Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1903/2023 28.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işin ərazi məhkəmə aidiyyəti üzrə hansı məhkəmədə baxılmalı olması məsələsinin müəyyən edilməsi məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri, Bİnəqədi Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 1034 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək qeyd edilmişdir ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Silinməsi təlbə edilən borc məbləği isə Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, Yeni Yaşayış massivində qeydə alınmış ünvan üzrə hesablanmışdır. İddiaçının qeydiyyatı, eləcə də qazın-alğı-satqı müqaviləsini icra edildiyi yer Binəqədi Rayon Məhkəməsini yurisdiksiyasına düşmür. Odur ki, iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-2771/2023 saylı qərardadı ilə vəsatət təmin edilmiş, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Günel Abbasova). Abşeron Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(012)-3742/2023 nömrəli qərardadı ilə mülki iş ərazi aidiyyətının müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (X2) Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını araşdırıb, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən hazırki mülki işə Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4.maddəsinə görə bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Həmin Məcəllənin 45.5.maddəsinə görə işin bu Məcəllənin 44.2.3 və 44.2.4-cü maddələrində nəzərdə tutulmuş hallarda aid olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir. İşin materiallarında olan arayışdan görünür ki, İddiaçı adına qeydə alınmış **********526 nömrəli sayğac Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, Yeni yaşayış massıvi ünvanında qeydə alınmışdır. İş materiallarında olan aktlardan qaz sayğacının çıxaırlması, quraşdırılması və istismara qəbulu haqqında aktlardan görünür ki, iddiaçının adına qeydə alınmış sayğacın ünvanı kimi Abşeronu qeyd edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı adına qeydə alınmış **********08610 saylı abonent kodu Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, Yeni yaşayış massıvi ünvanında qeydə alınmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı adına **********08610 saylı abonent kodu Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, Yeni yaşayış massıvi ünvanında qeydə alınmışdır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında təbii qazın alğı-satıqısına dair müqaviləyə əsasən iddiaçı istehlakçı kimi təbii qazdan Abşeron rayonu ərazisində yerləşən fərdi yaşayış evində istifadə edir. Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə görə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Göründüyu kimi iddiaçı istehlakçı kimi Abşeron rayonu ərazisində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə edir. Müqaviə də Abşeron rayon Qaz İİ-i ilə bağlanmışdır. Hazırki tələb də istehlakçı hüquqularının müdafiəsi barədədir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istehlakçı olaraq təbii qazdan istifadə etdiyi ərazi Abşeron rayonu olduğundan və müqavilədə Abşeron rayonunda bağlandığından hazırki işə də Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş ərazi aidiyyətı üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 45.4, 263 və 264, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş ərazi aidiyyətı üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1903/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1903/2023
28.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver