Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1847/2025 07.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (məruzəçi), X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2956/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2956/2025 saylı, 08 may 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2023-cü il tarixli, 03466606 nömrəli müqavilə üzrə əsas borc qismində 1199,88 manat, cərimə borcu qismində 50 manat olmaqla, cəmi 1249 (min iki yüz qırx doqquz) manat, 88 (səksən səkkiz) qəpik və ödənilmiş dövlət rüsumunun 32 (otuz iki) manat, 49 (qırx doqquz) qəpik hissəsi tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2956/2025 saylı, 08 may 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3-8-1/2-2190/2025 saylı məktubu ilə Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2956/2025 saylı, 08 may 2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti və ona əlavə edilmiş digər sənədlər aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2956/2025 saylı, 30 oktyabr 2025-ci il tarixli qərardadı ilə Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)- 2956/2025 saylı qətnaməsindən şikayət verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(060)-2956/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025 tarixli, e-2(060)- 2956/2025 saylı qərardadını ləğv etməklə, buraxılmış müddəti üzrlü hesab etməklə işin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli, 2(060)-2956/2025 saylı qərardadı ilə Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2956/2025 saylı, 30 oktyabr 2025-ci il tarixli qərardadından xx.xx.2025-ci il tarixdə verdiyi şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim Vəfa Şirəliyeva). Həmin qərardaddan narazı qalan Cavabdeh qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2956/2025 saylı, 24 noyabr 2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə onun xx.xx.2025-ci il tarixli qərardaddan verdiyi şikayət guya prosessual müddət ötürülməklə təqdim edildiyi əsas göstərilərək geri qaytarılmışdır. Həmin qərardad qanuna və iş materiallarında olan faktiki vəziyyətə uyğun deyil, ona görə də ləğv edilməlidir. xx.xx.2025-ci il tarixli qərardad məhkəmənin elektron kabinet sisteminə xx.xx.2025-ci il tarixində yerləşdirilsə də, bu, Azərbaycan Respublikası MPM-in tələblərinə əsasən rəsmi verilmə faktını yaratmır. Qanunun 135.6-cı maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Elektron kabinetə sənədin yerləşdirilməsi ilə yanaşı, həmin sənədin tərəfə çatdırılması barədə elektron bildiriş göndərilməlidir və rəsmi verilmə məhz bildirişin tərəfə çatdığı tarixdən hesab olunur. İş materiallarından da görünür ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən ona xx.xx.2025-ci il tarixində “qərardad məlumat üçün Sizə göndərilir” məzmunlu elektron məktub göndərilmişdir və bu məktub rəsmi çatdırılma faktıdır. Bu səbəbdən prosessual müddət xx.xx.2025-ci il tarixindən hesablanmalıdır. O isə şikayəti məhz həmin 10 günlük müddət daxilində xx.xx.2025-ci il tarixində təqdim etmişdir. Bu şəraitdə müddətin ötürülməsindən danışmaq mümkün deyil. Məhkəmə daxil olan bildiriş məktubunu nəzərə almadan şikayətin gec verildiyi nəticəsinə gəlib və bu, MPM-in 135.6 və 268.1-ci maddələrinin yanlış tətbiq olunmasıdır. Məhkəmənin gəldiyi nəticə iş materiallarında mövcud olan rəsmi bildiriş tarixini qiymətləndirmədən verilmişdir və bu, tərəfin apellyasiya hüququnun əsassız məhdudlaşdırılmasına səbəb olmuşdur. Qanunvericilik tələb edir ki, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra müddət başlasın. Ona isə rəsmi bildiriş 13 noyabrda göndərilib. Müddət ötürülmədiyi halda şikayətin geri qaytarılması qanunsuzdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2956/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)- 2956/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli, 2(060)-2956/2025 nömrəli qərardadı xx.xx.2025-ci il tarixində Cavabdeh elekron kabinetinə yerləşdirilmişdir. Həmin qərardaddan şikayət isə Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində verilmiş, şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 396.1-ci maddəsinə əsasən, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Məhkəmə kollegiyası işin faktiki hallarına və işdəki mötəbər sübutlara əsaslanaraq hesab edir ki, hazırkı halda qərardaddan şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ötürüldüyündən, birinci instansiya məhkəməsi haqlı olaraq xx.xx.2025-ci il tarixli, 2(060)-2956/2025 nömrəli qərardadından verilmiş şikayəti geri qaytarmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2956/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2956/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1847/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1847/2025
07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver