Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1798/2025 29.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: iş üzrə icraata xitam verilməsi ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X16 (sədrlik edən və məruzəçi), X17 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə1, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3720/2025 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.2025-ci il tarixli, 123/05-70 saylı arayışdan görünür ki, X14 ilə Ağayeva Balabəyim (Aliyə) Böyük qızının nikahı xx.xx.1960-cı ildə qeydə alınmış, nikahdan donra arvada Piriyeva soyadı verilmişdir. X3 xx.xx.2016-cı ildə, X5 isə xx.xx.2021-ci ildə ölməsi ilə xitam verilmişdir.
2. Ölüm haqqında AZ-İ 823073 saylı şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2016-cı ildə ölmüşdür.
3. Ölüm haqqında AZ-İİ 393217 saylı şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2021-ci ildə ölmüşdür.
4. Məhkəmə Psixiatrik Ekspertiza X21 Şəxsin xx.xx.2024-cü il tarixdli 3110 saylı rəyindən görünür ki, X2 2015-ci ildə keçirmiş olduğu “Beyin insultu” davranış pozuntuları və koqnitiv (dərk etmənin zəifləməsi) pozuntularla təzahür etmiş, onda müəyyən edilən beynin üzvü xəstəliyi proqressivləşmə (artan psixi patalogiya) gedişatlı olmuş və onda müəyyən edilən koqnitiv pozuntular dərinləşərək X6 demensiyanın (qazanılma ağıl zəifliyi) yaranmasına səbəb olmuşdur. Yuxarıda göstərilən, S.H.Piriyevin psixi fəaliyyətində yaranan demensiya geridönməz (sağalmayan) gedişata malikdir. Buna görə də X5 düçar olduğu həmin xəstəliyin 2016-cı ilin iyul və avqust aylarında onun sağalması mümkünsüzdür. Göstərilən tarixlərdə X14 fəaliyyət qabiliyyətsiz olmuş, yəni o, öz hərəkətlərini şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır.
5. Sumqayıt Təcili Tibbi Yardım Xidmətində S.Piriyevin adına açılmış stasionar, ambulator xəstənin tibbi kitabçasından görünür ki, o, xx.xx.2015-ci ildən xx.xx.2015-ci il tarixə kimi poliklinikada stasionar müalicədə olmuş, ona qoyulmuş diaqnoz “baş beyin qan dövranının kəskin pozulması, sağ beyin yarımkürəsində işemik insult” olmuşdur. Stasionardan evə yazılsa da, onun ambulator müalicəsi davam etdirilmişdir. xx.xx.2015-ci ildə kitabçada aparılmış qeyddən görünür ki, S.Piriyevin “düşüncəsi pozulub, bələdliyi itib, yaddaşı pozulub, çox danışır, həyat yoldaşına qarşı şübhəli fikirləri vardır, ünsiyyətə qeyriadekvatdır, sualları düzgün cavablandırmır”. xx.xx.2016-cı ildə ona qoyulmuş diaqnoza əsasən S.Piriyevdə “keçirilmiş baş beyin insultunun qalıq əıamətləri“ müşahidə olunur. Xəstəlik kitabçasında xx.xx.2021-ci ildə aparılmış epikriz qeydinə əsasən S.Priyevdə “xx.xx.2015-ci il tarixdə baş beyin qan dövranının kəskin pozulması” baş vermişdir. Xəstə işemik insult diaqnozu ilə TTYX-də stasionar müalicədə olmuşdur. Həmin müddətdən xəstə daimi olaraq stasionar və ambulator müalicələr almışdır. X23 tərəfindən müalicə almışdır. Son illər xəstəliyi ilə əlaqədar aparılan müalicələrə baxmayaraq, ümumi vəziyyəti ağırlaşmış və xx.xx.2021-ci ildə vəfat etmişdir. Birinci instansiya məhkəməsində icraat
6. Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, qardaşı-1936-cı il təvəllüdlü mərhum X5 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, 1936-cı il təvəllüdlü mərhum X14 onun doğma qardaşı olmuşdür. O,Hacıqabul şəhərində anadan olsa da, Sumqayıt şəhərində işləmiş və yaşamışdır. Onun həyat yoldaşı X11 ilə nikahlarından övladları olmamışdır. Səməd Piriyev və onun arvadı Aliyə Piriyeva həyatlarının son illərində ağır xəstə olmuşlar. Hər ikisi baş beyin qan sızması, yəni işemik insult keçirmişlər. Səməd Piriyev son illər artıq özünü idarə edə bilmirdi. Onun ağlı, şüuru, düşüncəsi pozulmuşdu. Sözlərinə və hərəkətlərinə nəzarəti demək olar ki,tam itirmişdi. Ona görə də o və övladı Nümayəndə1 tez-tez Səməd Piriyevə baş çəkməyə Sumqayıta gəlirdilər. 2016-cı ildə Səmədin arvadı Aliyə vəfat etdi və bundan sonra Səmədin həyat şəraiti və sağlamlığı daha da pisləşdi. Onlar razılığa gəlmişlər ki, Səmədin baldızı oğlu Vüsal Ağayev ona baxsın, ona lazım olan ərzaq, dərman və sair tələbat mallarını alıb versin. Səməd Piriyevin "xxxx" ASC-də adına depozit vardı. O, qızı Nümayəndə1 baş etibarnamə vermişdi və Aynurə də vaxtaşırı Vüsala Səmədin pulundan çıxarıb verir və hesabatını aparır, dəftərdə qeydlərini dəqiqliklə yazırdı. xx.xx.2021-ci ildə Səməd Piriyev vəfat etdi və onu Hacıqabulda dəfn etmişlər. Onun hüzür məclislərini Hacıqabulda ərizəçi və ailə üzvləri vermişlər. Qəbrinin üstünü düzəldirmiş və sair xərclərini qarşılamışlar. X7 A3-1691669 tarixli doğum haqqında şəhadətnaməsindən görünür ki, o,xx.xx.1939-cu ildə Qazıməmməd (indiki Hacıqabul) şəhərində anadan olmuşdur. X14 ilə X11 arasında nikahın bağlanması haqqında A3-139042 nömrəli şəhadətnamədən görünür ki, onların nikahı xx.xx.1960-cı ildə qeydə alınmışdır. 2 saylı Sumqayıt şəhər poliklinikasında S.Piriyevin arvadı X4 adına açılmış ambulator xəstənin tibbi kitabçasından görünür ki, o, beyin ödemi, baş beyinə qansızma, sağ beyin yarımkürəsində işemik insult, arterial hipertoniya xəstəliyindən əziyyət çəkmiş və xx.xx.2016-cı ildə vəfat etmişdir. xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ 823073 nömrəli ölüm haqqında şəhadətnaməmdən görünür ki, X11 31 iyul 2016-cı ildə vəfat etmişdir və ölümün səbəbi kimi “beyin ödemi” diaqnozu qoyulmuşdur. X5 adına Sumqayıt şəhər poliklinikasında açılmış 4V7812 saylı ambulator xəstənin tibbi kitabçasından görünür ki, o, xx.xx.2021-cı ildə saat 03:30-da vəfat etmişdir. Sumqayıt Təcili Tibbi Yardım Xidmətində S.Piriyevin adına açılmış stasionar, ambulator xəstənin tibbi kitabçasından görünür ki, o, xx.xx.2015-ci ildən xx.xx.2015-ci il tarixə kimi poliklinikada stasionar müalicədə olmuş, ona qoyulmuş diaqnoz “baş beyin qan dövranının kəskin pozulması, sağ beyin yarımkürəsində işemik insult” olmuşdur. Stasionardan evə yazılsa da, onun ambulator müalicəsi davam etdirilmişdir. xx.xx.2015-ci ildə kitabçada aparılmış qeyddən də görünür ki, S.Piriyevin “düşüncəsi pozulub, bələdliyi itib, yaddaşı pozulub, çox danışır, həyat yoldaşına qarşı şübhəli fikirləri vardır, ünsiyyətə qeyriadekvatdır, sualları düzgün cavablandırmır”. xx.xx.2016-cı ildə ona qoyulmuş diaqnoza əsasən S.Piriyevdə “keçirilmiş baş beyin insultunun qalıq əlamətləri“ müşahidə olunur. Xəstəlik kitabçasında xx.xx.2021-ci ildə aparılmış epikriz qeydinə əsasən S.Priyevdə “xx.xx.2015-ci il tarixdə baş beyin qan dövranının kəskin pozulması” baş vermişdir. Xəstə işemik insult diaqnozu ilə TTYX-də stasionar müalicədə olmuşdur. Həmin müddətdən xəstə daimi olaraq stasionar və ambulator müalicələr almışdır. X23 tərəfindən müalicə almışdır. Son illər xəstəliyi ilə əlaqədar aparılan müalicələrə baxmayaraq, ümumi vəziyyəti ağırlaşmış və xx.xx.2021-ci ildə vəfat etmişdir.” e-2(060)-5358/2024 saylı rnülki iş üzrə tibbi sənədlər əsasında məhkəmə-psixiatriya ekspertizası təyin edilməsi barədə qərardad çıxarılaraq 1 saylı Respublika Psixiatriya Xəstəxanasının Məhkəmə Psixiatrik Ekspertiza X21 Şəxsə göndərilmiş və orada tədqiqat aparılaraq xx.xx.2024-cü i! tarixdli 3110 saylı rəy verilmişdir. Ekspertizada iş materiallarında olan sənədlərin tədqiqi və təhlili əsasında aşağıdakı nəticəyə gəlinmişdir: “X2 2015-ci ildə keçirmiş olduğu “Beyin insultu” davranış pozuntuları və koqnitiv (dərk etmənin zəifləməsi) pozuntularla təzahür etmiş, onda müəyyən edilən beynin üzvü xəstəliyi proqressivləşmə (artan psixi patalogiya) gedişatlı olmuş və onda müəyyən edilən koqnitiv pozuntular dərinləşərək X6 demensiyanın (qazanılma ağıl zəifliyi) yaranmasına səbəb olmuşdur. Yuxarıda göstərilən, S.H.Piriyevin psixi fəaliyyətində yaranan demensiya geridönməz (sağalmayan) gedişata malikdir. Buna görə də X5 düçar olduğu həmin xəstəliyin 2016-cı ilin iyul və avqust aylarında onun sağalması mümkünsüzdür. Göstərilən tarixlərdə X14 fəaliyyət qabiliyyətsiz olmuş, yəni o, öz hərəkətlərini şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır.” Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır.
8. Məhkəmə gedişatında ərizəçi MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən 1936-cı il təvəllüdlü mərhum X5 2015-ci ildən xx.xx.2021-ci ilə qədər faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Daha sonra, ərizəçi yenidən MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən 1936-cı il təvəllüdlü mərhum X5 2015-ci ildən vəfat etdiyi xx.xx.2021-ci il tarixə qədər fəaliyyət qabiliyyətli olmayan şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3720/2025 nömrəli qətnaməsi ilə ərizənin təmin edilməməsi qət edilmişdir (hakim Elçin Kazımov).
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1, 307.2, 308, 310.1, 317.2, 319, 321.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri
12. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3720/2025 nömrəli qətnaməsindən Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və mərhum– 1936-cı il təvəllüdlü X5 2015-ci ilin mart ayından vəfat etdiyi günə qədər, yəni xx.xx.2021-ci il tarixədək fəaliyyət qabiliyyətli olmaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
14. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
15. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən işin hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Pozulmuş prosessual hüquq norması: MPM-nin 2.2.-ci maddəsinə əsasən: Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 9.3. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
16. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edir. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
17. Mərhum – 1936-cı il təvəllüdlü X14 Məhkəmə Psixiatrik Ekspertiza X21 Şəxsin xx.xx.2024-cü il tarixdli 3110 saylı rəyinə əsasən göstərilən tarixlərdə, yəni 2015-ci ilin mart ayından vəfat etdiyi günədək, yəni xx.xx.2021-ci il tarixdədək fəaliyyət qabiliyyətsiz olmuş, yəni o, öz hərəkətlərini şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Belə olduğu təqdirdə həmin şəxsin ölmüş və ya sağ olması faktının məhkəmə üçün müvafiq qərar qəbul etməsindən ötrü heç bir əhəmiyyəti yoxdur. Yəni ekspertizanın müvafiq rəyi ilə təsdiq olunmuşdur ki, mübahisə edilən dövrdə X14 fəaliyyət qabiliyyətsiz olmuş və bu fakt ekspertizanın rəyi ilə də təsdiq olunmuşdur. Ona görə də məhkəmə düzgün olmayaraq qeyd olunan fakt təsdiqi barədə qətnamə çıxarmamış, dəqiqləşdirilmələri nəzərə almamış, ilkin qaydada irəli sürülmüş X5 fəaliyyət qabiliyyətli olmayan şəxs kimi müəyyən edilməsi barədə tələbi əsas götürmüş, dəqiqləşdirmələrə fikir verməmiş, məhkəmə qətnaməsinin yekun hissəsində bununla bağlı heç bir qeyd aparmamışdır. Yəni məhkəmə ərizədəki tələb üzrə faktiki olaraq qərar qəbul etməmişdir.
18. Məhkəmə mərhum X1, yəni 2015-ci ilin mart ayından xx.xx.2021- ci il tarixdədək anlaqsız olması, öz hərəkətlərini idarə etmək və ona cavab vermək iqtidarında olmaması, fəaliyyət qabiliyyətsiz olması barədə məhkəmə psixiatriya ekspertizasının rəyi ilə təsdiq olunmuş faktiki halları nəzərə almadan yanlış nəticəyə gəlmişdir. Məhkəmənin qətnaməsinin yekun hissəsində ərizəçinin dəqiqləşdirilmiş tələbini nəzərə almamış, faktiki olaraq artıq mövcud olmayan tələb üzrə qətnamə çıxarmışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə1, nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
21. Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 2.2. Mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir.
23. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
24. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
25. Maddə 305.1.3. Məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizələrə baxır.
26. Maddə 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır.
27. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir.
28. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
29. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
32. Apellyasiya şikayətindən görünür ki, ərizəçi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3720/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsini tam yoxlanmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3720/2025 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir.
34. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməsi üçün mülki prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcuddur.
35. Hal-hazırda Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, qardaşı-1936-cı il təvəllüdlü mərhum X5 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
36. Əvvəla qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin normaları mülki məhkəmə icraatının gedişini, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur.
37. Odur ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək, onun əsas mahiyyətinə toxunmamalıdır.
38. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir.
39. Kollegiya əvvəla qeyd edir ki, Mülki Məcəllənin 24.1-ci maddəsinə əsasən, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir.
40. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür. Fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz.
41. Göstərilən Məcəllənin 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.
42. Göründüyü kimi, yuxarıda göstərilən normalarının məzmunundan aydın olur ki, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Odur ki, fəaliyyət qabiliyyəti ölmüş şəxsə məxsus ola bilməz.
43. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-195/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, X5 adından X15 verilmiş 09 iyul 2016-cı il tarixli 2V-147 nömrəli vəsiyyətnamənin əhəmiyyətsiz sayılması; X9 məxsus olmuş Sumqayıt şəhəri 7-8- 12-ci məhəllə, bina 9A-da yerləşən 30 nömrəli mənzilin (daşınmaz əmlakın) bağışlanmasına dair 09 avqust 2016-cı il tarixli müqavilənin əhəmiyyətsiz sayılması, həmin mənzilin DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsində X12 adına aparılmış reyestr qeydiyyatının etibarsız hesab edilməsi; bağ sahəsinin X5 adından X12 adına keçirilməsi və bağçılıq cəmiyyətinə üzvlüyə qəbul edilməsi barədə “Xəzər” bağçılıq cəmiyyətinin 28 aprel 2019-cu il tarixli 19 saylı qərarının etibarsız hesab edilməsi; X12 adına verilmiş xx.xx.2024-cü il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi; “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi, Həmrəylik küçəsi, 600 kv.m sahəsi olan 500 saylı bağ sahəsinin və Sumqayıt şəhəri, Xəzər bağları ünvanında yerləşən 23.1 kv.m sahəsi olan qarajın cavabdeh X18 tərəfindən iddiaçı Ərizəçi geri qaytarılması; cavabdeh X10 55000 (əlli beş min) manat pulun və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu əvəzinin tutularaq iddiaçı Ərizəçi ödənilməsi; iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Eyni zamanda, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)- 195/2025 nömrəli qərardadı ilə iddiaçı Ərizəçi cavabdehlər X15 və X8, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə, "xxxx" ASC-yə, Sumqayıt şəhəri 1 saylı notariat ofisinə, Sumqayıt şəhəri 4 saylı notariat ofisinə və 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzinə qarşı “vəsiyyətnamənin, daşınmaz əmlakın bağışlanması müqaviləsinin əhəmiyyətsiz sayılması və s. tələblərə dair” iş üzrə X5 fəaliyyət qabiliyyətli olmayan şəxs sayılması hissəsində icraata xitam verilməsi qərara alınmışdır. Bundan sonra isə ərizəçi hazırki ərizə ilə yenidən məhkəməyə müraciət etmişdir.
44. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-934/2025 nömrəli qərardaddan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-195/2025 nömrəli qətnaməsindən iddiaçı Ərizəçi və cavabdeh X19 tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında baxılan mülki iş Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3720/2025 nömrəli qətnaməsi qanuni qüvvəyə minənə qədər dayandırılmışdır.
45. Göründüyü kimi, ərizəçinin hazırki ərizəni qaldırmaqda əsas məqsədi mərhum qardaşının imzaladığı əqdlərin (vəsiyyətnamə, müqavilə) etibarsızlığının müəyyən edilməsi olmuşdur. Məhkəmə izah edir ki, əqdlərin etibarsızlığı məsələsini məhkəmələr araşdırarkən onların etibarsızlığına əsas olmuş halları da araşdırmalıdır.
46. Bu tələbə isə məhkəmə icraatı qaydasında baxılaraq işi mahiyyəti üzrə həll edən qətnamə qəbul edilməsi yolverilən hesab edilə bilməz. Odur ki, MPM-in 153.2.1-ci maddəsinə əsasən, hazırki ərizənin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməlidir.
47. Beləliklə, mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)- 3720/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.
48. Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
49. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 384.0.5, 398-401 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3720/2025 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.