Məhkəmə qərarları › İş №2(105)-1896/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1896/2022

20.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1896/2022 20.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 137/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 2(012)- 137/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu **********46730 olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə hesablanmış 399,60 manat borcdan 133,20 manat saxlanılmaqla, qalan borcun silinməsi qət edilmişdir. (hakim Elman Məmmədov) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 137/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və iddianın bütövlükdə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, "Quşçuluq" massivi, ev 0Q, mənzil 673, abonent kodu: **********46730 olan onun adına hesablanmış 458 manat cərimə pulunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cəbrayıl rayonundan məcburi köçkün kimi hazırda ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, "Quşçuluq" massivi adlanan ərazidə yerləşən fərdi yaşayış evində yaşayır. Yaxın günlərdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt ilə tanış olmuşdur. Həmin aktda mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunduğu göstərilmişdir. Məktub vasitəsi ilə həmin aktın surəti, bəzi sənədlər və guya ona məxsus evin fotoşəkilləri məktuba əlavə edilmişdir. Fotoşəkillərə baxan zaman məlum olmuşdur ki, abonent kodu onun evinə aid olsa da, guya sayğacın yerləşdirildiyi göstərilən ev ona məxsus deyildir, başqa bir şəxsin evidir. O, bununla bağlı Bakı Regional Qazın Satışı Departamentinə müraciət edərək, qanunsuz şəkildə ona borc kimi yazılmış 458,80 manat məbləğində cərimə pulunun silinməsini və bu işin araşdırılaraq, ona tərtib edilmiş aktın ləğv edilməsini xahiş etmişdir. Ona şifahi olaraq bildirmişlər ki, yaranmış yalnışlıq aradan qaldırılacaqdır. Lakin aradan müddət keçməsinə baxmayaraq, bu məsələ ilə bağlı heç bir ciddi tədbir görülməmişdir. O, daha sonra Cavabdeh İB-nə müraciət edərək, kömək olunmasını xahiş etmişdir. Ona gözləməsini və qısa zamanda məsələnin öz həllini tapacağını bildirmişlər. Lakin yenə də bir təsiri olmamışdır, həmin pulu ondan tələb edirlər. O, sərf etdiyi təbii qaza görə hər dəfə smart tipli qaz kartına pul yükləyən zaman pulun bir hissəsini qanunsuz şəkildə cərimə edildiyi pulun ödənilməsinə çıxılır. Onun evinə quraşdırılmış təbii qaz sayğacı evinin küçəyə baxan divarına quraşdırılmış və həmin yolu müxtəlif insanlar istifadə edir. Bundan əlavə həmin sayğac çıxarılan zaman onun iştirakı təmin olunmamış, bu barədə ona heç bir məlumat verilməmişdir. Hadisədən 2 ilə yaxın müddət keçdikdən sonra onu cərimə məbləği ilə məlumatlandırmışlar. Cavabdeh əməkdaşları öz səhvlərini ona yükləyərək, əsassız pul cəriməsi ilə yüklü etmişlər. Yaşadığı ərazidə onun başına gələn hadisə digər qonşularında başına gəlmiş və hamıya cərimə tətbiq edərək, guya qaz sayğacına müdaxilə olunduğu və kənar xəttdən istifadə edildiyi aşkar edilmişdir. Göstərilənlərə əsasən **********46730 saylı abonent koduna tətbiq edilmiş borc əsassız olduğu üçün silinməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ Nİ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin qismən ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin Akt əsasında xx.xx.2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. xx.xx.2019-ci il tarixli Tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 3996 m3 təşkil etmişdir. Hesablanmış 399,60 (üç yüz doxsan doqquz manat altmış qəpik) manat məbləğində dəymiş ziyan 2019-cu ilin noyabr ayından könüllü ödəməsi üçün abonentin **********46730 saylı koduna yerləşdirilmişdir. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə cavabdehə böyük miqdarda ziyan vurmuşdur. Beləliklə, aydın olur ki, iddiaçıya aid olan **********46730 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Məhkəmə qətnaməsi əsasında iddia tələbinin qismən də olsa təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma özözlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkətdir. Cavabdeh məhz iddiaçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. 1-ci instansiya məhkəməsi təbii qazdan sayğacsız istifadə zamanı təbii qazı talayan şəxslərin qazdan səmərəli, yəni qənaətlə istifadə etməməsi faktını nəzərə almamışdır. Sadalanan hallar apellyasiya kollegiyası tərəfindən yenidən qiymətləndirilməli, şikayıt təmin edilməklə, iddia tələbinin rədd edilməsi barədə yeni əsaslı qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Əlavə etdi ki, özü müharibə veteranıdır. Qaza heç vaxt müdaxilə etməmişdir. Qaza müdaxilə ilə bağlı tərtib edilən aktda göstərilən ev onun evi deyildir. O, bunu sonra bilmişdir. Həmin vaxt bacısı oğlu şəhid olduğu üçün başı ona qatışdığından bu işlə dərhal məşğul ola bilməmişdir. Ona söz versələr də, yanlışlıq aradan qaldırılacaq, lakin bunu etməmişlər. Apellyasiya baxışı zamanı Cavabdeh nümayəndəsi Çingiz Dibirov məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, hazırkı iş üzrə Cavabdeh İB- tərəfindən verilmiş apellyasiya şikayətinin tələb hissəsində texniki yanlışlığa yol verildiyini bildirmiş, həmin yanlışlığın aradan qaldırılaraq, Abşeron Rayon Məhkəməsinin 2(012)- 137/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və iddianın bütövlükdə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən abonent kodu **********46730 olan sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. Yenə iş materiallarında olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən abonent kodu **********46730 olan sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edildiyindən, təbii qaz təchizatı xüsusi nömrəli plomb, qaynaq vasitəsilə dayandırılmışdır. Mülki işdə olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı ümumilikdə 399,60 manat borc hesablanmışdır. Yenə mülki işdə olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsasən cavabdehə 1,2 m3/saat x 6 saat x 90 gün = 648 m3, 1,5 m3/saat x8saat x 90 gün = 1080 m3, və 1,4 m3/saat x 18 saat x 90 gün = 2268 m3,cəmi 3996 m3 (399,6 manat) əlavə ödəniş hesablanmışdır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilməyən hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası AR MPM-in 372.6-cı maddəsinə əsasən həmin hissədə araşdırma aparmır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini və işdə iştirak edən iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)- 137/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən abonent kodu **********46730 olan sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilmiş və fakt təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktla rəsmiləşdirilərək, itirilmiş qazın dəyəri olaraq hesablanmış 399,6 manat borc abonentdən tələb edilmişdir. Yaranmış borcun əsassız olmasını istinad edən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, mübahisə məhkəmə tərəfindən yuxarıda qeyd olunan formada həll edilmiş, narazı qalan cavbadeh Cavabdeh İB apellyasiya şikayəti vermişdir. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «Qazdan istifadə qaydaları»nın 2.2.2-ci bəndinə əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisiı əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Həmin Qaydaların 2.3.1-ci bəndinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesabat üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymis zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin səxsdən tələb etməlidir. «Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun» 6.2-ci bəndinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Daha öncə də qeyd olunduğu kimi , İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən abonent kodu **********46730 olan sayğac üzrə Cavabdeh tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında xx.xx.2019-cu il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilməsinə dair rəy verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 399,60 manat cərimə edilmişdir. Lakin cavabdeh qeyd olunan cərimənin hesabat müddətinin hansı əsasdan 90 gün qəbul edilməklə hesablanmasını əsaslandıra bilmədiyindən və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi Cavabdeh vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə cərimənin 30 gün müddət götürülməklə hesablanmasını daha obyektiv hesab etmiş və bununla da, xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə hesablanmış 399,60 manat borcdan 133,20 manat saxlanılmaqla, qalan borc silinməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin bu mövqeyini əsaslı hesab edən apellyasiya kollegiyası qeyd edir ki, göründüyü kimi, cavabdeh, abonentə hesablanmış cərimə məbləğinin hansı əsasdan 90 gün müddəti ilə hesablanmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilməmiş, borcun iddiaçının günahı ucbatından yaranması sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu **********46730 olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə hesablanmış 399,60 manat borcdan, (daha öncə qeyd olunan əsasla) 133,20 manat saxlanılmaqla, qalan borcun silinməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apellyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi 30 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 137/2022 nömrəli, 16 iyun 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi 30 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar