Məhkəmə qərarları › İş №2(105)-1866/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1866/2022

04.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1866/2022 04.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh və qeyrilərinə qarşı özbaşına tikintinin sökülməsi tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Qusar rayon İcra Hakimiyyətinə) qarşı torpaq sahəsində aparılmış tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair qarşılıqlı iddiası üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-35/2022 nömrəli, 14 iyun 2022ci il tarixli qətnaməsindən cavabdeh-iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Qusar Rayon Məhkəməsinin 2(029)-35/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən Qusar şəhəri F.Musayev küçəsi ev 31 ünvanında inşa edilmiş evin mansarda mərtəbəsi, mansarda mərtəbəsinin ətrafında olan balkon tikilisi, birinci, ikinci, üçüncü mərtəbələrdə divarlarda olan çıxıntılar Cavabdeh öz hesabına sökülməsi və həmin evin Qusar rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmış Eskiz Layihəsinə uyğunlaşdırılması, Cavabdeh tərəfindən Qusar şəhəri F.Musayev küçəsi ev 31 ünvanda inşa edilmiş evin daxili arakəsmə divarları, pəncərələrin sayı və yeri, mərkəzdə yerləşən sütunların sayı Qusar rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmış Eskiz Layihəyə uyğunlaşdırılması, iİlk iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh İddiaçı qarşı Qusar şəhəri F.Musayev (keçmiş Lenin) küçəsi 37 ünvanda yerləşən torpaq sahəsində İddiaçı tərəfindən aparılmış tikililərin (yaşayış evinin) sonuncunun öz hesabına sökülməsi və həmin torpaq sahəsinin boşaldılaraq Cavabdeh təhvil verilməsi barədə qarşılıqlı iddiasının rədd edilməsi, iş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcinin İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, HesabAZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X7, Kodu210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməsi, iş üzrə 500 (beş yüz) manat məbləğində məhkəmə xərcinin İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq “Azərinşaatlayihə” DBLKTİ-nin (VÖEN 150064181,H/h: AZ29AZFİ38060AZ**********002, "xxxx" ASC-nin Sahil filialı, Kod:503217, VÖEN: **********, M/h: AZ81NABZ********************, SWİFT: AZFİAZ22) hesabına keçirilməsi qət edilmişdir. (hakim Adil Vəliyev) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 2(029)-35/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Cavabdeh və qeyrilərinə qarşı özbaşına tikintinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Qusar şəhəri F.Musayev küçəsi ev 31 ünvanda qeyri-qanuni şəkildə, tikinti norma və qaydaları, o cümlədən onun qonşuluq hüququ kobud şəkildə pozulmaqla inşa edilmiş çoxmənzilli yaşayış evinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Cavabdeh isə onunla qonşuluqda F.Musayev küçəsi ev 31 ünvanında yaşayır. Cavabdeh özünə məxsus olan fərdi yaşayış evini sökmüş, həmin ərazinin perimetri boyu küçənin yaşıllıq zolağını da zəbt edərək, evlərinin xarici divarlarının 1.5-1.7 metr yaxınlığında 3-4 metr dərinliyində katlavan qazdırmış, daha sonra isə həmin ərazidə tikinti norma və qaydalarını kobud şəkildə pozmaqla 5 mərtəbəli çoxmənzilli ev inşa etmişdir. Tikintiyə adi vizual olaraq baxdıqda görünür ki, konstruktiv əsaslandırma aparılmamış, yanğın təhlükəsizliyinə riayət edilməmişdir. Tikinti obyekti keyfiyyətsiz qırmızı kərpicdən istifadə olunmaqla hörülərək araları nazik armaturla sütunlardan tikildiyindən, obyekt 4-5 ballıq zəlzələyə davamsız olduğundan onun evinin üstünə uçmaq təhlükəsi yaradır. Bu barədə aidiyyəti qurumlara, o cümlədən Qusar rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət etmişdir. Göründüyü kimi, cavabdeh yuxarıda qeyd etdiyi çoxmənzilli yaşayış evini inşa etdirərkən layihədən kənara çıxmaqla tikinti norma və qaydalarını, eləcə də, qonşu kimi onun hüquqlarını kobud şəkildə pozmuş, onu və digər qonşuları təhlükəyə məruz qoymuşdur. Ona görə də, hesab edir ki, həmin tikili cavabdehin öz hesabına sökülməlidir. Cavabdeh İddiaçı (üçüncü şəxslər Qusar Rayon İcra Hakimiyyətinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi) qarşı torpaq sahəsində aparılmış tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılması və daşınmaz əmlakın dövlət reyestrində olan qeydiyyatın ləğv edilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsində cavabdeh tərəfindən aparılmış tikililərin (yaşayış evinin) cavabdehin öz hesabına sökülməsi və həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi, həmçinin ona məxsus torpaq sahəsində cavabdehin inşa etdiyi tikililərə (yaşayış evinə) dair daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, o, Quba rayon Notariat Kontorunun təsdiq etdiyi xx.xx.1996-cı il tarixli, p3-m-113 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən evi torpaq sahəsi ilə birgə, əmlakın əvvəlki mülkiyyətçisi X1 almışdır. Həmin alqı-satqı müqaviləsi “X4 Büro”su tərəfindən X2 adına verilmiş 1983-cü ilin dekabr tarixli, 148 inventar nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport” əsasında həyata keçirilmişdir. Sözügedən Pasporta əsasən satın alınmış torpaq sahəsinin ölçüləri küçə boyunca 18.6 metr, qonşuların sahələri ilə toxunan hissədə 25.1 metr təşkil edir. Torpağın məhz bu ölçülərinə əsasən tərəfindən müvafiq torpaq sahəsi satın alınmışdır. Lakin, faktiki duruma baxanda müəyyən olunur ki, cavabdeh İddiaçı öz evini tikərkən ona məxsus torpaq sahəsinin sərhədi boyunca təqribən 1.8 metr ölçüdə ona məxsus torpaq sahəsinə girmiş və ümumən 45.18 kvadrat metr (25.1 x 1.8) torpaq sahəsini zəbt edərək üzərində ev tikmişdir. Digər cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi isə öz növbəsində ona məxsus torpaq sahəsində İddiaçı qanunsuz şəkildə aparmış olduğu tikili ilə bağlı müvafiq qeydiyyat keçirmişdir. Hesab edir ki, cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsində aparılmış tikililər (yaşayış evi) onun öz hesabına sökülməli, torpaq sahəsi boşaldılaraq ona təhvil verilməli, o cümlədən ona məxsus torpaq sahəsində cavabdehin aparmış olduğu tikililərlə (yaşayış evi) bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsində aparılmış qeydiyyat ləğv edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri bundan ibarətdir ki, ünvan 4 ünvanda yerləşən və tam mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsində tərəfindən 2016-cı ildə məlumatlandırma icraatı qaydasında yaşayış evi tikilmişdir. Həmin tikilinin yan divarları və dam örtüyünün inşası başa çatmış, pəncərələri quraşdırılmış, elektrik və santexnik işləri bitmiş halı, iddianın verilməsi anından (yəni 2020-ci ilin oktyabr ayına) üç il öncəki vəziyyəti əks etdirir. Başqa sözlə iddia tikilinin mövcudluğundan üç il sonra qaldırılmışdır. Nə həmin vaxt, nə də iddianın verilmə anında iddiaçı qonşu torpaq sahəsinin və ya üzərində yerləşən evin mülkiyyətçisi olmamışdır. Belə olan halda, iddiaçının həmin iddianı qaldırmağa sübyektiv hüququ olmamışdır. Bununla belə iddianın heç bir hüquqi əsası yoxdur. Belə ki, onun tərəfindən iddiaçıya məxsus hər hansı torpaq sahəsi zəbt edilməmiş, habelə mövcud tikilinin, iddiaçıya məxsus torpaq sahəsi, habelə yaşayış evinə hər hansı müdaxiləsi mövcud deyildir. İddiaçının şantaj xarakterli qərəzli, əsassız və uydurma iddiasının məhkəmə tərəfindən qismən təmin edilməsi məhkəmənin qərəzli, tərəfkeş və qeyriobyektiv olmasının əyani sübutudur. Birinci instansiya məhkəməsi işin göstərilən halını nəzərə almamış, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olubolmamasına hər hansı qiymət verməmişdir. Məhkəmə iş materiallarında olan Fövqəladə Hallar Nazirliyi Tikintidə X10 Agentliyinin “Azərinşaatlayihə” DBLKTİ-nin 30 mart 2022-ci il tarixli rəyinə, həmçinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 08 may 2021-ci il tarixli Rəyinə istinad etməsinə baxmayaraq, onların nəticələrini qətnaməsində təhrif edilmiş şəkildə bir tərəfli və qərəzli tətbiq etmişdir. Sözügedən rəydə qeyd olunur ki, mübahisəli tikili zamanı hər hansı şəhərsalma və tikinti normalarının pozuntusu olmamış, tərəfindən ara məsafəsi qaydaları pozulmamış, evin ölçüləri layihəyə uyğundur və ev məlumatlandırma icraatı qaydasında tikilmişdir. Həmçinin nə evin tikinti işlərinin aparıldığı müddət ərzində, nə də sonrakı müddət ərzində tikinti ilə əlaqədar istər rayon icra hakimiyyəti, yaxud digər mərkəzi icra hakimiyyəti, Fövqəladə Hallar Nazirliynin hər hansı orqanları, bələdiyyə orqanları, digər dövlət orqanları, fiziki və hüquqi şəxslərdən ona qarşı hər hansı tələb, şikayət, müraciət, akt, qərar, göstəriş, tapşırıq verilməmişdir. Göründüyü kimi iş materiallarında mövcud bütün sübutlar, iddianın əsassızlığına dəlalət etsə də, məhkəmə işə obyektiv baxmamış, heç bir əsas olmadan, ilkin iddianı qismən təmin etməklə, faktiki olaraq ona məxsus mülkiyyətə qəsd edilməsinə şərait yaratmışdır. Odur ki, sadalanan xüsusatlar nəzərə alınmalı, şikayət təmin edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ilk iddia üzrə iddiaçının sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmadığı kimi, iddia öz-özlüyündə əsassız iddiadır. Belə ki, onlara məxsus tikilinin iddiaçının hər hansı mənada mülkiyyət hüququnu pozması halı mövcud deyildir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı şikayətin dəlillərini qəbul etmədiyini, şikayəti hüquqi əsası olmadığını bildirərək, rədd edilməsini xahiş etdi. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Qusar Bələdiyyəsinə və Qusar Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə qeyd olunan şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan **********86-10301 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Qusar şəhəri, F.Musayev küçəsində X8 mülkiyyətində olan 0.0377 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 58 kv.metr yaşayış, 99.62 kv.metr köməkçi sahədən ibarət 39 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yenə iş materiallarında olan xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 142.60 fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0377 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş **********31 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Qusar şəhəri, F.Musayev küçəsi, ev 31 ünvanında yerləşən 0.04669 ha yaşayış məntəqələri tipli torpaq tam mülkiyyət payı üzrə Cavabdeh məxsusdur. Yenə mülki işə əlavə edilmiş 13 mart 2019-cu il tarixli, 37/0-00840 saylı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyindən verilmiş məktubdan görünür ki, ünvan 6 ünvanında inşa edilmiş fərdi yaşayış evinin tikintisinin Qusar rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış eskiz layihəsindən kənarlaşmaqla aparıldığı mütəxəsislər tərəfindən aşkarlanmışdır. Bununla əlaqədar, fərdi yaşayış evinin layihə vəziyyətinə gətirilməs barədə vətəndaş Cavabdeh tapşırıqlar verilmişdir. İşdə olan Qusar Rayon İcra Hakimiyyəti başçısının Aparatının 07 fevral 2019-cu il tarixli, 29 mart 2019-cu il tarixli, 03 aprel 2019-cu il tarixli müxtəlif şəxslərə ünvanlanmış məktublarından görünür ki, Qusar şəhəri, F.Musayev küçəsi, ev 31 ünvanda Cavabdeh Qusar Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış layihədən kənara çıxmaqla fərdi yaşayış evi inşa etmişdir. Bununla əlaqədar Cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 X12 Mərkəzinin və Rayon İcra Hakimiyyəti başçısının Aparatının Memarlıq və Tikinti şöbəsinin mütəxəsisləri tərəfindən dəfələrlə yaşayış evinin Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış layihəyə uyğun inşa etdirilməsini və inşa etdiyi fərdi yaşayış evinin layihədən kənara çıxmış əlavə hissələrini sökməklə layihəyə uyğunlaşdırılmasını tövsiyə etmişdir. Bu barədə Cavabdeh rayon İcra Hakimiyyəti tərəfindən xəbərdarlıq məktubu da göndərilmişdir. Əks təqdirdə barəsində qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmişdir. Əlavə olaraq bildirilmişdir ki, şikayətçi İddiaçı özünə məxsus fərdi yaşayış evini ara məsafəni saxlamadan qonşusu Cavabdeh məxsus torpaq sahəsinin sərhəd xəttinin üzərində inşa etmişdir. Yenə işdə olan Qusar Rayon İcra Hakimiyyətinin 02 noyabr 2020-ci il tarixli, 2-853 saylı mülahizəsindən görünür ki, Cavabdeh ilə Qusar şəhəri F.Musayev küçəsində tikilmiş fərdi yaşayış evinin yaxın qonşuları olan İddiaçı və X9 ilə razılaşma protokolunun imzalanması və razılaşmanın notariat qaydada rəsmiləşdirilməsi, ya da Cavabdeh tərəfindən rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış layihədən kənara çıxmaqla qanunsuz olaraq yaşayış evinə əlavə edilmiş konstruksiyaların və mansar mərtəbəsi onun öz vəsaiti hesabına sökülməsi tövsiyyə olunmuşdur. Yenə işdə olan Qusar rayon İcra Hakimiyyəti başçısının Aparatından verilmiş 04 sentyabr 2020-ci il tarixli 3-663 saylı X5 ünvanlanmış cavab məktubunun surətindən görünür ki, Cavabdeh şəhərin F.Musayev küçəsində yerləşən özünə məxsus həmin torpaq sahəsində Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini kobud şəkildə pozmaqla, RİHB aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən razılaşdırılmış tikinti layihəsindən kənara çıxmaqla yaşayış binası inşa etmişdir. Bu barədə Cavabdeh dəfələrlə həm yazılı həmdə şifahi xəbərdarlıq da edilmişdir. Lakin, Cavabdeh edilən xəbərdarlıqlara məhəl qoymayaraq tikinti işlərini davam etdirmişdir. RİHB aparatının Memarlıq və Tikinti şöbəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilərək müvafiq akda tərtib edilmişdir. Məlum məsələ ilə əlaqədar Məhkəmə orqanlarına müraciət etməyi tövsiyə edilmişdir. İşdə olan 02 sentyabr 2020-ci il tarixli Qusar RİHB aparatının Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi Araz Abdullayev, Qusar RİHB aparatının Memarlıq və Tikinti şöbəsinin aparıcı məsləhətçisi Ağaverdi Ağaverdiyev və şikayətçi Seymur Abdurəhmanov tərəfindən tərtib edilmiş aktdan görünür ki, şəhərin F.Musayev küçəsi ev 35 ünvanda yaşayan X3 RİH-nə ünvanladığı şikayət ərizəsinə əsasən həmin ünvana baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, F.Musayev küçəsində, S.Abdurəhmanovun qonşuluğunda Cavabdeh özünə məxsus torpaq sahəsində Şəhərsalma və Tikinti Məcəlləsinin qaydalarını və qonşuluq hüquqlarını kobud şəkildə pozmaqla qonşu ilə ara məsafəsi saxlamadan (70-80 sm), pəncərə bloklarını S.Abdurəhmanovun həyətinə tərəf açmaqla dörd mərtəbəli, zirzəmili yaşayış binası inşa etmişdir. Binanın üst mərtəbəsinin açıq eyvan hissəsindən axan yağış sularının axıdılması üçün S.Abdurəhmanovun yaşadığı evə tərəf quraşdırılmış (100 mm-lik) plastik borusuna da binanın daxili kanalizasiya xətləri qoşulmuşdur. Bu da ətraf mühitin gigiyenik cəhətdən çirklənməsi və ətrafa xoşagəlməz qoxunun yayılmasına səbəb olacaqdır. Cavabdeh rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış layihədən kənara çıxmaqla mərtəbələrin sayını artırmış və binanın dam hissəsinə açıq eyvan quraşdırmışdır. Ona bu barədə rayon İcra Hakimiyyəti tərəfindən həm yazılı həmdə şifahi xəbərdarlıq edilmişdir. Lakin Cavabdeh xəbərdarlıqlara məhəl qoymayaraq qeyd edildiyi kimi təsdiq edilmiş layihənin qaydalarını kobud şəkildə pozmaqla həmin binanın tikintisini başa çatdırmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının 08 may 2021-ci il tarixli, 10/631 saylı rəyindən görünür ki, Cavabdeh tərəfindən ünvan 10 ünvanda inşa edilmiş tikilinin yerüstü mərtəbəsinin 3 mərtəbə olmasını, birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək olan məsafənin 12 metrdən az olmasını və aşırımlarının uzunluğu 6 metrdən az olmasını nəzərə alaraq, həmin tikilinin məlumatlandırma icraatı qaydasında inşa olunduğu müəyyən olunmuşdur. Cavabdeh məxsus tikili inşa olunarkən həmin tikiliyə dair 2016-cı il tarixində Qusar rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış Eskiz Layihədən kənara çıxılmışdır. Belə ki, həmin tikilinin mansarda mərtəbəsi, mansarda mərtəbəsinin ətrafında olan balkon tikilisi, birinci, ikinci, üçüncü mərtəbələrdə divarlarda olan çıxıntılar Eskiz Layihədə nəzərdə tutulmamışdır. Eyni zamanda daxili arakəsmə divarlar, pəncərələrin sayı və yeri, mərkəzdə yerləşən sütunların sayı Eskiz Layihəsinə uyğun deyildir. Cavabdeh məxsus tikilinin mansarda mərtəbəsi inşa olunarkən Şəhərsalma və Tikinti Məcəlləsinin 59.5-ci maddəsinin tələbinin pozulduğu müəyyən olunmuşdur. İddiaçı məxsus fərdi yaşayış evinin ona məxsus torpaq sahəsinin sərhəd xəttinin üzərində yerləşməsini və Cavabdeh məxsus tikilinin razılaşdırılmış Eskiz layihədə göstərilən yerdə inşa olunmasını nəzərə alaraq, Cavabdeh məxsus tikili inşa edilərkən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinin (Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri) və 70.1-ci maddəsinin (Yanaşı sahələrdə obyektlərin yerləşdirilməsi) tələblərinin pozulmadığı müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh məxsus tikilinin hündürlüyü, mərtəbələrin sayı, həmçinin aşırımların uzunluğu, dam örtüyünün və eyvanların ölçüləri Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd deyildir. Cavabdeh tərəfindən ünvan 11 ünvanda inşa edilmiş tikilinin İddiaçı məxsus torpaq sahəsinin sərhəd xəttinə ən yaxın hissədə 1.5 metr aralıda inşa olunduğunu nəzərə alaraq, həmin tikilinin İddiaçı məxsus torpaq sahəsinin sərhədlərini pozmadığı müəyyən olunur. Cavabdeh məxsus torpaq sahəsinin şimal-şərq tərəfindən uzunluğu boyunca konkret sərhəd xətti (hasar) yerində mövcud olmadığından, 1984-cü il tarixli Texniki pasport sənədində göstərilən yaşayış evi faktiki olaraq söküldüyündən İddiaçı məxsus fərdi yaşayış evinin hər hansı bir hissəsinin Cavabdeh məxsus torpaq sahəsinin hüdudlarına düşüb-düşməməsinin müəyyən etmək mümkün olmamışdır. Cavabdeh tərəfindən inşa olunmuş həmin fərdi yaşayış evinin möcudluğu İddiaçı hüquqlarının pozub-pozmamasının müəyyən olunması və həmin evin həmin vəziyyətdə saxlanması həmin şəxsin və ya digər şəxslərin həyatı və sağlamlığı üçün hər hansı təhlükə yaradıb-yaratmamasının müəyyən olunması hüquqi xarakterli məsələ olmaqla tikinti-texniki ekspertizanın predmetinə aid olmadığından bu suallar üzrə tədqiqat aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyinin “Azərinşaatlayihə” DBLKTİ-nin baş mühəndisinin verdiyi 30 mart 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü 0.00 səviyyəsindən yəni yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Cavabdeh ünvan 10 ünvanda inşa olunmuş mansardalı fərdi yaşayış evinin tikintisi üçün Qusar Şəhər İcra Hakimiyyətinə məlumtlandırma icraatı qaydasında müraciət etmiş və təqdim etdiyi layihə razılaşdırılmışdır. Lakin, yerində inşa olunmuş fərdi yaşayış evi məlumatlandırma icraatı qaydasında İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış və möhür ilə təsdiq olunmuş layihədən fərqli inşa edilmişdir. ünvan 10 ünvanda monolit dəmir-betondan karkas tipli inşa olunmuş fərdi yaşayış evinə vizual texniki baxış keçirilən zaman evin konstruktiv elementlərində gözlə görünən hər hansı inşaat norma və qaydalarının pozulması müəyyən edilməmişdir. Müayinə zamanı evin konstruksiya layihəsinin işçi cizgiləri, geoloji mühəndis-axtarış işləri, konstruktiv hesabatı təqdim olunmadığından və tikinti tam başa çatdığından, konstruksiya elementlərinin üstü örtüldüyündən konstruksiya elementlərinin armaturlanması, onların yükgötürmə qabiliyyəti, həmçinin inşaat norma və qaydalarının tələblərinə uyğunluğu müəyyən edilə bilmir. Cavabdeh məxsus yaşayış evinin eskiz layihəsinə əsasən eni və uzunluğunun oxlararası ölçüləri 14,10x19,60 metr olmaqla zirzəmili, 3 mərtəbəli, çardaq tipli nəzərdə tutulmuşdur. Zirzəmi və mərtəbələrin hündürlüyü 2.35 metrdir. Daxildə yerləşən məzkəzi sütunlar uzununa istiqamətdə 4 ədəd layihələndirilmişdir. İcra Hakimiyyətinə təqdim olunan layihədən fərqli olaraq edilmiş dəyişikliklər aşağıdakılardır: ünvan 13 ünvanda inşa olunmuş fərdi yaşayış evinə vizual baxış keçirilən zaman evin eni və uzunluğunun oxlararası ölçüləri zirzəmi və 1-ci mərtəbədə 13,90x18,90 metr, 2-ci və 3-cü mərtəbədə 13,90x19,90 metr olmaqla zirzəmili, 3+(mansarda) mərtəbəli inşa olunduğu müəyyən edildi. Zirzəminin hündürlüyü 1-ci mərtəbənin döşəməsinin üst səviyyəsinə kimi 3,80 metr, mərtəbələrdə 3,20 metr, mansardada isə 2,50÷3,60 metr inşa olunmuşdur. Eyni zamanda evin daxilində uzununa istiqamətdə mərkəzdə yerləşən sütunların sayı 6 ədəd inşa edilmişdir. ünvan 10 ünvanda zirzəmili, 3 +(mansarda) mərtəbəli inşa olunmuş fərdi yaşayış evinin hündürlüyü 13,40 metr olduğunu nəzərə alaraq bu fərdi yaşayış evi üçün ara məsafəsi öz torpaq sahəsinin sərhəddinə qədər 13,40x0,3=4,02 metr olmalıdır. Ara məsafəsi yuxarıda göstərilən tikinti məcəlləsinin 69.2- ci maddəsinə əsasən torpaq sahəsinin sərhəddinə qədər müəyyən edilir. Torpaq sahəsinin sərhədləri koordinatlara əsasən yerində müəyyən edilərək həmin sərhəddən ara məsafəsi ölçülməlidir. Yerində torpaq sahələrinin sərhədlərini müəyyən etmək mümkün olmadı. Fərdi yaşayış evləri arasındakı məsafə 1,50÷1,70 metr təşkil edir. Rəydə həmçinin qeyd olunmuşdur ki, sualın 1-ci hissəsi -yəni “Cavabdeh tərəfindən inşa olunmuş həmin fərdi yaşayış evinin mövcudluğu İddiaçı hüqüqlarını pozurmu” sualı inşaat mühəndisinin səlahiyyətinə aid olmadığından cavablandırılmır. 2-ci sualın cavabında qeyd edildiyi kimi yaşayış evinin konstruktiv elementlərində gözlə görünən hər hansı inşaat norma və qaydalarının pozulması müəyyən edilməmişdir. Müayinə zamanı evin konstruksiya layihəsinin işçi cizgiləri, geoloji mühəndis-axtarış işləri, konstruktiv hesabatı təqdim olunmadığından və tikinti tam başa çatdığından konstruksiya elementlərinin armaturlanması və onların yükgötürmə qabiliyyəti, həmçinin inşaat norma və qaydalarının tələblərinə uyğunluğu müəyyən edilə bilmir. Qeyd etmək lazımdırki, zirzəmili, 3 +(mansarda) mərtəbəli karkas tipli inşa olunmuş fərdi yaşayış evinə vizual baxış zamanı evin yükdaşıyan konstruksiyalarında çat, zədə və deformasiyalar rast gəlinməmişdir. Rəyə müvafiq fotoşəkillər əlavə olunmuşdur. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İlk iddianın təmin edilməmiş hissəsindən apellyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası MPM-nin 372.6-cı maddəsinə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, yəni yalnız cavabdeh-iddiaçı Cavabdeh apellyasiya şikayətlərinin dəlillərinə uyğun olaraq yoxlanılmalı və hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Konstitusiya məhkəməsinin Plenumu bir daha onu vurğulayır ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiya məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır”. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 2(029)-35/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsi qismən, ilk iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq ilk iddia tələbi həmin hissədə də təmin olunmamalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, ilk iddia üzrə İddiaçı mülkiyyətində olan ev ünvan 6 ünvanında, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh evi isə onunla qonşuluqda, F.Musayev küçəsi ev 31 ünvanında yerləşir. Cavabdeh-iddiaçı özünə məxsus olan əvvəlki fərdi yaşayış evini sökmüş, onun yerində yeni fərdi yaşayış evi inşa etmişdir. İlk iddia üzrə iddiaçı Cavabdeh yaşayış evini inşa etdirərkən layihədən kənara çıxmaqla tikinti norma və qaydalarını, eləcə də, qonşu kimi onun hüquqlarını kobud şəkildə pozduğu, onu və digər qonşuları təhlükəyə məruz qoyduğu qənaətinə gələrək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı zamanı Cavabdeh İddiaçı qarşı torpaq sahəsində aparılmış tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılması və daşınmaz əmlakın dövlət reyestrində olan qeydiyyatın ləğv edilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi mübahisəni yuxarıda qeyd olunan formada həll etmiş, qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, işdən göründüyü kimi tərəflər qonşudurlar və hazırki mübahisə də qonşuluq münasibətləri zəmnində yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Mülki Məcəllənin 171.1-171.3-cü maddələrin əsas dispozitiv şərtlərinə görə torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi yuxarıda sadalanan halların heç biri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır, hətta həmin hallar mövcud olsaydı belə, daha öncə istinad olunan maddi hüquq normalarına əsasən qonşu olaraq ilk iddiaçı həmin təsirlərə dözməliydi. Qeyd edildiyi kimi qonşuluq hüquqlarının pozulması halı müəyyən edilmədiyindən məhkəmə o hissədə iddianı rədd etmiş, ilk iddiaçı apellyasiya şikayəti verməmişdir. İşə baxan məhkəmə iddianın qismən də olsa təmin edərkən öz mövqeyini maddi sübut qismində iş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyinin “Azərinşaatlayihə” DBLKTİ-nin baş mühəndisinin verdiyi 30 mart 2022-ci il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının 08 may 2021-ci il tarixli 10/631 saylı ekspert rəyinə istinad etməklə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq maddələrinin tələbləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.1-ci maddəsinə əsasən bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir. Həmin Məcəllənin 92.1.1-ci maddəsinə əsasən tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir. Eyni Məcəllənin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4.10.-cu maddəsinə əsasən həmin Məcəllənin 92.1-ci maddələrində, 92.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 92.4-cü maddəsində, 92.5-ci maddəsinin birinci cümləsində, 92.8-ci maddəsinin birinci (hər iki halda), ikinci, dördüncü, beşinci və altıncı cümlələrində, 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Başqa sözlə, İddiaçı iddia etdiyi və məhkəmənin də təmin etdiyi hallar üzrə məhkəməyə müraciət hüququ Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məxsusdur. AR MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə ilk iddiaçı layihədən kənara çıxma əsası ilə tikilinin sökülməsinə dair iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçının hazırkı hərəkətlərinə hüquqi ixtiyarı olmadığı üçün onun başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, həyata keçirilməsindən eləcə də onun mülkiyyətinə aid olmayan tikililərin sökülməsindən söhbət gedə bilməz. Apellyasiya kollegiyası qeyd edir ki, işin tədqiq olunan faktiki halları onu deməyə əsas verir ki, Cavabdeh məxsus fərdi yaşayış evi inşa edilərkən həmin tikilinin təsdiq edilmiş eskiz layihəsindən qismən də olsa kənara çıxma halları olmuşdur. Lakin daha öncə istinad olunan Məcəllənin tələblərindən aydın olur ki, hazırkı iş üzrə Cavabdeh məxsus tikilinin sökülməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququ Azırbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X10 Agentliyinə məxsusdur. İşə baxan birinci instansiya məhkəməsi işin bu faktiki halına, yəni İddiaçı sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olub-olmaması məsələsini araşdırmamış, həmin hissədə mübahisəyə düzgün qiymət verməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olan normanı yox, tətbiq edilməli olmayan normanı tətbiq etmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə, yəni iddianın təmin edilmiş hissəsində qətnamə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilib, ilk iddia tələbi həmin hissədə də rədd edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qarşılıqlı iddia tələbinin təmin edilməsi ilə bağlı hissəsində dəlillərini əsassız hesab edir və bildirir ki, İddiaçı tərəfindən Cavabdeh hər hansı torpaq sahəsindən qanunsuz istifadə etməsi, orada hər hansı tikili inşa etməsi faktı öz təsdqini tapmadığından, habelə bu barədə Cavabdeh tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən qarşılıqlı iddianın rədd edilməsi hissəsində məhkəmənin mövqeyi qanuni və işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayətinin dəlillərini qismən, ilk iddia tələbinin təmin edilmiş hissəsində qətnamənin ləğv və iddianın həmin hissədə də rədd edilməli olmasına dair dəlillərini sübut edə bilmişdir, qarşılıqlı iddia tələbinin əsasını sübut edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş halların tam düzgün qiymət vermədiyindən qətnamə qismən, ilk iddia tələbinin təmin edilmiş hissəsində ləğv olunmalı, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək, ilk iddia tələbi həmin hissədə rədd edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun yarısı yəni 25 manatı, ilk İddiaçı tutularaq cavabdeh-iddiaçı Cavabdeh verilməli, digər yarısı isə cavabdehin özünə aid dilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 386, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 2(029)-35/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsi qismən, Cavabdeh tərəfindən Qusar şəhəri F.Musayev küçəsi ev 31 ünvanda inşa edilmiş evin mansarda mərtəbəsi, mansarda mərtəbəsinin ətrafında olan balkon tikilisi, birinci, ikinci, üçüncü mərtəbələrdə divarlarda olan çıxıntıların Cavabdeh öz hesabına sökülməsi və həmin evin Qusar rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmış Eskiz Layihəsinə uyğunlaşdırılması, Cavabdeh tərəfindən Qusar şəhəri F.Musayev küçəsi ev 31 ünvanda inşa edilmiş evin daxili arakəsmə divarları, pəncərələrin sayı və yeri, mərkəzdə yerləşən sütunların sayının Qusar rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmış Eskiz Layihəyə uyğunlaşdırılması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissələrdə təmin olunmasın. Qətnamə qalan hissələrdə, ilk iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh İddiaçı, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və ünvan 14 ünvanda yerləşən torpaq sahəsində İddiaçı tərəfindən aparılmış tikililərin (yaşayış evinin) sonuncunun öz hesabına sökülməsi və həmin torpaq sahəsinin boşaldılaraq Cavabdeh təhvil verilməsi barədə qarşılıqlı iddiasının rədd edilməsi, iş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərclərinin İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, HesabAZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X7, Kodu210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməsi və 500 (beş yüz) manat məbləğində məhkəmə xərclərinin İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq “Azərinşaatlayihə” DBLKTİ-nin (VÖEN 150064181, H/h: AZ29AZFİ38060AZ**********002, "xxxx" ASC-nin Sahil filialı, Kod:503217, VÖEN: **********, M/h: AZ81NABZ********************, SWİFT: AZFİAZ22) hesabına keçirilməsi hissələrində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun yarısı, 25 manatı ilk iddia üzrə İddiaçı tutularaq Cavabdeh verilsin, qalan 25 manatı isə cavabdeh-iddiaçı Cavabdeh özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar