Məhkəmə qərarları › İş №2(105)-1879/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1879/2022

31.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1879/2022 31.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.A.Məmmədov) İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən Quba şəhəri, T.Əhmədov küçəsi 6/7-də yerləşən mənzilinə yazılmış qanunsuz cərimənin tam silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzilinə nəzarətçilərin verdiyi bildirişə görə 600 manat cərimənin yazıldığı məlum olub, halbuki 15 dekabr 2017-ci ildə onu evdən çağıraraq bildiriblər ki, qaz sayğacı işləmədiyinə görə dəyişiblər. Lakin sayğaca müdaxilə qeydə alınmayıb, niyə onun iştirakı olmadan dəyişdirildiyindən o anlayıb ki, yazılmış aktda sayğaca müdaxilə olunmadığı, lakin sərfiyyatın qeydə alınmadığı göstərilib. Azəriqazın Quba rayon Qaz İstismarı idarəsinin nəzarətçiləri tərəfindən 15 gündən bir sayğaclara baxış keçirilərək ödəniş qəbzləri yazılır. Azəriqaz İB Xaçmaz Rİİ-nin xx.xx.2018-ci il tarixli aktını nəzarətçilər onlara veriblər, lakin həmin akt tam qanunsuz yazılıb, mənzildəki qaz işlədicilərinin sayı uydurma yazılıb, halbuki mənzilə onlar tərəfindən baxılmayıb və həmən avadanlıqlar yoxdur, 90 günün sərfiyyatını göstərməklə özlərinin hərəkətlərini ifşa ediblər, aktda sayğacın dəyəri və dəymiş ziyan göstərilib, sayğaca müdaxilə olmayıbsa və qərar ekspert rəyi ilə təsdiq olunmayıbsa onun dəyərinin və ziyanın yazılması tam qanunsuzdur. Belə ki, Xaçmaz RQİİ tərəfindən AR NK-nin xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə qaydaları"nın 4.8,4.9 və 5.4-cü bəndlrinin tələbləri pozulmuşdur. Orda istehlakçının qaz sayğaclarının saxlanılmasına məsuliyyət daşımadığı göstərilib, məsuliyyəti Azəriqazın özləri daşıyırlar. Cərimənin silinməsi barədə yerli və baş idarələrinə müraciət edib, AR Enerqetika Nazirliyinin Enerji X1 Xaşmaz filialından Dövlət qaz nəzarət idarəsindən yerində gəlib yoxlandıqdan sonra akt tərtib olunmuş akta da cərimənin qanunsuz yazıldığı göstərilib və Azəriqaza cərimənin silinməsi barədə məktub göndərilsə də nəticəsi olmayıb, 1124 manat borcun olduğu barədə bildiriş verilib, qanunsuz yazılmış 300 manat borca görə də məhkəmənin qətnaməsinnə əsasən onların cinayət əməllərindən şikayət etdiyinə görə silinib, lakin qanunsuz yazılmış 600 manat cərimə silinməyib. AR Nazirlər kabinetinin qərarına və İstelakçıların hüquqların müdafiəsi haqqında qanuna görə qazın verilməsi əhaliyə ikitərəfli müqavilə əsasında veriiməlidir, lakin Azəriqaz tərəfindən normalara uyğun qaz verilmədiyindən və oz maxinasiylarına görə müqavilə bağlanmır. Belə ki, xarici neft şirkətləri tərəfindən verilən səmt qazı əhaliyə təmizləndikdən sonra verilməlidir, lakin cavabdeh tərəfindən standartlara cavab verməyən qaza görə onlardan təmiz qazın qiyməti tələb olunur. Bundan əlavə yanvar ayında limitdən əlavə verilən qaza görə borc yazılır, həmçinin təmir adı ilə qazın verilişi dayandırıldıqda xətlərə hava anılaraq əlavə təzyiq yaradılır ki, bu da qəzalara səbəb olur. Bu faktlara görə də ekspertiza təyin olunmalıdır. Sumqayıt Apellyasiya məhkəməsinin qətnaməsinə əsasən silinməli olan borcu da ondan tələb edirlər, halbuki dəfələrlə qətnamə onlara və icra şöbəsinə göndərilb, qanuni qüvvəyə minmiş qətnamənin vaxtında icra etmədiyinə cavabdeh barəsində AR CM 306-cı maddəsi ilə cinayət işi qaldırılmalıdır. Ona görə də qanunsuz yazılmış cərimənin silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır və AR MPM-nin 265-ci maddəsi ilə xüsusi qərardad çıxarılmalıdır. AR MPM-nin 53-cü və 97-101 ci maddələrinə görə də iddia təiəbi artılıra bilər və ekspertizanın keçirilməsini və buna əsasən də bütün cərimənin silinməsi barədə qərar çıxarılmasını məhkəmədən tələb edə bilər. Odur ki, iddiaçı "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən Quba şəhəri, T.Əhmədov küçəsi 6/7-də yerləşən mənzilinə yazılmış qanunsuz cərimənin tam silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməlidir. Cavabdehin qanunsuz borcların və cərimələrin yazmasına, məhkəmə qətnamələrinə məhəl qoymadığını, Azərbaycan Respublikası EN-dən göstərişinə əsasən Xaçmaz RQİdən cərimənin qanunsuz yazılmış və şikayətlərinə görə silinməsinə dair arayışın olmasına əsaslandırmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinə və debitor borclara görə silinməsi barədə dəfələrlə məhkəmələrə bildirilsə də, heç bir tətbir görülmür. Lakin məhkəmə bunu nəzərə almamışdır. Quba Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 2(027)-1089/2022 saylı qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi, təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərək, iş üzrə borcun silinməsini barədə arayışın olunmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerli Məsələlərini X3 filialınını xx.xx.2022-ci il tarixli AERA-25-6/22 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı müraciətinə əsasən, məhkəmə qətnaməsinin icrası ilə əlaqədar “Azəriqaz” İB-nin tərəfindən 604,80 manat məbləğ ona məxsus mənzilin qaz hesabından silinməsi qeyd edilmişdir. Məhkəmədə müəyyən edildi ki, abonentin saldosuna və Azərbaycan Respublikası Energetika Nazirliyi Enerli Məsələlərini X3 filialınını xx.xx.2022-ci il tarixli AERA-25-6/22 nömrəli məktubuna əsasən, “Azəriqaz” İB-nin tərəfindən İddiaçı hesablanmış 604,80 manat ziyan məbləği 2019-cu il iyul ayında onun abonent bazasından silinmişdir. Şərh edilənləri və iddiaçının abonent hesabından silinməsini iddia etdiyi 604,80 manat məbləğdə borcun İddiaçı abonent hesabından silindiyini nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “cərimənin və ziyanın silinməsi” barədə iddia ərizəsi təmin edilməməsi barədə gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası cavabdeh təşkilat tərəfindən təqdim edilmiş və məhkəmənin istinad etdiyi arayışın saxta olması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, həmin dəlil heç bir sənədlə sübuta yetirilmir. Məhkəmə kollegiyası cavabdehin tərəfindən apellyasiya şikayətində qətnamənin ləğvi üçün heç bir əsas olmadıgını nəzərə alıb, şikayətdə göstərilən dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir.Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 402-1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin bu iş üzrə 17 iyun 2022-ci il tarixli 2(027)-1089/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanslın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar