Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1888/2022 15.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Abasov və Telman Qədir oğlu Məmmədovdan ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli qərardadı ilə (hakim H.Y.Əhmədov) İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə iddiaçı Cavabdeh Abşeron Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(012)-187/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəsinin təmin edilməməsi, ərizənin ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib olunmuş qeyri-qanuni tərtib edilmiş ******* nömrəli aktın ləğv edilərək ondan tutulan 350 manat pul vəsaitinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Cavabdehin nümayəndəsi Nümayəndə verdiyi şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır, ərizə obyektiv araşdırılmamış və orada qeyd olunanlar şablon mövqedir. Cavabdeh ədalətli məhkəmə araşdırması hüququ məhdudlaşdırılaraq şablon əsaslarla prosessual müddətin bərpasından imtina edilmişdir. Əsassız olaraq ədalətli məhkəmə araşdırması hüququnun məhdudlaşdırılması yolverilməzdir. Şikayətin təmin edilərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-187/2022 nömrəli qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib olunmuş qeyri-qanuni tərtib edilmiş ******* nömrəli aktın ləğv edilərək ondan tutulan 350 manat pul vəsaitinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(012)-187/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X3 tərəfindən əsassız olaraq hesablanmış 1397 manat borcun abonent kodu **********05460 olan İddiaçı məxsus abunə hesabından silinməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı Cavabdeh İB apelyasiya şikayəti vermiş və apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdehnə qarşı «cərimənin silinməsi» tələbinə dair iddia ərizəsi Abşeron Rayon Məhkəməsinin qətnaməsinə əsasən təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qərardadına əsasən cavabdeh Abşeron Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uygunlugunun yoxlanılması üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılması qət edilmişdir. Digər göstərişlərə əsasən nöqsanlar aradan qaldırılmışdır. Bununla əlaqədar olaraq müddətin bərpa olunması xahiş edilmişdir. Lakin məhkəmə bunları nəzərə almamışdır. Bunları nəzərə alıb, 29 iyun 2022-ci il tarixli, 2(012)- 187/2021 saylı Abşeron Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasını üzürlü səbəb kimi qəbul edərək prosessual müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə müddətin bərpasına dair ərizəni və mülki iş materiallarını araşdırıb qeyd edir ki, cavabdehin nümayəndəsi qətnamədən apellyasiya şikayətinin tərtibatı zamanı qanunvericiliklə nəzərdə tutulmuş tələblərə riayət edilərək mövcud qüsurların aradan qaldırıldıgını və bu halın məhkəmə tərəfindən üzrlü hesab edilərək müddətin bərpa edilməsini xahiş etsə də, məhkəmə mülki prosessual qanunvericiliyə edilmiş dəyişliklərin hər kəsə bəlli oldugunu və eyni zamanda cavabdehin nümayəndəsinin hüquqşünas oldugunu, qanunu bilməməyin məsuliyyətdən azad edən hal olmadıgını nəzərə alaraq, ərizədə göstərilən xüsusatların müddətin bərpa edilməsinə əsas olmadıgı qənaətinə gəlir, ona görə də ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdehin nümayəndəsi Nümayəndə şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 29 iyun 2022-ci il tarixli 2(012)-187/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1888/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1888/2022
15.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver