Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1850/2022 11.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1880/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 2(012)-1880/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli qətnaməsilə (hakim Habil Əhmədov) iddia qismən təmin edilmiş, X1 istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı saylı aktına əsasən Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 408.6 (dörd yüz səkkiz manat altmış qəpik) manat dəymiş ziyan və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 438.6 (dörd yüz otuz səkkiz manat altmış qəpik) manat pulun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1880/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli qətnaməsinin qismən, iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1880/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 2430 manat zərər və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2460 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixli, AKX-0065xx-xx- 2910 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin mənzilə İddiaçı İB tərəfindən **********00063 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda mənzili təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4T markalı, 1002AQ**********7 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və istifadə qaydalarının tələblərinə əməl etmək) və X4 4.9-cu bəndinin (istehlakçının təqsiri üzündən baş verdikdə) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğaca müdaxilə edərək təbii qazı talamışdır. Belə ki, xx.xx.2018-ci il tarixdə İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan cavabdehin mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirərkən qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, çıxış plastmas borunun deşildiyi faktı aşkar olunmuşdur. Sayğac çıxarılmış və tədqiq edilməsi üçün laboratoriyaya göndərilmiş, yerində isə yeni G-4 markalı 1802AZ**********09 nömrəli sayğac quraşdırılmışdır. Lakin xx.xx.2019-cu il tarixdə də mənzilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, istehlakçı yeni quraşdırılmış qaz sayğacına da müdaxilə edərək sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuşdur. Çıxarılan qaz sayğacı İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Laboratoriyasına göndərilmiş, laboratorivada sayğac yoxlanılarkən sayğacların müdaxilə olunduğu təsdiq edilmişdir. İTRİ-nin MSK-29/1710-01153 saylı və 29/1710-00699/29 saylı rəyləri əsasında İddiaçı İB tərəfindən itirilmiş qazın bərpası məqsədi ilə fakta görə ******* və ******* saylı Təbii X4 pozulması haqqında aktlar tərtib edilmiş, cavabdeh imzalamaqdan imtina etmişdir. Sayğaca müdaxilə nəticəsində külli miqdarda təbii qaz itirilmiş və bununla bağlı hesabat aparılaraq itirilmiş qazın həcmi müəyyən edilmişdir. Cavabdehə xx.xx.2018-ci il tarixdə 1944 manat, xx.xx.2019-cu il tarixdə isə 486 manat həcmində itirilmiş qaz müəyyən edilərək dəymiş ziyan hesablanmış, cəmi borc isə 2430 manat təşkil edir. Cavabdehə Birliyin işçiləri tərəfindən 2430 manat borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və borcdan əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. İddiaçı İB-nin məsul işçiləri tərəfindən sayğaca müdaxilə ediməsi nəticəsində dəymiş ziyan haqqında tərtib edilmiş aktla təqsirli hərəkəti ilə təbii qazdan qeyri-qanuni istifadə edildiyi, bunun nəticəsində Birliyə maddi ziyanın vurulması faktı öz təsdiqini tapsa da, cavabdeh tərəfindən dəymiş ziyanla və borcla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli, AKX- 0065xx-xx-2910 saylı müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İş üzrə İddiaçı İB iddia ərizəsilə eyni məzmunlu apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə qətnaməsi qismən əsassızdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin **********04310 saylı abonent kodu verilmiş yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunmasına dair baxış keçirilərkən cavabdeh tərəfindən müxtəlif tarixlərdə qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4 pozulması haqqında” Aktlar tərtib edilmişdir. Daha sonra həmin Aktlar əsasında Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə iddiaçıya ziyan vurmuşdur. İşə baxan birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində kobud səhvə yol vermişdir. Məhkəmə mübahisələndirilən qətnaməni qəbul edərkən iş materiallarında yer alan, “Təbii X4 pozulması haqqında” Aktlara, Dəymiş ziyanın bərpasına dair tələbnamələrə, Abonent saldosuna istinad edildiyini qeyd etsə də, iş materiallarında olan abonentə dair saldoda yer almış məlumatları tam araşdırmamışdır. Belə ki, həmin saldodan görünür ki, abonentin ödənişləri demək olar ki, ümumiyyətlə yoxdur. Bununla belə məhkəmə iddia tələbini qisməb təmin etmiş və bu barədə öz mövqeyini əsaslandıra bilməmişdir. Odur ki, sadalanan hallar nəzərə alınmalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə də təmin edilməlidir. İş üzrə Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o sözügedən qətnamədən narazıdır. Belə ki, eyni predmet barədə mübahisəyə Xətai Rayon Məhkəməsində onun iddiası əsasında baxılmış və məhkəmənin 2(011)-3810/2021 nömrəli, 18 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış və qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı qanuni qüvvəyə minmiş qətnamə olduğu halda heç bir əsası olmadan Abanent kodunu səhv qeyd edərək Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdehin abonent kodu **********004310 nömrəli olduğu halda, İddiaçı abonent kodunu **********00063 göstərmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2019-cu il tarixli, ******* nömrəli AKT əsasında dəymiş ziyanın bərpasına dair tələbnamədə 29/1710-00699/29 №-li rəyə əsasən G-4 markalı sayğacın nömrəsi 1802AZ**********09, abonent kodu isə **********004310 nömrə qeyd olunmuşdur. 27 sentyabr 2021-ci il tarixdə İddiaçındən ona təqdim olunan salido gasper sənədində onun abonent kodu **********004310 nömrə qeyd olunmuşdur. Göründüyü kimi bu hallar təstiq edir ki, tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə artıq bir dəfə baxılmış və hazırda qanuni qüvvəsini almış, yekun məhkəmə aktı artıq mövcuddur. Bu hallar nəzərə alınmalı, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Apellyasiya baxışı zamanı (iştirak etdiyi məhkəmə iclasında) İddiaçı nümayəndəsi X5 iddiaçının şikayətinin dəlillərini müdafiə etdi. Həmçinin nümayəndə, cavabdehin apellyasiya şikayətində tərəflər arasında yaranmış hazırkı mübahisəyə Xətai Rayon Məhkəməsində baxıldığını və mübahisəyə dair artıq qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğu məsələsinin dəqiqləşdirilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, sonuncu məhkəmə iclasında İddiaçı təmsil olunmamışdır. Apellyasiya baxışı zamanı (iştirak etdiyi məhkəmə iclasında) Cavabdeh iddiaçının apellyasiya şikayətini qəbul etmədi, öz apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bildirdi ki, şikayətə əlavə edilən məhkəmə qətnamələrindən də bəlli olduğu kimi, eyni predmet barəsində eyni tərəflər arasında mübahisəyə dair məhkəmə qətnaməsi mövcud olduğundan, şikayət təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Beləliklə, iş üzrə sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azəriqaz İB ilə istehlakçı Cavabdeh arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli, AKX-0065xx-xx-2910 saylı müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Yenə iş materiallarında olan Abonent kodu **********04310 olan, Cavabdeh adına olan abonent saldosundan görünür ki, ünvan 1ənzil ünvanında xx.xx.2019-cu il tarixdə Smart G-4T X7 tipli **********3 nömrəli sayğac quraşdırılmış, cihazlar: Samovar (1/1), Aktlara əsasən hesablanmış abonentin 2018-ci ilə aid olan borcu 1950.55 manat, 2019-cu ilə aid olan borcu 486 manat (1950.55+486=2436.55 manat) göstərilmişdir. Mülki işdə olan İddiaçı İB-nin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, ******* saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, Cavabdeh məxsus evə quraşdırılmış sayğac İtron G4 tipli 1002AQ**********7 nömrəli sayğac çıxarılmış və əvəzində İtron G4 tipli 1802AZ**********09 nömrəli sayğac quraşdırılmışdır. Mülki işə əlavə edilmiş Azəriqaz İB-nin xx.xx.2018-ci il tarixli MSK-29/1710-01153 saylı aktından görünür ki, 1002AQ**********7 nömrəli sayğaca baxış zamanı müdaxilə qaz nəticəsində xətalar təyin edilə bilmədiyindən, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyindən, sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edildiyindən dövlət yoxlamasına aparılmış G4 markalı Smart kart tipli qaz sayğacı həmin tarixdə yararsız hesab olunmuşdur. İş materiallarındakı Abonent kodu **********04310 olan ünvanla bağlı təbii X4 pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, 29/1710-01153 saylı rəyə əsasən 1002AQ**********7 xətalar təyin edilə bilməmiş, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmişdir. Mülki işdə olan İddiaçı İB-nin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, Abonent kodu **********04310 olan Cavabdeh məxsus evə quraşdırılmış sayğac Smart kart tipli G4 markalı 1802AZ**********09 nömrəli sayğac çıxarılmış və əvəzində Smart kart G4 tipli 919**********3 nömrəli sayğac quraşdırılmışdır. - Təbii X4 pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, 29/1710-01153 saylı rəyə əsasən 1802AZ**********09 nömrəli sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. Yenə mülki işə əlavə edilmiş Azəriqaz İB-nin xx.xx.2019-cu il tarixli tələbnaməsindən görünür ki, Abonent kodu **********04310 olan ünvanda Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3 /saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 4860 m3 ödənilməsi qərara alınmışdır. Əsas isə xx.xx.2019-cu il tarixli ******* saylı akt olmuşdur. Yenə də işə əlavə edilmiş Azəriqaz İB-nin xx.xx.2019-cu il tarixli QSN-29/1710-00699/29 saylı aktdan görünür ki, **********004310 nömrəli sayğaca baxış zamanı müdaxilə qaz nəticəsində sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edildiyindən dövlət yoxlamasına aparılmış Smart kart tipli qaz sayğacı həmin tarixdə yararsız hesab olunmuşdur. Mülki işin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3810/2021 nömrəli, 18 may 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilərək, cavabdeh İddiaçı İB- tərəfindən Cavabdeh **********004310 nömrəli abunə koduna hesablanmış 2368 manat məbləğində borcun silinməsi qət edilmişdir. Yenə mülki iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7949/2021 nömrəli, 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3810/2021 nömrəli, 18 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iş üzrə İddiaçı İB-nin apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilməli, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa iş üzrə icraata xitam verilir. Apellyasiya kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan məhkəmə qətnaməsindən də aydın olduğu kimi İddiaçı İB-tərəfindən Cavabdeh **********004310 nömrəli abunə koduna hesablanmış 2368 manat məbləğində borcun silinməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Hazırkı işdə Cavabdeh tələb edilən borc məbləği məhz daha öncə qətnamədə qeyd olunan **********004310 nömrəli abunə koduna hesablanmışdır ki, iş materiallarında olan cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktlar, habelə abonent saldosu bu halı təstiq edir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə artıq tərəflər arasında eyni predmet barəsində, eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, mülki iş üzrə icraata xitam verilməlidir. AR MPM-in 384.0.4-cü maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.2, 263-264, 357, 398, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ İddiaçın apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1880/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı İddiaçı İB-yə vurulmuş 2430 manat maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1850/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1850/2022
11.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver