Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1864/2021 19.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, İddiaçı cavabdehlər “xxxx” KB ASC-yə, “xxxx” MMC-yə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı hərrac nəticələrinin etibarsız elan edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(060)-2456/2021 nömrəli qərardadından iddiaçının nümayəndəsi vəkil İbrahimov Nizami Hafiz oğlu tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 06 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim A.İsmayılov) İddiaçı cavabdehlər “xxxx” KB ASC-yə, “xxxx” MMC-yə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı «hərrac nəticələrinin etibarsız elan edilməsi tələbinə» dair mülki iş üzrə iddiaçının vəkili İbrahimov Nizami Hafiz oğlunun iddianın təmini tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi vəkil Nizami İbrahimov qərardaddan şikayət vermişdir. Sumqayıt şəhər məhkəməsinin 22 aprel 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər “xxxx” KB ASC-yə, “xxxx” MMC-yə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı “hərrac nəticələrinin etibarsız elan edilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir. İddiaçının vəkili İbrahimov Nizami Hafiz oğlu iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülki üzrə qətnamə çıxarılanadək iş üzrə bütün icra hərəkətlərinin dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçının nümayəndəsi İbrahimov Nizami Hafiz oğlu Sumqayıt şəhər məhkəməsinin 06 aprel 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qərardad əsassızdır və ləğv edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin bütün fiziki şəxslər üçün məcburi olması və Mülki Prosessual Məcəllənin 15.3. maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə iddiaçının nümayəndəsi vəkil İbrahimov Nizami Hafiz oğlu tərəfindən mübahisələndirilmiş, Sumqayıt şəhər məhkəməsinin 22 aprel 2021-ci il tarixli qərardadı ilə şikayətin əsassız olması əsası ilə təmin edilməmişdir. İşdən görünür ki, iddiaçının nümayəndəsi iddia təmin etmə tədbiri növündə işə mahiyyəti üzrə baxılıb qurtaranadək iş üzrə bütün icra hərəkətlərinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. (Mülki Prosessual Məcəllənin 157.1. və 157.2. maddələri) Mülki Prosessual Məcəlləsinin 158.1.2. maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbirlər görə bilər. Qanunun mənasından göründüyü kimi məhkəmə iddianın təmin tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehlərə qadağan etmək kimi tədbirlər görə bilər. Cavabdehlərə müəyyən hərəkətləri etməyin qadağan olunması mövcud vəziyyəti, mübahisənin mahiyyəti üzrə həll olunana qədər saxlamaq məqsədi dayışır. Bu ona görə zəruri və vacibdir ki, iddiaçının pozulması ehtimal edilən hüquqlarının davamlılığının qarşısı müvəqqəti də olsa alınsın. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının nümayəndəsinin iddianın təmin tədbiri barədə ərizəsi bu təmin etmə tədbirinin mahiyyətindən kənara çıxmaqla yanaşı, iddiaçının pozulması ehtimal etdiyi hüquqlarının davamlılığının qarşısını müvəqqəti də olsa alınmasına xidmət etmiş olmur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizəni təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının nümayəndəsi vəkil İbrahimov Nizami Hafiz oğlunun şikayəti təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin 06 aprel 2021-ci il tarixli və onunla bağlı 22 aprel 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1864/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1864/2021
19.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver