Məhkəmə qərarları › İş №2(105)-1860/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1860/2022

19.08.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1860/2022 19.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı tikililərin, su xəttinin sökülməsi və s. tələbinə dair Qusar Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(029)-674/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tikililərin, su xəttinin sökülməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qusar Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(029)-674/2022 nömrəli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır (hakim Adil Vəliyev) . İddiaçı Qusar Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(029)-674/2022 nömrəli qərardadı ilə razılaşmayaraq şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının Cavabdeh qarşı tikililərin, su xəttinin sökülməsi və s. tələbinə dair iddia ərizəsi Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(029)-674/2022 nömrəli qərardadı ilə geri qaytarılmasının əsası kimi məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə hüquq pozuntusunun aradan qaldırılmasının təklif edilməməsi, MPM-nin 149.2.2, 149.2.3-cü maddələrinə riayət edilməməsi göstərilsə də, məhkəməyədək cavabdehə pretenziyanın göndərilməsi hazırki növdə iddiaya münasibətdə mütləq şərt kimi nəzərdə tutulmamışdır. Apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, iddiaçı tərəfindən MPM-nin 149.2.2 və 149.2.3-cü maddələrinə tam riayət edilməməsi göstərilmiş, hüquq pozuntusu şərh olunmuş, tələbin hüquqi əsası və tələbin həcmi ərizədə göstərilsə də, MPМ-nin 150.1.5-ci maddəsinə istinad etməklə ərizənin geri qaytarılması, qərardadın formal tələblərə əsaslandığını göstərir və süründürməçilik kimi qiymətləndirilməlidir. Belə ki, ərizəyə iddianın əsası ilə bağlı cəmi 4 sənəd əlavə olunmuşdur ki, həmin sənədlərin surətlərinin cavabdeh üçün çoxaldılması məhkəmə aparatı üçün çətin deyil.Beləliklə, hazırki iddia ərizəsinin qaytarılması üçün prosessual əsaslar yoxdur. Qusar Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(029)-674/2022 nömrəli qərardadı ilə İddiaçı tərəfindən Qusar Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(029)-674/2022 nömrəli qərardadından verilmiş şikayətin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Adil Vəliyev). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən yazılı icraat qaydasında şikayətə baxılmasının mümkünlüyü barədə MPM-nin 263, 264, 366.3-cü maddələri rəhbər tutularaq xx.xx.2022-ci il tarixli, 2(105)-1860/2022 nömrəli qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının MPM-nin 149.2.2, 149.2.3-cü maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilir. Mülki prosessual qanunvericiliyə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizənin tərkib hissəsi kimi müəyyən edilmişdir. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddia ərizəsində cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində qanunsuz tikililər inşa edilməsi və onun qonşuluq hüququnun pozulması göstərilsə də, əvvəlcə bu barədə hər hansı quruma (bələdiyyəyə, icra nümayəndəliyinə və s. orqana) müraciət olunub-olunmaması, bu barədə müvafiq mütəxəssis rəyinin alınıb-alınmaması barədə hər hansı sənəd ərizəyə əlavə olunmamışdır. Bundan başqa, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə müraciət edilməmişdən əvvəl cavabdehə qeyd olunan halların aradan qaldırılmasının təklif olunubolunmaması, olunmuşdursa bu barədə ona müvafiq müraciətin göndərilməsi və nəticəsi barədə sənəd ərizəyə əlavə olunmamışdır. Beləliklə, ərizə Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsinin tələbləri pozulmaqla məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə də, yuxarıda şərh olunanlarla müəyyən olunur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Mülki Prosessual Məcəllənin yuxarıda istinad olunmuş 149.2.3-cü maddəsinin tələblərinə riayət edilməsi iddiaçının vəzifəsi olduğuna görə, Qusar Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(029)-674/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı tikililərin, su xəttinin sökülməsi və s. tələbinə dair iddia ərizəsinin icraata qəbul edilmədən, iddiaçıya geri qaytarılması qanuni və əsaslı olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddəsinin tələbinə zidd olaraq elektron kabinet vasitəsi ilə verilməmişdir.Belə ki, həmin maddəyə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı şikayəti təmin olunmasın. Qusar Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(029)-674/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar