Məhkəmə qərarları › İş №2(105)-1893/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1893/2022

04.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1893/2022 04.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, X2, İddiaçı2, X7 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayonu Mehdiabad Bələdiyyəsi) qarşı qanunsuz inşa olunmuş hasarın və tikililərin sökülməsi, ümumi istifadədə olan yolun açılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-44/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 2(012)-44/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, iddiaçılar İddiaçı1, X2, İddiaçı2 və X5 50 manat məbləğində ekspertiza xərcinə görə pulun tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi, ödənilmiş dövlət rüsumu və 311 manat mütəxəssisə rəy verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 311 manat məhkəmə xərcinin iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim C.Səfiyeva) Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-44/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçılar İddiaçı1, X2, İddiaçı2, X10 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayonu Mehdiabad Bələdiyyəsi) qarşı qanunsuz inşa olunmuş hasarın və tikililərin sökülməsi, ümumi istifadədə olan yolun açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1, X2, X6, X7 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.1429 ha. torpaq sahəsinə gedən Cavabdeh2 və Cavabdeh1 tərəfindən qanunsuz olaraq tutulmuş, ümumi istifadədə olan yolun açılması, həmin yolun zəbt edilməsi üçün inşa edilmiş hasarın cavabdehlərin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, RX saylı ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.1429 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi İddiaçı1 adına qeydiyyatdan keçmişdir. Həmin çıxarışda hüquq sahibləri kimi İddiaçı1 ailə üzvləri X1, İddiaçı2, X7 da adları göstərilmişdir. Belə ki, həmin torpaq sahəsi İddiaçı1 və adları qeyd olunan ailə üzvlərinin ümumi birgə mülkiyyətdədir. Qeyd edilən torpaq sahəsi alınan zaman ümumi istifadədə olan yol olmuşdur. Həmin yol sonradan zəbt olunaraq cavabdehlərin torpaq sahələrinə qatılmış, bununla da iddiaçıların əsas yola olan çıxışı qanunsuz olaraq bağlanmışdır. İddiaçıların mülkiyyətlərində olan torpaq sahəsindən maneəsiz istifadə etmək hüquqları əsassız olaraq məhdudlaşdırılmışdır. Mübahisələndirilən yol Bələdiyyənin balansında olan torpaq sahələrinə aiddir və həmin ərazidə yaşayan sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdehlər tərəfindən həmin yolun zəbt olunması qanuni və əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı1 iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, şikayətində göstərmişdir ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Mülki qanunvericiliyə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddiaçıların mülkiyyətində olan torpaq sahəsindən maneəsiz istifadə etmək hüquqları əsassız olaraq məhdudlaşdırılmışdır. Cavabdehlər tərəfindən həmin hüququn məhdudlaşdırılması qanun pozuntusudur. Bundan başqa AR Torpaq Məcəlləsinin tələblərinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Maddədən göründüyü kimi ümumi istifadə olan torpaq alqı-satqı obyekti ola bilməz. Həmçinin, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İş materiallarından aydın olduğu kimi, Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi ümumi istifadədə olan yoldur. Faktiki olaraq cavabdehin torpaq sahəsini hasarlaması nəticəsində onun giriş-çıxış yolu bağlanmışdır. Bu hallar özlüyündə iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olur. Göstərilənlər əsasında, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməlidir. Apellyasiya baxışı zamanı İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, onun məzmununa uyğun izahat verdilər və şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil3 əlavə olaraq bildirdi ki, hazırkı mübahisənin predmeti olan, ümumi yol olduğu iddia edilən torpaq sahəsi Abşeron Rayon Mehdiabad Bələdiyyəsinin balansında olan torpaq sahəsidir. Cavabdehlər həmin torpaq sahəsini sonradan zəbt etmişlər. Bundan əlavə birinci instaniya məhkəməsi bu halın araşdırılması üçün hər hansı zəruri tədbir görməmiş, tərəflərin mülkiyyətlərində olan torpaq sahələri arasında ara məsafəsinin olub-olmamasını dəqiqləşdirməmiş, nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 şikayətin əsassız olmasını bildirərək, apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. İş üzrə digər iddiaçılar X2, İddiaçı2, X10, digər Cavabdeh1 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayonu Mehdiabad Bələdiyyəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.1429 ha torpaq sahəsi üzərində xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı1, X1, İddiaçı2, X7 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 628 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 101 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yenə mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-4196/2018 nömrəli qətnaməsindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, Seriya RX ******* saylı Çıxarışa əsasən Cavabdeh2 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.1 ha torpaq sahəsi mülkiyyət hüquqlarının həyata keçirilməsinə İddiaçı1 müdaxiləsinin qanunsuz hesab edilməsi, Cavabdeh2 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.1 ha torpaq sahəsinin hasarlarının sökülməsi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.1 ha torpaq sahəsi İddiaçı1 qadağan edilməsi, Cavabdeh2 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.1 ha torpaq sahəsində İddiaçı1 tərəfindən inşa edilmiş qazanxana İddiaçı1 hesabına sökülməsi, İddiaçı1 vurulmuş zərərin əvəzi kimi 751 manat alınaraq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Yenə də mülki işin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-1927/2019 nömrəli qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-4196/2018 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-665/2020 nömrəli qərarı ilə, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-233/2015 nömrəli qiyabi qətnaməsindən görünür ki, Daşınmaz Əmlakın dövlət reyestrindən 04 iyun 2014-cü il tarixli, Seriya RX ******* saylı **********37 reyestr nömrəli çıxarışa əsasən iddiaçı Cavabdeh1 mülkiyyətində olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi boşaldılaraq ona təhvil verilməsi və həmin torpaq sahəsində tikilmiş qanunsuz tikililər cavabdehlər X3, X8, Məmmədova Hicran Sahib qızının və X4 hesabına sökülməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(105)-166/2016 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, xx.xx.2015-ci il tarixli, 2(012)-233/2015 saylı qiyabi qətnamənin seriya RX ******* saylı **********37 reyestr nömrəli çıxarışa əsasən iddiaçı Cavabdeh1 mülkiyyətdə olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi hissəsində dəyişdirilməsi, Seriya RX ******* saylı **********37 reyestr nömrəli çıxarışa əsasən iddiaçı Cavabdeh1 mülkiyyətdə olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin cənub tərəfdən 180 kv.metr hissəsinin boşaldılaraq ona təhvil verilməsi qət edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-9533/2017 nömrəli qərarı ilə, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə alınmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2100 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, RX seriyalı, ******* saylı xx.xx.2014-cü il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışına əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Cavabdeh2 məxsus 0,10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına əsasən naturada Cavabdeh2 faktiki istifadə vəziyyəti ilə 0.0498 ha hissəsinin öz yerində olduğu, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, RX seriyalı, ******* saylı xx.xx.2014-cü il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İddiaçı1 və q. məxsus 0,1429 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına əsasən naturada faktiki istifadə vəziyyəti ilə 0,0425 ha hissəsinin öz yerində olduğu, iddiaçılar və cavabdeh tərəfindən faktiki istifadə vəziyyətinə əsasən mübahisə olunan yolun mövcud olmadığı müəyyən olunmuşdur. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-44/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.1429 ha torpaq sahəsi iddiaçılar İddiaçı1, X1, İddiaçı2, X7 mülkiyyətindədir. Eləcə də, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsinə dair Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmçinin Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsinə dair Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyd olunan şəxslərin torpaq sahələrinə dair plan və ölçü sənədləri tərtib edilmişdir. Tərəflər qonşudurlar. İddiaçılar onların mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulan ümumi yolun cavabdehlər tərəfindən bağlandığını iddia etsə də, məhkəmə araşdırması zamanı, eləcə də mütəxəssis və ekspert rəyləri ilə bu fakt öz tədiqini tapmamışdır. Yaranmış mübahisə ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, qeyd olunmalıdır ki, mübahisə tərəflərinə məxsus torpaq sahələri onların mülkiyyətindədir. Bu səbəbdən də, iddianın predmetindən asılı olmayaraq mülkiyyət hüquqları müdafiə olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Konstitusiyanın 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İşdən göründüyü kimi iddiaçılar və cavabdehlər qonşudurlar. İddiaçıların mülkiyyətində 0.1429 ha torpaq sahəsi, cavabdehlərin hər birinin mülkiyyətində isə ayrı ayrılıqda 0,10 ha torpaq sahəsi vardır. Hər iki tərəfin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşin tədqiq olunan faktik hallarından aydın olur ki, mübahisə iddiaçıya məxsus torpaq sahəsinə gediş-gəliş yolu ilə bağlıdır. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, bu mübahisə qonşuluq münasibətlərindən doğan mübahisədir. Mübahisənin obyektiv həlli üçün aşağıdakı hüquq normalarına istinad edilməlidir. Mülki Məcəllənin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Mülki qaninvericiliyin tələblərinə görə əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir(Mülki Məcəllənin 175.1, 175,2, 175.3-cü maddələri). Lakin işin tədqiq olunan faktiki hallarından göründüyü kimi iddiaçılar daha öncə istinad olunan maddələrin dispozisiyasına uyğun tələb irəli sürmür. Onlar cavabdehlər tərəfindən onlara məxsus torpaq sahəsinə gedən yolun zəbt edildiyini iddia edirlər. İş üzrə mütəxəssis və ekspert rəylərindən görünür ki, iş üzrə tərəflərə məxsus torpaq sahələri naturada qismən öz yerindədir. Belə ki, iddiaşılara məxsus 0,1429 ha torpaq sahəsinin yalnız 0,0425 ha hissəsi faktiki istifadə vəziyyətinə uyğun gəlir. Bu isə onu deməyə əsas verir ki, iddiaçıların faktiki olaraq istifadə etdiyi 0,10 ha torpaq sahəsi onlara məxsus torpaq sahəsi deyildir. Eləcə də, həmin rəylərə əsasən mübahisə olunan yol mövcud deyildir. İddiaçılar cavabdehlər tərəfindən onların torpaq sahəsinə gedən ümumi yolun bağlanmasını iddia etsə də, məhkəməyə bunu sübut edəcək heç bir mötəbər və legitim sübut təqdim edə bilməmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı sübut etmə yükü üzərinə düşməsinə baxmayaraq öz tələbinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Başqa sözlə, cavabdehlər tərəfindən onun torpaq sahəsinə gedən yolun özbaşına bağlanması faktı öz təsdiqini tapmamışdır. Qeyd olunduğu kimi tərəflərin mülkiyyətlərində olan torpaq sahələri naturada öz yerində deyildir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanı ilə (2.5-ci bəndi) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır ki: ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə görə qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə kollegiyası izah edir ki, iş üzrə tərəflər, xüsusilə iddiaçılar ilk növbədə yuxarıda qeyd edilmiş normalara əsasən onlara məxsus torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş döngə nöqtələrinin kordinatlarının faktiki koordinatlara(naturaya) uyğunlaşdırılması üçün həmin quruma müraciət etməlidir. Nəticəsindən asılı olaraq iddiaçılar daha öncə istinad olunan maddi hüquq normalarına əsasən ictimai yola zəruri keçidin ayrılması üçün qonşu torpaq sahiblərinə, o cümlədən cavabdehlərə kompensasiya ödənilməsi barədə təklif irəli sürməli, mübahisə bu qaydada öz həllini tapmalıdır, yaxud düzəlişdən sonra zəbt faktı müəyyən edilərsə məhkəməyə müraciət olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibari ilə yekun olaraq düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-44/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar