Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1808/2024 10.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı uşağın xəstəlikləri ilə bağlı xərclərin ödənilməsi ilə əlaqədar maddi yardım, əmək qabiliyyəti olmadığına görə evdə uşağa baxmağı ilə əlaqədar anaya maddi yardım, alimentin artırılması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X11 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağın xəstəlikləri ilə bağlı xərclərin ödənilməsi və s. tələbinə” dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 5510/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4263/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək, xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq İddiaçı xeyrinə Cavabdeh hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının oğlu X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün sabit məbləğdə 235 manat məbləğində pulun, uşağın xəstəlikləri ilə bağlı xərclərin ödənilməsi ilə əlaqədar 200 manat maddi yardım, əmək qabiliyyəti olmadığına görə evdə uşağa baxmağı ilə əlaqədar 100 manat anaya maddi yardımın, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat məbləğində pulun və hüquqlarının müdafiəçi ilə əlaqədar bağlanan müqavləyə əsasən müdafiəçiyə ödənilən 300 manatın Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Musayeva X3 Azər Musa oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və tərəflərin xx.xx.2015-ci il tarixdə X10 adlı övladları anadan olmuşdur və nikahları məhkəmə qaydasında pozulmuşdur. X10 uzun zamandır böyrək və sidik qaçırma xəstəsidir, həmçinin ağır bronxial astma xəstəsidir. Ambulator kitabçadan olan çıxarışlarlada bu xəstəliklər öz təsdiqini açıq aydın tapmışdır. Uzun zamandır X10 xəstəlikləri ilə əlaqədar ağır müalicələr alır. Həmin müalicələrin və həmin xəstəliklərlə əlaqədar dərmanların alınması üçün maddi xərcləri iddiaçı heç bir yerdə işləyə bilməyən həmçinin onun 2-ci qrup əlil olmağı və əmək qabiliyyətsiz olmağı ilə əlaqədar heç bir halda qarşılaya bilmir. Bildirmək istəyir ki, övladının həyatda yaşaması ona təyin olunan müalicələrdən və verilməli olan dərmanlardan asılıdır. Belə ki, oğlunun bu müalicələrə və verilməli olan dərmanlara çox ehtiyacı var. Həmçinin oğlu xəstəlikləri ilə əlaqədar yenə də bir çox müayinələrdən keçməlidir. İddiaçının əliliyi olan tək uşağını böyüdən hər iki valideyinini itirən və heç bir yerdə işləməyən bir ana kimi buna heç bir maddi imkanı yoxdur. Həmçinin oğluna qulluq tələb olunduğundan səhhətinin hər an pisləşməsi ilə əlaqədar iddiaçı bir anda olsa ondan ayrıla bilmir. Habelə iddia ərizəsinə əlavə etdiyi oğlu X6 xəstəliklərini təsdiq edən sənədlər və foto şəkillərlə də bütün bu hallar aydın surətdə öz təsdiqini tapır. Əsəb gərginlik istirablar olduqda özündən asılı olmadan sidik qaçırması baş verir, kəllə beyinlə əlaqədər əsəbilik və özünən çıxma baş verir. Bu səbəbdəndə uşağın müalicəsinə zərurət var. Onun əliliyi olan tək uşağını böyüdən və heç bir yerdə işləməyən bir ana kimi heç bir maddi imkanı yoxdur. Həmçinin iddiaçının oğluna qulluq tələb olunduğundan səhhətinin hər an pisləşməsi ilə əlaqədar iddiaçı bir anda olsa ondan ayrıla bilmir. Qanunvericiliyə uyğun olaraq ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-ci ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Ona görə də birgə nikahdan dünyaya gəlmiş övladları X5 yetlkinlik yaşına çatanadək saxlanması üçün uşağa 235 manat və uşağın xəstəlikləri ilə bağlı xərclərin ödənilməsi ilə əlaqədar 200 manat maddi yardım, əmək qabillyəti olmadığına görə evdə uşağa baxmağı ilə əlaqədar 100 manat anaya maddi yardımın cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
4. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, onun daimi işi, gəliri yoxdur. O, xəstəlikdən əziyyət çəkir. Hazırda ona anası baxır. O, anasının təqaüdü ilə yaşayır. Onun qeyd edilən məbləğdə aliment ödəməyə gücü çatmır. O, məhkəmə qətnaməsi ilə kəsilən 110 manat alimenti çox çətinliklə ödəyir. O, xəstəliyi ilə əlaqədar təqaüd almaq üçün müxtəlif yerlərə müraciət etmişdir.
5. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator Kitabçasından çıxarışlara əsasən X7 təngənəfəslik, öskürək, boğulma, burun qaşınması, asqırma səpki və s. xəstəliklər mövcuddur.
6. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı əmək qabiliyyətsizdir. Diaqnoz: Qarışıq astma, bronxial astma, infeksion allergik forma, tez-tez nəzarət olunmayan, kəskinləşmələrlə, davamlı tənəffüs pozğunluğu. Hormondan asılı vəziyyət. Emfizema, ağ ciyərlərin emfizeması. Təngənəfəslik (töyşümə), disfoniya, xroniki respirator çatmamazlıq, TÇ (tənəffüs çatmamazlığı) İİ dər. Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, astenonevrotik sindrom, dəqiqləşdirilməmiş dissosiativ (konversion) pozğunluqlar, nevrotik pozğunluq. Ezofagitlə birgə müşahidə olunan qastroezofaqeal reflüks, dəmir defisitli anemiya, xroniki dəmir defisitli anemiya.
7. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı və cavabdeh Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X2 xx.xx.2024-cü il tarixində saat 15:30-da təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər.
8. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (altmış) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5510/2024 saylı qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) iddia qismən təmin edilərək, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 07 aprel 2016-cı il tarixli, 2(060)-4263/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 05 avqust 2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X5 xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə hər ay 50 (əlli) manat tutularaq İddiaçı verilməsi, qətnamə əlavə xərclərə görə tutulan aliment ilə bağlı dərhal icra olunması, ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin əvəzinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 17-ci, Ailə Məcəlləsinin 29, 75.1, 75.4, 76.2, 78.1, 78.2, 81.1, 81.2, 81.3, 100.2, 112.1-ci maddələrinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarı, “Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarının tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5510/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxararkən onun maddi vəziyyətini nəzərə almamışdır. Hazırkı iddia verilənədək onun maddi durumunda heç bir müsbət dəyişiklik olmamış, əksinə durumu bir az da pisləşmişdir. Belə ki, onun daimi iş yeri və gəliri yoxdur. Epilepsiya xəstəliyindən əziyyət çəkir. Elə məhz buna görə də ağır iş şəraitində işləyə bilmir. Fəhləliklə məşğuldur. Səhhəti ilə bağlı olaraq, müraciət etdiyi iş yerləri onu qəbul etmir. Hazırda anası ilə birlikdə qalır. O da ikinci qrup əlildir. Xəsyəliyi ilə əlaqədar olaraq hər ay daimi müalicə götürməli, dərmanlar qəbul etməlidir. Onun xəstəliyi birdəfəlik müalicəsi olmayan bir xəstəlikdir. Belə ki, əvvəllər xəstəliyi ilə əlaqədar təqaüd alsa da, həmin təqaüd də kəsilmişdir. Əlavə heç bir yerdən də gəliri yoxdur. Məhkəmə onun maddi durumunda müsbət dəyişiklik olmadığı halda, qanunsuz və əsassız olaraq aliment məbləğini qaldırmışdır. Bu isə tamamilə qanuna ziddir. Xəstəliyi ilə əlaqədar olaraq məhkəməyə xeyli sübut təqdim etsə də həmin sübutların biri belə iş materiallarına əlavə edilməmiş, yalnız iddiaçının xeyrinə hərəkət edilmişdir. Əvvəl ödədiyi 110 manat məbləğindəki alimenti belə çox çətinliklə ödəyir. Maddi durumunun və səhhətinin bu halda olmasına baxmayaraq, bu günə qədər bir dəfə belə olsun aliment ödəməkdən yayınmamış, övladının qayğısına qalmışdır. Hesab edir ki, məhkəmənin qətnaməsi əsassız və qanunsuzdur. Qətnamə çıxarılarkən onun maddi durumu qətiyyən nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
16. Maddə 17. Ailə, uşaqlar və dövlət İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (...) Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
17. Maddə 29. Ər və arvadın ailə münasibətlərində hüquq bərabərliyi 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 29.2. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ərarvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. (...) 29.4. Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.
18. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
19. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı (...) 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
20. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
21. Maddə 81. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
22. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. (...)
23. “Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
25. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
26. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 234. Qətnamənin icra edilməsi 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; (...)
28. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər (...)
30. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilməlidir.
33. Mülki Prosessual Məcəllənin 387.2.7-ci maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işdə məhkəmə iclasının protokolu yoxdursa və ya imzalanmamışdırsa ləğv edilməlidir.
34. İş materiallarından müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli baxış iclasının protokolu iş materiallarına əlavə edilməmişdir.
35. Kollegiya həmçinin birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamışdır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
37. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
38. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda isə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir.
39. Apellyasiya şikayətinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında xx.xx.2024-cü il tarixli sonuncu müayinəyə dair məlumatın verilməsi vərəqəsindən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək üçüncü dərəcə əlil olmuşdur. Əlillik səbəbi üzvi mənşəli şəxsiyyət pozuntusu, şəxsiyyət və davranişda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən Epilepsiya nəticəsində əmələ gələn kəskin ifadəli şəxsiyyət pozuntusu. Fiziki işlərdə işləyə bilər.
40. Apellyasiya şikayətinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********0 nömrəli arayışında qeyd edilmişdir ki, Cavabdeh həqiqətən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü ilədək 3-cü qrup əlil olaraq sosial müavinət alan kimi qeydiyyatdadır və 110 manat müavinət alır.
41. Elektron məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumadan görünür ki, Cavabdeh tikinti, bənna işlərində işləyir, aylıq 350 manat əmək haqqı alır.
42. Cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin qazancını, xəstəliklərini və diqqətəlayiq olan digər halları, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq hesab edir ki, alimentin məbləği dəyişdirilməli, iddiaçıdan hər ay uşağın saxlanılması üçün 200 manat sabit pul məbləğində aliment tutulmalıdır.
43. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
44. “Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1 -ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.
45. Məhkəmə kollegiyası 08 may 2015-ci il təvəllüdlü X5 xəstəliyinin forma və xarakterini, bu kimi xəstəlikdə daimi müalicə və müayinəyə ehtiyacını nəzərə alaraq hesab edir ki, iddia tələbi əlavə xərclər hissəsində qismən təmin edilməli, Cavabdeh tərəflərin birgə nikahından anadan olmuş X9 çəkilən əlavə xərclərə cəlb edilməli və uşağın müalicəsi bitənədək əlavə xərclərə görə hər ay 50 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
46. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
48. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı əlavə xərclərə görə alimentin tutulması tələbi ilə xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə kollegiyası belə hesab edir ki, əlavə xərclərə görə aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Əlavə xərclərə görə alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir.
49. Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
50. Məhkəmə mülki mübahisələr üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq, belə qənaətə gəlir ki, ödənilmiş mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
51. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
52. İşin yuxarıda qeyd olunan hallarını və birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin cavabdeh tərəfindən verildiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)- 4263/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X5 xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə hər ay (uşağın müalicəsi bitənədək) 50 (əlli) manat tutularaq İddiaçı verilməli, qətnamə əlavə xərclərə görə tutulan aliment ilə bağlı hissədə dərhal icra olunmalı, ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməli, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. 53.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5510/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-4263/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X5 xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə hər ay (uşağın müalicəsi bitənədək) 50 (əlli) manat tutularaq İddiaçı verilsin. Qətnamə əlavə xərclərə görə tutulan aliment ilə bağlı hissədə dərhal icra olunsun. Ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.