Məhkəmə qərarları › İş №2(105)-181/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-181/2024

08.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-181/2024 08.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh Mı̇ rzəağa oğluna qarşı mülki iş üzrə (Açar sözlər: su xidmətlərinə görə yaranmış borcun ödənilməsi, sübutların qiymətləndirilməsi) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh Mı̇ rzəağa oğluna qarşı “suların axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, e-2(012)-2626/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Mrzəağa oğluna qarşı “suların axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mrzəağa oğlundan su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 669,50 manat borcun (abonent kodu: **********000) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh (abonent kodu **********000) su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2023-cü il tarixinə 669,50 (altı yüz altmış doqquz manat 50 qəpik) manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan 1 ünvanında, ona məxsus evdə xx.xx.2018-ci il tarixdə quraşdırılmış CSS-20 tipli, 18068708 nömrəli, M458890 plomblu su sayğacının göstəricisinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Abonent kartından görünür ki, xx.xx.2018-ci il tarixli 40166809 nömrəli müqavilə əsasında Cavabdehnnun (abonent kodu **********000) məxsus ünvan 2 ünvanına görə 2019-cu il üzrə 165,5 manat, 2021-ci il üzrə 504 manat, yekun 669,50 (altı yüz altmış doqquz manat 50 qəpik) manat borcu yaranmışdır.

5. xx.xx.2023-cü il tarixli su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsinə dair xəbərdarlıq məktubundan görünür ki, cavabdeh İddiaçı ASC tərəfindən borcun ödənilməsi barədə xəbərdar edilmişdir.

6. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, e-2(012)- 2626/2023 nömrəli qətnaməsindən Cavabdeh Mrzəağa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi icraat qaydasında məhkəmə iclasında baxılması qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

8. Abşeron Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, e-2(012)-2626/2023 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia tələbinin təmin edilməsi, Cavabdeh Mrzəağa oğlundan su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 669,50 manat borc (abonent kodu: **********000) və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468 və 741-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-6, 358, 360 və 362-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

10. Abşeron Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, e-2(012)-2626/2023 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, mülki işin materiallarında olan sənədlər və əlavə təqdim edilən sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hansı səbəblərdən su təchizatı üzrə istifadəyə görə borclu bağlanmış müqavilə üzrə (belə bir müqavilə görməmişəm, iddia olunan sayğac və cavabdeh tərəfindən verilmiş kod mənə məxsus deyildir) üzərinə götürdüyü öhdəliyi icra edə bilməməsi halları məhkəmə tərəfindən araşdırılmamışdır. Hazırda isə belə bir şablon cümlə “cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilsə də” qətnamədə əks olunmuşdur. Ona nə məhkəmə, nədə ki, iddiaçı tərəfindən heç bir bildiriş və xəbərdarlıqlar edilməmişdir. Bu xəbərdarlıq ona yalnız İcra şöbəsi tərəfindən bildirilmişdir. Bildirir ki, onunla cavabdeh arasında su təchizatı və tullantı sularına görə heç bir müqavilə bağlanmamış, yaşadığı ünvana sayğac quraşdırılmamış və iddiaçının güman etdiyi borcun ona heç bir aidiyyəti yoxdur. Ona bəlli olmayan müqavilə öhdəlikləri üzrə məsuliyyət daşımamalıdır. Digər baxımdan, iddiaçı 2018-ci ildə quraşdırılmış sayğac üzrə müqaviləyə istinad edirsə, bu 5 il müddətində ona nə üçün bir dəfə də olsa bildiriş göndərməmiş, məlumat verməmişdir. Məhkəmə MM-nin müqavilə öhdəlikləri bölməsinə istinad etsə də, belə bir müqavilənin olub-olmaması hallarını araşdırmamış, nəticədə düzgün olmayan qətnaməni qəbul etmişdir. Məhkəmə tərəfindən məhkəmə mübahisəsinin olmasına dair proses iştirakçısı kimi tərəf qanunda nəzərdə tutulmuş qaydada məlumatlandırılmalıdır. Bu mübahisə barədə ona heç bir məlumat verilməmiş, yaşadığı və qeydiyyatda olduğu ünvana məhkəmə tərəfindən rəsmi qaydada bildiriş göndərilməmişdir. Bu baxımdan, iddiaçının iddia etdiyi müqavilə üzrə yaranmış borcun ödənilməməsi barədə məlumatı olmamışdır. İcra qurumu vasitəsilə bilgilər əldə etdikdən sonra, qətnaməni rəsmi qaydada məhkəmədən almışdır. Həmin zaman bilmişdir ki, aidiyyəti olmayan ünvan üzrə guya ki, bu vaxta qədər istifadə etdiyi su və tullantı sularına dair onun 669.50 manat borcu yaranmışdır. Abşeron rayon Sukanal İdarəsi tərəfindən hesab faktura əldə etmişdir. Yəni ki, mübahisə barədə zamanında məlumatı olsaydı etiraz və digər sənədləri elektron qaydada məhkəməyə təqdim edərdi. Məhkəmə prosessual normaları pozmuşdur. İddia predmeti üzrə mühüm əhəmiyyəti olan faktiki hallar, yəni ki, iddiaçının istinad etdiyi xx.xx.2018-ci il tarixli “suların axıdılması xidmətlərinə görə” cavabdehlə bağlanmış müqavilə üzrə yaranmış borcun, öhdəliyinin borclu tərəfindən hansı səbəblərdən pozulması və ya icra edilməməsi kimi faktiki hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə tərəfindən doğulduğu, rəsmi qeydiyyatda olduğu və hazırda da yaşadığı ünvana bildirişlər gəlsəydi, yaxud məhkəmə mübahisəsi barədə məlumatı olsaydı süni olaraq yaradılmış və tələb olunan borcun ona aiddiyyəti olmamasını kiçik iddialar üzrə verilmiş iddia tələbinə etiraz verməklə zamanında münasibətini bildirərdi. İddiaçı tərəfindən təqdim edilmiş sənədlər həqiqəti əks etdirmir. Hazırda apellyasiya şikayətinə əlavə etdiyi sənədlər əsasında da müəyyən etmək olar ki, qeyri-ixtiyari ünvanda quraşdırılmış su sayğacının ona aidiyyəti yoxdur, onunla cavabdeh arasında heç bir müqavilə bağlanmadığından, həmin müqavilənin məhkəmə tərəfindən tələb edilməsi əsl həqiqəti əks etdirmiş olar və sübut növü kimi qəbul edilər.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

14. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyib, rədd olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehlə bağlanmış müqavilə baza məlumatlarında aşkar edilmədiyindən təqdim edilməsi mümkün deyildir. Eləcə də cavabdehin borc hesablandığı ünvanda yaşaması, su təshizatından istifadəsi ilə bağlı hər hansı yazılı sübut təqdim edə bilmir. İddianın əsaslılı ilə bağlı sübutlar məhkəməyə təqdim edilmişdir.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

16. "Su təchizatı və tullantı suları haqqında" Qanun: Maddə 61. (İ bənd) “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır”. Maddə 62. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay Dövlət rüsumunun ödənilməsi haqqında məlumat müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının”7.4-cü bəndinə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qaydaların 4.1.3-cü bəndinə əsasən, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək müəyən olunmuşdur.

18. Azərbaycan Respublikası Tarif Şurasının İddiaçı ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m müəyyən edilmişdir.

19. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat və Tarif Şurasının xx.xx.2021-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir.

23. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq təmin etmişdir.

24. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2018-ci il tarixli 40166809 nömrəli müqavilə əsasında Cavabdeh (abonent kodu **********000) məxsus ünvan 2 ünvanına görə 2019-cu il üzrə 165,5 manat, 2021-ci il üzrə 504 manat, yekun 669,50 (altı yüz altmış doqquz manat 50 qəpik) manat borcu yaranmış və xx.xx.2023-cü il tarixli məktubla su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsi barədə xəbərdar edilmişdir.

25. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Mrzəağa oğluna qarşı “suların axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mrzəağa oğlundan su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 669,50 manat borcun (abonent kodu: **********000) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

26. Birinci istansiya məhkəməsi tərəfindən iddia əsaslı hesab edilərək təmin edilmişdir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır.

28. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Məhkəmə kollegiyası hesab edir ki, araşdırılan mübahisəyə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.

31. İşin müəyyən edimiş hallarından göründüyü kimi iddiaçı iddia tələbinin əsası olaraq cavabdehə məxsus abonent koduna əsasən (**********000), ünvan 1 ünvanında, ona məxsus evdə xx.xx.2018-ci il tarixdə quraşdırılmış CSS-20 tipli, 18068708 nömrəli, M458890 plomblu su sayğacının göstəricisinə uyğun olaraq borcun normativ qaydada hesablama yolu ilə müəyyən edilməsini göstərmişdir.

32. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, onunla cavabdeh arasında su təchizatı və tullantı sularına görə heç bir müqavilə bağlanmamış, yaşadığı ünvana sayğac quraşdırılmamış və iddiaçının güman etdiyi borcun ona heç bir aidiyyəti yoxdur. Ona bəlli olmayan müqavilə öhdəlikləri üzrə məsuliyyət daşımamalıdır. Qeyd olunan ünvan ona məxsus deyildir, onun həmin ünvana aiddiyyəti yoxdur.

33. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərini əsaslı hesab edir.

34. Məhkəmə kollegiyası hesab edir ki, su təchizatından istifadəyə görə bağlanmış müqavilə üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməməsinin səbəbləri, cavabdehin borcun hesablandığı ünvan üzrə yaşaması halları məhkəmə tərəfindən araşdırılmamışdır.

35. Kollegiya qeyd edir ki, mübahisələndirilən hallar üzrə aparılmış araşdırma zamanı iddiaçının nümayəndəsinə tərəflər arasında bağlanılmış müqavilənin, habelə borclunun (cavabdehin) göstərilən ünvanda yaşaması və sudan istifadəsi ilə bağlı halları təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif olunsa da iddiaçı tərəf məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.

36. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Məhkəmə kollegiyası bu şərh olunanlara əsasən hesab edir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. İddiaçının təqdim etdiyi sübutlar isə natamam olmaqla iddianın təmin edilməsi üçün əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi natamam sübutlar əsasında iddianı təmin etməkdə haqlı olmamışdır.

39. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, e-2(012)-2626/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Mı̇ rzəağa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, e-2(012)-2626/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh Mı̇ rzəağa oğluna qarşı "suların axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi" tələbinə dair iddia rədd edilsin. Qətnamədən kasaasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar