Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1891/2021 23.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(012)-114/2021 saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(012)-114/2021 saylı qətnaməsilə iddia təmin edilmiş, Azərbaycan Respublikası dövlət reyestrindən verilmiş 11.02.2017-ci il tarixli, **********31 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,036 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi qət edilmişdir. (hakim C.Səfiyeva) Qətnamədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, mübahisəli 0,034 ha torpaq sahəsinin cavabdehin deyil, məhz onun mülkiyyətində olması faktını məhkəmə nəzərə almamışdır. Cavabdeh onun icazəsilə həmin ərazidə tikinti işləri aparmışdır. İddiaçının isə 0,036 ha torpaq sahəsi başqa ərazidə, 20-25 metr aralıdadır və onun torpaq sahəsinə aidiyyəti yoxdur. Bu torpaq sahəsini o, iddiaçıdan təqribən 2 il öncə, yəni 19 fevral 2015-ci il tarixdə sənədləşdirmişdir. Məhkəmənin istinad etdiyi ekspert rəyləri ilə razılaşmır, çünki bu barədə tədqiqat onun iştirakı ilə aparılmamışdır. Həm onun, həm də iddiaçının torpaq sahəsi eyni ailənin 1,37 ha pay torpaq sahəsinin hissələridir, lakin onun sahəsi nisbətən hündürdə, iddiaçının sahəsi isə aşağıda yerləşir. Hazırda iddiaçı bu tələblə torpaq sahəslərinin yerini dəyişmək istəyir, bu isə absurddur. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddia rədd olunmalıdır. Apelyasiya şikayəti icraata qəbul edilmiş və mahiyyəti üzrə baxılması üçün təyin edilmişdir. Apelyasiya baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, iddiaçı ilə razılaşdığını, mübahisənin aradan qaldırıldığını, buna görə də Abşeron Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(012)-114/2021 saylı qətnaməsindən verdiyi apelyasiya şikayətindən imtina etdiyini bildirərək apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilməsini xahiş etdi. Cavabdeh da bunu təsdiq etdi və məhkəmə kollegiyasının iclasında apelyasiya icraatına xitam verilməsini xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, təqdim edilən ərizəni nəzərdən keçirərək hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 tərəfindən verilmiş apelyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilməli, apelyasiya baxışı üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə görə apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Yenə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə görə işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.3-cü maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apelyasiya qaydasında baxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası qətnamədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 tərəfindən verilmiş apelyasiya şikayətindən imtina ərizəsini araşdıraraq Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsində nəzərdə tutulan əsasların olmamasını, o cümlədən şikayətdən imtinanın işdə iştirak edən digər şəxslərin mənafeyinə zidd olmamasını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətindən imtina qəbul edilməli və Abşeron Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(012)-114/2021 saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 263-264, 369,400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Abşeron Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(012)-114/2021 saylı qətnaməsindən verdiyi apelyasiya şikayətindən imtinası qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(012)-114/2021 saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1891/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1891/2021
23.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver