Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1821/2024 17.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh2, cavabdehlərin vəkili və Cavabdeh2 nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı vurulmuş maddi ziyan məbləğinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)-673/2024 nömrəli qətnaməsindən Cavabdeh1 vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4052.97 manat maddi ziyan, ödənilmiş 61 manat dövlət rüsumu olmaqla, cəmi 4113.97 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)-673/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3552 (üç min beş yüz əlli iki) manat 30 (otuz) qəpik maddi ziyanın və ödənilmiş 61 (altmış bir) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməsi qət edilmişdir. (X5) Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-1821/2024 nömrəli qərardadı ilə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti Cavabdeh1 münasibətdə qeyri-mümkün hesab edilmiş, məhkəmənin eyni tarixli digər qərardadı ilə Cavabdeh2 münasibətdə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin geri qaytarılması məsələsinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili ilə eyni fikirdə olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin vəkili və Cavabdeh2 nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin qeyri-mümkün hesab olunması ilə bağlı qərardaddan kassasiya şikayəti vermədiyini və apellyasiya şikayətinin geri qaytarılması məsələsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili ilə eyni fikirdə olduğunu bildirmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin Cavabdeh1 münasibətdə MPM-nin 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması ilə əlaqədar mülki iş materialları Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Belə olan halda Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)- 673/2024 nömrəli qətnaməsindən cavabdehlərin vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin Cavabdeh2 münasibətdə mümkün hesab edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-1821/2024 nömrəli qərardadı ləğv edilməli və mülki iş apellyasiya baxışından çıxarılaraq Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Şərh edilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263, 264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)-673/2024 nömrəli qətnaməsindən cavabdehlərin vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin Cavabdeh2 münasibətdə apellyasiya qaydasında baxılmasının mümkün hesab edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-1821/2024 nömrəli qərardadı ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)-673/2024 nömrəli qətnaməsindən cavabdehlərin vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti Cavabdeh1 münasibətdə Mülki-Prosesual Məcəllənin 361-ci maddəsinin tələbləri üzrə yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1821/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1821/2024
17.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver