Məhkəmə qərarları › İş №2(105)-1794/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1794/2022

18.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1794/2022 18.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayənəsi Nümayəndə, Cavabdeh1 nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əmlaka payın müəyyən edilməsi və pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(012)-887/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(012)-887/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri 2012-ci il buraxılışlı, “Hundai Elantra” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki bazar qiyməti olan 17000 manatın ½ hissəsi, yəni 8500 manat məbləğində pulun Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Elman Məmmədov). Cavabdeh1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(012)-887/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikah dövründə, xx.xx.2014-cü il tarixdə cavabdehin adına rəsmiləşdirməklə ailələrinin vəsaiti hesabına əldə etdikləri 2012-ci il buraxılışlı, “Hundai Elantra” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilinə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında formal olaraq bağlanmış BDYPİ AC 159114 saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin avtomobildə 1/2 hissədə ona çatacaq payın müəyyən edilməsi və yaxud avtomobilin hazırki bazar qiyməti kimi 20000 manatın 1/2 hissəsinin, 10000 manat məbləğində pul vəsaitinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. İş üzrə dəqiq müəyyən olunmuş hal ondan ibarətdir ki, tərəflər arasında rəsmi nikah 14 oktyabr 2011-ci il tarixdə bağlanmışdır. Tərəflər nikaha daxil olmazdan əvvəl də onun avtomobili olmuşdur. Bunu iddiaçının nümayəndəsi Nümayəndə təsdiq etmişdir. O, evləndikdən sonra avtomobilini satmış, maddi vəziyyəti yaxşı olmadığı üçün atasının 5000 manat məbləğində maddi yardımı ilə hazırda mübahisə predmeti olan 2012-ci il buraxılışlı, “Hundai Elantra” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Daha sonra o, 2012-ci il buraxılışlı, “Hundai Elantra” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili dostu Cavabdeh2 satmışdır. O, nikaha girməzdən əvvəl aldığı avtomobili də atasının maddi dəstəyi ilə almışdır. Onun aldığı əmək haqqı buna imkan vermir ki, o hər hansı avtomibili alsın. “YapıKredi” Bank Azərbaycan tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əmək haqqı arayışından da aydın olur ki, o, aylda əmək haqqı kimi 400-500 manat pul almışdır. Həmin arayış sübut kimi məhkəməyə təqdim olunmuşdur. Həmin əmək haqqı ilə avtomobil sahibi olmaq qeyri mümkündür. Bundan başqa, BUE Caspian Limited tərəfindən təqdim olunmuş arayışdan aydın olur ki, o, atası X1 2013-2014-cü illər ərzində orta aylıq əmək haqqı 6-7 min manat olmuş, illik 24 aylıq əmək haqqı ümumilikdə 151 min manat pul almışdır. Həmin arayış sübut kimi məhkəməyə təqdim olunmuşdur. Bu barədə X2 ifadəsində göstərdi ki, o, Cavabdeh1 atasıdır. O, uzun müddət vəzifədə işləmişdir və 2 illik qazancı 150000 manat olmuşdur. Sözügedən 2012-ci il buraxılışlı, “Hundai Elantra” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 o almışdır. Cavabdeh1 həmin avtomobilin alınmasında heç bir maddi köməklik göstərməmişdir. Bu səbəbdən avtomobilin pulunun bölünməsinə razı deyildir. İş üzrə təqdim olunmuş sübutlar bir daha onu təsdiq edir ki, onun adına rəsmiləşdirilmiş avtomobil onun birgə nikah zamanı əldə etdiyi qazanc hesabına deyil, atası tərəfindən alınmışdır. Ona görə də həmin əmlakın, yəni “Hundai Elantra” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından ½ payın alınaraq iddiaçıya verilməsi qanunsuz və əsassızdır. Odur ki, Abşeron Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(012)-887/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, apellyasiya şikayətində qeyd etmişdir ki, tərəflərin nikah münasibətləri zamanı əldə olunmuş nəqliyyat vasitəsinin yarı pulu tələb olunur. Təmsil etdiyi şəxsin atası şahid qismində dindirilib, atası bildirib ki, bir il ərzində 150000 manat əmək haqqı alıb. Təmsil etdiyi şəxs bankda işləyib, 400-500 manat əmək haqqı alıb. Orxan ailə qurmamışdan öncə də nəqliyyat vasitəsi olub,ailə qurandan sonra onu satıb, atasının köməkliyi ilə daha yaxşısını alıb. Birinci instansiya məhkəməsində demədiyi ifadələri qətnamədə qeyd ediblər. Göstərdiyi sübutlarla bağlı bankdan çıxarışları da təqdim edib. Hətta qarşı tərəfdən Orxanın nikahdan əvvəl nəqliyyat vasitəsinin olubolmamasını soruşmuş, qarşı tərəf də Orxanın əvvəldən nəqliyyat vasitəsinin olduğunu bildirmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(012)-887/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, nəqliyyat vasitəsi birgə nikah dövründə alınıb. Birinci instansiya məhkəməsi əsaslı qətnamə qəbul edib. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(012)-887/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. PROSESSUALMƏSƏLƏLƏR: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə Cavabdeh2 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümknü hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərindən və izahatlardan müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tərəflərin birgə nikahları dövründə əldə etdikləri 2012-ci il buraxılışlı, “Hundai Elantra” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki bazar qiyməti olan 17000 manatın ½ hissəsi, yəni 8500 manat məbləğində pulun Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi hissəsində mübahisələndirilir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni qeyd edilən hissədə müzakirə edir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(012)- 887/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə şahid X2 ifadəsində bildirmişdir ki, o, Cavabdeh1 atasıdır. O, uzun müddət vəzifədə işləmişdir və illik qazancı 15000 manat olmuşdur. Sözügedən 2012-ci il buraxılışlı, “Hundai Elantra” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 o almışdır. Cavabdeh1 həmin avtomobilin alınmasında heç bir maddi köməklik göstərməmişdir. Bu səbəbdən avtomobilin pulunun bölünməsinə razı deyildir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 2012-ci il buraxılışlı, “Hundai Elantra” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili alıcı Cavabdeh2 17000 manata satmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında 14 oktyabr 2011-ci il tarixdə rəsmi nikah bağlanmış, birgə nikah dövründə xx.xx.2014-cü il tarixdə, Cavabdeh1 adına rəsmiləşdirməklə 2012-ci il buraxılışlı, “Hundai Elantra” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil alınmış, xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 avtomobili Cavabdeh2 17000 manata satmışdır. Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız sayılmasına əsas verən sübutlar müəyyən edilmədiyindən birgə nikah dövründə əldə etdikləri 2012-ci il buraxılışlı, “Hundai Elantra” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki bazar qiyməti olan 17000 manatın ½ hissəsi, yəni 8500 manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32,36 və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223,225-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iş materiallarından müəyyən edilir ki mübahisələndirilən nəqliyyat vasitəsi tərəflərin birgə nikahları dövründə alınmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinin mahiyyətinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmuş daşınar və daşınmaz əşyalar ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilir. Həmin Məcəllənin 225.1-ci maddəsində göstərilir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 37.1-ci maddəsinin tələbinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə görə ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərləarvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah müqaviləsində və ya digər onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətindədir. Göründüyü kimi, qeyd edilən avtomobil tərəflərin birgə nikah dövründə əldə edildiyindən avtomobil üzərində tərəflərin ½ hissədə payları var. İş materialları ilə müəyyən edilir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 tərəfindən Cavabdeh2 17000 manata satılmışdır. Bu səbəbdən də məhkəmə kollegiyası qeyd edir ki, nəqliyyat vasitəsi üzərində tərəflərin ½ payı olduğundan və nəqliyyat vasitəsi satıldığından onun satışından əldə edilmiş 17000 manat məbləğin üzərində də tərəflərin ½ payı müəyyən edlməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi nəqliyyat vasitəsinin satışından əldə edilmiş məbləğə tərəflərin ½ hissədə payını müəyyən edərək 17000 manat məbləğində pulun ½ hissəsinin cavadbehdən alınaraq iddiaçıya verilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin nikahdan öncə mövcud nəqliyyat vasitəsinin satışından əldə olunmuş məbləğin və atasının vəsaiti hesabına alınması barədə dəlillərini formal mülahizələr kimi qiymətləndirirək hesab edir ki, qeyd edilən dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün sayıla bilməz. Bundan başqa qanunvericiliyin tələbinə görə ər-arvadın birgə ümumi əmlaka mülkiyyət hüququ əmlakın kimin adına və ya əmanətin kim tərəfindən qoyulmasından asılı deyildir. Bu halda əmlakın nikah dövründə alınması faktı ər-arvadın birgə ümumi mülkiyyət hüququnun təkzibedilməz sübutudur. Bundan başqa, istinad olunan Mülki Məcəllənin 225.1-ci maddəsinin əsas dispozitiv şərtindən göründüyü kimi ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İşin tədqiq olunan hallarından da görünür ki, tərəflər arasında nikah dövründə qazandıqları əmlaka dair nə nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, nə də nikah dövründə nikah kontraktı bağlanmamış, həmçinin onlar arasında hər hansı bir razılaşma mövcud olmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə,məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 apellyasiya şikayəti üzrə Abşeron Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(012)-887/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 apellyasiya şikayəti üzrə Abşeron Rayon Məhkəməsinin 12 may 2022ci il tarixli, 2(012)-887/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar