Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1793/2025 25.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X18 (məruzəçi), X19 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh X7 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasdan payların müəyyən edilməsi tələbinə dair Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-2954/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3-48-18RA/2-1167- 14/2025 saylı arxiv arayışına əsasən Qımılqışlaq kənd XDS İcraiyyə Komitəsinin 1986- 1990-cı illərə aid Qımıl-qışlaq kəndi üzrə 03 saylı təsərrüfatbaşına kitabda mərhum X4 şəxsi mülkiyyətində 1958-ci ildə tikiliş yaşayış evinə münasibətdə mirasın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və mirasdan payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3-48-18RA/2-11xx-xx/2025 saylı arxiv arayışı ilə müəyyən olunur ki, Xaçmaz rayon Dövlət Arxivində saxlanılan QımılQışlaq kənd X17 İcraiyyə Komitəsinin 1986-1990-cı illərə aid Qımıl-Qışlaq kəndi üzrə 03 saylı təsərrüfatbaşına kitabda mərhum X8 146 saylı təsərrüfatın başçısı olub, şəxsi mülkiyyətində 1958-ci ildə tikilmiş yaşayış evi, süxusi mülkiyyətində 0,55 ha, o cümlədən tikililərin altında 0,02 ha qeyd olunmuşdur. X1 xx.xx.1996-cı ildə vəfat etmişdir. X2 xx.xx.1983-cü ildə vəfat etmişdir. Onlar xx.xx.1948-ci ildə rəsmi nikah əsasında ailə qurmuşlar. Onların birgə nikahından 01.04.198-ci ildə Ayşə, 01.101951-ci ildə Nəsibə, xx.xx.1954-cü ildə Əzizə, xx.xx.1956-cı ildə İntizar, xx.xx.1958ci ildə Şixsafa və xx.xx.1961-ci ildə o, anadan olmuşlar. Valideynləri birgə nikah dövründə hazırda onun yaşadığı Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində yerləşən yaşayış evini tikmişlər. xx.xx.1983-cü ildə anasının vəfatı ilə əmlakdakı ½ hissədə payına vərəsəlik açılmışdır. Həmin vaxt miras evdə atası, o, bacılarından Əzizə qalaraq mirası faktiki qəbul etmişlər. xx.xx.1995-ci ildə atasının vəfatı ilə mülkdəki ½ hissədə payına vərəsəlik açılmışdır. Həmin vaxt da miras evdə o və bacısı Əzizə yaşamaqla, mirası faktiki qəbul etmişlər. Cavabdeh ailə quraraq Xaçmaz şəhərində yaşamış və hazırda da orada yaşayır. Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 1258 saylı arayışı ilə müəyyən olunur ki, o, xx.xx.1995-ci il tarixdə vəfat etmiş X4 və xx.xx.1983-cü ildə vəfat etmiş X6 qanun üzrə vərəsələri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlna əsasən arxiv arayışı mülkiyyəti təsdiq edən sənəd hesab olunur. O, hazırda valideynlərindən miras qalmış evdə yaşayır. Xaçmaz Rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-2954/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh X7 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasdan payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi, xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun ona qaytarılması qərara alınmışdır (hakim Nərmin Abıyeva). İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-2954/2025 nömrəli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-2954/2025 saylı qərardadı ilə onun cavabdeh X7 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirsdan payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Qərardadda göstərilir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-37/2024 saylı qətnaməsindən müəyyən olur ki, İddiaçı cavabdeh X7 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi, mirasdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X5 adından 25 mart 1988-ci ildə Qımılqışlaq kənd XDS İK-nin idarə binasında əmlakının cavabdeh X7 verilməsinə dair vəsiyyətnamənin etibarsız hesab etməklə, mərhum atası X3 miras qalmış Xaçmaz rayonu Qımılqışlaq kəndində yerləşən mülkə münasibətdə mirasın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və mirasdan ona çatası payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə tərəfindən iddia əsassız hesab edilərək rədd edilmişdir. Həmin qətnamə apellyasiya şikayəti verilməyən qətnamə kimi qanuni qüvvəsini almışdır. 2024-cü ildə o mərhum atası X4 adından tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsini və hüquqi nəticələrinin ləğv edilməsini xahiş etmişdir. Həmin qətnamənin surətini ona yer verdiklərinə görə qətnamədən apellyasiya şikayətini vaxtında verə bilməmişdir. Hazırda buraxılmış prosessual müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti verir. Ona görə də hazır ki, iş üzrə məhkəmənin çıxardığı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilərək mülki işin icraatı Xaçmaz rayon Məhkməsinin xx.xx.2024-cü il tarixli 2(067)- 37/2024 saylı qətnaməsinə apellyasiya qaydasında baxılıb nəticə verilənə qədər dayandırılmalıdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-2954/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)- 2954/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-37/2024 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı cavabdeh X7 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X4 adından 25 mart 1988-ci ildə Qımılqışlaq kənd XDS İK-nin idarə binasında əmlakının cavabdeh X7 verilməsinə dair vəsiyyətnaməni etibarsız hesab etməklə, mərhum atası X3 miras qalmış Xaçmaz rayonu Qımılqışlaq kəndində yerləşən mülkə münasibətdə mirasın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və mirasdan ona çatası payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə tərəfindən iddia əsassız hesab edilərək rədd edilmişdir. Hazırki iddia verilən zaman həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir, qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, X8 tərəfindən verilmiş vəsiyyətnamənin etibarsız sayılması üçün heç bir əsas mövcud deyil. Məhkəmə tərəfindən əldə olunmuş və məhkəmə-xətşünaslıq ekspertin sərəncamına göndərilmiş vəsiyyətnamə, notariat əməliyyatlarının qeydiyyatı kitabı və mərhum X4 xx.xx.1977-ci il tarixli uçot kartoçkasının əsilləri əsasında alınmış ekspert rəyi ilə təsdiq olunmuşdur ki, mübahisələndirilən vəsaiyyətnamədə olan imza X4 tərəfindən icra edilmişdir. Məhkəmə vəsiyyətnamənin vəsiyyət edənin iradəsinə uyğun tərtib edildiyi qənaətinə gəlmiş, Mülki Məcəllənin “əqdlərin etibarsızlığı” ilə bağlı normaların tətbiqinə də heç bir əsas olmadığını, miras əmlakın cavabdeh tərəfindən vəsiyyətnamə əsasında tam şəkildə qəbul edildiyini, habelə Xaçmaz rayon məhkəməsinin 2(067)-1291/2021 saylı xx.xx.2021-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə İddiaçı mübahisəli evdən çıxarılmasını nəzərə alaraq, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasdan payların müəyyən edilməsi hissəsində də iddianı əsassız hesab etmişdir. Məhkəmə kollegiyası əvvəla şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, qeyd olunanlardan göründüyü kimi iddiaçı Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3-48-18RA/2-11xx-xx/2025 saylı arxiv arayışına əsasən Qımıl-qışlaq kənd XDS İcraiyyə Komitəsinin 1986-1990-cı illərə aid Qımıl-qışlaq kəndi üzrə 03 saylı təsərrüfatbaşına kitabda mərhum X4 şəxsi mülkiyyətində 1958-ci ildə tikiliş yaşayış evinə münasibətdə mirasın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və mirasdan payının müəyyən edilməsini xahiş edir. Halbuki, qeyd olunan tələblərə Xaçmaz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-37/2024 saylı qətnaməsində hüquqi qiymət verilmiş və iddiaçının iddiası əsassız hesab edilərək rədd edilmişdir. Həmin məhkəmə qətnaməsindən iddiaçı apellyasiya şikayəti verməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Belə olan halda birinci instansiya məhkəməsi iddiaçının hazırkı iddia tələbini eyni tərəflər arasında, eyni predmet barədə və eyni əsaslarla qaldırılmış iddia tələbləri kimi qiymətləndirmişdir. İddiaçı şikayətinin dəlillərində göstərmişdir ki, o, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-37/2024 saylı qətnaməsindən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Ona görə də hesab edir ki, hazırki iş üzrə məhkəmənin çıxardığı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilərək mülki işin icraatı Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-37/2024 saylı qətnaməsinə apellyasiya qaydasında baxılıb nəticə verilənə qədər dayandırılmalıdır. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-37/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi iş üzrə icraatın dayandırılması əsası olmamaqla Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraatın xitam verilməsinin əsasıdır. Qeyd edilən maddəyə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Kollegiya bildirir ki, belə yanaşma hüquqi müəyyənlik və preyudisiallıq prinsiplərinə uyğundur. Həmin prinsiplərə görə, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Əks yanaşma hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, yəni artıq həll olunmuş məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirməklə yanaşı, ədalət mühakiməsinə olan inamın azalmasına səbəb olardı. Kollegiya iddianın digər tələbi ilə bağlı qeyd edir ki, ““Torpağa mülkiyyət hüququna dair” JN-538F saylı 30214018 kodlu şəhadətnamənin etibarsız hesab edilməsi”nə dair iddia mülki məhkəmə icraat qaydasında baxılan iddia tələbi olmadığından, birinci instansiya məhkəməsinin hazırki mülki iş üzrə icraata xitam verilməsinə dair nəticə düzgün olmuşdur. Belə ki, Mülki Prosessual Məcəlləsinin 261.0.1, 261.0.2-ci maddələrin əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında vurğulamışdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mülki işin icraatına xitam verməklə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-2954/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1793/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1793/2025
25.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver