Məhkəmə qərarları › İş №2(105)-188/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-188/2023

12.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-188/2023 12.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X24 və X3 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, birinci iddia üzrə İddiaçı, ikinci iddia üzrə iddiaçı Xəlilova Nübar Mehman qızının nümayəndəsi X32, ikinci iddia üzrə iddiaçılar Cavabdeh1, Xəlilova Nübar Mehman qızının və X25 nümayəndəsi Vəkil1, ikinci iddia üzrə cavabdeh X18 iştirakı ilə, Birinci iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Quba rayonu, İ Nügədi İcra nümayəndəsini əvəz edən Cavabdeh2, Quba Regional “ASAN xidmət” mərkəzində notariat kontoruna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair, ikinci iddia üzrə iddiaçılar Cavabdeh1, Xəlilova Nübar Mehman qızının, X25 cavabdeh İddiaçı və X9, X21, X12 və X6 qarşı maraqlı şəxs Quba regional ASAN Xidmət Mərkəzinin notaiat kontoruna qarşı mirasın qəbul edilməsi faktının və miras üzrə payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli, 2(027)-1125/2019 nömrəli qətnaməsindən birinci iddia üzrə İddiaçı, ikinci iddia üzrə iddiaçılar Cavabdeh1, Xəlilova Nübar Mehman qızı və X36 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 2(027)-1125/2019 nömrəli, 24 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) birinci iddia qismən təmin edilmiş, Quba rayon notariusu Z.N.Dəmirov tərəfindən verilmiş reyestrdə 2V/02-1950 nömrə ilə qeydə alınmış xx.xx.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən, ½ hissədə etibarsız hesab edilmiş, ikinci iddia tam təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən miras qoyan X10 miras qalmış 0,20 ha torpaq sahəsinin ½ hissəsi olan miras, RX seriyalı ******* nömrəli çıxarışa əsasən həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 154 kvadrat metr olan X2 miras qalmış fərdi yaşayış evinin ½ hissəsi olan miras vərəsə X22 tərəfindən qəbul edildiyindən həmin əmlaklara münasibətdə onun ½ hissədə vərəsəlik üzrə miras payı müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsinin ½ hissəsi olan mirasa və RX seriyalı ******* nömrəli çıxarışa əsasən həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 154 kvadrat metr olan fərdi yaşayış evinin ½ hissəsi olan mirasa vərəsə X11 payı müəyyən edildiyindən həmin əmlakın 3/6 hissəsinə hər birinin payı 1/6 olmaqla X11 vərəsələri Cavabdeh1, Xəlilova Nübar Mehman qızının və X25 vərəsəlik üzrə miras paylarının müəyyən edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ş.Abasov - sədrlik edən və məruzəçi, A.Abbasov, T.Məmmədov) 14 fevral 2020-ci il tarixli qətnaməsi ilə ikinci iddia üzrə iddiaçılar Cavabdeh1, Xəlilova Nübar Mehman qızı, X25 apelyasiya şikayəti təmin edilməmiş, birinci iddia üzrə İddiaçı apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı iddiasının təmin edilməsi, Quba rayon notariusu Z.N.Dəmirov tərəfindən X13 verilmiş, reyestrdə 2V/02-1950 ömrə ilə qeydə alınmış xx.xx.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi qət edilmiş, Cavabdeh1, Xəlilova Nübar Mehman qızının və X25 cavabdeh İddiaçı qarşı iddia tələbi rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarı ilə Cavabdeh1, Xəlilova Nübar Mehman qızı, X36 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-233/2020 nömrəli iş üzrə 14 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cavabdeh1 və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli qərarı ilə Nadirovun Cavabdeh1, Quba Rayonu İcra Hakimiyyəti Başçısının İ Nügədi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə və Quba “ASAN xidmət” mərkəzinin notariat kontoruna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Cavabdeh1 və qeyrilərinin mirasın qəbul edilməsi faktının və miras əmlak üzrə payların müəyyən olunması barədə iddia tələblərinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1, 418.1-418.3-cü maddələrinə uyğun olmayan hesab edilməsi, müvafiq məhkəmə aktı icra edilməməsi və işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması qərara alınmışdır. Ali Məhkəməsi Plenumunun 08 iyul 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarı və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(027)-972/2021 nömrəli qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddiaçı Xəlilova Nübar Mehman qızının cavabdehlər Cavabdeh1, X36, Quba Regional ASAN Xidmət mərkəzi Notariat Kontoru, Quba rayon İcra Hakimiyyəti və X33 qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı Xəlilova Nübar Mehman qızı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – L.Məmmədova sədrlik edən və məruzəçi, G.Tağızadə, T.Quliyev) 23 noyabr 2021-ci il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli qərarı ilə iddiaçı Xəlilova Nübar Mehman qızının kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 noyabr 2021-ci il tarixli 2(105)-2972/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 08 fevral 2023-cü il tarixli qərardadı ilə iddiaçı Xəlilova Nübar Mehman qızının cavabdehlər Cavabdeh1, X36, Quba Regional ASAN Xidmət mərkəzi notariat kontoru, Quba rayon İcra Hakimiyyəti və X33 qarşı vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair hazırkı 2(105)-503/2023 nömrəli mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, habelə ikinci iddia üzrə iddiaçılar Cavabdeh1, Xəlilova Nübar Mehman qızı və X25 cavabdeh İddiaçı və qeyrilərinə qarşı mirasın qəbul edilməsi faktının və miras üzrə payların müəyyən edilməsi tələbinə dair 2(105)-188/2023 nömrəli digər mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 06 aprel 2023-cü il tarixli qərardadı ilə iddiaçı Xəlilova Nübar Mehman qızının cavabdehlər Cavabdeh1, X36, Quba Regional ASAN Xidmət mərkəzi Notariat Kontoru, Quba rayon İcra Hakimiyyəti və X33 qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddiadan imtina barədə ərizəsinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçı Xəlilova Nübar Mehman qızının cavabdehlər Cavabdeh1, X36, Quba Regional ASAN Xidmət mərkəzi Notariat Kontoru, Quba rayon İcra Hakimiyyəti və X33 qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması barədə iddia tələbi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İŞİN HALLARİ Birinci iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Quba rayonu İH İ Nügədi İcra nümayəndəsini əvəz edən Cavabdeh2 və Quba Regional ASAN Xidmət mərkəzində notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayon notariusu Z.N.Dəmirov tərəfindən verilmiş reyestrdə 2V/02-1950 nömrə ilə qeydə alınmış xx.xx.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X4 və mərhum anası X1 oğlu olaraq onlarla birlikdə yaşamışdır. Hal-hazırda da həmin evdə yaşayır, həyətyanı torpaq sahəsi onun istifadəsindədir. Atasının ölümündən sonra (17 noyabr 1995-ci il) onun vərəsələrindən həyat yoldaşı Meyxanım, qızları Fəridə, Sevil və Tərlanə, oğlanları Mail, Mehman və o qalmışdır. X5 xx.xx.2004-cü ildə, qardaşı Mehman isə xx.xx.2013-cü ildə ölmüşlər. Bu yaxınlarda valideynlərindən miras qalmış əmlakla əlaqədar vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat orqanına müraciət etmiş, bu zaman ona məlum olmuşdur ki, mərhum qardaşı X22 anası vəfat etdikdən sonra Quba İHB-nın İ Nügədi İƏD üzrə nümayəndəliyində qalan vərəsələri gizlətməklə özünü evin tək övladı kimi qələmə verərək vərəsəlik barədə saxta arayış almışdır. O, həmin arayışı notariat orqanına təqdim edərək xx.xx.2012-ci il tarixdə anasının adına bankda olan əmanət pulunu almaq üçün Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq, həmin şəhadətnamə əsasında bankda anasının adına olan 8239 rublu mili pulla almışdır. Həmin qanunsuz yolla alınmış vərəsəlik hüququ üzrə şəhadətnamə qüvvədə olduğundan valideynlərindən miras qalmış evə, torpaq sahəsinə dair ona notariat orqanı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməkdən imtina etmişdir. Qardaşı Mehmanın ailə üzvlərindən başqa digər vərəsələr valideynlərindən miras qalmış evin və torpaq sahəsinin vərəsəlik üzrə onun adına rəsmiləşdirilməsinə etiraz etməmişlər, bu barədə notariat kontorunda təsdiq olunmuş rəsmi ərizələri vardır. Mərhum qardaşı Mehmanla çəpər qonşusu olmuşdur. Mehman onun evindən gizli olaraq evə aid və valideynlərinə məxsus bütün sənədləri götürmüşdür. Mehmanın həyat yoldaşı Cavabdeh1 ərinin ölümündən sonra onun vərəsəsi kimi qanunsuz yolla alınmış həmin şəhadətnamənin əsaslı olduğunu bildirir. Notariat orqanına valideynləri atası X4 xx.xx.1995-ci il tarixdə ölümündən sonra vərəsələrindən X5, Nadirova (Vahabova) Fəridə Veysəlqara qızı, X28, Nadirova (Xasiyeva) Sevil Veysəlqara qızı, X22, İddiaçı və Nadirova (Əhmədova) Tərlanə Veysəlqara qızının, eləcə də X5nın xx.xx.2004-cü ildə ölümündən sonra vərəsələrindən Nadirova (Vahabova) Fəridə Veysəlqara qızı, X28, Nadirova (Xasiyeva) Sevil Veysəlqara qızı, X22, İddiaçı və Nadirova (Əhmədova) Tərlanə Veysəlqara qızının qalması barədə Quba RİHB-nın İ Nügədi İƏD üzrə nümayəndəliyindən aldığı 719 və 720 saylı, 02 avqust 2018-ci il tarixli arayışları təqdim etsə də, qardaşı Mehman Nadirovun qanunsuz yolla aldığı vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmədən onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin qeyri-mümkün olduğunu, həmin şəhadətnamənin etibarsızlığı və ləğvi barədə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Hazırda valideynlərinin vərəsəsi kimi hüququnu bərpa etmək istəyir, bunun üçün qardaşı Mehmanın adına verilmiş şəhadətnamə etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İkinci iddia üzrə iddiaçılar Cavabdeh1, Xəlilova Nübar Mehman qızı, X36 cavabdeh İddiaçı qarşı, üçüncü şəxslər X19, X28, X23 və X15, Quba regional “ASAN xidmət” mərkəzi olmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 154 kvadrat metr ümumi sahəsi olan X2 miras qalmış fərdi yaşayış evinə, X10 miras qalmış 0,20 ha torpaq sahəsinə X22 tərəfindən mirasın qəbul edilməsi, həmin miras əmlakdan X13 düşən paydan onlara aid hissənin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh1, Xəlilova Nübar Mehman qızı və X36 iddialarını onunla əsaslandırmışlar ki, Cavabdeh1 21 sentyabr 1979-cu ildə X22 ilə rəsmi nikaha daxil olmuşdur. Nikahlarından 31 yanvar 1983-cü ildə X37, 16 iyul 1992-ci ildə X38 anadan olmuşdur. Cavabdeh1 hazırkı mübahisəli evə gəlin köçmüşdür. Mehman Nadirovun özündən başqa X19, X28, X23, X15 anadan olmuşdur. X7 fərdi yaşayış evi məxsus olmuşdur. X20 Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarı ilə həmin fərdi yaşayış evi də daxil olduğu 0,20 ha torpaq sahəsi verilmişdir. X16 17 noyabr 1995-ci ildə vəfat etmişdir. Mehman Nadirov atasının dəfnini və yas mərasimini təşkil etmiş, digər oğlanları ilə birlikdə atasına qəbir daşı qoydurmuşdur. Bundan sonra qonşuluqda yaşayan anasının yanına daha çox gedib-gəlməyə başlamışdır. X26 xx.xx.2004-cü ildə ölmüşdür. X26 öldükdən sonra Mehman Nadirov anasının dəfnini və yas mərasimini təşkil etmiş, digər oğlanları ilə birlikdə anasına qəbir daşı qoydurmuşdur. Mehman Nadirov 2012-ci ildə xərçəng xəstəliyinə tutulmuş, müalicəyə ehtiyacı olduğundan anasının adına bankda olan əmanət pulunun alınması üçün Quba rayon notariat Kontoruna müraciət etmiş, xx.xx.2012-ci il tarixdə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında Mehman Nadirov anasının adına olan pulu almış və müalicəsi üçün xərcləmişdir. Mehman Nadirov xx.xx.2013-cü ildə vəfat etmişdir. O, vəfat etdikdən sonra onlar Mehman Nadirovdan qalmış evdə yaşamaqla və torpaq sahəsini idarə etməklə mirası qəbul etmişlər. Bundan başqa X26 və X2 miras qalmış əmlaklara dair də vergiləri ödəmişlər və Mehman Nadirovdan qalmış mirası qəbul etdikləri kimi, Veysəlqara Nadirov və Meyxanım Nadirovadan qalmış mirası da qəbul etmişlər. X46 və Meyxanım Nadirovadan miras qalmış, Mehman Nadirova düşən payın alınması üçün Quba Rayon Notariat Kontruna müraciət etmişlər. Lakin Quba rayon Notariat Kontoru onlara mirasla bağlı şəhadətnamə verməkdən imtina etmişdir. İkinci iddia üzrə iddiaçılar tərəfindən işə əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnaməsindən məlum olur ki, X8 Nadirova qarşı mənzil hüququnun tanınması və mənzilə köçürmə tələbi ilə məhkəməyə müraciət etmiş iddiası rədd edilmiş, qətnamə sonrakı məhkəmə instansiyası tərəfindən qüvvədə saxlanılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci iddia üzrə İddiaçı Quba Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, şikayəti təmin edilib qətnamənin ləğv edilməsi, onun iddiası tam təmin olunmasını, digər iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə birinci iddia qismən təmin edilmiş, Quba rayon notariusu Z.N.Dəmirov tərəfindən verilmiş reyestrdə 2V/02-1950 nömrə ilə qeydə alınmış xx.xx.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən 1/2 hissədə etibarsız hesab edilmiş, ikinci iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən miras qoyan X10 miras qalmış Quba rayonu İ Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsinin 1/2 hissəsinə, RX seriyalı ******* nömrəli çıxarışa əsasən həmin torpaq sahəsi üzərində yerləşən miras qoyan X2 miras qalmış ümumi sahəsi 154 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsi olan miras vərəsə X22 tərəfindən qəbul edildiyindən həmin əmlaklara münasibətdə onun həmin hissəsdə vərəsəlik üzrə miras payı müəyyən edilmiş, 0,20 ha torpaq sahəsinin 1/2 hissəsi olan miras və RX seriyalı ******* nömrəli çıxarışa əsasən həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 154 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsi olan mirasa vərəsə X11 payı müəyyən edildiyindən həmin əmlakın 3/6 hissəsinə hər birinin payı 1/6 olmaqla X11 vərəsələri Cavabdeh1, Xəlilova Nübar Mehman qızının və X25 vərəsəlik üzrə miras payları müəyyən edilməsi qət edilmişdir. Hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlməmiş, maddi hüquq normalarını pozmuşdur. Mehman Nadirovun ayrıca evi olmuş, orada ailəsi ilə birlikdə yaşamışdır. O heç vaxt mirası qəbul etməmişdir. Mübahisəli vərəsəlik şəhadətnamə qanunsuz yolla əldə edildiyindən saxtadır. Miras 6 ay ərzində qəbul edilməlidir. Lakin atası 1995-ci ildə, anası 2004-cü ildə ölmüşdür. Anasının ölümündən keçən 7 il ərzində Mehman mirası qəbul etməmişdir. Yalnız o, həmin evdə yaşamaqla mirası faktiki qəbul etmişdir. Digər tərəfdən Mehman mirası qəbul etməkdən özü imtina etmişdir. Qanuna görə mirasın bir hissəsindən imtina edilərsə hesab edilir ki, o, mirasdan imtina etmişdir. İkinci iddia üzrə iddiaçılar Cavabdeh1, Xəlilova Nübar Mehman qızı, X17 Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, onların şikayətinin təmin edilməsini, qətnamə İddiaçı iddiasının təmin edilmiş hissəsində ləğv edilib iddia rədd olunması, onların iddiası üzrə paylar yenidən müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, İddiaçı həqiqəti gizlədir, onun Mehman Nadirovun vərəsəlik şəhadətnaməsi almasından lap əvvəl xəbəri olmuşdur. Belə ki, miras əmlaka dair digər vərəsələr imtina ərizələrini 2018-ci ilin aprel-may aylarında yazmış, İddiaçı məhkəməyə iddiası isə 05 mart 2019-cu ildə daxil olmuşdur. Yəni vərəsəlik şəhadətnaməsi barədə məlumatı olduqdan 9 ay sonra məhkəmədə hazırki iddianı qaldırmışdır. Deməli o, 2 aylıq müraciət müddətini ötürmüşdür. İddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə versələr də məhkəmə bunu nəzərə almamışdır. Bundan əlavə, miras əmlak Mehman Nadirov tərəfindən faktiki qəbul edilmişdir. Belə ki, qeyd olunan miras əmlakla bağlı bələdiyyə vergiləri, kommunal haqlar onlar tərəfindən ödənilmişdir. Əslində mərhum Mehman Nadirov 2012-ci ildə mirasın bir hissəsini qəbul etməklə bütövlükdə mirası qəbul etmişdir. Digər tərəfdən vəsiyyətnamə verildiyindən miras əmlaka dair paylar yenidən müəyyən edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən birinci iddia üzrə İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, ikinci iddia üzrə iddiaçıların apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ikinci iddia üzrə iddiaçı Xəlilova Nübar Mehman qızının nümayəndəsi X48 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci iddia üzrə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ikinci iddia üzrə iddiaçılar Cavabdeh1, Xəlilova Nübar Mehman qızının və X25 nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci iddia üzrə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ikinci iddia üzrə cavabdeh X28 birinci iddia üzrə İddiaçı apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən birinci iddia üzrə İddiaçı nümayəndəsi X27 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, ikinci iddia üzrə iddiaçıların apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən birinci iddia üzrə İddiaçı vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, ikinci iddia üzrə iddiaçıların apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən ikinci iddia üzrə cavabdeh X19 birinci iddia üzrə İddiaçı apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməməli, ikinci iddia üzrə iddiaçı Xəlilova Nübar Mehman qızının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi birinci iddia tələbini qismən, ikinci iddia tələbi tam təmin edilmiş, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni birinci iddia üzrə iddiaçı və ikinci iddia üzrə iddiaçılar tərəfindən mübahisələndirərək, apellyasiya şikayətləri verilmiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək yeni qətnamə qəbul etmiş, bu nəticədən narazı qalan ikinci iddia üzrə iddiaçıların kassasiya şikayəti əsasında işə baxan kassasiya instansiya məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-233/2020 nömrəli iş üzrə 14 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1, 418.1-418.3-cü maddələrinə uyğun olmayan hesab edilmiş, işə yenidən baxılması qərara alınmışdır. Ali Məhkəməsi Plenumunun 08 iyul 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarı və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri və Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Baxılan iş üzrə İddiaçı iddia tələbi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ikinci iddia üzrə iddiaçılar Cavabdeh1, Nübar Xəlilova, Aytən Cəfərovanın iddia tələbi isə Quba rayonu İ Nügədi kəndində yerləşən 154 kvadrat metr ümumi sahəsi olan X2 miras qalmış fərdi yaşayış evinə, X10 miras qalmış 0,20 ha torpaq sahəsinə X22 tərəfindən mirasın qəbul edilməsi, həmin miras əmlakdan X13 düşən paydan onlara aid hissədə payların müəyyən edilməsi barədədir. 11 noyabr 1948-ci ildə Veysəlqara Nadirov rəsmi nikah əsasında Meyxanım Nadirovla ailə qurması, onların bu nikahlarından Mail, Fəridə, Sevil, Təranə, Nəbi və Mehman adlı uşaqların olması, ataları Veysəlqara Nadirovun xx.xx.1995-ci ildə, anaları Meyxanım Nadirovanın isə xx.xx.2004-cü il tarixdə vəfat etmələri və onların vəfatından sonra ataları X2 Quba rayonu İ Nügədi kəndində ümumi sahəsi 154 kv.m olan fərdi yaşayış evi və anaları X10 0,20 ha torpaq sahəsinin miras qalması, onların ölümündən sonra vərəsələri Nadirova (Vahabova) Fəridə Veysəlqara qızı, X28, Nadirova (Xasiyeva) Sevil Veysəlqara qızı və Nadirova (Əhmədova) Tərlanə Veysəlqara qızının valideynlərindən miras qalmış əmlakdan imtina etmələri işin mübahisəsiz halıdır. Birinci iddia üzrə İddiaçı apellyasiya şikayətində qətnaməni birinci iddia üzrə iddianın təmin edilməyən, ikinci iddia üzrə iddianın təmin edilən hissəsində, ikinci iddia üzrə iddiaçı Nübar Xəlilova isə qətnaməni birinci iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası hər iki tərəfin apellyasiya şikayəti əsasında qətnamə mübahisələndirildiyini nəzərə alaraq ilk öncə birinci iddia üzrə İddiaçı şəhadətnamənin etibarsızlığı ilə bağlı iddia tələbinə hüquqi qiymət verilməsini zəruri hesab edir. İddiaçı şəhadətnamənin etibarsızlığı kimi qardaşı Mehman Nadirovun digər vərəsələrin gizlətməklə miras əmlak barəsində şəhadətnamə əldə etdiyinə istinad etmişdir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Məhkəmə kollegiyası tərəfindən tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədi ilə Quba Rayon Məhkəməsinə sorğu verilmiş, həmin sorğuya cavab olaraq məhkəmənin 2(027)-268/2019 nömrəli mülki işi Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası tərəfindən qeyd olunan işə baxış keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı mövcud şəhadətnamənin etibarsızlığı ilə bağlı məhkəməyə xx.xx.2018-ci il tarixdə müraciət etmiş və onun bu müraciəti məhkəmənin 12 fevral 2019cu il tarixli qərardadı ilə iddiaçının öz ərizəsi əsasında baxılmamış saxlanılmış və sonuncu həmin tələblə 05 mart 2019-cu il tarixdə yenidən məhkəməyə müraciət etmişdir. Halbuki iş materiallarına əlavə edilmiş İddiaçı Notariat Kontoruna ünvanladığı ərizələrdən görünür ki, sonuncu atası Veysəlqara və Meyxanım Nadirovadan miras qalmış fərdi yaşayış evi və 0,20 torpaq sahəsi ilə bağlı vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün xx.xx.2018-ci il tarixdə müraciət etmiş və həmin ərizəsində qardaşı mərhum Mehman Nadirov istisna olmaqla (Mehman Nadirovun anası Meyxanım Nadirovadan miras qalmış əmlakla vərəsəlik haqqında şəhadətnamə aldığı üçün) digər bacıqardaşlarını vərəsələr siyahısında göstərmişdir. Həmçinin Cavabdeh2 da məhkəməyə ünvanladığı 02 aprel 2019-cu il tarixli (iddia ərizəsinə yazılı) etirazında da İddiaçı 2018-ci il aprel ayında valideynlərinin vərəsəsi kimi arayış almaq üçün nümayəndəliyə müraciət etdiyini və müraciətində qardaşı Mehman Nadirovun adı istisna olmaqla digər bacı-qardaşları olan Mail, Sevil, Fəridə, Tərlanənin adının yazılmasını tələb etmiş və ona 26 aprel 2018-ci il tarixdə atası Veysəlqara Nadirova münasibətdə 467 saylı, anası Meyxanım Nadirovaya münasibətdə isə 466 saylı arayışlar verilmişdir. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli qərarında qeyd olunduğu kimi mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Göründüyü kimi İddiaçı mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamənin mövcudluğundan hələ notariat kontoruna vərəsəlik hüququnun rəsmiləşdirilməsi ilə bağlı müraciət etməmişdən əvvəl 2018-ci ilin aprel ayının 26-da, daha sonra isə bu arayışlar əsasında notariat orqanına müraciət etdiyi 24 may 2018-ci ildə ona qardaşı mərhum Mehman Nadirovun adına vərəsəlik şəhadətnaməsinin verilməsindən məlumatlı olmuşdur. Lakin buna baxmayaraq İddiaçı həmin şəhadətnamənin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq müddəti ötürdükdən sonra, yəni 06 sentyabr 2018-ci ildə müraciət etmişdir. İddiaçı həmin şəhadətnamənin mövcudluğundan gec xəbər tutması barədə iddia ərizəsində göstərdiyi dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ərizəsində qeyd etdiyi bu hal müddətdən yayınmaq məqsədi daşımaqla onun vərəsəlik şəhadətnaməsinin etibarsızlığı ilə bağlı hüquq və mənafelərinin müdafiəsi üçün gələcəkdə yaranan biləcək pozuntuların qarşısının alınmasına ağlabatan sayıqlıq, diqqət və sair göstərməli olduğu halda bunu etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası iddiaçının ərizə və şikayətində göstərdiyi bu dəlilləri əsaslı hesab etmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qanun üzrə vərəsəlik haqqında xx.xx.2012-ci il tarixli şəhadətnamənin etibarsızlığı barədə birinci iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası ikinci iddia üzrə iddiaçılar Cavabdeh1, Xəlilova Nübar Mehman qızının, X25 iddia tələbinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir (Mülki Məcəllənin 552-ci maddəsi köhnə redaksiyası). Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Mehman Nadirov mərhum valideynlərindən miras qalmış əmlakı qəbul etdiyindən, onun ölümündən də sonra vərəsələri hazırkı iş üzrə ikinci iddia üzrə iddiaçılar ona düşən hissədə mirası qəbul etdiklərindən, eləcə də Veysəlqara Nadirov və Meyxanım Nadirovadan miras qalmış əmlakı onun övladı birinci iddia üzrə İddiaçı tərəfindən də (qeyri-formal üsul) qəbul etdiyindən bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməməli, ikinci iddia üzrə iddiaçı Xəlilova Nübar Mehman qızının apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilməli və birinci iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Quba rayonu, İ Nügədi İcra nümayəndəsini əvəz edən Cavabdeh2, Quba Regional “ASAN xidmət” mərkəzində notariat kontoruna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinin rədd olunması və qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Birinci iddia üzrə İddiaçı apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməsin. İkinci iddia üzrə iddiaçı Xəlilova Nübar Mehman qızının apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Birinci iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Quba rayonu, İ Nügədi İcra nümayəndəsini əvəz edən Cavabdeh2, Quba Regional “ASAN xidmət” mərkəzində notariat kontoruna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar