Məhkəmə qərarları › İş №2(105)-187/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-187/2022

18.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-187/2022 18.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-998/2021 saylı 19 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 2(012)-998/2021 saylı 19 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 159,60 manat və 2,15 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 161,75 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına tutulması qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin 2(012)-998/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsinin iddianın rədd olunmuş hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı İB-yə vurulmuş 2254,90 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2284,90 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasinın iclasında cavabdeh İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmənin qətnaməsi əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış müqaviləyə istinad etmişdur. Hansı ki, müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödənməsinə dair “istehlakçı”nın vəzifəsini müəyyən edir. Digər tərəfdən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlara istinad etmişdir. Abonent kodu verilmiş ünvanda təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyətinin yoxlanılmasına və sayğaca baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, yəni iddiaçı tərəfindən qaz borusuna özbaşına qoşulma faktları aşkar edilmiş və bu əsasla da həmin aktlar tərtib edilmişdir. Həmçinin dəymiş ziyanın bərpasına dair tələbnamələrə istinad edilmişdir, hansı ki, qərəzli, təqsirli hərəkətlər nəticəsində iddiaçıya dəymiş ziyanın həcminin hansı qaydada hesablanmasını əks etdirir. Göründüyü kimi iş materiallarında yer alan, mübahisələndirilən qətnamədə də öz əksini tapan və birinci instansiya məhkəməsinin istinad etdiyi sübutlar iddianın qismən təmin edilməsinə yox, iddia tələbinin tam təmin edilməsinə əsasdır. Digər tərəfdən birinci instansiya məhkəməsi yanlış nəticəyə gələrək hesab etmişdir ki, iddiaçı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktları tərtib etdikdən sonra heç bir əhəmiyyətli tədbir görülməmiş, dövrü olaraq akt tərtib etməklə özünü vəzifə borclarını yerinə yetirmiş hesab etmişdir. Birinci instansiya məhkəməsinin birtərəfli mövqeyi ilə bağlı bildirir ki, iddiaçının əməkdaşları tərəfindən təbii qaz xəttinə kənar qoşulma aşkar edildiyi halda qazdan qanunsuz istifadənin davam etdirilməsinin qarşısının alınması məqsədi ilə qazın verilməsini dayandırılması ilə bağlı tədbirlərin görülməsinə bamayaraq cavabdeh yenidən qaz xəttinə qanunsuz qoşulmalar etmiş və belə tədbirlərin həyata keçirilməsi cavabdeh tərəfindən qanunsuz qoşulma imkanını istisna etməmişdir, yəni cavabdeh öz qanunsuz əməllərini davam etdirməklə iddiaçıya ziyan vurmuşdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, hal-hazırda yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi yeni məhəllədə yaşadığı ünvana 2015-ci ildə mexaniki sayğac qoyulmuşdur. Hər ay mütəmadi olaraq qaz pulunu ödəmiş, 2017-ci ildə başqa birisi gəlib girməsin deyə hasarının kənarında boş yeri hasarlamışdır. Bunun nəticəsində ona gələn qaz xəttinin bir hissəsi həyətinə düşdü. Buna görə tələbi ilə qaz idarəsinin işçiləri tərəfindən sayğacın yeri dəyişdirildi. Həmin xəttə köhnə sayğacın qoşulan hissəsini, yəni həyətinə düşən hissəsini qaz işçiləri özləri qaynaq edərək bağlayıblar. Hal-hazırda da onların etdiyi qaynaq ilə qaz xəttinin bir zamanlar sayğaca qoşulan hissəsi bağlı olaraq qalıb. Dəfələrlə Qaz İdarəsinin işçilərinə müraciət etmişdir ki, həyətinə düşmüş qaz xəttini həyətindən kənara, yəni həyətin çöl tərəfinə çəksinlər. Lakin heç vaxt gəlib xətti kənara çəkmədilər. 2019-cu il təxmini avqust ayında mexaniki sayğacı dəyişib smart kart tipli sayğac qoydular. 139 manat borcunun olduğunu və bu sayğacın işləməsi üçün 139 manat borcunu ödəməyini bildirdilər.Tərəfindən 139 manat ödənildi və sayğac işləməyə başladı. Hər ay təxmini 15 manat smart kartla pul ödəyib. Sübut olaraq 139 manatın çekini və kartı təqdim edə bilər. Səbəbini anlaya bilmir ki, nədən smart kart tipli sayğaclar dəyişdirildi. Çünki smart kartlarda yalnız işlənən qazın pulu ödənilirdi. Mexaniki sayğaclar isə iki qat yazır. Nəhayət 20.04.2021-ci ildə smart kart sayğacını dəyişidirib yenidən mexaniki kartla əvəz etdilər. Smart kartla ayda 15 manat ödədiyi halda mexaniki sayğacla hər ay 25-30 manat qaz pulu ödəyir. Qəbzlərinin də bir çoxu hələ də ondadır. 2021-ci ildə İddiaçıın işçiləri yaşadığı ünvana gələrək qanunsuz olaraq qaza müdaxilə etməyini və qanunsuz qaz işlətdiyini bildirdilər. O, isə bildirmişdir ki, ayda 25-30 manat qaz pulu ödəyir. Qanunsuz qaz işlədən heç ayda 30 manat qaz pulu verərmi? Gəlib həyətində olan qaz xəttinin özlərinin qaynaq ilə qapadıqları kimi qaldığını gördülər. Yəni heç bir müdaxilə yox idi. Növbəti dəfə yenə gələrək yolun kənar hissəsindən qanunsuz qaz çəkdiyini iddia etdilər.Yenə onları qanunsuz xətt çəkdiyini iddia etdikləri yerə dəvət etmiş, onların iştirakı ilə qanunsuz xətt çəkdiyini iddia etdiyi yolun qarşı tərəfindəki qaz xəttinin ətrafını qazmağa başlamışdır. Nəticədə qaz işçilərinin iddialarının yenə yalan olduğu üzə çıxdı. Çünki qanunsuz çəkilən qaz xəttinin onun deyil, qonşu tərəfindən çəkildiyinin özləri şahidi oldular. 15 ildir kimsənin yaşamadığı və kimsənin qazdan istifadə etmədiyi köhnə evinə görə 4500 manat tutulması barədə ondan xəbərsiz qiyabi qətnamə çıxardıqlarını Abşeron rayon İcra və probasiya şöbəsindən öyrənib Abşeron Rayon Məhkəməsinə yaxınlaşmış, orada ona bir deyil, hətta iki qətnamə çıxardıqlarını bildirdilər. Birisi hal-hazırda yaşadığı, yəni hazırda icraatda olan evinə görə, digəri isə kimsənin yaşamadığı və artıq yaşayış üçün yararsız olan köhnə evinə görə. Yeni evə köçüb gəldiyi üçün köhnə evdə yaşayış yoxdur. Hesab edir ki, iddiaçının bu tələbinin heç bir hüquqi əsası yoxdur. Nümunəvi qaz pulu ödəyən az sayda kənd sakinlərindəndir. Smart kart tipli sayğacla sayğacın ölçüdüyü miqdarda, yəni maksimum 15 manat, smart kart sayğacları dəyişdikdən sonra isə 25-30 manat miqdarında hər ay pul ödəmişdir, yəni borcu yoxdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-998/2021 saylı 19 may 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətindən görünür ki, apelyant qətnaməni qismən, iddia tələbinin təmin olunmayan hissəsini mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin, cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı təşkilatın apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-998/2021 saylı 19 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materialarında olan 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 426,60 manat; 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 194,40 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 19.04.2020-ci il tarixli ******* saylı akt əsasında 159,60 manat olmaqla, ümumilikdə 2254,90 manat ziyan dəydiyi müəyyən olunmuşdur. Məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı, 19.04.2020-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktı əsasında Cavabdeh sayğacdan kənar qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində 159,60 manat borcunun olması məhkəmə iclasında sübuta yetirilmişdir. Lakin digər 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 426,60 manat; 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 194,40 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat cərimə borclarının həqiqətən Cavabdeh tərəfindən kənar xətdən istifadə olunması nəticəsində olması məhkəmə iclasında sübuta yetirilmədiyindən iddia tələbi həmin aktlara əsasən hesablanmış cərimə borcları hissəsində rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli, 207 saylı Fərmanın 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görsün. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli, 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9cu bəndində qeyd olunur ki, İddiaçı təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olan 2,15 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instaqnsiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununda göstərilir ki, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar"ın 3.2.7-ci bəndinə əsasən qaz qurğusunda nasazlıq və ya qaz iyinin yaranması zamanı dərhal qaz qurğularından istifadəni dayandırmalı, qurğulara gedən xəttin və avadanlığın üzərində olan ventilləri bağlamalı, otaqların havasını dəyişdirmək üçün pəncərələri və nəfəslikləri açmalı, od yandırmamalı, siqaret çəkməməli, elektrik cihazlarını yandırmamalı və ya söndürməməli, elektrik qapı zənglərindən istifadə etməməli və qaz paylayıcısına təcili məlumat verməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Müəyyən edilmişdir ki, qaz paylayıcısı olan şəbəkə qərarın bu bəndini kobud şəkildə pozmuş, iddiaçının məskunlaşdığı fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulması haqqında yuxarıda sadalanan aktları tərtib etdikdən sonra heç bir əhəmiyyətli tədbir görülməmiş, dövrü olaraq akt tərtib etməklə öz vəzifə borclarını yerinə yetirilmiş hesab etmişlər. Həmin Qərarın 3.1.3-cü bəndinə əsasən qaz paylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı, bu Qərarın 3.1.7-ci bəndinə əsasən isə qaz qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Azərbaycan Respublmkası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İş üzrə keçirilmiş 20.12.2021-ci il tarixli, 9/8629 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 2 ünvanında yaşayan (abonent kodu-**********00000) Cavabdeh məxsus mövcüd olan qaz avadanlıqlar (qaz cihazları) nəzərə alınmaqla sualda qeyd olunan aktlar əsasında, Cavabdeh tərəfindən ödənilməli olan məbləğ 2.254,90 manat təşkil edir. Həmin məbləğ İddiaçı təbii qazdan istifadə qaydalarının pozulmasına görə hesablanmış, qeyd edilən borcun düzgün olubolmaması məhkəmə tərəfindən qiymətləndirilə bilər. Bundan əlavə ekspert qarşısında qoyulmuş suallara cavab olaraq bildirilir ki, Cavabdeh istifadə etdiyi qaz işlədicilərinin müəyyən edilməsi, həmçinin müəyyən edilmiş qaz işlədicilərinin sərfiyyatı nəzərə alınmaqla istifadə etdiyi qaz sərfiyyatının müəyyən edilməsi məhkəmə-mühasibat ekspertizasının predmetinə aid olmadığı üçün həmin suallar üzrə konkret cavab vermək mümkün olmadı. Qeyd edilənlərə əsasən məhkəmə kollegiaysı qeyd edir ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 159,60 manat və 2,15 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 161,75 manat məbləğində pul vəsaiti tutularaq tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza xərci AR Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərəflərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir rəsmi sənəd təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-998/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-998/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin olunmasın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri üçün 145 (yüz qırx dörd) manat pulun 72,5 (yetmiş iki manat əlli qəpik) manatı İddiaçındən, 72,5 (yetmiş iki manat əlli qəpik) manatı Cavabdeh tutularaq dövlət büdcəsinə aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar