Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1829/2022 20.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2359/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2359/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ASC tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, Xəzri yaşayış massivində yerləşən fərdi yaşayış evinə hesablanmış 133 (yüz otuz üç) manat 42 (qırx iki) qəpik məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edlmişdir (hakim Emin Abdullayev). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2359/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbini təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə əsassız olaraq hesablanmış 362,81 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, qətnamədən narazıdır. Bildirir ki, xx.xx.2010-cu ildən xx.xx.2021-ci ilə qədər Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanında yerləşən 134 saylı evin, 319-cu mənzilində yaşamış, yaşadığı evi xx.xx.2021-ci ildə X2 və Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivində yerləşən fərdi yaşayış evinə köçmüş, xx.xx.2021-ci ildən orada yaşayır. 2019-cu ildən mart ayında evə xidmət göstərən su sayğacının oğurlanması barədə Polis orqanlarına müraciət etmiş, uzun müddət evdə su sayğacı olmamış və yalnız xx.xx.2021-ci ildə su sayğacı quraşdırılmışdır. Fərdi evdə tək yaşayır və sözügedən evə xx.xx.2021-ci ildə köçmüşdür. İddia edilən miqdarda sudan istifadə etməmişdir. 2021-ci ilin noyabr ayından, sayğac quraşdırıldıqdan sonra hal-hazırki tarixə qədər 3,5 m3 içməli sudan istifadə etmişdir. Cavabdeh ASC sudan istifadə etmədiyi halda guya 362,81 manat sudan istifadə etdiyini iddia edir. Məhkəmə araşdırma aparmamış və qətnamədə göstərir ki, iddiaçı bundan əvvəl hər hansı ünvanda yaşadığını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmır. Beləki, 7 saylı MKS-nin xx.xx.2022-ci il tarixli, 955 saylı arayışına görə o, xx.xx.2021-ci ilə qədər digər bir ünvanda yaşamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2359/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbini təmin edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə cavadbeh “Azərsu ASC-ynin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbacyan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində və izahatında birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilməyən hissəsini mübahisələndirir. Bu səbəbdən də məhkəmə kollegiyası qətnaməni mübahisələndirilən hissədə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1959-cu ildə, ünvan 2 ünvanında qeydiyyatdadır. 21 saylı Mənzil-Kommunal Sahəsinin 869 saylı arayışında iddiaçının Sumqayıt şəhəri, Xəzri yaşayış massivində həyət evində 2021-ci ilin mart ayından yaşadığı göstərilmişdir. İşdə olan abonent kartında iddiaçının su və kanalizasiya xidmətlərinə görə yaranmış borcları öz əksini tapmışdır. Abonent kartından görünür ki, iddiaçının su və kanalizasiya xidmətlərinə görə 362,81 manat borcu vardır. Abonent kartında tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması xidmətinin həyata keçirilməsi üçün xx.xx.2013-cü il tarixli, 30975204 saylı müqavilə bağlandığı qeyd edilmişdir. Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis bölməsinin xx.xx.2021-ci il tarixli arayışında Sumqayıt şəhəri, Xəzri yaşayış massivində yerləşən həyət evində quraşdırılmış su sayğacının tapılması ilə bağlı tədbirlər görüldüyü, lakin bunun nəticə vermədiyi qeyd edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş etirazda iddiaçının 2013-2022-ci illər üzrə sudan istifadəyə görə borcları öz əksini tapmışdır. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə iddiaçı Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 134, mənzil 319-u X1. Birinci instansiya məhkəməsi iddiaçı ilə cavabdeh arasında sudan istifadə ilə bağlı müqavilənin 2013-cü ildə bağlanmasını, iddiaçıya məxsus evə su sayğacı quraşdırılması, cavabdeh tərəfindən iddiaçıya borcun hesablanmasının 2 nəfərlik ailə tərkibinə uyğun olaraq normativ qaydada aparılmasını, iddiaçının qeyd edilən dövrdə həmin evdə yaşamadığını və 2021-ci ildən həmin evdə yaşadığını bildirməsini, Mənzil Kommunal Sahəsinin arayışında iddiaçının 2021-ci ildən həmin evdə yaşadığı göstərilsə də, bu həmin dövrdən əvvəl iddiaçının qeyd edilən evdə yaşamadığını təsdiq edə bilməməsini, iddiaçının bundan əvvəl hər hansı ünvanda yaşadığını təsdiq edən sübutu məhkəməyə təqdim etməməsini, iddiaçının son beş il üçün olan borcunun ümumi borcdan çıxdıqda, yerdə qalan 133,42 manat borcun müddətin keçməsinə görə əsassız hesab edilərək silinməsi qənaətinəg gəlmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarına, Mülki Məcəllənin 550, 551-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na əsasən su təchizatı və kanalizasiya müəssisəsi (bundan sonra - STKM) – mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında su təchizatını və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir (1.2.1). Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək İstehlakçıların vəzifələrindən biridir (4.1.3.). Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir (7.1.). Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarı ilə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə 0,06 manat müəyyən edilmişdir. Tarif (qiymət) Şurasının 13 may 2016-cı il tarixli 6 nömrəli Qərarı ilə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 1 kub metr suyun qiyməti 0,35 qəpik, həmin miqdarda tullantı sularının axıdılmasına görə 0,15 qəpik müəyyən edilmişdir. “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər . Həmin Məcələnin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir Həmin Məcəllənin 551.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə qiymət verərək hesab edir ki, məhkəmə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki iş materiallarından görünür ki, silinməsi tələb edilən borc məbləği 2013-cü ildən son dövrlər üçün fərdi yaşayış evinə 362,81 manat məbləğində borc hesablanmış, həmin borcun 133 (yüz otuz üç) manat 42 (qırx iki) qəpik hissəsi 5 il müddətindən əvvəlki dövrləri əhatə etmiş, qalan borc məbləği isə son 5 il müddətində hesablanmışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi qeyd edilən borc məbləğinin 133,42 manat hissəsini silməkdə haqlı olmuşdur. Bundan başqa iddiaçı əvvəl yaşadığı evi xx.xx.2021-ci satması və həmin tarixdən hazırki fərdi yaşayış evində yaşamasını bildirsə də, bunu təsdiq edəcək sübut təqdim etməmişdir. Həmçinin işə əlavə edilmiş arayışa əsasən iddiaçının 2021-ci ildən həmin evdə yaşamasını təsdiq edici sübut kimi qəbul edilə bilməz. Belə ki, iddiaçı qeyd edilən fərdi yaşayış evini hansı tarixdə almasını da qeyd etməmiş, yalnız öz evini satdiqdan sonra qeyd edlən evdə yaşadığını bildirmişdir. Bununla da iddiaçının qeyd edilən fərdi yaşayış evində xx.xx.2021-ci ildən yaşaması ağlabatan hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək şikayətin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsini qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsası sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. İddiaçının apellyasiya şikayəti isə əsassız olduğu üçün təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələr kimi qəbul edilməlidir və şikayətin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2359/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1829/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1829/2022
20.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver