Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1826/2024 18.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mənzil Tikinti Koperativinin Cavabdeh rəhbəri Nümayəndə2 qarşı kommunal və digər xidmətlərə görə yaranmış borcun ödənilməsi tələbinə dair iş üzrə (Açar sözlər: məhkəmə aidiyyəti, kommersiya mübahisəsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı Mənzil Tikinti Koperativinin nümayəndəsi (icraçı direktor) Nümayəndə1, Cavabdeh nümayəndəsi (qanuni təmsilçi) Nümayəndə2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2855/2024 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi (qanuni təmsilçi) Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı MTK tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehin Xırdalan şəhəri H.Əliytev prospekti 265 ünvanında İddiaçı MTKdan aldığı 3 ədəd bir otaqlı mənzilləri qeyri-yaşayış sahəsinə çevrməklə stomotoloji obyekt kimi istifadə etməsinə baxmayaraq MTK tərəfindən göstərilən xidmət haqqını ödəməsinə dair. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 136-2-1 136-3 136-4 və s bir neçə maddələrini pozaraq payçı kimi binanın ümumi mülkiyyətinin saxlanılması təmiri və göstərilən xidmətlərə görə ödəniş etməməsi nəticəsində 01 iyul 2021-ci ildən 01 aprel 2024 ci ilə 33 ay olmaqla 2145 (iki mn yüz qırx beş) manat MTK isarəedicisinə borcu yaranmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393-1-4 maddəsinə görə ödənişdən imtina etdiyi üçün 125 % cərimə tətbiq olunmaqla əlavə olaraq 2682 (iki min altı yüz səksən iki) manat ödəməlidir. Yəni 214 m.kv qeyri yaşayış sahəsindən istifadə etməklə, 214 x 0.30azn X 33 ay =2145 azn + 2682 azn cərimə olmaqla ümumilikdə 4827 (dörd min səkkiz yüz iyirmi yeddi manat) MTK-nın idarəedicisinin hesabına ödəniş etməlidir. Bu ödənişə görə ona təqdim olunmuş müqaviləyə imza atmaqdan ödənişdən boyun qaçırtdığı üçün ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə cərimə tətbiq olunmuşdur.
2. İddiaçı MTK tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 52 №-li arayışdan görünür ki, Xırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanında İddiaçı MTK binasında stomatoloji xidmət göstərən Cavabdeh MMC-nin MTK tərəfindən kommunal xidmətlərə görə yaranmış borc və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 399-1-4 maddəsinə görə hesabatı- qeyri yaşayış sahəsi 237.kv.m, hər kv.m aylıq qiyməti 0,30 manat, gecikdirilmiş ayların sayı 38 olmaqla, 237 x 0,30 x 38 ay =2702 manat, inzibati xəta üzrə cərimə 100 % =2702 manat olmaqla, cəmi borcu 5404 manat təşkil edir.
3. İddiaçı MTK tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh MMC-nin rəhbəri Nümayəndə2 xidmət haqqlarını ödəmədiyinə görə -İddiaçı MTK tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393-1.4-cü maddəsinə görə cəmi 2702 cərimə olunmuşdur.
4. İddiaçı MTK ilə Nümayəndə2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, payçı Babayev X2 şəhəri, 28-ci məhəllə ünvanda yerləşmiş İddiaçı MMC-nin tərəfindən tikilməkdə olan binasında mənzil sahəsini almışdır. Qeyriyaşayış sahəsinin ümumi sahəsi 196.53 kv. metrdir. İİ mərtəbədə yerləşən hissəsinin sahəsi 172.03 kv.m-dir. İ mərtəbədə yerləşən hissəsinin sahəsi 24.03 kv.m-dir. Qeyd: İİ mərtəbədə yerləşən 172.03 kv.m mənzil sahəsi ümumi mənzil sahəsindən azalaraq Q/Ynə çevrilmişdir. (144,145 və 146)
5. İddiaçı MTK ilə Nümayəndə2 arasında bağlanmış xx.xx.2014-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, payçı Babayev X2 şəhəri, 28-ci məhəllə ünvanda yerləşmiş İddiaçı MMC-nin tərəfindən tikilməkdə olan binasında mənzil sahəsini almışdır. Göstərilən mənzil qeyri-yaşayış sahəsinə çevrilmişdir.
6. İddiaçı MTK tərəfindən verilmiş kommunal xərclərin ödənilməsinə dair yaşayış və qeyri-yaşayış mülkiyyətlilərinə bildirişdən görünür ki, Cavabdeh MMC-nin rəhbəri Nümayəndə2 Xırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə görə 2024-cü il may ayı üçün 2304 manat, iyun ayı üçün 2368 manat, iyul ayı üçün 2432 manat ödənilməmiş borcu vardır.
7. İddiaçı MTK ilə Cavabdeh MMC-nin rəhbəri Nümayəndə2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, sahə mülkiyyətçisi "xxxx" MMC-nin rəhbəri Nümayəndə2 idarəedici İddiaçı MTK-ya məxsus Xırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması, cari təmiri və aşağıda müəyyən olunmuş xidmətlərin göstərilməsini öhdəsinə götürmüşdür. Sahə mülkiyyətçilərinin istifadə etdiyi sahə 237 m2 hər m2-i aylıq 0.30 manat olmaqla aylıq 72 manat nəzərdə tutulmaqla hesablanır.
8. “Viləşçay-İnşaat» MTK ilə Cavabdeh MMC-nin rəhbəri Nümayəndə2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, sahə mülkiyyətçisi Cavabdeh MMC-nin rəhbəri Nümayəndə2 idarəedici İddiaçı MTK-ya məxsus Xırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması, cari təmiri və aşağıda müəyyən olunmuş xidmətlərin göstərilməsini öhdəsinə götürmüşdür. Sahə mülkiyyətçilərinin istifadə etdiyi sahə 237 m2 hər m2-i aylıq 0.30 manat olmaqla aylıq 72 manat nəzərdə tutulmaqla hesablanır.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı MTK-nin Cavabdeh MMC-nin rəhbəri Nümayəndə2 qarşı kommunal və digər xidmətlərə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddi ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin rəhbəri Nümayəndə2 01 iyun 2021 ci ildən hal-hazıradək göstərilən kommunal və digər xidmətlərə görə yaranmış 4827 manat borcun İddiaçı MTK-nın idarəedicisin bank hesabına köçürülməsi və müqavilənin imzalanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı MTK-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Cavabdeh MMC-nin rəhbəri Nümayəndə2 01 iyun 2021 ci ildən hal-hazıradək göstərilən kommunal və digər xidmətlərə görə yaranmış 5404 manat borcun İddiaçı MTK-nın idarəedicisin bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında İddiaçı MTK-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh Nümayəndə2 2014-cu ildə İddiaçı MTK-nın Xırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanında inşa etdikləri 3 girişli 12 mərtəbəli yaşayış binasının İİ mərtəbəsində 3 ədəd bir-biri ilə yanaşı bir otaqlı mənzil almışdır. Həmin mənzilləri birləşdirərək qeyri-yaşayış sahəsinə çevirərək stomatoloji xidmət göstərməklə Cavabdeh MMC kimi fəaliyyətə başlamışdır. Ümumi sahəsi 237 kv m olan həmin qeyri-yaşayış sahəsindən istifadə etməsinə və binanın ümumi mülkiyyətində payçı olmasına baxmayaraq, cavabdehə göstərdikləri kommunal xidmət haqqını, binanın ümumi mülkiyyətinin saxlanılması, cari təmir xərclərini payçı olaraq ödəməkdən boyun qaçıraraq iki tərəfli tərtib etdikləri müqaviləni imzalamır. 2021-ci ilin 01 iyun tarixindən halhazırki vaxta qədər ona göstərdikləri xidmət haqqını ödəməyən Nümayəndə2 5404 manat (qeyri-yaşayış sahəsi 237.kv.m, hər kv.m aylıq qiyməti 0,30 manat, gecikdirilmiş ayların sayı 38 olmaqla, 237 x 0,30 x 38 ay =2702 manat, inzibati xəta üzrə cərimə 100 % =2702 manat olmaqla, cəmi borcu 5404 manat) borcu yaranmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 136.1-2; 136-2-1; 136-3; 136-4; 137-1-ci maddələrinin tələblərini pozaraq binanın ümumi mülkiyyətinin qorunub saxlanılmasında bina idarəediciləri üçün ciddi problemlər yaratmışdır. Ona görə Nümayəndə2 xidmət haqqlarını ödəmədiyinə görə tərəflərindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393-1.4-cü maddəsinə görə ödəniləcək məbləğin 125 % -i miqdarında cərimə olunmuşdur. Ona görə də o, göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur.
11. xx.xx.2024-cü il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh "xxxx" MMC-nin rəhbəri Nümayəndə2 izahatında göstərmişdir ki, ümumiyyətlə o, hazırki işin geri qaytarılmasını istəyir. Belə ki, hazırda bu məsələ ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsində iş gedir. Vergi orqanı gəlir və xərcləri göstərmək üçün çeki deyil, elektron qaiməni qəbul etdiyinə görə o, İddiaçı MTK-dan elektron qaimə verilməsini xahiş etsə də, iddiaçı tərəfindən ona elektron qaimə verilməmişdir. Bundan əlavə o, lift və blokdan istifadə etmədiyi üçün həmin xidmətlərə görə ödəniş etməmişdir. O, işıq və suya görə iddiaçı MTK ilə müqavilə bağlamışdır. Onu da qeyd edir ki, əvvəlcə iddiaçı tərəfindən ona aid VÖEN verilmişdir, o, isə bunu mühasibinə bildirdikdə, həmin VÖEN-in fiziki şəxsə aid olduğu məlum olmuşdur.
12. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2855/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, cavabdeh "xxxx" MMC-nin rəhbəri Nümayəndə2 01 iyun 2021 ci ildən hal-hazıradək göstərilən kommunal və digər xidmətlərə görə yaranmış 5404 (beş min dörd yüz dörd) manat borcun və 65 (altmış beş) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı MTK-nın bank hesabına köçürülməsi qət edilmişdir (hakim Habil Əhmədov).
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Nümayəndə2 2014-cu ildə İddiaçı MTK-nın Xırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanında inşa etdikləri 3 girişli 12 mərtəbəli yaşayış binasının İİ mərtəbəsində 3 ədəd bir-biri ilə yanaşı bir otaqlı mənzil almış, həmin mənzilləri birləşdirərək qeyri-yaşayış sahəsinə çevirmiş, orada stomotoloji xidmət göstərməklə Cavabdeh MMC kimi fəaliyyətə başlamışdır. Ümumi sahəsi 237 kv m olan həmin qeyriyaşayış sahəsindən istifadə etməsinə və binanın ümumi mülkiyyətində payçı olmasına baxmayaraq,cavabdeh göstərilən kommunal xidmət haqqını, binanın ümumi mülkiyyətinin saxlanılması, cari təmir xərclərini payçı olaraq ödəməkdən boyun qaçıraraq iki tərəfli tərtib etdikləri müqavilə öhdəliklərini yerinə yetirməmiş və nəticədə Nümayəndə2 5404 manat (qeyri yaşayış sahəsi 237.kv.m, hər kv.m aylıq qiyməti 0,30 manat, gecikdirilmiş ayların sayı 38 olmaqla, 237 x 0,30 x 38 ay =2702 manat, inzibati xəta üzrə cərimə 100 % =2702 manat olmaqla, cəmi borcu 5404 manat) borcu yaranmışdır. Həmin borc maliyyə arayışında da öz təsdiqini tapmışdır.Tərəflər arasında kommunal xidmətlərlə bağlı müqavilə bağlansa da qanunvericilikdə nəzərdə tutulmuş müqavilə öhdəlikləri cavabdeh tərəfindən yerinə yetirilmədiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-nin rəhbəri Nümayəndə2 göstərilən kommunal və digər xidmətlərə görə yaranmış 2702 (iki min yeddi yüz iki) manat borc məbləği cavabdehdən alınaraq İddiaçı MTK-nın idarəedicisinin bank hesabına köçürülməlidir. Eyni zamanda iddia tələbindən və işin araşdırılan hallarından görünür ki, İddiaçı MTK tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" MMC-nin rəhbəri Nümayəndə2 xidmət haqqlarını ödəmədiyinə görə -İddiaçı MTK tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393-1.4-cü maddəsinə görə cəmi 2702 cərimə olunmuşdur. Həmin cərimə cavabdeh tərəfindən ödənilməmişdir. Ona görə də, iddiaçı həmin məbləğin cavabdehdən tutularaq ödənilməsi tələbində haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, inzibati cəriməyə görə 2702 manat ödənilməmiş məbləğ cavabdeh Nümayəndə2 alınaraq iddiaçıya ödənilməlidir
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 107, 119.1-ci maddələrinə istinad etməklə ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh nümayəndəsi (qanuni təmsilçi) Nümayəndə2 qətnamədən apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2(012)- 2855/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MTK Cavabdeh MMCnin rəhbəri Nümayəndə2 qarşı kommunal və digər xidmətlərə görə borcun ödənilməsi tələbinə dair iddia ilə müraciət edərək 4827 manat borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbini təmin etmişdir. Hazırki iş üzrə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmadan məhkəmə yalnız iddiaçının mövqeyini nəzərə alaraq iddia tələbini təmin etmişdir. İddia tam və düzgün araşdırılmadığından məhkəmə səhv hüquqi nəticəyə gəlmişdir.
17. İddia bir neçə səbəbə görə qanunsuz və əsassızdır. Ümumiyyətlə, hazırki iddiaya aidiyyət qaydalarının pozulması ilə baxılmışdır və hər iki şəxs hüquqi şəxs olmaqla mübahisə sahibkarlıq fəaliyyətilə bağlı olduğundan (hər ikisinin VÖEN-i var) işə kommersiya məhkəməsində baxılmalı idi. Digər hüquqi əsaslara gəldikdə isə, əvvəla, İddiaçı MTK-nın ümumiyyətlə cavabdehdən hər hansı ödəniş tələb etmək üçün subyektiv hüququ yoxdur. AR Mülki Məcəlləsinin 112-ci maddəsinə əsasən kooperativin idarəetmə orqanlarının səlahiyyətləri və onların qərarlar qəbul etməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. İddiaçı isə bununla bağlı hər hansı sənəd təqdim etməmiş və bu mənada səlahiyyətli deyildir. AR Mənzil Məcəlləsinin 141-ci maddəsinə əsasən isə çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini, 1)binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə, 2)mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə və ya 3) idarəedici təşkilat tərəfindən idarə edilmə seçməyə borcludur. İddiaçı MTK isə sahə mülkiyyətçiləri tərəfindən seçilmiş üç idarəetmə formasından heç birinə aid deyildir. Bundan başqa, iddiaçının iddia ərizəsində cavabdehin mülkiyyətində olan əmlakların sahəsi ilə bağlı verdiyi məlumatlar da həqiqəti əks etdirmir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Çıxarışlardan da görünür ki, cavabdehin mülkiyyətində olan əmlaklar müvafiq olaraq 172 və 26.8 kv.m təşkil edir. İddiaçı MTK müqavilə təklif edərkən də hüquqi şəxslər arasında hesablaşma aparılma qaydalarının ziddinə gedərək qanunvericiliyə uyğun hesab nömrəsi vermək əvəzinə öz qızına məxsus bank kartının şəklini göndərərək pul vəsaitini həmin bank kartına köçürməyi tələb etmişdir. İddiaçı tərəfindən hazırki işlərlə bağlı yol verdiyi özbaşınalığa görə Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən Nümayəndə2 iddiası da qismən təmin edilərək İddiaçı MTK-dan pulun tutulması qət edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamə ilə iddiaçının cavabdehə məxsus obyektə gedən kommunal xidmətləri dayandırmaq səlahiyyətinin olmaması öz əksini tapmış və iddiaçının bu hərəkətlərinə görə ondan Nümayəndə2 xeyrinə müəyyən miqdarda pul tutulmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməldir.
18. İddiaçı MTK isə qanunvericiliklə nəzərdə tutulmuş formalardan heç birinə aid deyildir, inzibati qaydada protokol tərtib etmək səlahiyyəti və hər hansı formada ödəniş tələb etmək üçün subyektiv hüquqa sahib deyildir. Kooperativin idarəetmə orqanlarının səlahiyyətləri və onların qərarlar qəbul etməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. İddiaçı MTK-nın kooperativin idarəetmə orqanı olaraq qanuni şəkildə səlahiyyətləri müəyyənləşdirilmədiyindən onun tərəfindən hər hansı qərar qəbul edilməsi və AR İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib etmək və cərimə etmək səlahiyyəti yoxdur.
19. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə isə cavabdeh tərəfindən təqdim edilmiş sənədləri araşdırmadan qərəzli və qanunsuz qətnamə qəbul etmişdir. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Hər iki tərəf hüquqi şəxs olmaqla mübahisə tərəflərin kommersiya fəaliyyəti ilə bağlıdır.
20. İddiaçının iddiasının təmin olunması zamanı məhkəmə iddiaçının mənafeyin uyğun şəkildə qətnamə qəbul edərkən iddiaçının belə bir iddianı qaldırmaq və cavabdehin barəsində inzibati protokol tərtib edib qərar qəbul etmək üçün səlahiyyətinin olubolmamasını araşdırmamışdır. Həmin məqamı tam araşdırmayan məhkəmə mövcud olan sübutlara münasibətdə yalnış hüquqi nəticəyə gəldiyindən məhkəmənin sözügedən qətnaməsi ləğv olunmalı və iş üzrə iddiatələbinin rəddedilməsi barədəyeni qətnaməqəbul edilməlidir.
21. İddiaçı şəxsin hərhansı öhdəliyinin olmasınavə iddiaçı olaraq hazırki iddianı qaldrımaq üçün səlahiyyətinin olmasına dair hər hansı sübut təqdim edə bilməmişdir.
22. Məhkəmənin əsas sübut kimi istinad etdiyi protokolu və tərəflər arasındaki müqaviləyə dair hüquqi mövqeyini qeyri-obyektiv və əsassızdır. Çünki iddiaçının belə bir hüququ yoxdur və işə kommersiya mübahisəsi kimi digər məhkəmədə baxılmalı idi. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Hər iki tərəf hüquqi şəxs olmaqla mübahisə tərəflərin kommersiya fəaliyyəti ilə bağlıdır.
23. İddiaçının iddiasının təmin olunması zamanı məhkəmə iddiaçının mənafeyinə uyğun şəkildə qətnamə qəbul edərkən iddiaçının belə bir iddianı qaldırmaq və cavabdehin barəsində inzibati protokol tərtib edib qərar qəbul etmək üçün səlahiyyətin olubolmamasını araşdırmamışdır. Həmin məqamı tam araşdırmayan məhkəmə mövcud olan sübutlara münasibətdə yalnış hüquqi nəticəyə gəldiyindən məhkəmənin sözügedən qətnaməsi ləğv olunmalı və iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
24. İddiaçı şəxsin hər hansı öhdəliyinin olmasına və iddiaçı olaraq hazırki iddianı qaldrımaq üçün səlahiyyətinin olmasına dair hər hansı sübut təqdim edə bilməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
26. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi (qanuni təmsilçi) Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
27. Məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi (icraçı direktor) Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
28. Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 2.2. Mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir.
30. Maddə 26. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
31. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
32. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır.
33. Maddə 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir.
34. Maddə 384.0.4. Apellyasiya instansiya məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər.
İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı
35. Bənd 12. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
36. Bənd 13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
39. Hazırkı halda kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2855/2024 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.
41. İşdən göründüyü kimi, hazırkı mübahisə sahibkarlıq fəaliyyətini həyata keçirən İddiaçı Mənzil Tikinti Koperativi ilə Cavabdeh arasında yaranmışdır. Onların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları, habelə hazırkı mübahisənin də məhz mülki mübahisə yox, sahibkarlıq fəaliyyətindən yaranan kommersiya mübahisəsi olması işin faktiki halları ilə sübut olunmuşdur.
42. Daha öncə qeyd edildiyi kimi, iddiaçı iddia ərizəsində göstərdiyi əsaslarla ümumi məhkəməyə müraciət etmişdir. Halbuki yuxarıda qeyd edilənlərə əsasən hazırki mübahisənin həlli üçün o, ərazi yurisdiksiyası üzrə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etməli idi.
43. Məhkəmə kollegiyası tələblə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə ümumi məhkəmədə mahiyyəti üzrə baxılaraq iddia tələbi rədd edilərkən məhkəmə mübahisənin kommersiya mübahisəsi olmasını nəzərə almamışdır.
44. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinə mahiyyəti üzrə baxmazdan əvvəl birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam və ətraflı yoxlamalı, mümkünlük barədə əsasların olmasını müəyyən etdikdən sonra işə mahiyyəti üzrə baxmalı idi.
45. Buna baxmayaraq, Abşeron Rayon Məhkəməsi iddia ərizəsini icraatına qəbul etmiş və işə mahiyyəti üzrə baxmışdır.
46. Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz.
47. Birinci instansiya məhkəməsi sadalanan hallara əhəmiyyət verməyərək, məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı iddia olmaması əsası ilə iddia ərizəsinin geri qaytarmaq əvəzinə iddia ərizəsini icraata qəbul edərək işə mahiyyəti üzrə baxmış, bununla da maddi və prosessual normalarını pozmuşdur ki, bu da qətnamənin ləğvi üçün əsasdır.
48. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini eləcə də, işdə olan sübutları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2855/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 384.0.4, 398-401 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2855/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Mənzil Tikinti Koperativinin Cavabdeh rəhbəri Nümayəndə2 qarşı kommunal və digər xidmətlərə görə yaranmış borcun ödənilməsi tələbinə dair iş mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Aəzrbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.