Məhkəmə qərarları › İş №2(105)-1891/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1891/2023

26.09.2023 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1891/2023 26.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Ərizəçi 1 saylı Sumqayıt Regional Maraqlı şəxsndə Notariat Ofisinin 08 yanvar 2023cü il tarixli, 45 №-li qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtinası barədə qərarından şikayətə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(060)-2990/2023 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi şikayətlə məhkəməyə müraciət edərək 1 saylı Sumqayıt Regional Maraqlı şəxsndə Notariat Ofisinin 08 yanvar 2023-cü il tarixli, 45 №-li qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtinası barədə qərarının və hərəkətlərinin əsassız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(060)-2990/2023 nömrəli qərardadı ilə Ərizəçi 1 saylı Sumqayıt Regional Maraqlı şəxsndə Notariat Ofisinin 08 yanvar 2023-cü il tarixli, 45 №-li qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtinası barədə qərarının və hərəkətlərinin əsassız hesab edilməsi barədə şikayəti baxılmamış saxlanılmışdır (hakim Elmir Hüseynov). Qərardaddan narazı qalan Ərizəçi şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(060)-2990/2023 nömrəli qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını, əks halda şikayəti iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, məhkəməyə əvvəlki məhkəmə iclası zaman teleqram ünvanlayaraq məhkəmə iclasına səhhəti ilə əlaqədar gələ bilməyəcəyini bildirmiş, ərizəsinə onun iştirakı olmadan təqdim etdiyi sübutlar əsasında baxılmasını xahiş etmişdir. O, həmçinin 31 avqust 2023-cü il tarixə təyin olunmuş məhkəmə iclası ilə əlaqədar da nümayəndəsinin elektron portalı vasitəsi ilə ərizə ünvanlamış və həmin ərizəsində də onun iştirakı olmadan ərizəsinə baxılmasını və təmin olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(060)-2990/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(060)-2990/2023 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Elmir Hüseynov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(060)- 2990/2023 nömrəli qərardadı ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılan zaman müəyyən olundu ki, Ərizəçi şikayətlə məhkəməyə müraciət edərək 1 saylı Sumqayıt Regional Maraqlı şəxsndə Notariat Ofisinin 08 yanvar 2023-cü il tarixli, 45 №-li qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtinası barədə qərarının və hərəkətlərinin əsassız hesab edilməsini xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(060)- 2990/2023 nömrəli qərardadı ilə şikayət baxılmamış saxlanılmışdır Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə birinci məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə, saat 12:30 təyin edilmiş, həmin iclasda tərəflər iştirak etməmişlər, Ərizəçi məhkəməyə teleqram ünvanlayaraq qeyd edilən iclasda iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə də Ərizəçi teleqram müraciətini nəzərə alaraq növbəti məhkəmə hazırlıq iclasını xx.xx.2023-cü il tarixə, saat 09:15-ə təyin etmiş və bu barədə xx.xx.2023-cü il tarixdə saat 15:26-da şikayətçinin nümayəndəsi vəkil Nümayəndə şəxsi elektron kabinetinə bildiriş yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixə, saat 09:15-ə təyin edilən iclasa tərəflər gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materallarından göründüyü kimi işin məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə, saat 12:30 təyin edilmiş, Ərizəçi məhkəmə hazırlıq iclasının yeri vaxtı barədə bildiriş göndərilmiş, Ərizəçi məhkəməyə teleqram ünvanlayaraq səhhətində problemlər olduğunu, bu səbəbdən məhkəmə iclasına gələ bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və şikayət ərizəsində təqdim etdiyi sübutlar əsasında işə baxılaraq müvafiq qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə növbəti məhkəmə hazırlıq iclasını xx.xx.2023-cü il tarixə, saat 09:15-ə təyin etmiş və həmin tarixdə tərəflər məhkəmə iclasına gəlmədiklərindən ərizəni baxılmamış saxlamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi məhkəməyə teleqram ünvanlayaraq səhhətində problemlər olduğunu, bu səbəbdən məhkəmə iclasına gələ bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və şikayət ərizəsində təqdim etdiyi sübutlar əsasında işə baxılaraq müvafiq qərar qəbul edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almadan 31 avqust 2023-cü il tarixli qərardadı ilə tərəflə məhkəmə iclasına gəlmədiklərindən ərizəni baxılmamış saxlamaqla düzgün nəticəyə gəlməmişdir. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qərardad ləğv edilməklə mülki iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(060)-2990/2023 nömrəli qərardadı ləğv edilsin. Ərizəçi 1 saylı Sumqayıt Regional Maraqlı şəxsndə Notariat Ofisinin 08 yanvar 2023cü il tarixli, 45 №-li qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtinası barədə qərarından şikayətə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar