Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1901/2022 23.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(012)-331/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(012)-331/2021 saylı qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 157,40 manat məbləğində pulun və dövlət rüsumu üçün 10 manatın tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod: 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim C.Səfiyeva) İddiaçı bu qətnamədən apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qərardadı ilə dövlət rüsumu düzgün ödənilməməsi səbəbilə apellyasiya şikayəti geri qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 18 noyabr 2021-ci il tarixli, qərardadı ilə İddiaçı Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(012)-331/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair ərizəsi, ərizəyə apellyasiya şikayəti əlavə edilmədiyindən geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı şikayət vermiş, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, qərardadı ilə qərardaddan verilmiş şikayət elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Bundan sonra isə İddiaçı elektron kabinet vasitəsilə Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, qərardadından şikayət vermiş, Abşeron Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(028)-311/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(105)-4133/2021 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 2(105)-510/2022 nömrəli qərardadı ilə həmin məhkəmənin 23 dekabr 2021-ci il tarixli, qərardadı ləğv edilmiş, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilərək, qəbul olunmamış hesab olunmuş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin iş üzrə 08 aprel 2022-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Həmin məhkəmənin 05 may 2022-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin iş üzrə 08 aprel 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Bu qərardaddan iddiaçı tərəfindən verilən şikayət Abşeron Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1501/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli qərardadı ləğv edilərək, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bundan sonra Abşeron Rayon Məhkəməsinin 2(012)-331/2021 nömrəli, xx.xx.2022ci il tarixli qərardadı ilə məhkəmənin bu iş üzrə xx.xx.2022-ci il tarixli qərardadından verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını şikayətlə birgə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(012)-331/2021 nömrəli qərardadı ləğv edilməli və bu iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 18 noyabr 2021-ci il tarixli, qərardadı ilə İddiaçı Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(012)- 331/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı şikayət vermiş, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, qərardadı ilə şikayət elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Məhz bundan sonra iddiaçı elektron kabinet vasitəsilə məhkəmənin 18 noyabr 2021-ci il tarixli qərardadından deyil, 29 noyabr 2021-ci il tarixli qərardadından şikayət vermişdir. Daha sonra Abşeron Rayon Məhkəməsinin iş üzrə 08 aprel 2022-ci il tarixli qərardadı ilə məhkəmənin 29 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət forma və məzmuna əməl edilməməsi səbəbindən geri qaytarılmışdır. Şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıran kollegiya qeyd edir ki, İddiaçı tərəfindən məhkəmənin 08 aprel 2022-ci il tarixli qərardadından verilən şikayətin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi düzgün hesab edilə bilməz. Belə ki, məhkəmənin sadaladığı hallar təsdiqini tapdığı halda şikayətin rədd edilməsi üçün əsas ola bilər, lakin bu hallar şikayətin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, apellyasiya şikayətinin (o cümlədən qərardadlardan verilən şikayətlərin) geri qaytarılması halları AR MPM-in 363-cü maddəsində sadalanmışdır. Hazırki halda həmin maddədə sadalanan əsaslar yoxdur. Bununla belə apellyasiya kollegiyası qeyd edir ki, yuxarıda sadalanan ardıcıllıq nəzərə alınaraq, hazırkı qərardadla iddiaçının məhkəmənin 29 noyabr 2021-ci il tarixli qərardadından verdiyi şikayətə də münasibət bildirilməlidir. Məhkəmə kollegiyası həmin şikayətin əsassız olmasını bildirərək, qeyd edir ki, şikayət təmin edilməməli, bu iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, qərardadı ilə məhkəmənin 18 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyini qanuni və əsaslı hesab edir və yaranmış mübahisə ilə əlaqədar aşağıdakı prosessual normalara istinad edir. AR MPM-in 10-1.1-10-1.3 və 10.1-7-ci maddələrinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. AR MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apelyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İşdən də göründüyü kimi İddiaçı İB tərəfindən şikayət elektron qaydada verilməmişdir və bu baxımdan birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin qeyd olunan əsasla geri qaytarılması barədə mövqeyi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan normanı rəhbər tutaraq hesab edir ki, sadalanan faktiki hallar nəzərə alınmaqla, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(012)-331/2021 nömrəli qərardadı ləğv edilməli və bu iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 402-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(012)-331/2021 nömrəli qərardadı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(012)-331/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilən şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(012)-331/2021 nömrəli qərardadı dəyilşdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1901/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1901/2022
23.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver