Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1881/2023 31.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1038/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh "xxxx" ASC-nin Xaçmaz X4 MMC tərəfindən ona məxsus Xaçmaz rayonu, Üçgünqışlaq kəndində yerləşən yaşayış evinə elektrik enerjisindən sərfiyyata görə tərtib edilmiş 26 yanvar 2023-cü il tarixli AKT R Ne 280196 akta əsasən hesablanmış 621 manat 78 qəpik məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayonunun Üçgünqışlaq kəndində yerləşən evinə quraşdırılmış elektrik sayğacının göstəricilərinə əsasən hər ay enerji sərfiyyatının pulunu ödəyir. 2023-cü ilin fevral ayının 10-da ünvanına daxil olunmuş elektrik enerjisinin itirilməsinin dayandırılması barədə xəbərdarlıqda göstərilir ki, elektrik enerjisinə görə 621 manat 78 qəpik debitor borcu vardır. Halbuki xx.xx.2023-cü ilə tərtib olunmuş bildiriş xəbərdarlıqda X2yə görə 54 manat 66 qəpik borc olduğu göstərilmişdir. "xxxx" ASC-nin Xaçmaz rayon X4 MMC-yə gələrək məsələ ilə maraqlandıqda ona bildirdilər ki, 15 avqust 2022-ci il tarixdə yaşadığı mənzilə baxış keçirilərkən güya müəyyən etmişlər ki, mənzildə quraşdırılmış elektrik sayğacından kənar mənzilə əlavə naqil vasitəsilə birbaşa kənar xətt çəkilmişdir və 26 yanvar 2023-cü il tarixli, AKT RN2 280196 saylı aktın surəti təqdim olundu. Həmin aktda qeyd olunur ki, Xaçmaz rayonu, Üçgünqışlaq kəndində yerləşən evinə elektrik enerjisinin verilməsi üçün quraşdırılmış sayğaca baxış keçirilən zaman məlum oldu ki, mənzildə quraşdırılmış elektrik sayğacının giriş xəttindən əlavə naqil vasitəsilə mənzilə birbaşa kənar xətt çəkilmişdir. Akt "xxxx" ASC-nin əməkdaşları R.Quliyev, T.Niftəliyev R.Hacıbəyovun tərəfindən imzalamışdır. Aktın surətindən görünür ki, məişət abonenti İddiaçı qeydi yazılsa da, imza mövcud deyildir. Habelə aktdan görünür ki, hal şahidləri yazılan hissədə də heç bir hal şahidinin ad və soyadı, habelə imzası yoxdur. Əgər aktda göstərilmiş hallar həqiqətən də baş vermişdirsə, yəni mənzilinə -sayğacdan kənar xətt aşkar etmişlərsə, bunu müvafiq qaydada fotoçəkiliş vasitəsilə iki nəfər hal şahidlərin iştirakı ilə sənədləşdirərdilər. 26 yanvar 2023-cü il tarixli, AKT R № 280196 nömrəli aktda mənzilinə güya sayğacdan kənar əlavə naqil vasitəsilə kənar xəttin çəkilməsinin müəyyən edilməsi qeyd olunsa da, aktda yuxarıda göstərilən Qaydaların tələblərinə uyğun olaraq həmin “Kənar xəttin” açılması qeyd edilməmiş və bu cür “xətanın” foto-video çəkiliş vasitəsilə qeydə alındığı öz əksini tapmamışdır. Ən əsası odur ki, həmin aktın tərtib edilməsində onun və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Yuxarıda göstərildiyi kimi xx.xx.2023-cü il tarixli bildiriş xəbərdarlıq təqdim edilmiş, əgər sayğacdan kənar hər hansı xətt mövcud olsaydı, nəzarətçi onu müəyyən edərək tədbir görərdi. Ona görə də hesab edir ki, cavabdeh tərəfindən 26 yanvar 2023-cü il tarixli, AKT R № 280196 saylı akta əsasən ona hesablanmış 621 manat 78 qəpik məbləğində enerji sərfiyyatına görə pul əsassız hesablanmışdır. Ona görə də tərtib olunmuş akt ləğv olunmalı və əsassız hesablanmış məbləğ silinməlidir.
3. Cavabdeh tərəf məhkəmənin ünvanına etiraz ərizəsi göndərərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən müəyyən edilmişdir ki, mənzildə quraşdırılmış elektrik sayğacının giriş xəttindən əlavə naqil vasitəsi ilə mənzilə birbaşa kənar xətt çəkilmişdir. İddiaçının cavabdeh "xxxx" ASC-nin Xaçmaz X4 MMC tərəfindən ona Xaçmaz rayonu Üçgünqışlaq kəndində evinə elektrik enerjisində sərfiyyata görə tərtib edilmiş AKT R № 280196 akta əsasən hesablanmış 621.78 manat pulun silinməsinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.
4. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1038/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı "xxxx" ASC-nə qarşı borcun silinməsi və sair tələbinə dair iddiası təmin edilməmişdir (hakim Vüsalə Qasımova).
5. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1ydaları»nın 7.11, 8.32, 8.33-cü bəndlərinə istinad edərək iddianı təmin etməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı apellyasiya şikayəti verilərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1038/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli “X1ydalarına dair” 18 №-li qərara istinad edərək "xxxx" ASC tərəfindən 26 yanvar 2023-cü il tarixli, 280196 saylı akta əsasən hesabına 621,76 manat debitor borcun daxil edilməsinin heç bir hüquqi əsası olmadığını iddia edir. Məhkəmənin qərarı ilə Xaçmaz EŞ-nin elektrik enerjisinin sayğacla müəyyənləşən sonuncu hesabatı və xx.xx.2023-cü il tarixində verilmişdir. Deyilən tarixdən 1 ay keçməmiş, məhkəmə qərarı olmadan Xaçmaz EŞ-nin nəzarətçi mühəndisi Niftəliyev Faiq xx.xx.2023-cü il tarixində iş vaxtından sonra axşam saat 17:35 radələrində evdə olmadığı vaxt sayğacın elektrik enerji çıxış xəttini sayğaca bitişik yerdən kəsmişdir. Evə qayıdandan sonra Xaçmaz EŞ-nin rəhbərləri və digərləri ilə əlaqə saxlaya bilməmişdir. Sayğac vasitəsilə elektrik şəbəkəsinə qoşulmaq heç cür mümkün olmadığından, xəstə ailə üzvlərinin zəruri elektrik enerji ilə təchiz etmək məqsədilə həmin gecə sayğacdan kənar elektrik şəbəkəsinə qoşulmuşdur. Niftəliyev Faiqə zəng edərək bildirmişdir ki, borcunu ödəyir, sayğacla elektrik enerjisinin verilməsini təmin etsin. O, gecə gəlmədi. Səhər özü ilə Xaçmaz EŞ-nin nümayəndəsini gətirərək sayğacdan kənar elektrik şəbəkəsinə qoşulduğunu sənədləşdirdi. Niftəliyev Faiq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin məlum Qərarının 9.13.2 və 9.13.5-ci bəndlərini kobud şəkildə pozaraq enerjidən istifadə etmək hüquqlarını tapdalayaraq evinə elektrik enerjisinin verilməsini dayandırmasaydı, məcburiyyət qarşısında sayğacdan kənar elektrik şəbəkəsinə qoşulmazdı. Deyilən fakt və dəlillərdən aydın olur ki, elektrik enerjisini talamaq məqsədilə sayğacdan kənar elektrik şəbəkəsinə qoşulmamışdır. Bu əsasda hesabına 621,78 manat debitor borcun daxil edilməsinin əsassız olduğunu iddia edir. Debitor borcun hesablanmasına dair Xaçmaz EŞ-dən bizə təqdim edilmiş bildirişin 4-cü bəndində yazılıb ki, hesablayıcı elektrik sayğacın göstəricisi olmadığı təqdirdə, 20 KV it-la hesablaşma aparılmalıdır. Xaçmaz EŞ-dən verilmiş Abunə Haqqında sənəddə evinə quraşdırılmış hesablayıcı elektrik sağacın hər aya dair göstəricilərin olduğu bildirişə əsasən hər ayda elektrik enerjisinin pulunu ödədiyi qeyd edilmişdir. Bu əsasda hesabına 20 KV it-la debitor borcu daxil edilməməlidir. Bu faktla elektrik enerjisini talamaq məqsədilə sayğacdan kənar elektrik şəbəkəsinə qoşulmadığı bir daha təsdiqlənir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1038/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsində qeyri obyektiv olaraq yazılmışdır: « Məhkəmə iclasında iddiaçı elektrik sayğacından kənar şəbəkədən əlavə xətt çəkməklə X2 etməsini etiraf etmişdir». Belə bir ifadə verməmişdir. Qeyd edilənlərə əsasən hesablanmış cəriməni əsassız hesab edir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
8. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, axşam saat 17:34-də X3 nəzarətçi-mühəndisi Niftəliyev Faiq qeyri-qanuni olaraq evinin elektrik enerji xəttini kəsib. Evin elektrik enerjisi təminatı X1ydalarına əsasən iki halda kəsilə bilər. X1ydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 9.3 və 9.5-ci bəndləri cavabdeh tərəfindən kobud şəkildə pozulub. Cavabdeh işığı yalnız ona borc barədə bildirişi verdiyi tarixdən bir ay sonra, o, ödənişi icra etmədiyi təqdirdə kəsə bilərdi. Elektrik enerjisinin kəsilməsinin ikinci əsası da məhkəmə qərarıdır. İşıq kəsiləndə evdə olmamış, evə gələndə Faiq Niftəliyevə zəng etmiş və bildirmişdir ki, cəmi 40 manat borcu var. Onu ödəsin və elektrik enerji təminatı bərpa olunsun. Faiq Niftəliyev bunu qəbul etmədi və bildirdi ki, ancaq sabah gələ bilər. Evində iki azyaşlı nəvəsi var. Xəstə idilər. Həkim nəzarətində müalicə olunurdular. Bu səbəbdən məcburiyyət qarşısında qalıb elektrik xəttinə özü qoşulmuşdur. X1ydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 8.17-ci bəndində əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Elektrik enerjisini talamaq məqsədi olmayıb. Amma 621 manat cərimə hesablanıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1038/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. 11.Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin nümayəndəsini iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
13. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq olunmuş “X1ydaları” maddə 8.2. elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. maddə 8.32. məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X2 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X2yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X2yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır. maddə 7.2. dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. maddə 7.9. məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. maddə 7.10. istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. maddə 7.11. yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. maddə 8.33. məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Aktın əsasında enerjitəchizatı müəssisəsi qeydə alınmamış elektrik enerjisinin miqdarını müəyyən edir və məişət abonentinə əlavə ödəniş sənədi yazır.
14. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1038/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
17. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AKT R 260105 saylı aktdan görünür ki, sayğaca baxış keçirilən zaman, sayğacın “0” xətti dayaqdan açılaraq sayğacın dövriyyədən kənarlaşdırıldığı müəyyən olunmuş və bu barədə akt tərtib olunaraq ümumilikdə 750.58 manat məbləğində borc hesablanmışdır.
18. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir ki, məhkəmə kollegiyası bu nəticə ilə razılaşmır.
19. Belə ki, hazırki işdən görünür ki, iddiaçının yaşadığı evin elektrik təchizatını təmin edən sayğac evdən kənarda quraşdırılıb. Belə olan halda həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməlidir.
20. İş materiallarında olan borc bildirişindən görünür ki, abonentin xx.xx.2023-cü il tarixinə olan qalıq borcu 33,44 manat və 21,22 manat olmaqla ümumi 54,66 manat müəyyən edilir.
21. İddiaçı izahatında bildirmişdir ki, 09 yanvar 2023-cü il tarixdə borcu olmasına dair bildiriş gəlmiş, yanvar ayının 25-də cavabdehin nümayəndələri borca görə elektrik enerjisini kəsmişlər. Evdə xəstə olduğundan yalnız 1 gün kənar xətt qoşmağa məcbur olmuşdur.
22. İş materiallarında olan və iddiaçının qonşuları tərəfindən tərtib edilərək imzalanmış aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçının evinə verilən elektrik enerjisi kəsilmiş, iddiaçının evində ağır xəstə olduğundan elektrik enerjisinə kənar xətt vasitəsi ilə qoşulmuş, xx.xx.2023-cü il tarixdə iddiaçı 40 manat ödəniş etmiş və elektrik enerjisinin verilməsi bərpa edilmişdir.
23. İş materiallarından görünür ki, iddiaçı barəsində xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş, evə kənar xətt çəkilməsi müəyyən edilməsi qeyd edilmişdir. Elektrik sayğacı yenisi ilə əvəz edilmişdir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının elektrik enerjisinə görə borcu hər ay mütəmadi olaraq cavabdehin nümayəndələri tərəfindən yoxlanılaraq müəyyən edilir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə borc müəyyən edilmiş, əvvəlki aylardan qalıq borc 33,44 manat, sonuncu ay üçün isə 21,22 manat müəyyən edilmişdir.
25. Bununla da müəyyən edilir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixinədək mütəmadi olaraq X2yə görə hesablanmış borclar ödənilmişdir, bununla belə qalıb borcları yaranmışdır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, belə olan halda iddiaçının həmin tarixlərədək elektrik enerjisindən kənar xətt vasitəsi ilə istifadə etməsi iş materialları ilə müəyyən edilməmişdir.
27. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı izahatında xx.xx.2023-cü il tarixdə borca görə elektrik enerjisinin kəsilməsi, həmin gün nəzarətçi tərəfindən elektrik enerjisi bərpa edilmədiyi üçün özü tərəfindən elektrik xəttinə kənar qoşulma ilə evin elektrik enerjisini bərpa etməsini bildirmişdir.
28. İşdən görünür ki, cavabdehin nümayəndərləri tərəfindən akt xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir.
29. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə elektrik enerjisinə kənar xəttin qoşulması öz izahatı ilə təsdiq edilsə də, bundan əvvəlki dövrlər üçün belə bir halın baş verməsi aşkar edilməmiş və sübuta yetirilməmişdir.
30. Bundan başqa iş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq bildirişindən görünür ki, 122,72 manat məbləğində qalıq borc olmaqla 621,78 manat borcu müəyyən edilir. Belə olan halda akt əsasında hesablanmış borc 499,06 manat müəyyən edilir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2023-cü il tarixinə olan borcu qalıq borcla birlikdə 54,66 manat olması nəzərə alınarsa və əvvəlki aylarda iddiaçı tərəfindən elektrik enerhisindən kənar xətt vasitəsi ilə istifadə etməsi təsdiq edilmədiyindən 2023-cü ilin yanvar ayı üçün kənar xəttə qoşulma nəticəsində 499,06 manat borcun məüyyən edilməsi əsaslı sayıla bilməz.
32. Bununla belə məhkəmə kollegiyası 2023-cü ilin yanvar ayında X2 edilməsi üçün iddiaçı tərəfindən kənar qoşulma öz izahatı ilə təsdiq edildiyindən qoşulma nəticəsinə dəymiş zərərin məbləğinin 50 manat müəyyən edilməsini ağlabatan hesab edir.
32. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, akt əsasında hesablanmış 499,06 manat borcdan 50 manat hissəsi çıxılmaqla qalan 449,06 manat borc silinməlidir.
33. Buna görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin şərh olunan bu hallarına düzgün qiymət verməmiş və işin qeyd edlən hallarını araşdırmamış, bununla da maddi və prosessual hüquq normalarının təbiqində səhvə yol vermişdir. Bu da qətnаmənin ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelıyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1038/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, “Azərişıq ASC” tərəfindən 26 yanvar 2023-cü il tarixli, 280196 nömrəli akta əsasən İddiaçı əsassız olaraq hesablanmış 449,06 manat məbləğində borc **********00019 nömrəli abonent kodundan silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1038/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. “Azərişıq ASC” tərəfindən 26 yanvar 2023-cü il tarixli, 280196 nömrəli akta əsasən İddiaçı əsassız olaraq hesablanmış 449,06 manat məbləğində borc **********00019 nömrəli abonent kodundan silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.