Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1852/2022 19.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(060)-313/2022 nömrəli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(060)-313/2022 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması tələbi barədə iddiası rədd edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 qətnamədən birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(060)-313/2022 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(060)-313/2022 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. (hakim Emin Abdullayev). İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(060)-313/2022 nömrəli qərardadının ləğv olunaraq mülki işin baxılması üçün aidiyyəti üzrə apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. İddiaçılar şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə qərardadını əsaslandırmaq üçün qeyd etmişdir ki, İddiaçı2 apellyasiya şikayətinin giriş hissəsində şikayət verilən qətnamənin nömrəsini düzgün göstərməmiş, iş üzrə mövcud olmayan qətnaməni mübahisələndirmişdir. Ona görə məhkəmə hesab etmişdir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. Apellyasiya şikayətində bildirilmişdir ki, iş materiallarından göründüyü kimi elektron məhkəmə portalı vasitəsi ilə məhkəməyə “pdf” formatında təqdim edilmiş apellyasiya şikayətində qətnamənin nömrəsi, tarixi, qətnaməni qəbul etmiş məhkənin adı, qətnamənin nəticə hissəsi və qətnamədən verilmiş şikayətdə şikayətçinin tələbi öz əksini tapmışdır. İddiaçılar həmçinin qeyd etmişlər ki, “elektron məhkəmə portalı” vasitəsi ilə məhkəmə aktlarından şikayət verilərkən giriş hissədə, yəni birinci səhifədə məhkəmə aktının nömrəsini avtomatik olaraq sistem özü qeyd edir.Həmin hissədə müdaxilə olunarkən şikayətin göndərilməsində sistem xəta göstərdiyi hal şikayət verən şəxs tərəfindən deyil, elektron sistem tərəfindən icra olunduğundan, məhkəmənin gəldiyi nəticə əsassızdır. Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(060)-313/2022 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(060)-313/2022 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Emin Abdullayev). Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti; barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən isə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İddiaçı2 apellyasiya şikayətinin giriş hissəsində şikayət verilən qətnamənin nömrəsini düzgün göstərməmiş, iş üzrə mövcud olmayan qətnaməni mübahisələndirmişdir. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayət geri qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin şikayətinin giriş hissəsində şikayət verilən qətnamənin nömrəsininin düzgün göstərilməməsi, iş üzrə mövcud olmayan qətnamənin mübahisələndirməsi barədə dəlili əsaslı deyildir. Belə ki, iddiaçılar tərəfindən apellyasiya şikayətində qeyd olunan “Sumqayıt Şəhər Məhkəməsi”nə dair hissəsində texniki olaraq səhv yazılsa da, “Sumqayıt Apellyasiya Məhkəməsi”nə dair hissəsində barəsində şikayət olunan birinci instansiya məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(060)-313/2022 nömrəli qətnaməsinin adı, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər, apellyasiya şikayəti verən şəxsin tələbi düzgün qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci və 363-cü maddələrinin tələblərini tam nəzərə almadan düzgün hüquqi nəticəyə gəlməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(060)-313/2022 nömrəli qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(060)- 313/2022 nömrəli qərardadı ləğv edilməli və apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun verilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 397.2, 398.0.3, 400-cü, 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(060)-313/2022 nömrəli qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(060)-313/2022 nömrəli qərardadı ləğv edilsin və Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(060)-313/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun verilmiş hesab edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1852/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1852/2022
19.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver