Məhkəmə qərarları › İş №2(105)-1885/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1885/2020

24.07.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1885/2020 24.07.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ xx xxxx 2020-ci il İş № 2(105)-1885/2020 Sumqayıt şəhəri Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı ödənilmiş pulun qaytarılması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-166/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Məhkəməsinin 2(031)-166/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə hesablanmış ziyana görə Cavabdehnə ödənilmiş 1170 manat pulun İddiaçı qaytarılması qət olunmuşdur.(hakim Ç.İsgəndərov) Qətnamədən Cavabdeh İB apelyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin 2(031)-166/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə hesablanmış ziyana görə Cavabdehnə ödənilmiş 1170 manat pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır və mütəmadi olaraq sayğac əsasında hesablanmış qazdan istifadəyə görə borcu ödəmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh İB-nin Xaçmaz X5ı İdarəsinin işçiləri onun istifadə etdiyi qaz xəttinə baxaraq, guya D-4 markalı, ******* nömrəli qaz sayğacına müdaxilə edilməsini aşkar etmişlər və bu barədə xx.xx.2019-cu il tarixli, ******* saylı akt tərtib edərək müdaxiləyə görə 1170 məbləğində borc hesablanmışdır. Sayğac cavabdeh təşkilatın cavabdehlik daşıdığı ərazidə quraşdırıldığından sayğacla əlaqəli nöqsan və çatışmazlıqlardan ötrü istehlakçı məsuliyyət daşıya bilməz. Bundan başqa cavabdeh təşkilatın əməkdaşları tərəfindən sayğacdan kənar hər hansı formada təbii qazdan istifadə faktı müəyyən edilməmiş, hər hansı qanunsuz xəttin mövcud olduğu yer, qoşulma sxemi, sayğaca qədər və ya sayğacdan sonrakı məsafədə, həmin xəttin uzunluğu, birləşmə sxemi, ümumiyyətlə həmin xəttin mövcud olub-olmaması barədə heç bir fakt aşkar edilməmişdir. Qaz sayğacı evdən kənarda quraşdırıldığından həmin sayğacın kənar müdaxilələrdən güdülməsi qeyri-mümkündür. O, həmin borca görə hesablanmış 1170 manat pulu ödəmişdir, lakin sonradan başa düşmüşdür ki, həmin pulu ödəməli deyil. Ona görə də iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, qeyd edilən mənzildə quraşdırılmış qaz sayğacı təlimata uyğun olaraq, dövlət yoxlamasına göndərilmiş və qaz sayğacının zavod seriya nömrəsi yazılmış lövhənin yararsız vəziyyətdə olduğu müəyyən olunaraq, yenisi ilə əvəz edilmişdir. Ona görə də akt tərtib olunmuş, dövlətə vurulan ziyan hesablanaraq, itirilmiş qazın bərpası üzrə dəymiş zərər hesablanmışdır. İddiaçı isə aktı imzalayaraq bununla razılaşmış, ziyanı etiraf etmiş, dəymiş ziyanı ödəmişdir. Ona görə də apelyasiya şikayəti təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etsə də hazırki iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı heç bir üzürlü səbəb göstərmədən təkrar məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktdan görünür ki, İddiaçı məxsus G-4 markalı, ******* nömrəli qaz sayğacının zavod seriya nömrəsi yazılmış lövhəsinin yararsız vəziyyətdə olduğu aşkar olunmuşdur. Yenə iş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli, dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxx 2019-cu il tarixli, ******* saylı akta əsasən itirilmiş qazın həcmi 11700 kub metr olmuşdur. İşə əlavə edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktdan görünür ki, İddiaçı məxsus yaşayış evinə qoyulmuş qaz sayğacına müdaxiləyə şübhə olduğuna görə Elster tipli G-4T markalı, ******* №-li sayğac yerindən çıxarılmış və İddiaçı mənzilinə əvəzləyici sayğac quraşdırılmışdır. Yenə də işdə olan abonentin saldosundan görünür ki, istehlakçı İddiaçı qaz sərfiyyatına görə borc üzrə 1170 manat pul tutulmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh Şabran X5 İdarəsi ilə İddiaçı arasında imzalanmış xx.xx.2019-cu il tarixli istehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşma protokolunun surətindən görünür ki, tərəflər razılığa gəlmişlər ki, xx.xx.2019-cu il tarixə təbii qazın istifadəsinə görə istehlakçının qaz paylayıcısı qarşısında debitor borcu 1170 manat təşkil etmiş, istehlakçı qaz (ödəmə) kartına hər yüklənəcək məbləğdən 50% tutulmaqla borcunun hissə-hissə ödənilməsinə razılığını bildirmiş və ödəmə kartına məbləğin yüklənməsinin müntəzəm olacağına söz vermişdir və qaz paylayıcısı özünə məxsus 3E proqram təminatı (ödəmə kartına) vasitəsi ilə istehlakçının hesab kodunda olan debitor borcu tam ödənilənədək bu pazılaşmanın 2-ci bəndinə uyğun olaraq onun qaz kartına yüklənən hər növbəti məbləğin 50 faizini tutacaqdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayətitəmin edilməli, Şabran Rayon Məhkəməsinin 2(031)-166/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, qaz sayğacının zavod seriya nömrəsi yazılmış lövhənin yararsız vəziyyətdə olduğu aşkar edilmişdir. İtirilmiş qazın bərpası üzrə dəymiş ziyan hesablanmış, istehlakçı qaz (ödəmə) kartına hər yüklənəcək məbləğdən 50% tutulmaqla borcunun hissə-hissə ödənilməsinə razılığını bildirmiş və borc ödənilmişdir. Hazırda iddiaçı ödənilmiş borc məbləğini geri tələb edir. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçıya məxsus olan ünvanda akt tərtib edilərkən hal şahidlərinin iştirak etməməsinə, iddiaçının sayğaca müdaxilə etməsinin müəyyən olunmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla, işin faktiki hallarına uyğun deyildir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı yaranmış borcu etiraf edərək cavabdeh təşkilatla xx.xx.2019-cu il tarixli istehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşma protokolu imzalamış, protokola əsasən İddiaçı hesablanmış 1170 manat debitor borcunun qaz (ödəmə) kartına hər yüklənəcək məbləğdən 50% tutulmaqla borcunun hissə-hissə ödənilməsinə razılığını bildirmiş və borc ödənilmişdir. Belə olan halda borcun etibarsızlığından və geri qaytarılmasından söhbət gedə bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, İddiaçı xx.xx.2019-cu il tarixli debitor borcun ödənilməsi barədə razılaşma protokolunu imzaladıqdan 1 ay sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, bu isə iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi 15 manat dövlət rüsumu İddiaçı tutularaq ona ödənilməlidir. Yenə həmin Məcəllənin 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-166/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı ödənilmiş pulun qaytarılması tələbinə dair iddiası təmin olunmasın. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh İB-nin ödədiyi 15 manat dövlət rüsumu İddiaçı tutularaq ona ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar