Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1855/2021 18.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh1 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(060)-3951/2021 saylı qərardadından Cavabdeh1 şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(060)-3951/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Emin Abdullayev) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Sumqayıt şəhəri 4 saylı notariat ofisinə qarşı etibarnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddiaçının iddianın təmin edilməsi tədbirinin tətbiqi barədə ərizəsinin təmin edilməsi, hazırki işə mahiyyəti üzrə baxılıb həll edilənədək 07.12.2020-ci il tarixli, 7E-37972 saylı etibarnamədən istifadə edilməsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi qərara alınmış, Cavabdeh1 qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 07.12.2020-ci il tarixli, 7E-37972 reyestrli etibarnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 07.12.2020-ci il tarixli, 7E-37972 saylı etibarnamədən istifadə edilməsinin qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, bacısı oğlu X11 27.10.2020-ci il tarixdə öz ofisində xroniki böyrək xəstəliyindən vəfat etmişdir. X5 anası Ərəbova (Əkbərova) Solmaz Hüseyn qızı onun doğma bacısıdır. X3 subay olmuş və özündən sonra qanun üzrə birinci növbədə vərəsə qoymadan vəfat etmişdir. X11 vəfat etdikdən sonra onun müraciəti əsasında Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən bacısı oğlu X5 ölümü haqqında şəhadətnamə verilmişdir. X3 vəfat etdikdən sonra dəfn etmiş, mərhuma aid miras əmlakı faktiki qəbul etmiş, əmlaka sahiblik etmiş və əmlakı idarə etməyə başlamışdır. Bundan başqa, X3na məxsus daşınar və daşınmaz əmlaklara aid hüquqmüəyyənedici sənədlər və mərhumun özünə aid bütün sənədlər ondadır. X3 vəfat etdikdən sonra ona aid əmlaklara sahiblənmək və həmin əmlakları ələ keçirmək üçün bacısı qızı Cavabdeh1 ona müraciət edərək X3na aid ölüm haqqında şəhadətnaməni ona verməsini istəmişdir. Cavabdeh1 bunun əvəzində, mərhuma aid əmlakı öz adına sənədləşdirdikdən sonra ona da həmin əmlakdan pay söz vermişdi. Lakin o, Cavabdeh1 təklifini qəbul etməmişdir. Bundan sonra Cavabdeh1 2013cü ildən Azərbaycan Respublikasını tərk etmiş və hazırda harada olması məlum olmayan X3nun qardaşı X9 adından Rusiya Federasiyasının Ximki şəhərinin notariusu tərəfindən təsdiq edilmiş Cavabdeh1 adına verilmiş saxta etibarnamə əldə edərək həmin etibarnamə əsasında X6 adından Cavabdeh2 adına etibarnamə vermiş, sonuncu isə verilmiş etibarnamə əsasında miras əmlakına dair Sumqayıt “Asan xidmət” mərkəzində notariat ofisinə X9 adından müraciət edərək 27.01.2021-ci il tarixdə, 8V-104 saylı vərəsəlik işinin açılmasına nail olmuşdur. Cavabdeh1 məqsədi saxta etibarnamə əsasında mərhum bacısı oğlu X5 adına olan əmlakı X9 adına vərəsəlik yolu ilə keçirilməsini təmin etmək, sonradan isə həmin əmlakı sataraq mənimsəməkdir. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh1 şikayətini onunla əsaslandırmışdır ki, qərardad məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadan çıxarıldığından qanunsuz və ədalətsizdir. Belə ki, qərardadda hansı zərurətdən təmin tədbirinin görülməsi göstərilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3466/2021 saylı mülki işi üzrə iddianı təmin tədbir kimi miras əmlakların üzərinə həbs qoyulmuşdur. Onun xalası oğlu X11 27.10.2020-ci ildə vəfat etmişdir. X5 xaricdə yaşayan X12 adlı qardaşı vardır. X12 qardaşının mirasını qəbul etmək üçün ona etibarnamə vermişdir. Mərhumun ikinci növbədə vərəsəsi-doğma qardaşının olmasına baxmayaraq, dördüncü növbədə vərəsəsi olan dayısı-İddiaçı mirasa sahib olmaq istədiyindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mahiyyəti üzrə işə baxılıb həll edilənə qədər 07.12.2021-ci il tarixli, 7E- 37972 reyestrli etibarnamədən istifadənin qadağan edilməsi ilk baxışdan zərərsiz görünür. Etibarnamə əsasında vərəsəlik işi açılmış, vərəsəlik şəhadətnaməsinin alınmasına 6 ay vaxt vardır. X17 həmin etibarnamə ilə ona bütün dövlət və qeyri dövlət orqanlarında, müəssisələrdə, təşkilatlarında onu təmsil etmək səlahiyyəti vermişdir. Hazırda məlumat almışdır ki, miras qoyanın etibarnamə ilə satın aldığı avtomaşına verilən etibarnamə iddiaçının təşəbbüsü ilə etibarnamə verən tərəfindən notariusda ləğv edilmiş və mirasa daxil olan avtomaşın birlikdə satılaraq mənimsənilmişdir. Etibarnamədən istifadənin qadağan edilməsi neqativ hallara səbəb olacaq və qanun üzrə vərəsənin hüquqlarını pozacaqdır. 07.12.2021-ci il tarixli, 7E-37972 reyestrli etibarnamə iddiaçının şikayəti əsasında Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində, Səbail rayon prokurorluğunda, Sumqayıt şəhər prokurorluğu və Sumqayıt şəhər Polis idarəsində dərindən yoxlanılmış, etibar edənin sağ olduğu təsdiqini tapmış və etibarnamədə heç bir qanun pozğunluğu müəyyən edilməmişdir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi xahiş olunmuşdur. Cavabdeh1 məhkəmə iclasında şikayətdə göstərilənlərə uyğun izahat verdi. İddiaçı, Cavabdeh2 və Sumqayıt şəhəri 4 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, İddiaçı və Cavabdeh2 məhkəmə iclasına gəlmədiklərindən, Sumqayıt şəhəri 4 saylı notariat ofisi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, iddianı təmin tədbiri barədə ərizə təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən Azərbaycan Respublikası MPM-nin 157, 158.1.2 və 158.1.3-cü maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı deyildir. İş materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 07.12.2020-ci il tarixli, 7E-37972 reyestrli etibarnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 07.12.2020-ci il tarixli, 7E-37972 saylı etibarnamədən istifadə edilməsinin qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etmək cavabdehə qadağan edilə bilər. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə əsasən iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etmək başqa şəxslərə qadağan edilə bilər. İşdən görünür ki, İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 07.12.2020-ci il tarixli, 7E-37972 saylı etibarnamədən istifadə edilməsinin qadağan edilməsi barədədir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddianı təmin etmək tədbiri mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmək tədbirlərini tətbiq edərkən məhkəmə belə bir mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 mart 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddianı təmin etmək tədbirinin görülməməsi heç də qətnamənin gələcəkdə icrasını çətinləşdirmir və ya qeyri-mümkün etmir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki iddianı təmin etmək tədbiri faktiki olaraq işi qabaqcadan mahiyyəti üzrə həll etmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini tətbiq edib, hesab edir ki, hazırki işə mahiyyəti üzrə baxılanadək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 07.12.2020-ci il tarixli, 7E-37972 saylı etibarnamədən istifadə edilməsinin qadağan edilməsinə dair iddianı təmin etmə tədbiri barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsinin təmin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, iddianı təmin tədbiri barədə ərizə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh1 şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(060)-3951/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 07.12.2020-ci il tarixli, 7E-37972 saylı etibarnamədən istifadə edilməsinin qadağan edilməsi barədə iddianı təmin tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-1855/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1855/2021
18.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver