Məhkəmə qərarları › İş №2(105)-1869/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1869/2023

15.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1869/2023 15.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: neft kəmərinin mühafizə zonasında inşa edilmiş fərdi yaşayış evinin və hasarın sökülərək ərazidən çıxarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə iddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi Nümayəndə Məmmədhüseyn oğlunun, Cavabdeh, iş üzrə rəy vermiş ekspert X2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin e2(012)-391/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı SOCAR-ın İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı SOCAR-ın İddiaçı səlahiyyətli nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Böyük-Şor-Sumqayıt Dş-700 mm-lik yerüstü neft kəmərinin 30.9-cu km-də, 39 T 0386633;4489324 saylı koordinat üzrə, 2-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 36 metr aralı məsafədə, ünvan 1 ünvanında vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Böyük-Şor-Sumqayıt Dş-700 mm-lik yerüstü neft kəmərinin 30.9- cu km-də, 39 T 0386633;4489324 saylı koordinat üzrə, 2-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 36 metr aralı məsafədə, ünvan 1 ünvanında vətəndaş Cavabdeh tərəfindən 3 tərəfi mişar daşı, bir tərəfi isə dəmir torla çəpərlənmiş, içərisində yaşayış olan evə bitişik 1.5 metr enində, 7 metr uzunluğunda, 2.5 metr hündürlüyündə yeni hörgü işlərinin aparılması faktı aşkar olunmuşdur.

3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.

4. Abşeron Rayon Məhkəməsinin e2(012)-391/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor- Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 30-32 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Cavabdeh tərəfindən ünvan 1 ünvanında (39 T 0386633;4489324 saylı koordinat) inşa edilmiş hasar və köhnə fərdi yaşayış evinə bitişik tikilinin cavabdehin hesabına sökülməsi və ərazidən çıxarılması, 50 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı SOCAR-ın İddiaçınə ödənilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərcinin 25 manat məbləğinin iddiaçı təşkilatdan, 25 manat məbləğinin isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi (SAP (XİİS) hesabı X1, kod-210005; VÖEN- **********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası MərkəziVÖEN **********; hesabAZ34CTRE********************) qət edilmişdir (hakim Elman Məmmədov).

5. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın tələbləri pozularaq SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərindən 30 və 32 metr aralı məsafədə, kəmərin mühafizə zonasında ünvan 1 ünvanında (39 T 0386633;4489324 saylı koordinat) hasar və köhnə fərdi yaşayış evinə bitişik tikili inşa edilmişdir.

6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2, 111-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı SOCAR-ın İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin e2(012)-391/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Şikayətin dəlilləri:

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi qismən təmin edilmiş, yalnız cavabdeh tərəfindən inşa edilmiş hasar və köhnə fərdi yaşayış evinə bitişik tikilinin sökülməsi barədə qətnamə çıxarılmış, iddia tələbində göstərilmiş fərdi yaşayış evinin və hasarın sökülməsi hissəsində isə iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 mart 2023-cü il tarixli, 10/8124 saylı ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən inşa olunmuş hasar tikilisinin və köhnə fərdi yaşayış evinə bitişik inşa olunmuş tikilinin Böyükşor-Sumqayıt Dş- 700 mm-lik yeraltı neft kəmərindən 30 və 32 metr məsafələrdə yerləşdiyini nəzərə alaraq, həmin hasarın və köhnə fərdi yaşayış evinə bitişik inşa olunmuş tikilinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur. Məhkəmə ekspert rəyini nəzərə alaraq belə qərara gəlir ki, iddia qismən təmin olunmalı, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 30-32 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Cavabdeh tərəfindən ünvan 1 ünvanında (39 T 0386633;4489324 sayl koordinat) inşa edilmiş hasar və köhnə fərdi yaşayış evinə bitişik tikili cavabdehin hesabına sökülməli və ərazidən çıxarılmalıdır. Sözügedən ekspert rəyi tam olmamış, məhkəmə buna diqqət yetirməmiş və İddiaçı nümayəndəsinin mövqeyini nəzərə almamışdır. Məhkəmə faktiki olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 mart 2023-cü il tarixli, 10/8124 saylı ekspert rəyinə əsasən qətnamə çıxarmışdır. Lakin nəzərə almamışdır ki, faktiki olaraq cavabdehin inşa etdiyi fərdi yaşayış evi və hasar tikilisi də neft boru kəmərinin mühafizə zonasında yerləşir və cavabdehin həmin qanunsuz tikililərə dair heç bir hüquqmüəyyən edici sənədi yoxdur. Ona görə də həmin tikililər də özbaşına tikili statusundadır. Sözügedən ekspert rəyi özüözlüyündə ziddiyyətlidir. Sözügedən ərazidə fərdi yaşayış evi də olsa da ekspert bu fakta heçbir münasibət bildirməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən işin faktiki halları araşdırılmamış, sonuncu məhkəmə iclasında İddiaçı nümayəndəsinin tələbinə baxmayaraq, ekspert rəyini düzgün tədqiq etməmiş və formal mülahizəyə əsaslanmışdır. Cavabdeh zəbt etdiyi torpaq sahəsinin neft kəmərinin mühafizə zonasında yerləşdiyini bilmişdir. 04-06 dekabr 2021-ci il tarixli aktlardan görünür ki, iddiaçının əməkdaşları əraziyə baxış keçirərkən müəyyən olunmuşdur ki, SOCAR-ın İddiaçı istismarında olan Böyük-Şor-Sumqayıt Dş-700 mm-lik yerüstü neft kəmərinin 30.9-cu km-də, 39 T 0386633;4489324 saylı koordinat üzrə, 2-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 36 metr aralı məsafədə, ünvan 1 ünvanında Cavabdeh tərəfindən fərdi yaşayış evi və hasar inşa edilmiş, eyni zamanda hasarın içində yeni tikili inşa edilməkdədir. Cavabdehə aparılan işlərin dayandırılması barədə xəbərdarlıq olunmuşdur. Lakin xəbərdarlığa baxmayaraq tikinti işləri davam etdirilir. Cavabdeh tərəfindən yuxarıda göstərilən qaydalara zidd olaraq inşa edilmiş qanunsuz tikililər onun və ailə üzvlərinin, eyni zamanda digər şəxslərin həyat və sağlamlığı üçün real təhlükədir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi Nümayəndə Məmmədhüseyn oğlu apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iş üzrə ekspertiza keçirilsə də verilmiş rəy natamamdır. Belə ki, rəydə göstərilir ki, köhnə fərdi yaşayış evinə bitişik inşa olunmuş tikili mühafizə zolağının sahəsinə aiddir. Halbuki real vəziyyətdə yeni tikili fərdi yaşayış evinə münasibətdə zolaqdan aralıda yerləşir. Sonradan iş üzrə təkrarən ekspertiza təyin olunması barədə vəsatət təmin olunmadı, iş üzrə yekun məhkəmə aktı qəbul olundu. Bu səbəbdən də apellyasiya şikayəti verməli olmuşdur. Hesab edir ki, iddia tam şəkildə təmin olunmalıdır. Fərdi yaşayış evi də, ona bitişik tikili də mühafizə zolağına düşür. Birinci instansiya məhkəməsində ekspertin məhkəmə iclasına dəvət olunmasına dair xahişi məhkəmə tərəfinən təmin olunmadı. Hazırda iş üzrə təkrar ekspertiza təyin olunması həm əlavə xərcə, həm də vaxt itkisinə səbəb olacaq. Bu səbəbdən ekspertin məhkəmə iclasına dəvət olunması daha məqsədəmüvafiqdir. Tikilinin hər hansı sənədinin olması barədə heç bir məlumat yoxdur. Ekspert tərtib olunmuş aktı olduğu kimi öz rəyində yazıb. Ekspertin izahatından görünür ki, ekspert də bu hissədə təşkilatla razıdır ki, onun rəyinin əsası iddiaçının daxili aktı yox, mübahisə predmeti və mövcud qərardaddakı suallar olmalı idi. Əgər bir tikili mühafizə zolağına düşürsə, aydın məsələdir ki, ona bitişik olan tikili də həmin zolaqdadır. Rəy barədə narazılığı yoxdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin e2(012)-391/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh izahatında bildirdi ki, qətnamədən apellyasiya şikayəti verməsə də onunla razı deyil. Ekspertin iddiaçı ilə eyni mövqeyi bölüşdüyünü düşünür. 20 ildir yaşadığı evini sökmək istəyirlər. Qeyd edilənlərə əsasən idianın təmin edilməməsini xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında ekspert X3 bildirdi ki, əraziyə keçirilən baxışlarda iddiaçının nümayəndələri ərazini təqdim edəndə, onların təqdimatı əsasında mübahisə predmeti olan və aktda göstərilən tikililər üzrə tədqiqat aparılırdı. Orada köhnə evə bitişik olan əlavə tikili mübahisələndirilmişdi deyə rəy onun barəsində tərtib olunub. O, da tədqiqatı bu formada aparıb. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsində mövcud olan bütün tikililər barəsində rəy verib. Eyni zamanda ölçü işləri aparılarkən xətlə tikili arasındakı məsafənin 32 metr olduğunu nəzərə alaraq bildirir ki, rəydə göstərməsə də həmin tikilidən 18 metr aralıda olan tikililər də mühafizə zolağına düşür. Onların köhnə, yoxsa təzə olmasına isə münasibət bildirə bilməz. Həm köhnə, həm də yeni tikililər mühafizə zolağındadır. Ev, artırma və hasar mühafizə zolağına düşür. Sadəcə mübahisə predmeti olmadığı üçün o barədə rəy verməmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

14. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. 46-cı və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddələrinə əsasən dövlət mülkiyyətində olan torpaqlara daxildir: dövlət obyektlərinin-dağ mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, maqistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm zolaqlarının, mühüm meliorasiya və su təsərüffatı obyektlərinin yerləşdiyi torpaqları və sair. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X7 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” qaydalarının 4.1-ci bəndinə əsasən X7 Kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə İNBK-nın marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılaraq mühafizə zonaları müəyyənləşdirilir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 13 aprel 2023-cü il tarixli, 20/01-020 №-li qərarı ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.1-ci bəndinə əsasən MNK-nin istismarı üçün şərait yaratmaq və onların çəkiliş üsulundan asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: MNK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Göründüyü kimi cavabdeh tərəfindən inşa edilmiş mübahisələndirilən tikililər neft kəmərinin həm mühafizə zonası, həm də təhlükəsizlik zonası daxilində yerləşir. Həmin tikililər yüksək təzyiqli neft kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikililərdən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. 16.AR Sənayəevə Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və quraşdırma işləri; bütün növ kol və ağacların basdırılması, yəni məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması və torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması qadağandır.

17. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən əhali və ətraf mühit üçün təhlükə yaradan partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Həmin Qanunun əlavəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli, 94 saylı qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.

18. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

21. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini qismən, iddia tələbində göstərilmiş fərdi yaşayış evinin və hasarın sökülməsi barədə tələbin təmin edilməyən hissəsində mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini qeyd edilən hissədə müzakirə edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin e-2(012)-391/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə də təmin edilməlidir.

23. İş materiallarında olan 15.008.2022-ci il tarixli aktdan görünür ki, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 30.9cu km-də, 39T 0386633; ******* saylı koordinat üzrə, 2-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 36 metr aralı msəafədə Cavabdeh aid edilən köhnədən inşa edilmiş, 3 tərəfi mişar daşı, bir tərəfi isə dəmir torla çəpərlənmiş, içərisində yaşayış olan evə bitişik 1,5 metr enində, 7 metr uzunluğunda və 2,5 metr hündürlüyündə yeni hörgü işlərinin aparılması aşkar edildi.

24. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 mart 2023-cü il tarixli, 10/8124 saylı ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən inşa olunmuş hasar tikilisinin və köhnə fərdi yaşayış evinə bitişik inşa olunmuş tikilinin Böyükşor-Sumqayıt Dş-700 mm-lik yeraltı neft kəmərindən 30 və 32 metr məsafələrdə yerləşdiyini nəzərə alaraq, həmin hasarın və köhnə fərdi yaşayış evinə bitişik inşa olunmuş tikilinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur.

25. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” nın tələbləri pozularaq SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərindən 30 və 32 metr aralı məsafədə, kəmərin mühafizə zonasında ünvan 2 ünvanında (39 T 0386633;4489324 saylı koordinat) hasar və köhnə fərdi yaşayış evinə bitişik tikili inşa edilmişdir.

26. İddia tələbindən görünür ki, iddiaçı tələbində SOCAR-ın İddiaçı istismarında olan Böyük-ŞorSumqayıt Dş-700 mm-lik yerüstü neft kəmərinin 30.9-cu km-də, 39 T 0386633;4489324 saylı koordinat üzrə, 2-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 36 metr aralı məsafədə, ünvan 1 ünvanında vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Məhkəmə ekspert rəyinə istinadən SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 30-32 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Cavabdeh tərəfindən ünvan 1 ünvanında (39 T 0386633;4489324 saylı koordinat) inşa edilmiş hasar və köhnə fərdi yaşayış evinə bitişik tikilinin cavabdehin hesabına sökülməsi və ərazidən çıxarılması nəticəsinə gəlsə də iddia tələbinin inşa edilmiş hasar və köhnə fərdi yaşayış evinin sökülməsinə dair iddianı təmin etməmişdir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, ekspert rəyi iddiaçı təşkilat tərəfindən mübahisələndirilmiş, bu səbəbdən ekspert məhkəmə kollegiyasının iclasında dindirilmişdir.

29. Məhkəmə iclasında dirindirilmiş ekspert X3 bildirdi ki, əraziyə keçirilən baxışlarda iddiaçının nümayəndələri ərazini təqdim edəndə, onların təqdimatı əsasında mübahisə predmeti olan və aktda göstərilən tikililər üzrə tədqiqat aparılırdı. Orada köhnə evə bitişik olan əlavə tikili mübahisələndirilmişdi deyə rəy onun barəsində tərtib olunub. O, da tədqiqatı bu formada aparıb. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsində mövcud olan bütün tikililər barəsində rəy verib. Eyni zamanda ölçü işləri aparılarkən xətlə tikili arasındakı məsafənin 32 metr olduğunu nəzərə alaraq bildirir ki, rəydə göstərməsə də həmin tikilidən 18 metr aralıda olan tikililər də mühafizə zolağına düşür. Onların köhnə, yoxsa təzə olmasına isə münasibət bildirə bilməz. Həm köhnə, həm də yeni tikililər mühafizə zolağındadır. Ev, artırma və hasar mühafizə zolağına düşür. Sadəcə mübahisə predmeti olmadığı üçün o barədə rəy verməmişdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbində qeyd edilən Cavabdeh tərəfindən 3 tərəfi mişar daşı, bir tərəfi isə dəmir torla çəpərlənmiş, içərisində yaşayış olan ev neft kəmərinin mühafizə zonasında, kəmərdən 35-36 metr aralı yerləşmişdir.

31. Həmin fərdi yaşayış evi və hasarın cavabdehin istifadəsində olması, ona məxsus olması özünün məhkəmə iclasında verdiyi ifadə ilə də təsdiqini tapır.

32. Bununla da cavabdehin istifadəsində olan fərdi yaşayış evi və hasarın Böyük- Şor-Sumqayıt Dş-700 mm-lik yerüstü neft kəmərinin müəyyən edilmiş 50 metrlik mühafizə zonasında yerləşməsi müəyyən edilir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, magistral boru kəmərlərinin mühafizə zonası, yəni borulardan sağa və sola normativ sənədinə əsasən (AR NK-nin xx.xx.2004-cü il tarixli 167 N-li Qərarı) azı 50 metr olması nəzərə alınarsa cavabdehin yaşadığı və istifadəsində olan fərdi yaşayış evi və hasar da magistral neft kəmərindən 32-36 metr məsafədə kəmərin mühafizə zonasında yerləşir.

34. Bununla da müəyyən edilir ki, cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar iddiaçı təşkilata məxsus neft kəmərinin mühafizə zonasına düşür və fərdi yaşayış evi, hasar müvafiq razılıqlar alınmadan inşa edilmişdir.

35. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə məxsus fərdi yaşayış evi və hasar neft kəmərinin mühafizə zonasında müvafiq razılaşmalar alınmadan tikildiyindən sökülməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, mühafizə zolağında tikilmiş fərdi yaşayış evi və hasar cavabdehin hesabına sökülməli, mühafizə zonası boşaldılmalıdır.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin e2(012)-391/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin mühafizə zonasında ünvan 3 ünvanında yerləşən Cavabdeh aid edilən fərdi yaşayış evinin sökülməsi barədə iddia tələbinin təmin edilməməsinə dair hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə də təmin edilməli, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin mühafizə zonasında ünvan 3 ünvanında yerləşən Cavabdeh aid edilən fərdi yaşayış evi və hasar öz vəsaiti hesabına sökülməli, cavabdeh həmin ərazidən çıxarılımalıdır.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin e2(012)-391/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mmlik magistral neft kəmərinin mühafizə zonasında ünvan 4 ünvanında yerləşən Cavabdeh aid edilən fərdi yaşayış evinin sökülməsi barədə iddia tələbinin təmin edilməməsinə dair hissədə ləğv edilsin. İddia tələbi həmin hissədə də təmin edilsin. SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin mühafizə zonasında ünvan 4 ünvanında yerləşən Cavabdeh aid edilən fərdi yaşayış evi və hasar öz vəsaiti hesabına sökülsün və cavabdeh həmin ərazidən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar