olması sübut olunduğu halda, bu hallar nəzərə alınmadan qətnamə çıxarılmışdır. Qətnamədə mənzilin bazar dəyəri 101.300 manat kimi müəyyən edilmiş, lakin bu nəticə işin faktiki hallarına uyğun gəlmir. Mənzilin təmirli vəziyyətdə olduğu, bazar dəyərinin 120.000–127.000 manat aralığında dəyişdiyi sübut olunub. Məhkəmənin “ilkin satış qiymətinin icra mərhələsində dəyişdirilə biləcəyi” barədə qeydi də faktiki vəziyyəti düzəltmir, çünki ilkin qiymətin aşağı müəyyən olunması artıq satış nəticəsində mənəvi və maddi itkilərə səbəb ola bilər. Bu, məhkəmənin ədalətli nəticəyə gəlmək borcuna ziddir və qətnamənin nəticə hissəsi ilə faktiki sübutlar arasında ciddi uyğunsuzluq yaradır. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsini ləğv etməklə, ünvan 2, mənzil 29-un ilkin satış qiymətinin 127.100 manat müəyyən edilməklə hərraca satılması, satışdan əldə edilən vəsaitin payçılar iddiaçı1 30/750 hissədə, iddiaçı2 30/750 hissədə, X2 25/750 hissədə, X6 25/750 hissədə, cavabdeh5 25/750 hissədə, cavabdeh4 125/750 hissədə, cavabdeh2 125/750 hissədə, cavabdeh1 125/750 hissədə, cavabdeh3 125/750 hissədə paylarına uyğun bölünməsi barədə qətnamə qət edəsiniz. 29.Qətnamədə mənzilin bazar dəyəri 101.300 manat kimi müəyyən edilmiş, lakin bu nəticə işin faktiki hallarına uyğun gəlmir. Mənzilin təmirli vəziyyətdə olduğu, bazar dəyərinin 120.000–127.000 manat aralığında dəyişdiyi sübut olunub. Məhkəmənin “ilkin satış qiymətinin icra mərhələsində dəyişdirilə biləcəyi” barədə qeydi də faktiki vəziyyəti düzəltmir, çünki ilkin qiymətin aşağı müəyyən olunması artıq satış nəticəsində mənəvi və maddi itkilərə səbəb ola bilər. Bu, məhkəmənin ədalətli nəticəyə gəlmək borcuna ziddir və qətnamənin nəticə hissəsi ilə faktiki sübutlar arasında ciddi uyğunsuzluq yaradır. 30.Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 31.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. 32.Apellyasiya icraatı iştirakçılarının izahatları 33.Məhkəmə iclasında iddiaçı iddiaçı1 və iddiaçı iddiaçı2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. 34.Məhkəmə iclasında cavabdehlər cavabdeh4 və cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. 35.Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. 36.Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. 37.Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. 38.Tətbiq edilən hüquq 39.Azərbaycan Respublikasının Mülki Məcəlləsi 40.Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 41.Maddə 213.1 İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 42.Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 43.Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 44.Maddə 215.1 Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 45.Maddə 215.2 Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 46.Maddə 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 47.Maddə 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 48.Maddə 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. 49.Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 50.Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 51.Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. 52.Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 53.Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 54.Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 55.Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 56.Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. 57.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il # ##### tarixli Qərarı 58.Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. 59.Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. 60.Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. 61.Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. 62.Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ##.##.2024-cü il tarixli Qərardadı 63.Bənd 29. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il # ##### tarixli qərarında göstərilir ki, ...əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. 64.Bənd 30. Bu iddialara baxılması zamanı mərhələli həll qaydasının müəyyən edilməsində məqsəd mülkiyyətçilərdən birinin (və ya bir neçəsinin) digər paylı mülkiyyətçiləri öz mülkiyyət hüquqlarından iradələrinə zidd şəkildə istədikləri vaxt istədikləri formada məhrum etmələrinə müəyyən məhdudiyyətlər qoymaqla, mülkiyyət hüququnun toxunulmazlığını qorumaqdan, həmçinin bütün mülkiyyətçilərin hüquqi mənafelərinin balanslı müdafiəsinə nail olmaqdan ibarətdir. Məhz bu məqsədlə qanunverici bu kateqoriyadan olan mübahisələrin həlli zamanı qanunla müəyyən edilmiş mərhələlərdən birini və ya bir neçəsini istisna etməklə, birbaşa növbəti və ya sonuncu mərhələnin tətbiqinin tələb edilməsini qadağan etmişdir. Bu baxımdan iddiaçının dispozitivlik prinsipindən çıxış edərək, birbaşa növbəti və ya sonuncu mərhələnin tətbiqini tələb etməsi iddianın rədd olunması üçün əsasdır. 65.Bənd 39. Mülki Məcəllənin 220-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarındakı izahlardan müəyyən olunur ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; 2) kompensasiya (payın dəyəri) ödənilməsi; 3) əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi. 66.Bənd 40. Bu tələblər üzrə hər növbəti mərhələnin yoxlanılmasına özündən əvvəlki mərhələnin tətbiqi mümkün olmadığı halda yol verilir. Yəni əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Bu qaydalara əsasən əvvəlki iki mərhələnin tətbiqi mümkün olmadığı halda isə əşya məhkəmə qərarı ilə açıq hərracdan satıla və əldə olunan vəsait paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülə bilər. 67.Bənd 58. Təcrübədə fikir ayrılığı yaradan məsələlərdən biri də mübahisə predmeti olan əşyanın açıq hərracdakı ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olub-olmaması ilə bağlıdır. 68.Bənd 59. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericilikdə əşyanın açıq hərracdan satılması halında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulmuşdur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu, 39.3.3-cü maddə). Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır. 69.Bənd 60. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. 70.Bənd 61. Paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması proseduru isə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42-43-cü maddələrinin tələbləri nəzərə alınmadan Mülki Məcəllənin 415-ci maddəsinə, “İcra haqqında” Qanunun müvafiq müddəalarına, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 2021-ci il ## ###### tarixli **/**** nömrəli qərardadında qeyd olunmuş hüquqi mövqelərə uyğun həyata keçirilməlidir. 71.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 72.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 73.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 74.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 75.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 76.Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 77.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 78.Apellyasiya baxışının hədləri 79.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 80.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 81.Apellyasiya şikayətindən görünür ki, iddiaçı iddiaçı1 Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsini ünvan 2 ünvanında yerləşən ** nömrəli mənzilin ilkin satış qiyməti hissəsində mübahisələndirmişdir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir. 82.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 83.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını, apellyasiya şikayətinin və eləcə də etirazın dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməi və birinci instansiya məhkəməsinin qətnaməsi ilkin satış qiyməti hissəsində dəyişdirilməlidir. 84.İşin hallarına görə qeyd olunan Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 29V/25 ünvanında yerləşən ** nömrəli mənzilə payçılar iddiaçı1 30/750 hissədə, iddiaçı2 30/750 hissədə, X2 25/750 hissədə, X6 25/750 hissədə, cavabdeh5 25/750 hissədə, cavabdeh4 125/750 hissədə, cavabdeh2 125/750 hissədə, cavabdeh1 125/750 hissədə, cavabdeh3 125/750 hissədə paylı mülkiyyət hüquqları müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1un ilkin satış qiyməti 101.300 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin payçılar arasında paylarına uyğun bölünməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. 85.Məhkəmə kollegiyası apellyasiya şikayətinin əsas dəlilini nəzərə alaraq Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 29V/25 ünvanında yerləşən ** nömrəli mənzilin ilkin satış qiymətini müəyyən etmək üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəməəmtəəşünaslıq ekpertizası təyin edilmişdir. Bununla bağlı iş üzrə Mərkəzi Ekspertiza Bürosunun ##.##.2026-cı il tarixli, MEB***-**** nömrəli hesabat məhkəməyə daxil olmuşdur. 86.Məhkəmə Ekspertiza Bürosunun qiymətləndirici-mütəxəssisləri tərəfindən aparılmış hesablamalar və təhlillər əsasında müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 29V/25-də yerləşən ** nömrəli mənzilin bazar dəyəri 119000 (bir yüz on doqquz min) manat təşkil edir. 87.Kollegiya birinci instansiya məhkəməsinin icraatı zamanı əldə olunmuş qiymətləndirmə rəyləri nəzərdən keçirib və müqayisəli şəkildə təhlil edərək, belə qənaətə gəlir ki, mübahisəli mənzilin ilkin satış qiymətinin 119000 manat müəyyən edilməsi hər bir paylı mülkiyyətçilərin maraqlarına uyğun və ədalətlidir. 88.Ona görə də kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin satış qiyməti hissəsində dəyişdirilməli, iş üzrə tərəflərin paylı mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 29V/25-də yerləşən ** nömrəli mənzilin ilkin satış qiyməti (real bazar dəyəri) 119.000 (bir yüz on doqquz min) manat müəyyən edilməlidir. 89.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi “ünvan 1-un ilkin satış qiyməti (real bazar dəyəri) 101.300 (bir yüz bir min üç yüz) manat müəyyən edilməklə, açıq hərracda satılması” hissəsində dəyişdirilsin. Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 29V/25 ünvanında yerləşən ** nömrəli mənzilin ilkin satış qiyməti (real bazar dəyəri) 119.000 (bir yüz on doqquz min) manat müəyyən edilməklə, açıq hərracda satılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar