Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 2-2(1-8)-552/2026 28.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı ilkin və qarşılıqlı iddia tələbləri barədə kommersiya işi üzrə QƏRARİ Açar sözlәr: iş üzrә icraata xitam verilmәsi, eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vә ya iddiaçının iddiadan imtina etmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq olunması ilә әlaqәdar iş üzrә icraata xitam edilmәsi haqqında mәhkәmәnin qәrardadı olarsa Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sәnan Mәmmәd oğlunun mәruzәsi ilә, hakimlәr Qәribov Bәhman Fәrhad oğlu vә Abbasov Aqil Əzizağa oğlundan ibarәt tәrkibdә, Iş üzrə məhkəmə icraatı
1. Iddiaçı 2024-cü il ## ##### tarixindә Cavabdehә qarşı iddia әrizәsi ilә, sonradan 2025ci il # ###### tarixindә mәhkәmәyә әrizә ilә müraciәt edәrәk, hәmin әrizәnin “xahiş edirәm” hissәsindә – Naxçıvan şәhәr * saylı Notariat Ofisindә Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs (bundan sonra – “Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs”) ilә Cavabdeh arasında 2015-ci il # ######## tarixindә bağlanmış AN-İ seriyalı, ******* nömrәli Daşınmaz Əmlakın Bağışlanması Müqavilәsinin etibarsız hesab edilmәsi, ünvan 1 ünvanında yerlәşәn qeyri-yaşayış sahәsinin dәyәri olan 500.000 manat pul real zәrәr hesab edilmәklә vә hәmin qeyri-yaşayış sahәsinin istifadәsindәn әldә edilmәli olan 100.000 manat pul әldәn çıxmış fayda hesab edilmәklә ümumilikdә 600.000 manat pulun, hәmçinin ödәnilmiş 890 manat dövlәt rüsumunun Cavabdeh tutularaq İddiaçı ödәnilmәsi barәdә qәtnamә qәbul olunması mәhkәmәdәn xahiş edilmişdir.
2. Cavabdeh 2024-cü il # ### tarixindә qarşılıqlı iddia әrizәsi ilә, sonradan bir neçә dәfә iddia tәlәbinin hәcminin artırılmasına dair әrizәlәrlә, sonunda 2025-ci il # #### tarixindә iddia tәlәbinin dәqiqlәşdirilmәsi barәdә әrizә ilә mәhkәmәyә müraciәt edәrәk, әrizәnin “xahiş edirәm” hissәsindә – Cavabdeh әlindәn çıxmış fayda olan 300.000 manat vә İddiaçı әsassız olaraq әldә etdiyi gәlir olan 370.150 manat olmaqla, 670.150 manat vәsaitin vә ödәnilmiş 961 manat dövlәt rüsumunun İddiaçı tutularaq Cavabdeh ödәnilmәsi, Naxçıvan şәhәri, 21(2)-ci mәhәllә, döngә 7, ev 57A olan fәrdi yaşayış evinin 1222003111 qeydiyyat nömrәsi ilә 2022-ci il ## #### tarixindә qeydiyyata alınmış İddiaçı adına olan çıxarışın lәğv edilmәsi vә İddiaçı ünvan 2 ünvanında 1020.0 kv.m torpaq sahәsindә yerlәşәn yaşayış evinin hәyәtyanı torpaq sahәsindәki ümumi sahәsi 312.14 kv.m olan torpaq sahәsindәn vә üzәrindә yerlәşәn Naxçıvan şәhәri, 21(2)-ci mәhәllә, döngә 7, ev 57A ünvanında yerlәşәn daşınmaz әmlakdan çıxarılması, daşınmaz әmlakın vә torpaq sahәsinin Cavabdeh tәhvil verilmәsi barәdә qәtnamә qәbul olunması mәhkәmәdәn xahiş edilmişdir.
3. Hәmçinin, Cavabdeh nümayәndәsi tәrәfindәn mәhkәmәyә göndәrilmiş әrizә әsasında Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs iş üzrә mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs qismindә işdә iştiraka cәlb olunmuşdur.
4. Naxçıvan MR Kommersiya Mәhkәmәsinin 2025-ci il # ###### tarixli 2-2(123)- ***/**** nömrәli qәtnamәsi ilә ilkin iddia qismәn tәmin edilmiş, Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs ilә Cavabdeh arasında 2015-ci il # ######## tarixindә bağlanmış AN-İ seriyalı, ******* nömrәli daşınmaz әmlakın bağışlanması müqavilәsinin etibarsız hesab edilmәsi, ilkin iddianın qalan hissәlәrdә vә qarşılıqlı iddianın tam rәdd edilmәsi qәt olunmuşdur (hakim - E.Salmanov).
5. Cavabdeh apellyasiya şikayәti verәrәk hәmin qәtnamәnin qismәn - ilk iddianın tәmin edilәn vә qarşılıqlı iddianın rәdd olunan hissәlәrindә lәğv edilmәsi, qarşılıqlı iddianın tәmin edilmәsi barәdә yeni qәtnamә qәbul olunmasını xahiş etmişdir.
6. İddiaçı apellyasiya şikayәti verәrәk hәmin qәtnamәnin qismәn - ilkin iddianın tәmin olunmayan әldәn çıxmış fayda vә real zәrәrә aid olan hissәdә lәğv edәrәk, işdә olan vә әlavә sübutlarla tam vә hәrtәrәfli araşdıraraq iddianın tam tәmin olunmasına dair qәtnamә çıxarılmasını xahiş etmişdir.
7. Naxçıvan MR Ali Mәhkәmәsi Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *-*(*-*)-*/**** nömrәli qәtnamәsi ilә apellyasiya şikayәtlәri tәmin edilmәmiş, birinci instansiya mәhkәmәsinin qәtnamәsinin dәyişdirilmәdәn saxlanılması qәt olunmuşdur (sәdrlik edәn – M.Əliyev, hakimlәr - V.Quliyev vә Z.Əliyev).
8. Naxçıvan MR Ali Mәhkәmәsi Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *-*(*-*)-*/**** nömrәli qәrardadı ilә Cavabdeh apellyasiya şikayәti qismәn tәmin edilmiş, birinci instansiya mәhkәmәsinin qәtnamәsinin “ilkin iddia üzrә iddia tәlәbinin qismәn әsaslı olduğundan qismәn tәmin edilmәsi, Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs ilә Cavabdeh arasında 2015-ci il # ######## tarixindә bağlanmış AN- İ seriyalı, ******* nömrәli daşınmaz әmlakın bağışlanması müqavilәsinin etibarsız hesab edilmәsi” hissәsindә lәğv olunması, hәmin hissәdә iş üzrә icraata xitam verilmәsi qәrara alınmışdır (sәdrlik edәn – M.Əliyev, hakimlәr - V.Quliyev vә Z.Əliyev).
9. Kollegiya qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasının Kommersiya Mәhkәmәsi ilkin iddianın "Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs ilә Cavabdeh arasında 2015-ci il # ######## tarixindә bağlanmış AN-İ seriyalı, ******* nömrәli daşınmaz әmlakın bağışlanması müqavilәsinin etibarsız hesab edilmәsi" hissәsini tәmin edәrkәn hәmin tәlәbin artıq qanuni qüvvәyә minmiş mәhkәmә aktları (apellyasiya vә kassasiya icraatlarında) ilә hәll olunmuş olmasını nәzәrә almamışdır.
10. Iş materiallarından görünür ki, 2015-ci il # ######## tarixdә bağlanmış AN-İ seriyalı, ******* nömrәli daşınmaz әmlakın bağışlanması müqavilәsinin etibarlılığı әvvәllәr ayrıca mәhkәmә araşdırmasının predmeti olmuş, bu mübahisә üzrә Naxçıvan Muxtar Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyasının 2023-cü il ## #### tarixli *(***)-**/**** nömrәli qәtnamәsi ilә Naxçıvan Şәhәr Mәhkәmәsinin 2021-ci il ## ####### tarixli *(***)-***/**** nömrәli qәtnamәsi lәğv edilәrәk iddiaçı Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs cavabdehlәr Cavabdeh vә Naxçıvan şәhәr * saylı Notariat Ofisinә qarşı bağışlama müqavilәsinin etibarsız hesab olunması tәlәbinә dair iddiası rәdd edilmiş, hәmin qәtnamә isә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyasının 2024-cü il ## ###### tarixli *(***)-**/**** nömrәli qәrarı ilә dәyişdirilmәdәn saxlanılmışdır. Belәliklә, göstәrilәn bağışlama müqavilәsinin etibarlılığı mәsәlәsi qanuni qüvvәyә minmiş mәhkәmә aktı ilә qәti şәkildә hәll edilmişdir.
11. Mәhkәmә kollegiyası hesab etmişdir ki, ilkin iddianın Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs ilә Cavabdeh arasında 2015-ci il # ######## tarixindә bağlanmış AN-İ seriyalı, ******* nömrәli daşınmaz әmlakın bağışlanması müqavilәsinin etibarsız hesab edilmәsinә dair hissәsi üzrә mübahisә artıq qanuni qüvvәyә minmiş mәhkәmә aktları ilә hәll olunduğundan, hәmin hissәdә yenidәn mahiyyәti üzrә baxılması mümkün deyildir. Buna görә Naxçıvan Muxtar Respublikasının Kommersiya Mәhkәmәsinin qәtnamәsi hәmin hissәdә lәğv edilmәli vә göstәrilәn tәlәb üzrә işin icraatına xitam verilmәlidir.
12. Apellyasiya instansiyası mәhkәmәsi öz mövqeyini Mülki Prosessual Mәcәllәnin 82.3, 261.0.2-ci maddәlәrinә; Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun “Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 82.3-cü maddәsinin şәrh edilmәsinә dair” 2016-cı il ## ###### tarixli Qәrarına; “M.Əzizovun şikayәti üzrә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyasının 2017-ci il ## ### tarixli qәrarının Azәrbaycan Respublikasının Konstitusiyasına vә qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il ## ##### tarixli Qәrarına istinad etmәklә әsaslandırmışdır.
13. İddiaçı kassasiya şikayәti verәrәk hәmin qәrardadın lәğv edilmәsi vә işin yenidәn baxılmaq üçün apellyasiya instansiyası mәhkәmәsinә göndәrilmәsinә dair qәrar qәbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
14. Azәrbaycan Respublikasının Konstitusiyasının 13 vә 29-cu maddәlәri üzrә - Mübahisә predmeti daşınmaz әmlaka dair bağışlama müqavilәsinin hüquqi nәticәlәri ilә bağlı olduğundan mülkiyyәt hüququnun müdafiәsi prinsipi tәtbiq edilmәli idi. Mübahisәnin mahiyyәti araşdırılmadan icraata xitam verilmәsi nәticәsindә iddiaçının mülkiyyәt hüququnun mәhkәmә qaydasında müdafiәsi mümkün olmamışdır. Belәliklә, apellyasiya instansiyası mәhkәmәsi Konstitusiyanın mülkiyyәt hüququnun dövlәt tәrәfindәn müdafiәsini tәmin edәn müddәalarını nәzәrә almamışdır.
15. Azәrbaycan Respublikasının Konstitusiyasının 60-cı maddәsi üzrә - Apellyasiya instansiyası mәhkәmәsi iddiaçının irәli sürdüyü tәlәblәrin mahiyyәtini araşdırmadan, yalnız әvvәlki mәhkәmә aktına istinad etmәklә iş üzrә icraata xitam vermişdir. Halbuki hazırkı mübahisәdә irәli sürülmüş hüquqi vә faktiki әsasların әvvәlki mәhkәmә işindә araşdırılıbaraşdırılmadığı (xüsusәn Cavabdeh müqavilә bağlayan zaman 15 yaşının olması vә emansipasiya olunmaması) müәyyәn edilmәmişdir. Belәliklә, mәhkәmә iddiaçının mәhkәmә müdafiәsi hüququnu formal yanaşma ilә mәhdudlaşdırmış vә Konstitusiyanın qeyd olunan maddәsinin tәlәblәrini pozmuşdur.
16. Mülki Mәcәllәnin 5.3, 16.1, 560.1, 560.2, 560.3.4-cü maddәlәri üzrә - Qeyd edilәn normalar mәhkәmәlәrin üzәrinә vәzifә qoyur ki, hüquqdan sui-istifadә hallarının olubolmaması araşdırılsın vә qiymәt verilsin. Hazırkı mübahisәdә isә aşağıdakı sualların apellyasiya instansiyası tәrәfindәn cavabsız saxlanılması hüquqdan sui-istifadәnin araşdırılmadığını bir daha üzә çıxarır. Belә ki, 2021-ci il tarixdә çıxarılan qәtnamә ilә әqd etibarsız sayıldığı halda, nә sәbәbdәn Naxçıvan MR-da yaşayan şәxsin 2023-cü ilәdәk gözlәmәsi vә apellyasiya şikayәti vermәmәsi, hamıya mәlum olan faktların (daşınmaz әmlakın İddiaçı tәrәfindәn tikilmәsi) nә sәbәbdәn ona “gec” mәlum olması mәhkәmә tәrәfindәn araşdırılmamış vә qiymәt verilmәmişdir. Mәhkәmә bu hәrәkәtsizliyini әvvәlki qәtnamәlәrlә әsaslandırsa da, bu әsaslandırma mülki qanunvericiliyin pozulması demәkdir.
17. Mülki Mәcәllәnin 337-ci maddәsi üzrә - Hazırkı mübahisәnin predmeti bağışlama müqavilәsinin etibarsız hesab edilmәsidir. Müqavilәnin etibarsızlığı barәdә irәli sürülmüş dәlillәr vә hüquqi әsaslar mәhkәmә tәrәfindәn mahiyyәti üzrә araşdırılmadan yalnız prosessual әsaslarla icraata xitam verilmişdir. Halbuki әqdin etibarsızlığı ilә bağlı iddia maddi hüquq münasibәtindәn irәli gәlәn müstәqil tәlәbdir vә mәhkәmә hәmin tәlәbi maddi hüquq normaları baxımından qiymәtlәndirmәli idi. Bunun edilmәmәsi Mülki Mәcәllәnin әqdlәrin etibarlılığına dair normalarının düzgün tәtbiq edilmәmәsinә sәbәb olmuşdur. Hazırkı mübahisәdә Cavabdeh müqavilә bağlayarkәn yetkinlik yaşına çatmaması, bundan әlavә, fәaliyyәt qabiliyyәtli hesab edilmәsi üçün qәrarın olmaması bu әqdin etibarsızlığına şübhә yeri qoymur. Bu hallara baxmayaraq, mәhkәmәnin sırf bundan әvvәlki mәhkәmә qәtnamәlәri olması sәbәbindәn bu qeyd edilәn hissәni araşdırmaması ciddi maddi pozuntu hesab edilmәlidir. Hәtta Cavabdeh apellyasiya şikayәtinә nәzәr salsaq görәrik ki, şikayәtdә Mülki Prosessual Mәcәllәnin 4.1-ci maddәsinә istinad edilir. Göründüyü kimi Cavabdeh da mәhkәmә müdafiәsi hüququnun mütlәq hüquq olmadığını qeyd etdiyi halda, mәhkәmә bu halı nәzәrә almadan bu hüquqa mütlәq hüquq kimi münasibәt bәslәmişdir.
18. Mülki Prosessual Mәcәllәnin 82.3-cü maddәsi üzrә - Apellyasiya instansiyası mәhkәmәsi bu maddәni düzgün tәtbiq etmәmişdir. Hәmin norma qanuni qüvvәyә minmiş mәhkәmә aktı ilә müәyyәn edilmiş halların yalnız qanunda nәzәrdә tutulmuş hәdlәr daxilindә preyudisial әhәmiyyәt daşımasını nәzәrdә tutur. Preyudisiya institutunun tәtbiqi üçün әvvәlki vә hazırkı iş arasında subyektiv vә obyektiv eyniyyәt mövcud olmalıdır. Mәhkәmә isә bu meyarları araşdırmadan әvvәlki mәhkәmә aktının hazırkı iş üzrә avtomatik preyudisial qüvvәyә malik olması nәticәsinә gәlmişdir. Halbuki iddiaçı hazırkı işdә müstәqil hüquqi maraqla çıxış etmiş, әvvәlki işdә isә onun hüquqları vә irәli sürdüyü hazırkı hüquqi әsaslar ayrıca araşdırılmamışdır. Çünki, preyudisiallığı bildirilәn işdә, hazırkı iş üzrә iddiaçı apellyasiya icraatında mübahisә predmetinә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs kimi cәlb edilmiş, bu yolla onun iddia qaldırmaq vә ya müstәqil tәlәb irәli sürmәk hüquqları mәhdudladırılmışdır. Bu sәbәbdәn sözügedәn maddәnin tәtbiqi üçün zәruri hüquqi şәrtlәr mövcud olmamışdır. Hәtta preyudisial olduğu bildirilәn mәhkәmә qәtnamәsindә dә mübahisәlәndirilәn әqdin legitim - yәni hüquqi әqd olduğu göstәrilmәmişdir. Yalnız iddiaçı Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs iddiası rәdd edilmişdir. Bu isә әqdin etibarlılığını tәsdiq etmir.
19. Mülki Prosessual Mәcәllәnin 261.0.2-ci maddәsi üzrә - Qeyd olunan maddәyә әsasәn iş üzrә icraata yalnız eyni tәrәflәr arasında, eyni predmet vә eyni әsas üzrә qanuni qüvvәyә minmiş mәhkәmә aktı mövcud olduqda xitam verilә bilәr. Apellyasiya instansiyası mәhkәmәsi bu üç meyarın hәr birinin mövcudluğunu ayrıca araşdırmamış, yalnız әvvәlki mәhkәmә qәrarının mövcudluğunu kifayәt hesab etmişdir. Hazırkı işdә iddiaçının hüquqi vәziyyәti, hüquqi marağı vә irәli sürdüyü hüquqi әsaslar әvvәlki mübahisәdәn fәrqlәndiyi halda icraata xitam verilmәsi bu maddәnin yanlış tәtbiq edilmәsinin nәticәsidir. Artıq әvvәldә dә qeyd etdiyimiz kimi İddiaçı apellyasiya icraatında işә cәlb edilmәsi, onun iddia qaldırmağını mәhdudlaşdırmışdır. Belә olan halda İddiaçı yalnız bir yolu qalırdı ki, iddiaçı bu hüququndan da istifadә edәrәk, iddia vermiş, birinci instansiya mәhkәmәsi isә әqdin etibarsızlığı ilә bağlı halları araşdıraraq, subyektiv tәrkibindә olan qüsura görә әqdi etibarsız hesab etmişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayәtinә qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
21. Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin müvafiq müddәalarında aşağıdakılar nәzәrdә tutulur:
Maddә 82.3. Bir mülki iş üzrә qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsi ilә müәyyәn edilmiş faktlar hәmin işdә iştirak edәn şәxslәr tәrәfindәn başqa mәhkәmә prosesindә mübahisәlәndirilmir vә yenidәn sübut edilmir. Maddә 261.0. Hakim iş üzrә icraata aşağıdakı hallarda xitam verir: Maddә 261.0.2. eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vә ya iddiaçının iddiadan imtina etmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq olunması ilә әlaqәdar iş üzrә icraata xitam edilmәsi haqqında mәhkәmәnin qәrardadı olarsa;
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Mәhkәmә kollegiyası kassasiya şikayәtinin dәlillәrini araşdıraraq hesab edir ki, şikayәt әsaslı olmadığından tәmin edilmәmәli, apellyasiya instansiyası mәhkәmәsinin qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır.
23. Iş materiallarından görünür ki, Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs ilә Cavabdeh arasında 2015-ci il # ######## tarixindә bağlanmış AN- İ seriyalı, ******* nömrәli daşınmaz әmlakın bağışlanması müqavilәsinin etibarsızlığı mәsәlәsi әvvәllәr mәhkәmә araşdırmasının predmeti olmuş, Naxçıvan MR Ali Mәhkәmәsinin Mülki Kollegiyasının 2023-cü il ## #### tarixli qәtnamәsi ilә hәmin tәlәb rәdd edilmiş vә hәmin qәtnamә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin 2024-cü il ## ###### tarixli qәrarı ilә dәyişdirilmәdәn saxlanılmışdır.
24. Bu baxımdan apellyasiya instansiyası mәhkәmәsi haqlı olaraq mübahisәli müqavilәnin etibarsızlığı mәsәlәsinin artıq qanuni qüvvәyә minmiş mәhkәmә aktları ilә hәll edildiyini nәzәrә almış vә hәmin hissәdә iş üzrә icraata xitam vermişdir.
25. Kassasiya şikayәti verәn şәxsin Konstitusiyanın 13, 29 vә 60-cı maddәlәrinin pozulmasına dair dәlillәri әsaslı deyildir. Mәhkәmә müdafiәsi vә mülkiyyәt hüquqlarının qorunması hüququ qanuni qüvvәyә minmiş mәhkәmә aktı ilә hәll edilmiş eyni mәsәlәyә tәkrarәn baxılmasını nәzәrdә tutmur.
26. Cavabdeh müqavilә bağlanan zaman yetkinlik yaşına çatmaması vә emansipasiya edilmәmәsi ilә bağlı dәlil dә әvvәlki qanuni qüvvәyә minmiş mәhkәmә aktları ilә hәll edilmiş mәsәlәnin yeni iddia icraatı qaydasında yenidәn araşdırılması üçün әsas yaratmır.
27. Kassasiya şikayәtinin Mülki Mәcәllәnin 337-ci maddәsinin, habelә Mülki Prosessual Mәcәllәnin 82.3 vә 261.0.2-ci maddәlәrinin düzgün tәtbiq edilmәmәsinә dair dәlillәrinә münasibәtdә qeyd edilmәlidir ki, şikayәtçinin әvvәlki işdәki prosessual statusu vә yeni hüquqi әsaslara istinad etmәsi mübahisәli müqavilәnin etibarsızlığı mәsәlәsinin artıq qanuni qüvvәyә minmiş mәhkәmә aktları ilә hәll edilmәsi faktını aradan qaldırmır.
28. Belә ki, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun “Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 82.3-cü maddәsinin şәrh edilmәsinә dair” 2016-cı il ## ###### tarixli Qәrarında müәyyәn edilmiş mövqeyinә görә “Mülki Prosessual Mәcәllәnin 233.3-cü maddәsinә әsasәn, qәtnamә qanuni qüvvәyә mindikdәn sonra tәrәflәr vә işdә iştirak edәn digәr şәxslәr, habelә onların hüquq varislәri mәhkәmәdә eyni iddia tәlәblәrinin, eyni әsas üzrә yenidәn irәli sürә bilmәzlәr, habelә mәhkәmә tәrәfindәn müәyyәn edilmiş faktlara vә hüquq münasibәtlәrinә qarşı başqa prosesdә mübahisә edә bilmәzlәr. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız әvvәlki vә ya sonrakı proseslәrdә iştirak edәn tәrәflәrә, işdә iştirak edәn digәr şәxslәrә vә onların hüquq varislәrinә aid edilir...”
29. Qәrardad maddi vә prosessual hüquq normalarına uyğun qәbul edilmişdir, kassasiya şikayәtinin dәlillәri apellyasiya instansiyası mәhkәmәsinin qәrardadının lәğvi üçün әsas yaratmır.
30. Qeyd olunanlara әsasәn kassasiya şikayәti tәmin edilmәmәli, Naxçıvan Muxtar Respublikası Ali Mәhkәmәsi Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *-*(*-*)-*/**** nömrәli qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır.
31. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәnin 417.1.1-ci vә 419-cu maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası
QƏRARA ALIR:
Iddiaçı-cavabdehin kassasiya şikayәti tәmin edilmәsin. Naxçıvan Muxtar Respublikası Ali Mәhkәmәsi Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *-*(*-*)-*/**** nömrәli qәrardadı dәyişdirilmәdәn saxlanılsın. Qәrar qәbul edildiyi andan qüvvәyә minir.