Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1846/2025 22.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: hesablanmış borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X8 və X5 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4673/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 tərəfindən xx.xx.2024-cü il tarixli tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 04023316 saylı akt əsasında yazılmış 2073.60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanına (kod;**********02110) X4 tərəfindən xx.xx.2024-cü il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Həmin akta əsasən 2073.60 manat borc hesablanmışdır. Qaz sayğacı onun babası X2 adınadır. Babası dünyasını dəyişəndən sonra bu evdə o ailəsiylə yaşayır. Cavabdeh tərəfindən ona hesablanmış borc ilə razı deyil və həmin borcun silinməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. Sayğac evinin daxilində deyil, küçədə yerləşir. Qaz işlətdiyi müddət ərzində vaxt-vaxtında qaz pulunu ödəmişdir. Akt tərtib olunan zaman onun iştirakı olmayıb, bu cərimə aktından məlumatsız olmuş və akta imza etməmişdir. Hesab edir ki, ona uydurma və fantastik bir cərimə yazılıb. Bu qanunsuz və əsassızdır. Aktda bildirilir ki, guya o kənar qaz xətti istifadə etmişdir, bu tamamilə yalandır. Evinin qaz sayğacı smart tipli sayğacdır. Bu qədər qaz sərf etməyi ağlasığmazdır. Karta pul yükləyib daima qazdan normal istifadə etmişdir. Sayğacdan kənar xəttən istifadə etməmişdir. Heç bir zaman da qaza borcu olmamışdır. O qanunsuz qaz işlətməmişdir. Bir neçə dəfə Sumqayıt Qaz İdarəsinə gedib narazılığını bildirsə də ona heç bir köməklik göstərilməmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında yazılmış 2073.60 manat borc əsassızdır. Ona görə də isthelakçı kimi hüququnun müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qanunvericiliyin tələbləri baxımından fiziki şəxslərin mənzillərinə quraşdırılmış qaz sayğaclarının o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Sayğaca məhz onun tərəfindən müdaxilə olunması X4 tərəfindən sübuta yetirilməmişdir.
3. Cavabdeh İB-nin nümayəndəsi iddiaya qarşı yazılı etiraz verərək, etirazı onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri Corat qəsəbəsi ünvanında yaşayan İddiaçı (saldo Mürsəlov Mürsəlin adınadı) məxsus sayğaca əməkdaşları tərəfindən baxış keçirilmiş və yerində Təbii qazdan istifadə qaydalarının pozulması haqqında “0423316” akt tərtib edilmiş və aktda “Sayğacdan kənar qeyri-qanuni qaz xətti “aşkar olunduğu” qeyd olunmuşdur. Abonent daşıyıcı xəttə rezin boru vasitəsilə sayğacdan kənar xətt çəkərək qazdan qeyri-qanuni istifadə etmişdir. Abonentin sayğacdan kənar qaz xətti istifadə etməsi aktlaşdırılmışdır. Dövlət əmlakını taladığına görə iddiaçıya bildirilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırkı vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. İtirilmiş qaza görə abonentə 2073.60 manat dəyər hesablanmışdır. xx.xx.2024-cü il tarixli (Akt- 0423316)-17280m3 (2073.60 manat itirilmiş qazın bərpası)
4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4673/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia təmin edilmiş, ünvan 3 ünvanına aid **********02110 saylı abonent koduna Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 16 aprel 2024-cü il tarixli ******* saylı akta əsasən qaz sərfiyyatına görə əsassız hesablanmış 2073.60 (iki min yetmiş üç manat altmış qəpik) manat borcun silinməsi, Cavabdehndən 40.74 (qırx manat yetmiş dörd qəpik) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına, habelə iddiaçının qaz sayğacına hər hansı bir formada müdaxilə etməsinə dair hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir.
6. Birinci instansiya məhkəməsi «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə istinad edərək iddianı təmin etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4673/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassızdır. Etiraz ərizəsində həm aktlar, həm də məbləğlə bağlı kifayət qədər dolğun və ətraflı izahat verilimişdir. İddiaçı barəsində tərtib olunan aktdan göründüyü kimi abonent istifadə etdiyi qazın pulunu belə ödəmədən qazdan qeyri-qanuni istifadə etmişdir. İddiaçı məhkəməyə hec bir sübut və sənəd təqdim etməsə də iddia təmin olunmuşdur. Lakin tərəflərindən kifayət qədər sənəd təqdim olunsa da məhkəmə sübutlara hec bir hüquqi qiymət vermədən səthi və formal xarakterli qətnamə qəbul etmişdir. Aktlarla və foto faktlarla təsdiq edilmiş, iddiaçı tərəfindən sayğacdankənar qeyri-qanuni qaz xətti cəkərək qazdan qanunsuz istifadə faktı işin mübahisəsiz halıdır və bu səbəbdən də CavabdehİB-yi tərəfindən tərtib olunan 2024-cü il tarixli akt əsasında 2073.40 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Buna baxmayaraq məhkəmə iddia ərizəsində yazılan məbləğin silinməsini qət etmişdir. İddia tələbində qeyd edilən borc məbləği sayğacdan kənar, qeyri-qanuni qaz xətti istifadə etməsi nəticəsində abonent tərəfindən məsrəf edilmiş qaza görə hesablanmış və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. Birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləği sayğacdan kənar, qeyri-qanuni qaz xətti istifadə etməsi nəticəsində 16 aprel 2024-cü il tarixli akta əsasən yaranmış borc olmuşdur. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları ilə bağlı hazırkı iş üzrə tərtib edilmiş akt inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq orqana göndərilməmişdir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
12. Cavabdeh İB-nin 16 aprel 2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, 16 aprel 2024-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə G-4 markalı qaz sayğacın nominal qaz sərfi 4 m3 /saat günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur.
13. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, sayğaca baxış keçirilən zaman sayğacdan kənar əlavə xətlə təbii qazdan qeyri-qanuni istifadə edilməsi faktı aşkar edilmişdir.
Tətbiq edilən hüquq
14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunu
8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”:
6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
16. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
17. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4673/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4673/2025 saylı, xx.xx.2025-ci il tarixli dəyişdirilmədən saxlanılmalıdır.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq ilk öncə qeyd edir ki, cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib olunsa da həmin aktın hansı tarixdə tərtib edilməsi müəyyən edilməməkdədir. Həmçinin, sayğacdan kənar əlavə xətlə bağlı fotoşəkillərin olması qeyd olunsa da iş materiallarında qeyd olunan sübutlar mövcud olmamışdır.
20. Bundan başqa məhkəmə kollegiysı qeyd edir ki, yuxarıda istinad olunan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunun 8-1-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin tələbindən göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
21. Cavabdeh tərəfindən iddiaçının qanunsuz qaz xəttinə qoşulması ilə bağlı akt tərtib olunsa da qazın talanmasında onun təqsirli olmasına dair müvafiq orqanın qanuni qüvvəyə minmiş qərarının olması müəyyən edilməməkdədir. Buna görə də cavabdeh təşkilatın iddiaçının abonent hesabına vurulmuş zərər məbləği qismində daxil edərək, ondan tələb etməsi əsassız olmuşdur.
22. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4673/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4673/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.